Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə14/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

 
 
42 
 
 H
ÜCEYRƏSİZ ORQANİZMLƏR. VİRUSLAR 
 
 
 
Viruslar (lat. “virus” – zəhər) kiçik ölçülərə malik hüceyrəsiz həyat formalarıdır. 
Onlar irsi məlumatları daşıyan irsi materialdan (DNT və ya RNT) və qoruyucu zülal 
örtükdən – kapsiddən təşkil olunmuşlar. Virus üzvi maddə yaradan xüsusi  struktura 
malik  deyil.  Bu  səbəbdən  həyat  fəaliyyəti  prosesləri  üçün  sahibin  hüceyrə 
resurslarından  istifadə  edir.  Virusun  əsas  xüsusiyyəti  yalnız  canlı  orqanizmlərin 
hüceyrələrində çoxala bilməsidir. Onun  çoxalması hüceyrənin məhvi ilə nəticələnir. 
Hüceyrəyə  düşmüş  virusun  irsi  materialı  sahib  orqanizmin  irsi  materialına  daxil 
olaraq onu dəyişir. Canlı orqanizmlər bir neçə virus növləri ilə yoluxa bilər. 
 
Bakteriya və yosun hüceyrələrinin 
quruluşunu  
tütün mozaikası virusunun 
quruluşu ilə 
müqayisə edin. Onlarda rast gəlinən strukturları  “
+
” işarəsi ilə qeyd edin. 
Strukturlar 
Bakteriya 
hüceyrəsi 
Yosun 
hüceyrəsi 
Tütün mozaikası 
virusu 
Hüceyrə qılafı 
 
Sitoplazma 
 
Nüvə 
 
İrsi material  (DNT və ya RNT) 
 
Qamçılar 
 
Xromatofor 
 
 
 
– 
Hansı əlamətlərinə görə viruslar canlı hesab olunur? 
 
Bakteriya hüceyrəsi
Yosun hüceyrəsi
Tütün mozaikası virusu
 
Fəaliyyət
 
10 
– Hansı virus xəstəliklərini tanıyırsınız? 
– İnsan virus xəstəliklərinə necə yoluxa bilər? 
 
 


 
ı 
43 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
İnsanın virus xəstəlikləri ilə yoluxma yolları. Viruslar insanda müxtəlif xəstə-
liklər əmələ gətirir. Onlar bir neçə yolla sahib orqanizmə düşə bilir. Məsələn, hepatit 
A virusu keyfiyyətsiz qida vasitəsi ilə sahib orqanizmnə daxil olur. Virusların bir 
qismi qanla, steril olmayan tibbi alətlərlə, anadan plasenta vasitəsilə dölə keçir.  
 
Hepatit B, quduzluq, immunçatışmazlığı  və  s. 
viruslar qan vasitəsilə bir insandan digərinə keçir.
 
 
Bir  çox  viruslar  insanın  tənəffüs  yollarına 
nəfəs aldığı havadan, bəzən isə xəstə insanın tə-
nəffüsü zamanı hava-damcı yolu ilə keçir. Belə 
viruslar uzaq məsafələrə aparılaraq epidemiyalar 
yarada  bildiyi  üçün  təhlükəli  hesab  olunur.  Bu 
yolla qrip, çiçək və s. xəstəliklər keçə bilir. 
Qrip xəstəliyinin törədicisi qrip virusudur. Bu 
virus, əsasən, tənəffüs yollarını zədələyir. Xəstəlik 
xəstə insanın tənəffüsü zamanı hava-damcı yolu ilə 
digər  insanlara  kecir.  İnsan  hava-damcı  yolu  ilə 
həm də çiçək virusuna yoluxur. Çiçəklə yoluxma 
zamanı əvvəl tənəffüs yolları, sonra dəri zədələnir.
  
Qızılca xəstəliyi damcı infeksiyasıdır. Bu xəstəliyi törədən virusla yoluxma za-
manı insanda əvvəl  ağız boşluğundan  bronxlara qədər bütün tənəffüs yolları, daha 
sonra dəri  və bağırsağın zədələnməsi müşahidə edilir.  
Uşaqlarda poliomielit (uşaq iflici) adlanan virus xəstəliyinə daha tez-tez rast gə-
linir. Poliomielit zamanı udlaq və bağırsaq, bəzən onurğanın hərəki neyronları zə-
dələnir. Poliomielit hava-damcı yolu ilə su və ərzaq məhsullarıyla, çirklənmiş əşya-
larla, xəstə insanın nəcisindən milçəklər vasitəsilə digər insana keçə bilir. Viruslar 
insandan başqa, bakteriyalarda, göbələklərdə, bitkilərdə, heyvanlarda da xəstəlik tö-
rədirlər. 
 
 
– İnsan özünü virus xəstəliklərindən necə qoruya bilər? 
 
 
Müzakirə üçün
Virus xəstəliklərinin profilaktikası 

Vaksinləşdirmə. 
Bu  zaman  bir  virusdan  digərlərinə  qarşı
 
mübarizədə 
istifadə edilir. 1885-ci ildə fransız alimi Lui Paster quduzluq virusuna qarşı 
vaksin kəşf etdi. Bu virusu orqanizmə daxil etdikdə xəstəlik törətmir, lakin 
xəstəliktörədən virusa qarşı fəal immunitet yaradır. 

Kimyəvi terapiya.
 
Bu üsul kimyəvi preparatların viruslara təsirinə əsas-
lanır. Çətinlik ondadır ki, viruslar hüceyrə daxilində onun strukturlarından 
istifadə  edərək  çoxalır  və  virusa  bu  üsulla  təsir  etdikdə  hüceyrədə  də 
maddələr mübadiləsi pozulur. 

İnterferon
. 
Hüceyrə tərəfindən virusun təsirinə qarşı sintez olunan qoru-
yucu  zülaldır.  Bu  zülal  hüceyrəyə  daxil  olan  virusun  çoxalmasının  qar-
şısını  alır.  Müşahidələr  göstərir  ki,  orqanizmdə  interferon  nə  qədər  az 
əmələ gələrsə, virus xəstəliyi də bir o qədər ağır keçər.  
• 
virus 
• 
poliomielit 
• 
hepatit 
A ç a r   s ö z lə r  
Hepatit virusu


 
 
44 
 
 
 
1.  Uyğunluğu müəyyən edin: 
Yoluxma yolları
Xəstəlik
A.  Çirklənmiş qida ilə             
B.  Qan vasitəsilə 
C.  Hava-damcı yolu ilə 
1.  hepatit A  
2.  hepatit B  
3.  immunçatışmazlığı 
4.  qrip  
5.  çiçək  
                                       
2. Bakteriya və virusları müqayisə edin. Hər bir ifadənin bakteriyalara, viruslara və ya 
hər ikisinə uyğun gəldiyini müəyyən edin. Cavabları cədvəldə yazın. 
1. İnfeksion xəstəliklər və epidemiyalar 
törədirlər.  
2. Hüceyrəsiz həyat formasıdır. 
3. Bəziləri avtotrofdur.  
4. Qamçıların köməyi ilə hərəkət edirlər. 
5. Hüceyrə daxilində çoxalırlar.  
6. Nuklein turşularında genetik  
məlumatları saxlayırlar. 
7. Hüceyrə divarına malikdirlər. 
8. Zülal örtüklə örtülür. 
9. Sahibin irsi materialına qoşula bilir. 
10. Formalaşmış nüvəsi olmur. 
11. Bölünmə yolu ilə çoxalır.  
 
3.  Əlavə mənbələrdən istifadə edərək virus xəstəlikləri barədə məlumat hazırlayın. 
Məlumatları cədvəldə qeyd edin. 
İnsan xəstəlikləri 
Heyvan xəstəlikləri 
Bitki xəstəlikləri 
 
 
 
  
4.  Suallara cavab verin: 
 Bəzi viruslar insan orqanizminə bədənin selikli qişası ilə daxil olur. Buna əsaslanaraq 
virusların insan orqanizminə gözlərin selikli qişası ilə daxil ola bilməsini demək 
olarmı? 
 Kompüterlərin normal işini pozan zərərli proqramları nəyə görə “virus” adlandırırlar? 
 
 
 
Yalnız 
viruslara 
aiddir  
Yalnız bak-
teriyalara 
aiddir 
Hər iki 
qrupa aiddir  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə