YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Strukturlaşdırma  

 

Nağd pul depozitlərinin, yaxud pul çıxarmalarının qanunsuz şəkildə kiçik məbləğlərə bölünməsi, yaxud  



valyuta hesabatlığı limitinə müvafiq qalmaq üçün monetar alətlərin alqı-satqısı. Bu təcrübəyə pul məbləğinin  

daha kiçik miqdarlara bölünməsi və ilkin məbləğin üstünə gələn iki, yaxud daha çox deposit, yaxud  

çıxarmaların edilməsi daxil edilə bilər. Maliyyə institutlafrının hesabat verməsindən yayınmaq üçün 

 pulları yuyanlar strukturklaşdırmadan istifadə edirlər. Məcburi valyuta hesabatlığı tələbləri olan  

yurisdiksiyalarda bu metoddan geniş istifadə edilir. Bax Smurfing. 

 

Məhkəməyə çağırış 

 

Şahidin məhkəmədə iştirakını tələb edən, məhkəmə tərəfindən verilən məcburi hüuqi proses, bəzən 



 şahidin təsbit edilmiş səndləri gətirməsini tələb edir  

 

Şübhəli fəaliyyət 

 

Çirkli pulların 



yuyulması, yaxud digər cinayət əməli, yaxud terrorizmin maliyyələşdirilməsi ilə  

əlaqəli ola biləcək qeyri-adi, yaxud sual doğuracaq 

müştərişı davranışı, yaxud fəaliyyəti. Müştərinin  

məlum qanuni biznesinəvbi, şəxsi fəaliyyətlərinə, yaxud həmin növ biznes, yaxud hesab üçün normal  

fəaliyyət səviyyəsinə uyğun olmayan tranzaksiyaya da aid ola bilər   

 

Şübhəli fəaliyyətə dair hesabat (STR) 

 

Bax Şübhəli Əməliyyata dair hesabat. 

 

Şübhəli Əməliyyata dair hesabat (STR) 

 

Maliyyə institutunun sual doğuran tranzaksiyasının hesabını özündə ehtiva edən dövlət forması. Bir çox  



yurisdiksiya maliyyə institutlarından şübhəli tranzaksiyalarla bağlı müvafiq dövlət qurumlarına şübhəli  

tranzaksiya hesabatını (STR) verməyi tələb edir.   

 

 



 

Vergi cənnəti 

 

Xarici investorlar və depozitorlara xüsusi vergi stimulları, yaxud vergidən yayınma təklif edən ölkələr. 



 

 

 



 

 

 



 

 

104




 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Vergi informasiyası mübadiləsinə dair müqavilələr  

 

Milli hökumətlər arasında pulların yuyulması və vergidən yayınma ilə bağlı təhqiqatlar üçün sübutlar  



verə biləcək ikitərəfli müqavilələr.   

 

Terrorizmin maliyyələşdirilməsi  

 

Terror aktları törətmək üçün terrorçuların öz əməliyyatlarını maliyyələşdirməsi prosesi. Fəaliyyətlərini  



həyata  keçirmək  və  məqsədlərinə  nail  olmaq  üçün  terrorçulara  maliyyə  dəstəyi  lazımdır.  Maliyyə 

sistemindən  istifadədə  terroçular  və  digər  cinayətkarlar  arasında  az  fərq  vardır.  Cinayətkar  təşkilatında 

olduğu kimi,  uğurlu terrorçu,  yaxud terror qrupu effektiv maliyyə insfrastrukturunu qurmaq və saxlamaq 

iqtidarında  olan  bir  qrupdur.  Bunu  etmək  üçün  qrup,  yaxud  fərd  maliyyələşdirmə  mənbələrini  və  həmin 

mənbələr  arasındakı  əlaqələrə  və  onların  dəstəklədiyi  fəaliyyətlərə  maneçilik  törədən  vasitələri  inkişaf 

etdirməlidirlər. Onlar vəsaitlərin mövcud olması və terror aktlarə üçün mal, yaxud xidmətlərin alqısı üçün 

istifadəsi  naminə  yollar  axtarmalıdırlar.  Terror  hücumlarının  həyata  keçirilməsi  üçün  heç  də  həmişə  iri 

məbləğlər lazım olmur və əlaqəli tranzaksiyalar da mütləq şəkildə mürəkkəb deyildirlər. Terror fəaliyyətləri 

üçün iki əsas maliyyələşdirmə mənbəyi vardır. Birincisi ölkələrdən, təşkilat, yaxud fərdlərdən gələn maliyyə 

dəstəyidir. Digəri isə geniş çeşidli gəlir gətirən qanunsuz fəaliyyətlərdən ibarətdir, o cümlədən qaçaqmalçılıq 

və kredit kartı dələduzluğu.   

 

İfadə vermə 

 

Şahidin adətən and altında verdiyi şifahi təqdimat, bu zaman şahidin bildiyi faktlar təsvir olunur.  



 

Xəbərdar etmə - Tipping Off 

 

Şübhəli bilinən şəxsə onunla bağlı Şübhəli Tranzaksiya Hesabatının tərtib edildiyi, yaxud səlahiyyətli  



orqanlar tərəfindən araşdırılma aparılması, yaxud izlənilməsi  barədə xəbərdarlıq etməklə bağlı düzgün  

olmayan, yaxud qanunsuz hərəkət  

 

Ticarət maliyyəsi 

 

Bax Akkreditiv. 

 

Transparency International (TI) 

 

Berlin şəhərində yerləşən, hökumətin hesabatlığının artırılası və həm beynəlxalq, həm də milli  



korrupsiyanın cilovlanmasına qulluq edən QHT.  1993-cü ildə yaradılmış Tİ təqribən 100 ölkədə fəaliyyət  

göstərir. O, internet səhifəsində “korrupsiya xəbərləri”ni yerləşdirir və korrupsiya ilə əlaqəli məqalə və  

hesabatların arxivini təklif edir. Onun Korrupsiya Online Tədqiqatı və İnformasiya Sistemi (CORİS)  

dünyada, bəlkə də, korrupsiya üzrə ən hərtərəfli məlumatlar bazasıdır. Tİ illik Korrupsiya Qavrama İndeksi  

(KQİ) ilə məşhurdur, bu indeks dövlət rəsmiləri arasında korrupsiyanın qəbul edilmiş səviyyəsinə görə  

ölkələri sıralayır.  Təşkilatın Rüşvət Ödəyənlət İndeksi (RÖİ) rüşvətə meylli olmaq baxımından aparıcı  

ixrac ölkələrini sıralayır. Tİ-in illik Qlobal Korrupsiya hesabatı özündə KQİ və RÖİ-ni birləşdirir və  

ümumi korrupsiya səviyyəsinə görə ölkələri sıralayır. Siyahılar maliyyə institutlarına bu və ya digər  

yurisdiksiya ilə əalqəli riski müəyyən etməyə kömək edir.  

 

 



 

 

 



105


 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Trast 

 

Mülkiyyət sahibi (hüququ verən şəxs - qrantor), benefisiar və əmlakı meneceri (himayəçi) arasında razılıq;  



bunun vasitəsilə himayəçi qrantor tərəfindən müəyyən edilmiş şərtlərə müvafiq olaraq benefisiarın xeyrinə  

əmlakı idarə edir.  

 

Himayəçi 

 

Ödəniş əsaslı peşəkar, şirkət, yaxud trast fondunda aktivləri himayəçinin öz aktivlərindən ayrı saxlayan  



ödənilməyən şəxs ola bilər. Himayəçi istənilən arzi məktubunu nəzərə almaqla təsisçinin etibarnaməsinə  

əsasən aktivləri investisiya edir və onlarla iş aparır.  

 

Tipologiya 

 

Pulların yuyuylası metoduna aiddir və FATF tərəfindən istifadə edilən termindir. 



 

 

 

Xəlvəti bankçılıq 

 

Bax Alternativ Köçürmə Sistemi  

 

Birləşmiş Millətlər Təşkilatl (BMT) 

 

Əməkdaşlıq və kollektiv təhlükəsizlik vasitəsilə sülhün qorunması öhdəliyini götürən 51 ölkə tərəfindən  



1945-ci ildə yaradılmış beynəlxalq təşkilat. Bu gün, demək olar ki, dünyanın hər bir ölkəsi BMT-nin üzvüdür. 

Həmçinin bax Vyana Konvensiyası. BMT müxtəlif təşəbbüslərlə mütəşəkkil cinayətkarlığa qarşı aparılan  

mübarizəyə öz töhfəsini verir, məs, bu məsələdə BMT Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə Ofisinin  

əsas aləti olan Çirkli Pulların yuyulması ilə mübarizə sahəsində Qlobal Proqram (GPML). BMT GPML  

vasitəsilə üzv dövlətlərə pulların yuyulması ilə mübarizə sahəsində qanunvericilik təqdim etmək və bu  

cinayətlə mübarizə mexanizmlərini hazırlamağa kömək edir.  Proqram çirkli pulların yuyulması ilə mübarizə  

siyasətinin hazırlanmasına zəmin yaradır, problem və reaksiyaları monitorinq və təhlil edir, pulların  

yuyulması ilə bağlı ictimaiyyəti maarifləndirir və digər beynəlxalq təşkilatlarla çirkli pulların yuyulması ilə  

mübarizə sahəsində birgə təşəbbüslərin koordinatoru rolunu oynayır. 

 

 



BMT Təhlükəsizlik Şurasının 1267 saylı qətnaməsi 

 

1999-cu ildə qəbul edilmiş qətnamə Üsəma bin Laden və Al-Qaeda təşkilatına dəstək verdiyi üçün Taliban 



 tərəfindən nəzarət edilən Əfqanıstana sanksiyalar tətbiq etmişdir. 

 

 



 

 

 



 

106



 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Sonradan sanksiyalar dəyişdirilmiş və gücləndirilmişdir – onlar daha müstəsna olaraq Əfqanıstana  



hədəflənməmişdir və hazırtda o, Al-Qaeda, yaxud Talibanın planlaşdırılmasında, yaxud maliyyələşdirilmə- 

sində iştirak edən istənilən fərdə, qrupa, müqaviləyə, yaxud müəssisəyə tətbiq edilir.  Maliyyə institutlarının  

tranzaksiyaları bloklaşdıra və BMT 1267 Komitəsi tərəfindən tərtib edilən, müəyyən edilmiş terrorçu 

 müəssisələrin siyahısında olan istənilən şəxs, yaxud müəssisənin aktivlərini dondura bilməsi üçün  

sanksiyaların icra proqramlarının qəbul edilməsinə məcbur edilir.   

 

BMT Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsi 

 

2001-ci ildə qəbul edilmiş qətnamə üzv dövlətlərdən qanun və qaydaların qəbul edilməsi və inzibati  



strukturların yaradılması vasitəsilə terrorizmlə mübarizə aparmaq üçün silsilə tədbirlərin görülməsini tələb  

edir. Qətnamə həmçinin üzv dövlətlərdən “terror hərəkətlərinin maliyyələşdirilməsi, yaxud onlara dəstəklə  

bağlı cinayət araşdırmaları, yaxud cinayət təqiblərində bir-birilərinə ən böyük yardımın göstərilməsini”  

tələb edir 

 

Qeyri-adi tranzaksiya 

 

Hesabatlıq tələblərindən yayınmaq üçün dizayn edildiyi görünən tranzaksiya, hesabın tranzaksiya  



nümunələrinə uyğun deyildir, yaxud həmin növ hesab üçün gözlənilən fəaliyyətdən kənarlaşma mövcuddur. 

 

 



ABŞ Vətənpərvər Aktı 

 

2001-ci ilin Terror Aktının Qarsını Almaq və Mane Olmaq üçün Tələb olunan Müvafiq Alətləri Təmin  



etməklə Amerikanın birləşdirilməsi və gücləndirilməsi (İctimai hüquq 107-56). 2001-ci ilin oktyabrında  

qüvvəyə minmiş ABŞ-ın bu tarixi qanunu Bank Sirri Aktına  

50 dəyişiklik daxil olmaqla ani olaraq çirkli pulların yuyulması ilə mübarizə sahəsinə dəyişikliklər gətirdi  

Aktln 2001-ci ildə qəbul edilmiş  – Beynəlxalq Çirkli Pulların yuyulmasının aradan qaldırılamsı və  

terrorizmin maliyyələşdirilməsi ilə mübarizə adlı III Başlığında çirkli pulların yuyulması ilə mübarizəyə  

dair şərtlərin çox hissəsi yer almışdır. 

 

 



 

Dəyər Transferi xidməti  

 

Bax Pul köçürməsi xidməti. 

 

Vyana Konvensiyası  

 

1988-ci ildə Narkotik vasitələr və psixotrop maddələrin qeyri-qanuni ticarəti əleyhinə qəbul edilmiş  



konvensiya. Vyana Konvensiyasınq qoşulan ölkələr narkotiklərin trəfikinqi və əlaqəli pulların yuyulmasının 

kriminallaşdırılması və narkotiklərin trəfikinqindən əldə edilmiş vəsaitlərin konfiskasiya edilməsi öhdəliyini  

götürürlər. Konvensiyadakı  Maddə III pulların yuyulmasının hərtərəfli tərifini təmin edir, bu, sonradan  

qəbul edilmiş milli qanunvericilik üçün baza rolunu oynamışdır. 

 

 

 



107


 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Həyati xidmət provayderləri (HXP) 

 

Narkotik  trəfikinqi  ilə  məşğul  olanların  qazandığı  milyardlarla  dollarları  dünyanın  hər  yerində  hərəkət 



etdirməyə  kömək  edən  insanlar.  HXP-lərə  daxildir:  mühasiblər,  prokurorlar,  brokerlər,  dilerlər,  digər 

maliyyə institutları, kommunikasiya və nəqliyyat provayderləri və xəlvəti tələlər – nəqliyyat vasitələrində, 

qayıqlarda, yaxud evlərdə mürəkkəb gizlənmə yerləri quran şəxslər.   

 

Vostro hesab 

 

Bax Nostro hesab. 

 

 



 

“Ağ yaxalıqlı” cinayət 

 

Zorakılıq, yaxud zorakılıq təhlükəsinə nisbətən qeyri-zorakı, yaxud özündə daha mürəkkəb “bizneslə əlaqəli”  



sxemləri ehtiva edən cinayət növü. Belə cinayətlərə daxildir: vergi dələduzluğu (yayınma, saxta vergi  

gəlirləri, vergi gəlirləri haqqında məlumat verə bilməmək), çirkli pulların yuyulması (qanunsuz mənbələrdən  

əldə edilmiş pulların gizlədilməsi üçün istənilən cəhd), rüşvətxorluq, müflislik dələduzluğu, ətraf mühit  

dələduzluğu, səhiyyə fırıldaqları və başqaları.  

 

Qəsdən bilməməzlik 

 

ABŞ-dakı pulların yuyulması hallarında fəaliyyət göstərən hüquqi prinsip məhkəmə tərəfindən “faktları  



bilməkdən məqsədyönlü şəkildə yayınmaq”, yaxud “məqsədyönlü şəkildə etinasızlıq” kimi müəyyən edilir.  

Məhkəmələr qeyd edir ki, qəsdən bilməməzlik qüyeo-qanuni vəsaitlərin mənbəyi haqqında faktiki bilgiyə,  

yaxud çirkli pulların yuyulması tranzaksiyasında müştərinin məqsədlərinə ekvivalentdir.  

 

Pul köçürməsi 

 

Maliyyə institutları arasında özlərinin, yaxud müştərilərinin adından vəsaitlərin electron transmissiyası. 



Pul köçürmələri çirkli pulların yuyulması ilə mübarizədə bir çox ölkələrin tənzimləyici tələbləri ilə əhatə 

olunan maliyyə alətləridir. 

 

Volfsberq qrupu 

 

Qrup İsveçrədə ilk sessiyası keçirilən qəsrin adı ilə adlandırılmışdır. Volfsberq Qrupu Banco Santande,  



Bank of Tokyo-Mitsubishi, Barclays, Citigroup, Credit Suisse Group, Deutche Bank, Goldman Sachs,  

HSBC, J.P.Morgan Chase, Société Générale və UBS daxil olmaqla qlobal institutlar assosiasiyasıdır.  

2000-ci ildə Transparency İnternational və dünyanın müxtəlif yerlərindən olan ekspertlərlə birlikdə institutlar 

beynəlxalq özəl banklar üçün çirkli pulların yuyulması ilə mübarizəyə dair qlobal təlimatlar hazırlamışdır. 

 

 

108




 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



O  vaxtdab  bəri  o,  digər  sənədlərlə  bir  arada  müxbir  bankçılıq  və  terrorizmin  maliyyələşdirilməsinə  dair 

təlimatlar tərtib etmişdir. 

 

Dünya Bankı 

 

Dünya Bankı inkişaf etməkdə olan ölkələr üçün maliyyə və texniki yardımın əsas mənbəyidir. O, adi  



anlamda qəbul edilmiş bank olmasa da 184 üzv ölkə tərəfindən idarə olunan iki vahid inkişaf təsisatından 

ibarətdir – Beynəlxalq Yenidənqurma  və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası (BİA).  

Hər iki təşkilat inkişaf etmiş ölkələrə aşağı faizli kreditlər, faizsiz kreditlər və qrantlar təmin edir.  2002-ci  

ildə BVF və Dünya Bankı müxtəlif ölkələrin çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə  

mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsi üçün 12 aylıq pilot proqram  başlamışdır.  

Dünya Bankı və BVF FATF-la birlikdə FATF-ın 40 Tövsiyəsi əsasında belə qiymətləndirmələrin həyata  

keçirilməsi üçün ümumi metodologiya hazırlamışdır. 

 



 

Zəkat 

 

İslamıb beş rüknlərindən və hər bir Müsəlmanın yerinə yetirməli olduğu əsas öhdəliklərdən biridir,  zəkat 



 təmizlənmə yaxud sədəqə vermək deməkdir. Ay ilində - təqribən 355 gün - bir dəfə zəkat xeyriyyə 

 məqsədilə ianələr verilməsini tələb edir.  Bu, öhdəliklər və ailə xərcləri xaric, müsəlmanların illik  

xalis gəlirinin 2.5%-nə bərabərdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



109


 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



Qeydlər 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

110 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə