YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Paket köçürmə 

 

Eyni  maliyyə  institutuna  göndərilən və  sonunda  fərqli  şəxslər üçün nəzərdə tutula bilən, bir sıra  fərdi pul 



köçürmələrindən ibarət köçürmə. 

 

Adsız forma 

 

Sertifikat, səhm transferi, yaxud digər sənədlə bağlı adsız forma təyin edilmiş investisiya, yaxud depozitin  



satılmasına, transferinə, təhvil verilməsinə, yaxud əlavə yazılı təlimat əldə etmək ehtiyacı olmadan sahibinə 

 ünvanlamaq  imkan verir.  

 

Adsız dövriyyə alətləri 

 

Adsız formada monetar alətlər daxildir, məs: ya adsız formada olan, məhdudiyyətli şəkildə indossament  



edilən, saxta ödənilən şəxsə verilən dövriyyə alətləri (o cümlədən, çeklər, sadə veksellər və pul baratları),  

ya da elə bir şəkildə ki, onun adı çatdırılma zamanı ötürülür.  

 

Adsız səhm 

 

Korporasiyanın mülkiyyətçiliyini adsız səhm sertifikatına fiziki olaraq malik olan şəxsə təqdim edən  



dövriyyə alətləri.  

 

Adsız səhm sertifikatı 

 

Bu və ya digər fərdə, yaxud təşkilata deyil, “Adsız” olaraq verilən dövriyyə korporativ səhm sertifikatı.  



 

Benami hesabı 

 

Nominal hesab da adlandırılır. Digəri, yaxud digərlərinin adından bir şəxs, yaxud müəssisə tərəfindən  



saxlanan Benami hesabları Hindistan yarımqitəsinin havala xəlvəti bankçılıq sistemi ilə əlaqəlidir. Bir  

yurisdiksiyada olan, vəsaitlərini havaladar vasitəsilə dugər yurisdiksiyaya hərəkət etdirmək yollarını  

axtaran şəxs əsl kimliyini, yaxud vəsaitlərin resipientinin əsl kimliyini ört-basdır etmək üçün Benami  

hesabı, yaxud Benami tranzaksiyasından istifadə edə bilər.  

 

Benefisiar mülkiyyətçi 

 

Yekun olaraq tranzaksiyanın həyata keçirildiyi hesaba malik, yaxud ona nəzarət edən fiziki şəxs. O,  



həmçinin, hüquqi şəxs, yaxud quruluş üzərində son effektiv nəzarəti həyata keçirən şəxsləri də  

özündə birləşdirir.  

 

Benefisiar 

 

Bütün trastların (xeyriyyə, yaxud qanunla icazə verilən qeyri-xeyriyyə trastlarından başqa) benefisiarları  



olmalıdır ki, buraya təsisçi daxil ola bilər. Trastlara həmçinin maksimal zaman kəsiyi daxildir ki, buna  

“müddətsiz dövr” deyilir və normal olaraq 100 il davam edir. Trastların sonda təsdiq edilə bilən benefisiarı  

olmalı olsa da, onların müəyyən edilməmiş mövcud benefisiarları olmaya bilər. Trastların yalnız müəyyən  

səlahiyyətləri ola bilər.  

 

 

 



68


 

 

 



 

 

Nəzarət Departamenti - PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



Biometrika 

 

 Bir şəxsi digərindən fərqləndirən xüsusiyyətləri müəyyən edən elm. Biometrika texnologiyasının üç  



forması vardır - barmaq izləri, səsin tanınması və gözün qüzehi qişasının skrininqi, bu, nə vaxtsa kağız  

üzərində qələmlə çəkilmiş köhnəlmiş imzalara şamil edilə bilər. Müəyyən institutlar müştərilərinin  

kimliyini verifikasiya etmək üçün biometrikadan istifadə edirlər. Müştərilərin identifikasiya qaydalarının 

 yaranması ilə biometric alətlər maliyyə institutunda daha geniş istifadə edilə bilər.  

 

Qara Bazar Peso Mübadiləs (QBPM) 

 

Kolumbiyanın Qara Bazar Peso Mübadiləsi (QBPM) ticarət əsaslı çirkli pulların yuyulmasının mürəkkəb  



metoduna dair nümunədir. QBPM ilkin olaraq Kolumbiyanın alyuta mübadiləsi üzrə məhdudlaşdırıcı  

siyasətlərindən yaranmışdır. Həmin siyasətlərdən yayınmaq üçün Kolumbiya biznesləri qara bazarda,  

yaxud parallel maliyyə bazarında fəaliyyət göstərən peso brokerləri ilə iş birliyi aparmaqla dövlətin  

vergilərindən yayınırdılar. Kolumbiya narkotik qaçaqmalçıları ABŞ-da yerləşən ABŞ narkotik dollarlarının  

müqabilində Kolumbiyada Kolumbiya pesosu almaq üçün bu metoddan yararlanmışlar. ABŞ Dövlət  

Departamentinin 2007-ci il Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası Sənədinə görə, oxşar qara bazar  

mübadilə sistemlərinə Venesuelada və Argentina, Braziliya və Paraqvay arasındakı üç sərhəd zonasında  

rast gəlinir. Dubaydakı ticari mallar, habelə Çin və Avropada istehsal edilmiş mallar QBPM-ə oxşar  

narkotik yönümlü sistemlər vasitəsilə satın alınır. QBPM ABŞ-dakı kartellərdən narkotik gəlirini əldə edən 

 və pesoları Kolumbiya daxilindəki kartellərə transfer edən brokerlər vasitəsilə fəaliyyət göstərir.  

 

Dollarlar diqqət cəlb etmədən peso brokeri tərəfindən ABŞ-ın maliyyə sisteminə yerləşdirilir, yəni  



“yuyulur”. Sonra dollarlar brokerlər tərəfindən ixrac üçün ABŞ-dan mal almaq məqsədilə dollara ehtiyacı  

olan biznesmenlərə “satılır”.   

 

Çox vaxt ixraca hazır olan malların pulunu Kolumbya (yaxud digar ölkənin) idxalçısı adından faktiki olaraq 



narkotiklərdən əldə edilən dollardan istifadə edən peso broker ödəyir. 

 

Çek şirkəti 

 

“Əks birləşmələr” vasitəailə açıq şəkildə alqı-satqısı həyata keçiriləcək səhmlər emissiya etmək niyyətində 



olan özəl korporasiyalar tərəfindən istifadə edilmək üçün dizayn edilmiş şirkət növü,  bu zaman onların ilkin 

açıq  yerləşdirməsi zamanı çox xərclər çəkilmir. Çek şirkətlərinin çox vaxt az aktivləri olur, kiçik biznes 

fəaliyyəti ilə məşğul olurlar və biznes planları, yaxud təcrübəli rəhbərliyi olmur. 

 

Bukmeyker 

 

Bukmeyker, əsas etibarilə idman hadisələri olmaqla, ayrı-ayrı fərdlərdən müxtəlif məsələlərlə bağlı mərclər  



qəbul edir. Bukmeykerlər pulların yuyulmasına həssasdırlar, çünki çirkli pul yuyanlar müştərilərinə “mərc  

sürüşmələrini” əldə etmək üçün pul təklif edə bilərlər, bu, çox vaxt qələbənin dəyərindən 7-10%  çox olur.  

Pul yuyan şəxs sonra təmiz pulu bukmeykerdən toplayır. 

 

 



 

 

69




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə