YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   2   3   4   5   6   7   8   9   10   ...   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Filial 

 

Biznesin maliyyə institutunun hüquqi baxımdan asılı hissəsini formalaşdıran bir hissəsi, maliyyə  



institutunun biznesinə xas bütün, yaxud bəzi tranzaksiyaları həyata keçirir.  

 

Bureau de Change  

 

 “Casa de cambio” yaxud “mübadilə məntəqəsi” adlandırılan bureau de change pul yuyanlar üçün cəlbedici 



olan  bir  sıra  xidmətlər  təklif  edir:  valyuta  mübadiləsi  və  kiçik  nominallı  banknotların  iri  nominallara 

konsolidasiyası;  maliyyə  alətlərinin,  məs,  səyahət  çekləri,  pul  baratları  və  şəxsi  çeklərin  mübadiləsi;  və 

teleqraf  köçürmə  vasitələri.  Bəzi  ölkələrdə  belə  bizneslər    ənənəvi  maliyyə  institutları  olduqlarından, 

pulların  yuyulması  ilə  bağlı  ciddi  şəkildə  yoxlanılmır.  Onların  müştəriləri  də  təsadüfidir,  bu,  həmin 

bizneslərin “müştərilərini tanımalarını” daha da çətinləşdirir.  

 

Bust-out (bank kartlarından istifadə etməklə dələduzluq)  

 

Cinayətkarların qanuni şəkildə əldə etdikləri kredit, yaxud malların ödənilməsindən yayınaraq saxtakarlıq  



yolu ilə kredit əldə etməyə çalışdıqları sxem. Bir qayda olaraq, bust-out həlqəsi oğurlanmış, yaxud saxta  

yollarla əldə edilmiş kredit kartları üzrə kredit satışlarını alan shell yaxud front bizneslər kimi fəaliyyət  

göstərir. Cinayətkarlar kartları, yaxud nömrələri kredit kart terminallarından keçirir, lakin ya heç bir mal,  

yaxud xidmət təmin etmir, ya da oğurluq, yaxud lisenziyasız mallar təmin edirlər. Günahsız kredit kart  

şirkəti front biznesin hesabını kreditləşdirir. Tranzaksiyaları dəyişməzdən əvvəl cinayətkarlar vəsaitləri  

front biznesin hesablarından çıxarmış olurlar. 

 

Bu dələduzluq sxemlərində bilərəkdən iştirak edən kart sahibləri adətən “aldıqları mallar” üçün kredit kart  



şirkətlərinə pul ödəməkdən imtina edirlər. Bu insanlar ya kredit kartlarını saxta yollarla, yaxud oğurluq  

identifikasiya ilə, ya da aşkar edilməsi mümkünsüz olan yollarla əldə etmişlər. Bust-out sxemləri iri  

müflisləşmə dələduzluqlarının yaradılmasında çox məşhurdur, bu zaman biznes müəssisələr kreditləri  

şirkətin, yaxud əmlakın faktiki dəyərindən artıq qiymətə təminatlandırır, sonra isə pulla birlikdə yoxa  

çıxır və borc verən tərəfi əhəmiyyətli itki ilə üz-üzə qoyurlar.  

 

 



 

Kart sahibi 

 

Maliyyə tranzaksiyası kartı verilən şəxs, yaxud kartdan istifadə etmək səlahiyyəti olan əlavə şəxs. 



 

Karib hövzəsi ölkələrinin Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (KFATF) 

 

Karib dənizi hövzəsi ölkələrindən ibarət, FATF tərzli regional qurum, buraya daxildir: Aruba, Baham  



adaları, Britaniya Virgin adaları, Kayman adaları və Yamayka. 

 

 



 

70



 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Casa de Cambio 

 

Bax Mübadilə məntəqəsi. 

 

Nağd pul əsaslı biznes 

 

Müştərilərin təmin edilən məhsul, yaxud xidmətlərə görə nağd ödəniş həyata keçirdikləri istənilən biznes,  



məs, restoranlar, pizza çatdırılma xidmətləri, taksi maliyyə institutları, qəpiklə işləyən maşınlar, yaxud  

maşın yuyanlar. Qanunsuz olaraq əldə edilmiş vəsaitlərin biznes tərəfindən faktiki olaraq qazanılmış nağd  

pulla birləşməsini təmin etmək üçün çirkli pulların yuyulması ilə məşğul olan bəzi şəxslər nağd pul əsaslı  

biznesi idarə edir, yaxud ondan istifadə edir.  

 

Nağd pulla təminatlandırılmış kreditlər  

 

Nağd pulla təminatlandırılmış kreditdə kredit təminatı kimi nağd pul depoziti çıxış edir. Bəzən nağd pul  



depozitləri digər yurisdiksiyada ola bilər.  

 

Nağd pul depozitləri 

 

Maliyyə institutunun hesablarında yerləşdirilmiş nağd pul məbləğləri. “Yerləşdirmə fazası” da daxil olmaqla,  



pulların yuyulmasına həssasdır, çünki cinayətkarlar maliyyə institutlarında depozitlər yerləşdirməklə nağd  

pullarını nağdsız iqtisadiyyata hərəkət etdirir.  

 

Kassir çeki 

 

Çox vaxt nağd pulla alınan ümumi istifadə edilən monetar alət. Pulların yuyulması məqsədi üçün istifadə  



edilən kassir çekləri nüfuzlu institutdan,məs, bank yaxud kredit ittifaqı, alınmış alət təmin edir.  

 

MET 

 

Bax Müştərinin eyniləşdirmə tədbirləri 

 

CDPC (Fransızca: Comité Européen pour les Problèmes Criminels) 

 

Avropa Şurasının Cinayət Problemlərinə dair Avropa Komitəsi. Əvvəllər PC-R-EV adlanan MONEYVAL  



CDPC-in alt komitəsidir, bu, FATF üzvü olmayan Avropa ölkələrində çirkli pulların yuyulması ilə  

mübarizənin qiymətləndirilməsi sahəsindəki ekspertlərdən ibarət komitədir.  

 

Sertifikat/Şəhadətnamə 

 

Yazılı formal təsdiq, ABŞ Vətəndaş Aktına görə bu sənəddən tənzimləyicilər müxtəlif kontekstdə istifadə  



edirlər, o cümlədən respondent bankın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış yazılı bəyanat, bu  

sənəd bankın shell banklarla fəaliyyət göstərmədiyini təsdiq edir (ABŞ Vətəndaş Aktının 313-cü bölməsinə  

görə). Bu, həmçinin, ABŞ federal agenti tərəfindən yazılı ifadə ola bilər, burada qeyd edilir ki, onun ABŞ  

Vətəndaş Aktının 314(a) Bölməsinə görə maliyyə institutundan istədiyi informasiya pullarln yuyulması,  

yaxud terrorizmin maliyyələşdirilməsi ilə əlaqəlidir.  

  

 



 

 

 



 

71



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə