Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə8/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   4   5   6   7   8   9   10   11   ...   86

____________Milli Kitabxana____________ 
 
30
səsləşir də, toqquşur da, mübahisələr, polemika üçün zəmin də 
yaradır.  Məsələn, XX əsr  ədəbiyyatının dövrləşdirilməsinin 
indi ictimai-ədəbi fikirdə  əsasən qüvvədə olan təsnifatını –  
əsrin əvvəlləri, sovet dövrü və müstəqillik dövrü mərhələlərinə 
ayrılmasını Ş.Alışanlı ictimai təfəkkürün mexaniki olaraq bədii 
fikrə tətbiqi hesab edərək, bu prinsipin ciddi elmi meyarlardan 
məhrum olduğunu göstərir.  
         Akademik  Bəkir Nəbiyev yazır: “Ədəbiyyat tarixi, hər 
şeydən  əvvəl,  ədəbiyyatı  hərəkətdə, zənğinləşmə prosesində, 
üslub və  cərəyanların qarşılıqlı münasibətində  tədqiq etmək, 
onun qanunauyğunluqlarını  aşkara çıxarmaq deməkdir. Bu 
cəhət ədəbiyyatın inkişafını dövrləşdirmək problemini əlahiddə 
bir vəzifə kimi elmimizin qarşısına qoyur. Əvvəlki  ədəbiyyat 
tarixlərində ədəbiyyatın dövrləşdirilməsində elmi prinsiplərə bir 
o qədər də ardıcıl  əməl edilməmişdir. Sovet cəmiyyətinin 
tarixinin, yaxud Kommunist partiyasının tarixinin 
dövrləşdirilməsi sxemləri çox vaxt mexaniki olaraq ədəbiyyat 
tarixinə  də  tətbiq edilmişdir. Belə qeyri-elmiliyə  məruz 
qalmamaq üçün alimlərimiz ədəbiyyatın öz inkişafından,  onun 
cəmiyyət həyatı ilə əlaqəsinin xüsusiyyətlərindən, bədii sənətin 
öz qanunauyğunluqlarından çıxış etməlidirlər”(76, 178-179).   


____________Milli Kitabxana____________ 
 
31
         XX əsr ədəbiyyat tariximizin mərhələləri haqqında məsələ 
artıq doxsanınci illərin əvvəllərindən ədəbi-elmi araşdırmaların 
gündəminə daxıl olmuşdu. Görkəmli ədəbiyyatşünas alim Yaşar 
Qarayev öz mülahizələrini  1992-ci ildə yazdığı  “Ədəbiyyat 
tarixi konsepsiyası (dövrləşdirmənin meyarı  və prinsipləri)” 
adlı  məqaləsində irəli sürmüşdü. Y.Qarayev yazırdı ki, 
ədəbiyyat tarixlərində ədəbi xammalı yerləşdirməyin, onu təsnif 
etməyin üsulu kimi tarixi formasiya prinsipini əsas götürənlər 
olub. Yalnız tarixi-xronoloji meyarlara əsaslananlar da az deyil. 
Hətta xarici ədəbiyyatşünaslıqda  ədəbi dövr, mərhələ vahidi 
kimi ayrıca, müstəqil şəkildə bədii mətni əsas götürən və ədəbi 
prosesin təhlilini həmin mətnlərin təhlili yolu ilə həyata keçirən 
nümunələrlə  də rastlaşırıq. Ayrı-ayrı  fəlsəfi və  bədii-estetik 
hərəkatları  əsas götürüb ədəbiyyat tarixini qurmaq üsulu son 
dövrlərdə daha çox yayılıb. Məsələn, Avropa ədəbiyyatı 
tarixləri, adətən, aşağıdakı sxemlə başlayır: antik dövr, orta 
əsrlər, renessans, maarifçilik, romantizm, realizm, modernizm 
və s. (59. 21). Müəllif daha sonra qeyd edir ki, qədimdə milli 
ədəbiyyatlardan birinə, tutaq ki, “Roma ədəbiyyatı”, digərinə 
“Osmanlı  ədəbiyyatı”, üçüncüsünə  “Xilafət  ədəbiyyatı” 
dediyimiz  ədəbi dövrlər olub. İmperiyaların adlarını 
ədəbiyyatların özünə  və tarixinə veriblər. Qəribə bir fenomen 


____________Milli Kitabxana____________ 
 
32
bizim dövrümüzdə baş verib: imperiyanın adı yox, onun sosial-
struktur  şəbəkələrinin birinin  (ən  əsasının) adı  ədəbiyyata və 
onun tarixinə verilib: bütün keçmiş Sovetlər birliyinin 
ədəbiyyatı “Sovet ədəbiyyatı” adlanıb. 
        “Dövrləşdirmədə tarixi müddət vahidi məhz daxili 
qanunauyğunluğa,  ədəbi prosesin bədii mahiyyəti və obyektiv 
tərəqqinin məntiqi ilə  şərtlənən estetik meyara əsaslanmalıdır. 
Özü də bu zaman milli bədii tərəqqinin mərhələləri obyektiv-
tarixi və sosial-iqtisadi inkişafın təsnif sxemi ilə üst-üstə 
düşməyə  də bilər”(59. 41) – mülahizəsi üzərində dayanan 
Y.Qarayev sovet dövrünün yetmiş ilini partiya tarixlərindəki 
məlum cədvəllər üzrə  “ədəbi onillər”ə bölərək öyrənmək 
üsulunun özünü doğrulda bilməyəcəyini vurğulayırdı. “Bu 
yeddi on ildə,  əslində, cəmi iki bitkin, qərarlaşmış  ədəbi 
mərhələ vardır: 1920-1950-ci illər – repressiya, ehkam, kult və 
qrafomanlıq ideologiyasının tam hakim olduğu klassik dövrün 
bədii  ədəbiyyatı  və 1960-1990-cı illər – yeni ictimai əxlaqın 
düşüncə tərzinin təşəkkül tapmağa başladığı və yetişib bərqərar 
olduğu müasir epoxanın bədii  ədəbiyyatı ki, onun tarixi sonu
finalı “yenidənqurma” deyilən mərhələ oldu. Bu mərhələlərdən 
birini, yaxud, digərlərini tarixin arxivinə vermək yolu doğru 
deyil, hər ikisini olmuş, baş vermiş real keçmişimizin öz tarixi 


____________Milli Kitabxana____________ 
 
33
təzadları, faciəsi, səhvləri və  uğurları ilə birlikdə, bədii 
idrakımızın və sosial əxlaqımızın dərsləri kimi öyrənmək yolu 
yeganə doğru yoldur” (59. 46-47). 
        “Ən yeni dövrün Azərbaycan  ədəbiyyatı” məqaləsində 
Y.Qarayev “ən yeni dövr” deyilən  ədəbi-tarixi mərhələni 
Azərbaycan türklərinin iyirminci illərdən başlayaraq doxsanıncı 
illərə qədər gələn dövrü əhatə etdiyi qənaətində dayanır və bu 
mərhələni XX əsrin  əvvəlindən və ilk Azərbaycan 
Cümhuriyyətinin yaranmasına gətirib çıxaran milli intibahdan 
sonrakı dövr hesab edir. “1920-ci ilin bolşevik çevrilişi, onun 
elmi-ədəbi düşüncədə, ideologiyada ifadəsi olan vulqar 
sosiologizm milli intibahın bu son iki ilinin nəinki irsinin, hətta 
özünün bir tarix kimi üstündən bir qara xətt çəkmişdi. Belə ki, 
bizim bu vaxta qədərki elm və  tədris təcrübəmizdə bir ədəbi 
mərhələ kimi onuncu illər 1918-ci ilin mayında tamamlanmış, 
iyirminci illər isə 1920-ci ilin aprelində başlamışdır. Ortadakı 
iyirmi üç ay iki tarixi dövrü birləşdirən yox, ayıran çərək kimi, 
az qala boşluq kimi bir kənara atılmışdır. Azərbaycanda  ən 
yeni, son, müasir ədəbi intibahın tarixini çar rejiminin, 
monarxiyanın və imperiyanın deyil,...ilk müstəqil, suveren, 
milli Respublikanın süqut etdiyi (!) vaxtdan hesablamağa 
başlamışlar. Bu artıq vulqar-siyasi sosiologiyanın, ritorika-


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə