Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası



Yüklə 33,67 Kb.
Pdf görüntüsü
tarix26.03.2018
ölçüsü33,67 Kb.
#34606


“Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi 

Qaydası”nın təsdiq edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 



  

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 

2014-

cü il 2 may tarixli 957-IVQ nömrəli



 Qanununun tətbiqi barədə” Azərbaycan 

Respublikası 

Prezidentinin 

2014-cü 


il 

27 


iyun 

tarixli 


190 

nömrəli


 Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi 

ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

“Yaşıllıqlara  qulluq,  onların  xəstəlik  və  zərərvericilərdən  mühafizəsi 

Qaydası” təsdiq edilsin (əlavə olunur). 

  

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

 



 

Bakı şəhəri, 14 iyun 2016-cı il

 

     № 227



 

  

  



  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2016-cı il 14 iyun tarixli 227 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR 



  

  

Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi 

  

Q A Y D A S I  

  

1. Ümumi müddəalar 

  

1.1.  Bu  Qayda  “Yaşıllıqların  mühafizəsi  haqqında”  Azərbaycan 

Respublikası Qanununun 16.1-ci maddəsinə uyğun olaraq və “Yaşıllıqların 

mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 

957-IVQ  nömrəli  Qanununun  tətbiqi  barədə”  Azərbaycan  Respublikası 

Prezidentinin  2014-cü  il  27  iyun  tarixli  190  nömrəli  Fərmanının  1.1.10-cu 

yarımbəndinə  əsasən  hazırlanmışdır  və  meşə  fondu  torpaqlarında  və 

xüsusi  mühafizə  olunan  təbiət  ərazilərində  və  obyektlərində  olan 

yaşıllıqlar,  xüsusi  mülkiyyətdə  olan  həyətyanı  və  bağ  sahələrindəki 

yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən 




bitkilərdən  ibarət  yaşıllıqlar  (əkinlər)  istisna  olmaqla,  respublika 

ərazisindəki  yaşıllıqlara  qulluq,  onların  xəstəlik  və  zərərvericilərdən 

mühafizəsi mexanizmini tənzimləyir. 

1.2. Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi 

yaşıllıqların  vəziyyətinin  öyrənilməsi  ilə  bağlı  müntəzəm  müşahidələr 

aparmaq,  onların  inkişafı  üçün  müvafiq  tədbirlər  görmək,  xəstəlik  və 

zərərvericilərin mənbələrini aşkara çıxarmaq, həmin yerlərdə profilaktik və 

fitosanitar  tədbirləri  aparmaq,  bu  halların  yayılmasının  qarşısını  almaq və 

aradan qaldırmaq yolu ilə təmin edilir. 

  

2. Yaşıllıqlara qulluq 

  

2.1.  Yaşıllıqlara  qulluq  torpaqda  yumşaltma  işləri  aparılmaqla,  alaq 

otları  və  kolların  sahədən  götürülməsi,  suvarılması  və  mineral  gübrə  ilə 

yemləmə, habelə zərərvericilərə qarşı mübarizə tədbirlərindən ibarətdir. Bu 

tədbirlərin  vaxtlı-vaxtında  və  aqrotexniki  müddətlərdə  aparılması 

yaşıllıqların  bioloji  inkişaf  faizinin  yüksəlməsinə  və  normal  inkişaf 

etməsinə şərait yaradır. 

2.2.  Yaşıllıqlara  qulluğun  müddəti,  üsulu  və  təkrar  olunması  bitmə 

şəraitində  yetişdirilən  ağac  və  kol  cinslərinin  bioloji  xüsusiyyətindən, 

torpaq  hazırlığı  üsulundan,  yaşıllıqların  yaradılması  metodundan  və  əkin 

materialının ölçüsündən asılı olaraq müəyyən edilir. 

2.3. Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan tədbirlər 

fiziki  və  hüquqi  şəxslər,  bələdiyyələr,  istifadəsində  olan  torpaq  sahələrinə 

münasibətdə  mərkəzi  icra  hakimiyyəti  orqanları,  digər  torpaq  sahələrinə 

münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən yerinə yetirilir. 

  

3. Yaşıllıqların xəstəlik və zərərvericilərdən mühafizəsi 

  

3.1.  Yaşıllıqların  xəstəlik  və  zərərvericilərdən  mühafizəsi  üzrə 

profilaktik  və  fitosanitar  tədbirləri  fiziki  və  hüquqi  şəxslər,  bələdiyyələr, 

istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti 

orqanları,  digər  torpaq  sahələrinə  münasibətdə  isə  yerli  icra  hakimiyyəti 

orqanları  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  elmi-

praktiki dəstəyi ilə həyata keçirirlər. 

3.2.  Yaşıllıqların  karantin  tətbiq  edilən  və  xüsusi  təhlükəli  zərərli 

orqanizmlərə  qarşı  mübarizə  tədbirləri  “Fitosanitar  nəzarəti  haqqında” 



Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan 

Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir. 

3.3.  Yaşıllıqların  xəstəlik  və  zərərvericilərdən  mühafizəsi  tədbirləri 

aşağıdakılardır: 

3.3.1. ümumi, məqsədli, stasionar və marşrut müşahidələri

3.3.2.  xəstəlik  və  zərərvericilərin  əmələ  gəlməsinin  ümumi,  ilkin 

yoxlanışı və onun dəqiq müşahidəsinin aparılması; 

3.3.3. xəstəlik və zərərvericilərlə müasir vasitələrlə mübarizə

3.3.4.  xəstəliklərə  qarşı  profilaktik  tədbirlərin,  zərərvericilərin  və 

xəstəliklərin mənbələrinin ləğv edilməsi işlərinin təşkili. 

3.4. Yaşıllıqların xəstəlik və zərərvericilərdən mühafizəsini təşkil etmək 

məqsədi  ilə  fiziki  və  hüquqi  şəxslərin,  bələdiyyələrin,  istifadəsində  olan 

torpaq  sahələrinə  münasibətdə  mərkəzi  icra  hakimiyyəti  orqanları,  digər 

torpaq  sahələrinə  münasibətdə  isə  yerli  icra  hakimiyyəti  orqanlarının 

vəzifələri aşağıdakılardır: 

3.4.1. yaşıllıqlarda, əkinlərdə və tingliklərdə xəstəlik və zərərvericilərin 

kütləvi  çoxalmasının  və  yayılmasının  qarşısının  alınması  məqsədi  ilə 

fitosanitar və digər tədbirləri həyata keçirmək

3.4.2.  zərərvericilərin  və  xəstəliklərin  yayılmasının  vaxtında  aşkar 

olunması üçün dövri olaraq müşahidələr aparmaq

3.4.3. aparılan müşahidələr nəticəsində aşkar olunmuş zərərvericilərin 

mənbələrinin  ləğv  edilməsini  və  ya  məhdudlaşdırılmasını  vaxtında  təmin 

edən mübarizə tədbirlərini aparmaq; 

3.4.4.  “Fitosanitar  nəzarəti  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun  tələblərinə  uyğun  zərərvericilərə  və  xəstəliklərə  fitosanitar 

nəzarəti  təşkil  etmək  və  bilavasitə  həyata  keçirmək,  zəruri  hallarda 

zərərvericilərin  müxtəlif  mərhələlərdə  həyat  qabiliyyətini  və  xəstəlik 

mənbələrini müəyyən etmək üçün laboratoriya analizləri aparmaq; 

3.4.5.  yaşıllıqların  fitosanitar  vəziyyəti  barədə  məlumat  tərtib  etmək, 

həmçinin 

xəstəliklərin 

və 


zərərvericilərin 

yayılması 

riskini 

proqnozlaşdırmaq; 

3.4.6.  yaşıllıqlarda  xəstəliklərin  və  zərərvericilərin  qarşısını  almaq  və 

geniş  yayılmasına  yol  verməmək  məqsədi  ilə  əkinlərin  davamlılığının 

artırılmasına  yönəldilən  fitosanitar  və  aqrotexniki  tələblərin  yerinə 

yetirilməsini təmin etmək

3.4.7.  xidmət  etdikləri  ərazidə  zərərvericilərə  qarşı  mübarizə 

tədbirlərində  müasir  vasitələrdən  istifadə  etmək  məqsədi  ilə  iş  planı 

hazırlamaq,  bu  işə  texniki  rəhbərlik  etmək,  həmçinin  pestisidlərin 



daşınmasında,  xəstəliklərə  və  zərərvericilərə  qarşı  tətbiq  edilməsində 

“Fitosanitar  nəzarəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda 

nəzərdə tutulmuş qaydalara riayət etmək. 

3.5.  Yaşıllıqların  xəstəliklərdən  və  zərərvericilərdən  mühafizəsi  üzrə 

fitosanitar nəzarəti, onun aparılmasının məqsəd və üsulundan asılı olaraq, 

monitorinq yolu ilə həyata keçirilir və hərtərəfli nəzarətə bölünür. 

3.6.  Monitorinq  yolu  ilə  həyata  keçirilən  nəzarət  zamanı  məlum 

ərazinin  şəraiti  üçün  təhlükəli  olan  xəstəlik  və  zərərvericilərin  mənbələri 

aşkar  edilir,  yaşıllıqlar  üçün  yaranmış  təhlükə  qiymətləndirilir  və  bu 

mənbələrin vəziyyətinə nəzarət edilir. 

3.7.  Nəzarətdə  olan  sahə,  xəstəliklərin  və  zərərvericilərin  adları,  təyin 

olunan  nəzarətin  üsulu  və  müddəti  göstərilir,  həmçinin  nəzarət  üçün 

ayrılmış yaşıllığın təsviri verilir. 

3.8.  Monitorinq  yolu  ilə  nəzarət  zərərvericilərin  mənbələrini  aşkar 

etmək məqsədi ilə xüsusi seçilmiş yaşıllıq sahələrində və ya belə sahələrdə 

xüsusi  marşrut  yollarının  kəsişməsində  müayinə  etmək  yolu  ilə  həyata 

keçirilir. 

3.9.  Hərtərəfli  nəzarətdə  zərərvericilərin  miqdarının  dəyişməsi,  bu 

dəyişmənin səbəbi müəyyən edilir, alınan nəticələrə əsasən, onların kütləvi 

yayılmasının qısa və uzunmüddətli proqnozu işlənilir. 

3.10. Hərtərəfli nəzarət zamanı hər növ ziyanverici üçün bir neçə sahə 

seçilir  və  ildə  iki  dəfə  zərərvericilərin  biologiyasına  müvafiq  yoxlama 

keçirilir. 

3.11. Verilən  proqnoza görə bu və ya digər  növ  zərərvericinin  kütləvi 

artması  gözlənilərsə,  hərtərəfli  nəzarət  üçün  ayrılmış  sahələrə, 

zərərvericinin  artması  ehtimal  edilən  yaşıllıq  massivləri  də  daxil  edilir  və 

orada mükəmməl müayinələr keçirilir. 

3.12.  Fəaliyyətdə  olan  təhlükəli  zərərverici  və  xəstəlik  mənbələrinin 

uçotunun  aparılmasını,  həmçinin  görülən  tədbirlərin  və  təbii  amillərin 

təsiri  nəticəsində  ləğv  edilmiş  mənbələrin  vaxtında  uçotdan  çıxarılması 

məqsədi ilə hər il payızda mənbələrin inventarlaşdırılması aparılır. 

3.13.  İnventarlaşdırılmanın  aparılmasında,  keçən  dövrdə  aşkar 

olunmuş  xəstəliklərin  və  zərərvericilərin  mənbələrinin  miqdarı  haqqında 

məlumatlardan, nəzarətin və müşahidələrin nəticələrindən istifadə edilir. 



  

  

 



Yüklə 33,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə