Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə7/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   63

 
 
20 
 
 
 
 
1.  Sxemi tamamlayın.  
 
2. Biologiya kabinetində və ya evinizdə olan otaq bitkilərini nəzərdən keçirin. Onların yarpaqlarının forma 
və rənginə diqqət yetirin. Şəkildən istifadə edərək bitkidə hansı elementin çatışmadığını təyin edin.  
 
 
3. Uyğunluğu müəyyən edin: 
A. Maqnezium ... 
B. Sink ... 
C. Kalsium ... 
D. Yod ... 
E. Dəmir ... 
1) qanın laxtalanmasında iştirak edir. 
2) xlorofilin struktur komponentidir . 
3) hemoqlobinin struktur komponentidir. 
4) insulinin tərkibinə daxildir. 
5) tiroksin hormonunun əsas komponentlərindən biridir. 
 
4. Düzgün cavabı seçin: a)  Üzvi və qeyri-üzvi aləm arasında əsas fərqlər atom /molekul  səviyyəsində 
müşahidə olunur. b) Hüceyrədə olan mikroelementlərə J, F, Cu/O, H, C, N  aiddir. c)  Qalxanabən-
zər/Mədəaltı vəzinin hormonu olan tiroksinin komponentlərindən biri yoddur.  d) Zülalların /Yağların 
tərkibində karbon, hidrogen və oksigenlə yanaşı, maqnezium kimi element də ola bilir.  
 
 
 
Bəzi canlı orqanizmlər toxuma və orqanlarında müəyyən kimyəvi elementləri 
topladığı üçün ətraf mühitin kimyəvi şəraitinin indikatoru rolunu oynayırlar. 
Bədəninə bəzi kimyəvi elementlər 
toplayan bitkilər. Soldan-sağa: 
yosun (yod), qaymaqçiçəyi (litium), 
sugülü (radium) 
Bədəninə bəzi kimyəvi elementlər  
toplayan heyvanlar. Soldan-sağa: 
şüalılar (kalsium, stronsium), kök-
ayaqlılar (barium və kalsium), as-
sidilər (vanadium) 
!
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


 
 
21 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
 
 H
ÜCEYRƏNİN QEYRİ-ÜZVİ BİRLƏŞMƏLƏRİ 
 
 
 
 
 
 
 
  
Hüceyrənin qeyri-üzvi birləşmələrinə su və mineral duzlar aiddir. Su – hücey-
rənin tərkibində ən çox olan maddədir. Onun hüceyrədə miqdarı orqanizmin növün-
dən, yaşayış şəraitindən, hüceyrənin tipindən və funksional fəaliyyətindən asılı ola-
raq müxtəlifdir. Məsələn, su insanın sümük toxumasının 20%-ni, baş beyinin hücey-
rələrinin 85%-ni təşkil edir.   
 
 
Hüceyrədə olan suyun miqdarı maddələr mübadiləsinin intensivliyinə təsir edir.  
 
 

– Hüceyrənin hansı qeyri-
üzvi birləşmələrini tanı-
yırsınız?  
– Onlardan hansılarına 
canlı orqanizmlərdə rast 
gəlmək olar?  
Hüceyrənin həyat fəaliyyətində 
onun tərkibində olan qeyri-üzvi və 
üzvi birləşmələr xüsusi rol oynayır.  
 
– Su hansı xassələrə malikdir? 
 
 
Müzakirə üçün
 
Maddələrin suda həll olması. 
Təchizat: içərisində otaq temperaturunda olan su ilə dolu 5 stəkan, xörək duzu, etil spirti, 
şəkər tozu, bitki yağı, çiy yumurta ağı (zülalı). 
İşin gedişi:  
Təklif olunan maddələri su ilə dolu stəkanlara tökərək həll edin. 
– Nə müşahidə edirsiniz? Suda həllolma qabiliyyətinə görə maddələri necə qruplaşdırmaq 
olar? Nə üçün bəzi maddələr suda həll olur, digərləri isə yox? 
Fəaliyyət
 
Praktik iş
 
Hüceyrə maddələri
– Nə üçün hüceyrədə suyun miqdarının azalması onun məhv olması ilə nəticə-
lənə bilər? 
 
 
Müzakirə üçün
 


 
 
22 
 
Su hüceyrənin həcmini müəyyən edir və 
ona möhkəmlik verir. Hüceyrədə baş verən 
kimyəvi reaksiyalar su mühitində gedir. Su 
hüceyrənin  həyat  proseslərinin  gedişini  və 
mühitin sabit qalmasını təmin edir. Maddələr hüceyrəyə suda həll olunmuş 
şəkildə daxil olur və ondan xaricə çıxarılır. Suda yaxşı həll olan maddələr 
hidrofil (yun. “hidor” – su,  “fileo” – sevirəm), suda həll olmayanlar isə hid-
rofob (yun. “hidor” – su, “fobos” – qorxu, nifrət) adlanır. Hidrofil maddələrə 
– duzlar, sadə karbohidratlar,  hidrofob maddələrə isə yağlar, mürəkkəb kar-
bohidratlar və bəzi zülallar aiddir. 
 
 
 
Mineral  duzlar.  Hüceyrənin  qeyri-üzvi  maddələrinə  mineral  duzlar  da 
aiddir. Onlara hüceyrədə, adətən, ionlar (Na
+
, K
+
, Ca
2+
, Mg
2+
 kationları və 
HPO
4
2-
, H
2
PO
4
-
, Cl
-
, HCO
3

anionları) və ya birləşmələr şəklində rast gəlinir. 
Bəzi bitkilərin, məsələn, əncirin, beqoniyanın, soğanın hüceyrələrinə mikro-
skopla baxdıqda kristallar şəklində, bərk halda, suda həll olmayan kalsium 
duzlarını görmək mümkündür.  
 
 
 Canlılarda rast gəlinən 4 əsas elementdən (О, С, Н, N)  sonra beşinci 
yeri kalsium tutur. Yaşlı insanda sutka ərzində sümük toxumasından 700 
mq  kalsium  çıxarılır  və  bir  o  qədər  də  yenidən  toplanır.  Bu  səbəbdən 
sümük toxuması dayaq funksiyasından başqa, həm də kalsium və fosfor 
deposu  rolunu  oynayır.  Qidada  bu  elementlər  çatışmadıqda  orqanizm 
həmin elementləri sümük toxumasından alır. Məsələn, atmosfer təzyiqi 
aşağı  düşdükdə  orqanizmin  öz  müvazinətini  saxlaması  üçün  adi  hala 
nisbətən  daha  çox  kalsium  tələb  olunur.  Qanda  kifayət  qədər  kalsium 
ehtiyatı olmadığından o daha çox sümüklərdən çıxarılır. Proses norma-
dan kənara çıxarsa, yaşlı insanlarda patologiya başlayır. Onlar mütəmadi 
olaraq  sümük  ağrılarından  şikayətlənir  və  bunu  pis  hava  şəraiti  ilə 
əlaqələndirirlər.
Duz kristallarının toplanması 
Əncir yarpağının  
hüceyrələrində 
Beqoniya yarpaqlarının  
hüceyrələrində 
Soğan qabığı  
hüceyrələrində 
• 
hidrofil 
• 
hidrofob 
A ç a r   s ö z lə r  


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə