Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə8/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

 
 
23 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
Duzlar  orqanizmdə  bir  sıra  vacib  funksiyaları  yerinə  yetirir.  Məsələn, 
kalium  və  natriumun  xlorid  duzları  insanın  sinir  və  əzələ  toxumalarında 
elektrik  impulslarının  yaranması  və  ötürülməsində  iştirak  edir.  Hüceyrənin 
həyat fəaliyyəti prosesində daim müxtəlif maddələr yaransa da, onun daxili 
mühiti, demək olar, sabit qalır. 
 
 
 
1. Düzgün cavabı seçin: 
1) Hüceyrənin tərkibində 27/80 növ kimyəvi elementə rast gəlinir. 
2) Suda yaxşı həll olan maddələr hidrofil/hidrofob maddələr adlanır. 
3) Hidrofob maddələrə duzları/yağları aid edirlər. 
4) Hüceyrədə su enerji mənbəyidir/kimyəvi reaksiyalar üçün mühitdir.  
5) Su 4°С / 90°С temperaturda maksimal sıxlığa malikdir. 
 
2. Suallara cavab verin: 
1) Buxar halında olan suyun molyar kütləsi 18 q/mol-a bərabərdir. Maye halında olan 
suyun molyar kütləsi isə daha yüksəkdir. Bu nəyi göstərir?  
2) Bitkilər və heyvanlar suyun çatışmazlığına necə uyğunlaşırlar? 
 
3. Dərslik və əlavə mənbələrdən istifadə edərək su  və digər qeyri-üzvi birləşmələr 
haqqında aşağıdakı məlumatları toplayın: 
1) Suyun kimyəvi tərkibi və quruluşu (strukturu, rabitə növü və s.) haqqında. 
2) Suyun sıxlığı, istilik tutumu və istilik keçiriciliyi haqqında. 
3) “Canlıların həyatında qeyri-üzvi birləşmələrin rolu”  mövzusunda təqdimat 
hazırlanması üçün.  
 
4. Orqanizmdə mineral maddələrin çatışmazlığı ilə əlaqədar bioloji proseslərdə baş 
verən dəyişilmələrə aid təqdimat hazırlayın. 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


 
 
24 
 
  
H
ÜCEYRƏNİN ÜZVİ BİRLƏŞMƏLƏRİ:  
KARBOHİDRATLAR, LİPİDLƏR  
 
 
 
 
Canlı orqanizmlərin üzvi birləşmələrinə zülallar, yağlar, karbohidratlar, nuklein 
turşuları, ATF və vitaminlər aiddir. Orqanizmdə üzvi birləşmələr bəzən kiçik, bəzən 
isə iri molekul – polimer şəklində olur.  
Biopolimerlər.  Polimerlər  kiçikmolekullu  birləşmələrdən  –  monomerlərdən 
əmələ gəlir. Əgər polimeri uzun bir zəncir kimi təsəvvür etsək, onun çoxlu sayda 
təkrar olunan hər bir halqası monomerlərə uyğun gələcək. Bəzi polimerlər eyni növ, 
digərləri isə müxtəlif növ monomer halqalarından təşkil olunur. Canlı orqanizmin 
tərkibinə daxil olan polimerlər biopolimerlər adlanır. Onlar bütün canlıların hücey-
rələrinin əsas hissəsini təşkil edir. 
 
 
 
Karbohidratlar. Hüceyrənin əsas üzvi birləşmələrindən biridir. Bu birləşmələrin 
tərkibinə karbon, hidrogen və oksigen daxildir. Karbohidratlar sadə (monosaxaridlər 
və disaxaridlər) və mürəkkəb (polisaxaridlər) quruluşda olur. 
 
 
 

– Hansı karbohidratları və lipidləri tanıyırsınız? 
– Canlı orqanizmlərdə karbohidratlar və yağların əhəmiyyəti nədən ibarətdir? 
 
 
Yağların və karbohidratların təyin edilməsi.
Tapşırıqlardan birini yerinə yetirin. 
Təchizat: bir parça ağ çörək, günəbaxan toxumları, yodun spirtdə məhlulu, filtr kağızı.
 
İşin gedişi:  
1. Yod məhlulunu tünd çay rəngi alana qədər suda həll edin və çörəyi onunla isladın.
  
2. Günəbaxan toxumlarını kağızın arasına qoyub əzin.  
3. Kağızı açın və işığa tutub baxın.
 
  
 
Təchizat: nişasta, şəkər tozu, 2 stəkan soyuq su,
 
yodun spirtdə məhlulu,spirt lampa-
sı. 
İşin gedişi:  
1. İçərisində soyuq su olan stəkanın birinə 3 çay qaşığı nişasta, digərinə isə 3 çay 
qaşığı şəkər tozu tökərək qarışdırın.  
2. Onların üzərinə bir damcı yod məhlulu əlavə edin.  
3. İçərisində məhlul olan hər iki stəkanı qızdırın.
 
– Nə müşahidə etdiniz? Bu, nəyi sübut edir?
 
Fəaliyyət
 
Praktik iş
 
I
 
II
 
– Nə üçün hüceyrənin həyatında karbohidratlar mühüm rol oynayır?
 
 
 
Müzakirə üçün


 
 
25 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
Monosaxaridlər suda asan həll olur və şirin dada malikdir. Təbiətdə ən çox yayı-
lan monosaxaridlər qlükozafruktozaqalaktoza, həmçinin nuklein turşuları və ATF-
in tərkibinə daxil olan dezoksiriboza və ribozadır.  
Monosaxaridlərin ikisi birləşdikdə disaxaridlər 
əmələ  gəlir.  Disaxaridlər  də  xassələrinə  görə 
monosaxaridlərə oxşar olub suda asan həll olur 
və şirin dada malikdir. Disaxaridlərə çuğundur 
və  ya  qamış  şəkəri  (saxaroza)  və  süd  şəkəri 
(laktoza) aiddir.  
Polisaxaridlər çoxsaylı monosaxarid halqaların-
dan  təşkil  olunmuşlar.  Polisaxaridlərdə  monomer  halqaların  sayı  artdıqca  onların 
suda həllolma qabiliyyəti azalır və şirin dadı itir. Polisaxaridlərə bitki hüceyrəsində 
üstünlük təşkil edən nişastasellüloza, heyvan hüceyrəsində olan qlikogen, həşərat-
ların xarici skeletini təşkil edən xitin və s. aiddir.
  
 
 
 
Karbohidratların bioloji rolu. Karbohidratlar orqanizmdə, əsasən, enerji mən-
bəyi rolunu oynayır.  Hüceyrənin hərəkət, sekresiya, biosintez, işıqlanma və bu kimi 
hər hansı bir fəaliyyəti enerji hesabına baş verir. 
Bu  enerjini,əsasən,  karbohidratlar  verir.  Onlar  hüceyrədə  oksidləşərək  karbon 
qazı  və  suya   qədər  parçalanır.  1 q  karbohidrat  tam  parçalanarkən  17,6  kC  enerji 
ayrılır. 
Karbohidratlar həm də inşaat funksiyasını yerinə yetirir. Bitkilərdə hüceyrə diva-
rını, əsasən, sellüloza təşkil edir. Məsələn, pambıq lifi tamamilə sellülozadan iba-
rətdir. Göbələk və heyvan hüceyrələrində  xitinə rast gəlinir.  
 
• Sellüloza
 
ilə zəngin qidalar
 
bağırsağın, öd yollarının işinə 
müsbət təsir göstərir, mədə-
bağırsaqda qida durğunluğu-
nun qarşısını alır. Belə qida-
lara kələm, çuğundur, noxud, 
kəpəkli un və s. aiddir. 
• Pektin maddəsi 
də polisa-
xariddir. O, əsasən meyvə 
lətinin tərkibində olur. Pektin 
maddəsi bəzi zəhərləri, o 
cümlədən ağır metalları özünə 
adsorbsiya edə bilir. Bu maddə
ilə zəngin olan bitki 
balqabaqdır.
 
!
 
• 
biopolimer 
• 
monosaxarid 
• 
disaxarid 
• 
polisaxarid 
A ç a r   s ö z lə r  


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə