YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



Sənaye cəhətdən inkişaf etmiş 8 dövlətdən ibarət qrup (G-8) 

 

ABŞ, Yaponiya, Almaniya, Fransa, İtaliya, Birləşmiş Krallıq, Kanada və Rusiyadan ibarət qrup. 



 

Sənaye cəhətdən inkişaf etmiş 10 dövlətdən ibarət qrup (G-10) 

 

Qrup G-7 dövlətlər qrupu və əlavə olaraq İsveç, Belçika, Niderland və İsveçrədən ibarətdir, İsveçrə 1964-cü  



ildə qrupa daxil olan 11-ci ölkədir.  

 

Hazırda 11 üzvü olsa da, qrup yenə də G-10 adlanır. 



 

Sənaye cəhətdən inkişaf etmiş 7 dövlətdən ibarət qrup (G-7) 

 

7 ölkədən ibarət qrup: ABÇ, Yaponiya, Almaniya, Fransa, İtaliya, Birləşmiş Krallıq və Kanada.   



 

Körfəz Əməkdaşlığı Şurası (KƏŞ) 

 

1981-ci ildə yaradılmış KƏŞ iqtisadiyyat və sənaye sahəsində üzv dövlətlər atasında əməkdaşlığı təşviq edir.  



Üzv dövlətlərə daxildir – Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Əmman və BƏƏ. Ayrı-ayrı üzvləri  

olmasa da, bütünlükdə KƏŞ FATF-ın üzvüdür.  

 

 



 

Zərərli, yaxud imtiyazlı vergi rejimləri 

 

BMT və İƏIT mübahisəli mövqe tutmuşlar ki, xarici biznesin inkişafına təkan vermək məqsədilə vergi  



dərəcəsi olmayan, yaxud aşağı dərəcəli vergi tətbiq edən ölkə “zərərli vergi təcrübələri” sərgiləyir. Onların  

təbirincə, ofşor vergi rejimləri real biznes və birbaşa xarici investisiyaların cəlb edilməsi deyil, biznesi digər  

ölkədən yayındıran və vergidən yayınmaya rəvac verən yırtıcı vergi siyasətlərinə dəstək verilməsi məqsədini  

güdür 


 

Hawala 

 

Vəsaitlərin təhlükəsiz və rahat şəkildə sərhədlərarası hərəkətinə rəvac vermək üçün hind və çin  



sivilizasiyalarında istifadə edilən vəsaitlərin mübadilə sistemi. Hawala qərb maliyyə sistemlərindən bir neçə  

əsr əvvəl yaranmışdır. Vətənlərinə vəsait göstərmək istəyən tacirlər pullarını normal halda ticari biznesə  

malik hawala brokeri, yaxud hawaladar vasitəsilə göndərərdilər. normal Bankir vəsaitlərin , kiçik haqq  

müqabilində, digər bankirdən, normal olaraq digər ölkədəki tacirdən alınmasını təşkil edərdi.  İki bankir  

normal ticarət prosesi vasitəsilə hesablaşardılar. Bu gün metod eynidir, dünyanın müxtəlif yerlərindəki  

biznesmenlər beyməlxalq səviyyədə üçüncü tərəflər üçün pulların hərəkət etdirilməsi üçün özlərinin  

korporativ hesablarından istifadə edirlər.  

 

 



85


 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Depozitlər və çıxarmalar ənənəvi maliyyə institutları vasitəsilə deyil, hawaladarlar vasitəsilə həyata keçirilir.  



Təcrübə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə həssasdır – vəsaitlər faktiki olaraq 

sərhədləri aşmır, tranzaksiyalar məxfidir, çünki ciddi şəkildə uçot aparılmır. Pakistanda system hundi  

adlanır. Bax Alternativ Köçürmə Sistemi. 

 

Hecləşdirmə fondu 

 

Hecləşdirmə fondu özəl olaraq təklif edilən – bir qayda olaraq yüksək riskli - investisiya vasitəsidir –  



bu zaman iştirakçıların töhfələri bir araya gətirilir və qiymətli kağızlar portfeli, əmtəə fyuçers müqavilələri,  

yaxud digər aktivlərə yatırılır. Adətən investorlar yüksək xalis kapitala malik olur və investisiyaları rüblük,  

yarımillik və illik əsasda ödəyirlər. 

 

Hundi 

 

Bax Hawala. 

 

 



 

İdentifikasiya/kimlik oğurluğu 

 

İstifadə üçün icazə olmadan digər şəxsin identifikasiyasının saxta tranzaksiyalarda istifadə məqsədilə  



mənimsənilməsi, bu, maliyyə institutunun, yaxud kimliyi istifadı edilən qurbanın itkisi ilə nəticələnir. 

 

Qeyri-formal dəyər transferi sistemi (QDTS)   

 

Bax Alternativ Köçürmə Sistemi. 

 

Inteqrasiya 

 

Çox vaxt klassik pulların yuyulması prosesinin üçüncü və sonuncu mərhələsi kimi istinad edilən inteqrasiya  



fazası zamanı yuyulmuş vəsaitlər vəsaitlər maliyyə sisteminə yenidən daxil edilməklə və onlara qanuni don 

geyindirməklə geriyə - iqtisadiyyata yerlşdirilir.  

 

Vasitəçi maliyyə institutu 

 

Pul köçürməsini həyata keçirənin maliyyə institutundan vəsaitləri qəbul edir və ödəniş tapşırığını resipientin  



maliyyə institutuna ötürür. Beynəlxalq vəsaitlərin transmissiyası zamanı vasitəçi maliyyə institutları adətən 

 müxtəlif ölkələrdə yerləşir.  

 

 

 



 

 

 



86


 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Daxili nəzarət 

 

Pulların yuyulması daxil olmaqla maliyyə təbiətli cinayətkar fəaliyyəti və şübhəli fəaliyyəti aşkar etmək üçün  



institutda mövcud olan siyasət və prosedurlar. Effektiv çirkli pulların yuyulması ilə mübarizəyə uyğunluq  

proqramının əsas komponentlərindən biri daxili nəzarətdir.  

 

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyası (IAIS) 

 

IAIS pulların yuyulması daxil olmaqla müxtəlif məsələlər üzrə qlobal sıöorta prinsiplərini, standartlarını və  



təlimat sənədlərini tərtib edir. 1994-cü ildə yaradılan İAİS təxminən 180 yurisdiksiyada sığorta nəzarət  

qurumlarını təmsil edir.  

 

Beynəlxalq İnkişaf və yenidənqurma Bankı (BİYB) və Beynəlxalq İnkişaf Assosiasuyası (BİA)  

 

Bax Dünya Bankı. 

 

Beynəlxalq Biznes Şirkəti (BBŞ)  

 

Alternativ olaraq”exempt company” vergidən azad olunan şirkət adlandırılan müxtəlif ofşor korporatov  



strukturlar, bunlar yaradam yurisdiksiyadan kənarda biznes istifadə sahəsində ixtisaslaşır – ani yaradılma,  

məxfilik,  geniş səlahiyyət, aşağı xərclər, sıfıra yaxın vergi və  minimum hesabatlıq tələbləri.  

 

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 

 

1956-cı ildə yaradılmış İFC inkişaf etməkdə olan dünyada özəl sector üçün kredit və kapital maliyyələş- 



dirməsinin ən iri  çoxtərəfli mənbəyidir. O, Dünya Bankı qrupunun üzvüdür və baş ofisi Vaşinqton  

şəhərində yerləşir. İFC yoxsulluğun azaldılması yolu kimi inkişaf etməkdə olan ölkələrdə dayanıqlı özəl  

sector investisiyasını təşviq edir. Onun çirkli pulların yuyulması ilə mübarizə sahəsinə təmin etdiyi t 

öhfələrə daxildir – bazar tamlığının olmaması və maliyyə sui-istifadəsinə öz töhfəsini verə biləcək struktur  

və instisusional zəifliklərin ünvanlanmasında ölkələrə kömək.  

 

Beynəlxalq Maliyyə İnstitutları (BMİ)  

 

BMİ-lər birdən çox ölkədə yaradılan, yaxud nizamnəməsi qəbul edilən maliyyə institularıdır. Ən çox tanınan 



 BMİ-lər Beynəlxalq Valyuta Fondu və Dünya Bankıdır. BMİ-lər beynəlxalq maliyyə sisteminin tamlığının 

sui-istifadədən qorunmasında mühüm rol oynayır. Onların gündəliyinin ayrılmaz hissəsini çirkli pulların  

yuyulması ilə mübarizədə ölkənin potensialının artırılamsından ibarətdir.  

 

Beynəlxalq Valyuta Fondu (BVF) 

 

180-dan çox dünya ölkəsini özündə birləşdirən BVF monetary əməkdaşlığı təşviq etmək, iqtisadi artım və 



 yüksək səviyyəli  məşğulluğa dəstək vermək və ölkələrə müvəqqəti maliyyə yardımı təmin etmək məqsədilə 

yaradılmışdır. Təşkilatın məqsədləri yaradılan andan bəri dəyişilməz qalmışdır. Onun müşahidə, maliyyə  

yardımı və texniki dəstəkdən ibarət olan əməliyyatları üzv ölkələrin dəyişməkdə olan ehtiyaclarının  

qarşılanmasına uyğunlaşdırılmışdır. 1999-cu ildən bəri BVF, əsas etibarilə üzv ölkələrin pulların  

yuyulmasına nəzarət standartlarına, məs, FATF tərəfindən tərtib edilmiş standartlara, uyğunluğundakı  

irəliləyişlərin qiymətləndirilməsin kömək göstərməklə çirkli pulların yuyulması ilə qlobal mübarizədə  

daha fəal rol oynamışdır. 

 

 



87


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə