YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Avtomatlaşdırılmış Klirinq Palatası (AKP) 

 

Paketlərdə yaranan iri həcmli həm kredit, həm də debit tranzaksiyalarını emal edən elektron bankçılıq  



şəbəkəsi. AKP-nin kredit köçürmələrinə birbaşa depozit əmək haqqı ödənişləri və podratçılara və  

təchizatçılara ödənişlər daxildir. AKP-nin debit köçürmələrinə sığorta premiyaları üzrə istehlakçı ödənişləri, 

 ipoteka kreditləri və digər xərc növləri daxildir. Sistem əvvəldən edilmiş kütləvi sifarişlər üçün istifadə  

olunur – məs, iri korporasiyanın tam əmək haqqı. Həm hökumətlər, həm də kommersiya sektoru AKP  

sistemindən istifadə edə bilər. AKP sistemi pulların yuyulması riski aşağı olan, kiçik dollarlı iri həcmli daxili 

tranzaksiyaların transferi üçün dizayn edilmişdir. Bununla belə, AKP vasitəsilə iri məbləğləri göndərə  

bilmək imkanı və beynəlxalq tranzaksiyalar maliyyə institutlarını daha yüksək pulların yuyulması riskinə  

məruz qoya bilər. Xüsusilə hesablar birbaşa kontakt olmadan İnternet üzərindən açıldıqda, ciddi PYM  

monitorinq sistemi olmayan maliyyə institutları əlavə riskı məruz qala bilər 

 

 



 

Bank Draftı 

 

Pulların yuyulmasına həssasdır, çünki o, nüfuzlu institut tərəfindən istifadə olunan nüfuzlu beynəlxalq  



monetar aləti təmsil edir və çox vaxt təqdim edilərkən nağd şəkildə və bankd draftını verən institutun  

digər ölkədəki hesabından ödənilir.  

 

Beynəlxalq Hesablaşmalar Bankı (BHB) 

 

Mərkəzi banklar üçün bank kimi xidmət göstərən və dünya iqtisadiyyatında sabitliyin əldə olunması naminə 



 beynəlxalq monetar və mkaliyyə əməkdaşlığına dəstək verən beynəlxalq təşkilat. Bank Nəzarəti üzrə Bazel  

Komitəsinin Katibliyi orada yerləşir. Komitə Müştərini Tanı məsələləri üzrə geniş nəzarət standartlarını  

və təlimatları formalaşdırılmışdır. 

 

Bank Sirri 

 

Banklara hesab sahibinin razılığı olmadan hesab haqqında informasiyanı – hətta hesabın mövcud olduğunu  



açıqlamağı – qadağan edən qanun və qaydalara aiddir. Maliyyə institutları və onlara nəzarət edən qurumlar 

 arasında milli sərhədlər boyunca informasiya axınını qadağan edir.  FATF-ın 2003-cü ildə buraxılmış  

40 Tövsiyəsinin 4-cü tövsiyəsində deyilir ki, müxtəlif ölkələr məxfilik haqqında qanunların FATF-ın  

Tövsitələrinin icra edilməsinə mane olmamasını təmin etməlidirlər. 

 

 

 



 

 

 



 

 

 



66


 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



Bank Sirri Aktı (PYM) 

 

ABŞ-ın çirkli pulların yuyulması ilə mübarizə sahəsində əsas tənzimləyici əsasnaməsi (Başlıq 31, ABŞ  



Kodeks Bölmələri 5311-5355), 1970-ci ildə qüvvəyə minmişdir və 2001-ci ildə ABŞ Vətəndaş Aktı ilə  

əhəmiyyətli dəyişikliklər edilmişdir. Digər tədbirlər arasında o, maliyyə institutlarına və bir çox digər  

bizneslərə pulların yuyulması, o cümlədən müxtəlif maliyyə tranzaksiyaları ilə bağlı məlumat verilməsi və  

uçot yazılarının saxlanması ilə bağlı nəzarət tətbiq edir.   



 

Bank Sirri Aktı (PYM) Uyğunluq proqramı 

 

Bank Sirri Aktında müəyyən edildiyi kimi, ABŞ-da yerləşən müliyyə institutlarından çirkli pulların  



yuyulması və aidiyyatı olan maliyyə cinayətlərinə nəzarət etmək məqsədilə yaratmaq və icra etmək tələb  

olunan proqram. Proqramın komponentlərinə ən azı daxildir: daxili siyasət, prosedur və nəzarətlərin  

hazırlanması; uyğunluq mütəxəssisinin təyin edilməsi; əməkdaşların davamlı təlimi və proqramı  

testləşdirmək üçün müstəqil audit funksiyası. 

 

Bare Trust/adsız trast 

 

Həmçinin quru, formal, “lüt”, passiv yaxud sadə trast adlandırılır, bu zaman qəyyumlardan tələb edildikdə  



yalnız trast əmlakını benefisiarlara tapşırmaqdan başqa heç nə tələb olunnur.  

 

Bazel MET Sənədi  

 

2001-ci ilin oktyabr ayında Bank Nəzarəti üzrə Bazel Komitəsinin (BNBK) banklar üçün nəşr etdirdiyi  



Müştərilərin Eyniləşdirmə Tədbirləri (MET) üzrə təlimat sənədi. Sənədə sağlam Müştərini Tanı siyasət və  

prosedurları daxildir, Komitəyə görə, bunlar bankların təhlükəsizlik və sağlamlığının və bank sisteminin t 

amlığının qorunmasında mühümdür. 2003-cü ilin fevral ayında Bank Nəzarəti üzrə Bazel Komitəsi  

“Hesabın açılması və müştərinin identifikasiyasına dair ümumi rəhbərlik” çap etdirmişdir.   

 

Bank Nəzarəti üzrə Bazel Komitəsi (Bazel Komitəsi) 

 

Bazel Komitəsi dünya boyunca sağlam nəzarət standartlarının təşviqi məqsədilə 1974-cü ildə böyük onluğa  



daxil olan ölkələrin mərkəzi bankları tərəfindən yaradılmışdır. Onun katibliyi İsveçrənin Bazel şəhərində  

Beynəlxalq Hesablaşmalar Bankı tərəfindən təyin edilir. Digər sənədlərlə bir arada o, banklar üçün  

müştərinin eyniləşdirmə tədbirləri, konsolidasiya edilmiş Müştərini Tanı risklərin idarə edilməsi, ödəniş  

mesajlarında şəffaflıq, beynəlxalq pul köçürmələriə aid örtük ödəniş mesajları ilə bağlı lazımi ehtiyat  

tədbirləri və şəffaflıq və terrorizmlə mübarizə ilə əlaqədar yurisdiksiyalar arasında maliyyə yazılarının  

paylaşdırılması sənədlərini tərtib etmişdir.  

 

Paket emalı 

 

Məlumatların emalı və məlumatların kommunikasiyasının transmissiyasının bir növü, bu zaman  



tranzaksiyalar bir qayda olaraq eyni computer tərəfindən və eyni tətbiqə müvafiq şəkildə qruplaşdırılır  

və emala göndərilir.  

 

 

 



 

 

 



 

67



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə