Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə7/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   2   3   4   5   6   7   8   9   10   ...   86

____________Milli Kitabxana____________ 
 
26
möhkəmlənməsi ilə  nəticələndi. Sənaye və  nəqliyyat sahələri 
xeyli inkişaf etdi. Kənddə isə 1929-cu ildən (yaydan) etibarən 
Stalinin elliklə kollektivləşmə  xətti  əsasən zorakı üsullarla 
həyata keçirildi və 1934-cü ildə başa çatdı. 
         1936-cı ilin noyabrında Zaqfederasiya ləğv edildi və 
respublikalar müstəqil dövlət kimi SSRİ  tərkibinə daxil oldu. 
1937-ci ilin martında Azərbaycan SSR-in yeni Konstitusiyası 
qəbul edildi.  
        Və 1937-ci il. Repressiyalar... Bir neçə “ziyankar-
inqilabçı” təşkilat “aşkar” edilib “ifşa edildi”. Otuzuncu illərin 
sonlarına doğru ölkə və respublika miqyasında həyata keçirilən 
ağır cəza tədbirləri, kütləvi repressiyalar və ideoloji təsir 
nəticəsində minlərlə ailələr, siyasi xadimlər,  ədəbiyyat,  
incəsənət və elm adamları sürgün edildilər, güllələndilər ( bu 
sırada Azərbaycan 
ədəbiyyatının nümayəndələrindən 
B.Çobanzadə, H.Cavid, M.Müşfiq, 
Ə.Cavad, 
Y.V.Çəmənzəminli, S.Hüseyn, Ə.Nazim, S.Mümtaz, 
M.Quliyev, V.Xuluflu, Ə.Abid, M.Ələkbərli, A.Musaxanlı  və 
b. da var idi )… Totalitar rejimin formalaşması, partiya 
diktaturası,  şəxsiyyətə  pərəstişin bərqərar olması prosesi başa 
çatdı. Azərbaycanda da Stalin sosialist modeli formalaşırdı. 
Bütün sovet xalqı kimi, Azərbaycan xalqı da partiya və dövlətin 


____________Milli Kitabxana____________ 
 
27
istək və  tələblərini yerinə yetirmək üçün işləyən kütləyə 
çevrildi. 
        Ikinci  dünya  müharibəsində SSRİ-nin qələbəsindən sonra 
(1941-1945) totialitar rejimin daha da möhkəmləndirilməsi 
üçün müxtəlif inzibati-amirlik tədbirləri həyata keçirildi. Əllinci 
illərdə Stalinin ölümü (1953) yeni siyasi-ideoloji ab-havanın 
yaranmasına təkan verdi. “Şəxsiyyətə  pərəstiş  və onun 
nəticələrini aradan qaldırmaq haqqında” Sov.İKP XX 
qurultayının qərarı ölkədə siyasi iqlimin yumşalmasına 
əhəmiyyətli təsir göstərdi. Repressiyalar dövründə “xalq 
düşməni” adı ilə damğalananlara bəraət verildi. 
         Iyirminci  ildən başlayaraq sosializm diktaturası öz 
“mədəni inqilab” proqramını irəli sürərək həyata keçirməyə 
başladı. Bu proqrama görə sinfi-siyasi münasibətlər ön plana 
çəkilirdi. 30-cu illərin sonlarında Stalinin göstərişi ilə yerli 
əhalimiz azərbaycanlı, dilimiz isə Azərbaycan dili adlandırıldı. 
Hələ 1922-ci ildə ərəb qrafikası latınla əvəz edilmişdi. 1939-cu 
ildə isə latın qrafikası da ləğv edildi və Azərbaycan  əlifbası 
kirilə keçirildi. Bu illərdə partiyanın qərarlarına müvafiq olaraq 
“Ədəbiyyat cəmiyyəti” (1925), “Qızıl gənc qələmlər ittifaqı” 
(1925), “Azərbaycan proletar yazıçılar cəmiyyəti” (1928) 
yaradıldı, 1932-ci ildə Azərbaycan Yazıçılar İttifaqı təsis edildi. 


____________Milli Kitabxana____________ 
 
28
 
               1.2. Ədəbi  mərhələlər  və  ideya-estetik  prinsiplər   
                                   
         Çox  keçmədən SSRİ-nin digər respublikaları kimi 
Azərbaycan mədəniyyəti də sosialist mədəniyyətinin tərkib 
hissəsinə çevrildi. Siyasi-sinfi münasibətlərin həyatda, 
gerçəklikdə özünü göstərən pafosu bədii ədəbiyyatda da təzahür 
etdi. Bu dövr ədəbiyyatının tarixində mürəkkəb, ziddiyyətli 
məqamlar çoxdur. Aparıcı siyasi-ideoloji təfəkkürdə elə meyllər 
və prinsiplər olmuşdur ki, bunlar yaradıcılıq prosesinə, 
ədəbiyyata münasibətə çox mənfi təsir göstərmişdir. Sosialist 
mədəniyyəti nəzəriyyəsinin, bunun əsas metodoloji təlimi olan 
sosialist realizmi konsepsiyasının bir çox elə prinsipləri var idi 
ki, bunlar çox vaxt bədii yaradıcılığı dar, məhdud çərçivəyə 
salırdı. Bu işdə xüsusilə Sov.İKP MK-nın  ədəbiyyat və 
incəsənətə aid qərarlarının, bu qərarlarda işlənib hazırlanmış 
siyasi-ideoloji təlimlərin rolu daha böyük idi. Həmin qərarlar və 
onların yaratdığı  ədəbi-ideoloji təlimlər nəticəsində  sərt və 
amiranə bir yaradıcılıq mühiti hökm sürürdü.  
        Tədqiqatda 1920-1950-ci illərin ictimai-siyasi prosesləri, 
dövrün bədii-estetik meyarları,  ədəbiyyat haqqında partiya 
qərarları, sosialist realizmi konsepsiyasının tələbləri nəzərdən 


____________Milli Kitabxana____________ 
 
29
keçirilməklə, yeni Azərbaycan romanının ayrı-ayrı 
nümunələrinə və müəlliflərinə differensial qaydada yanaşılır və 
hər birinin həm ümumi kontekstdə, həm də  fərdi 
xüsusiyyətlərinin elmi-nəzəri qənaətlər əsasında araşdırılmasına 
diqqət yetirilir.  
        Həm bütövlükdə XX əsr  ədəbiyyatının, həm də o 
cümlədən tədqiqatın  əhatə etdiyi dövrün ədəbiyyatının 
mövzumuz  əsasında düzgün dəyərləndirilməsi ilk növbədə 
ədəbiyyat tarixi mərhələlərinin düzgün, elmi əsaslarla 
müəyyənləşdirilməsi ilə bağlıdır. 
         Azərbaycan sovet dövrü ədəbiyyatı tarixi, onun mərhələ
tarixi xüsusiyyət və meyllərinin yeni, müasir təfəkkürlə 
təsnifatını vermək bu gün milli ədəbiyyatşünaslığın  ən zəruri 
vəzifə və problemlərindən biridir. Bu, ilk öncə bütövlükdə XX 
əsrin mərhələlərinə yeni elmi, nəzəri-metodoloji meyarlarla 
yanaşmağı tələb edir. 
        Ədəbi  əsrin tarixi dövrləşdirilməsinin nəzəri-metodoloji 
problemləri ilə bağlı 
ədəbiyyatşünas alimlərimiz – 
B.Nəbiyevin, Y.Qarayevin, Ş.Salmanovun, N.Cəfərovun, 
Z.Əskərlinin,  Ş.Alişanlının, T.Əlişanoğlunun və başqalarının 
irəli sürdükləri müddəalar elmi-ədəbi fikirdə yer almışdır. Bu 
müddəalar isə müxtəlifdir, bir çox məqamlarda bir-birləri ilə 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə