YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Zəncir İstinad Sxemi  

 

Bax Piramida Sxemi. 

 

Chiti Banking 

 

Bax Alternativ Köçürmə Sistemi. 

 

Chop Shop Banking 

 

Bax Alternativ Köçürmə Sistemi. 

 

CICAD (İspanca: Comisión Interamericana para el Control del Abuso de Drogas) 

 

Bax Amerika Ştatları Təşkilatı – Amerika daxili narkotiklərdən suu-stifadəyə nəzarət komissiyası. 

 

Klirinq hesabı 

 

Həmçinin “omnibus”, yaxud “konsentrasiya hesabı” adlanır. Maliyyə institutunun adından saxlanılan klirinq 



 hesabından, əsas etibarilə daxili administrativ, yaxud bankdan banka tranzaksiyaları üçün istifadə  

olunur, bu tranzaksiyalar zamanı vəsaitlər ilkin vəsait göndərənlər şəxsən identifikasiya edilmədən köçürülür 

və birləşdirilir. ABŞ Vətəndaş Aktı müştəri tranzaksiyaları üçün belə hesablardan istifadəni qadağan edir. 

 

Yığma – kolleksiya hesabları 

 

Xarici ölkələrdən olan immiqrantlar bir çox kiçik məbləğli valyutanı yaşadıqları yerdə bir hesaba toplayır   



və toplanılmış məbləğ vəsaitlərin mənbələri ilə bağlı sənədləşmə olmadan önların doğma vətənlərindəki  

hesaba köçürülür. Asiya, yaxud Afrikadan olan müəyyən etnik qruplar pulların yuyulması üçün kolleksiya  

hesablarından istifadə edə bilərlər.  

 

Kollectiv bilgi  

 

Müəyyən məsələ, müştəri, yaxud hesabla bağlı maliyyə institutunun direktorları, mütəxəssisləri və  



əməkdaşları tərəfindən ayrı olaraq saxlanılan bilgi. Uyğunluğa görə korporativ məsuliyyət və uyğunsuzluğa  

görə öhdəlik təklif etmək üçün kollektiv bilgi məfhumundan istifadə edilə bilər. Məs, maliyyə institutunun  

bilgisi dedikdə, məşğulluqlarının miqyası daxilində bütün əməkdaşların bildiklərinin cəmi nəzərdə tutulur.  

Belə ki, əgər Əməkdaş A müştəri informasiyasının bir tərəfini bilirsə, Əməkdaş B bunun ikinci, Əməkdaş C 

 isə üçüncü tərəfini bilir, institute isə müştəri informasiyasının bütün tərəflərini bilir.  

 

Commission Rogatoire – Məhkəmə tapşırığı 

 

Letters rogatory kimi də adlandırılan commission rogatoires – məhkəmə tapşırıqları dedikdə xarici  



yurisdiksiyada sübutlar axtararkən bir ölkənin mərkəzi orqanının digər ölkənin mərkəzi orqanına hüquqi,  

yaxud ədliyyə yardımı üçün göndərdiyi yazılı xahişlər nəzərdə tutulur. Həmin xahiş-məktubda, bir qayda  

olaraq, xahişin təbiəti,  xahiş edən ölkənin müvafiq cinayət məsuliyyətləri, xahişin edildiyi hüqiqi şərt və  

axtarılan informasiya təsbit edilir. 

 

 

 



 

 

72




 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Konsentrasiya hesabı 

 

Bax Klirinq hesabı  

 

Konsentrasiya riski 

 

Konsentrasiya riski, əsas etibarilə, balans hesabatının aktivlər olan tərəfinə şamil edilir. Ümumi olaraq  



istifadə edilən təcrübə kimi nəzarətçilər nəinki banklardan kredit konsentrasiyalarının müəyyən edilməsi  

üçün informasiya sistemlərinin olmasını tələb edir, hətta bankın bir borcalana, yaxud aidiyyatı olan  

borcalanlar qrupuna kreditlərin verilməsini məhdudlaşdıran limitlər müəyyən edirlər. Müştərilərin kim  

olduğunu və onların digər müştərilərlə əlaqələrini dəqiqliklə bilmədən (Müştərini Tanı siyasətləri vasitəsilə)  

bank konsentrasiya riskini ölçmək iqtidarında olmur, bu, xüsusilə də, aidiyyatı olan əks tərəflər və əlaqəli  

kreditlər kontekstində müvafiqdir. Öhdəliklər tərəfində isə konsentrasiya riski maliyyələşdirmə riski,  

xüsusilə də iri əmanətçilər tərəfindən vəsaitlərin erkən və qəfil çıxarılması riski ilə əlaqəlidir, bu, institutun 

 likvidliyinə zərər vura bilər.  

 

Məxfilik 

 

Müəyyən faktların, məlumat və informasiyanın ictimaiyətdən, yaxud icazəsiz baxışdan saxlanmasə. ABŞ,  



Birləşmiş Krallıq və bir çox digər yurisdiksiyalarda şübhəli tranzaksiya, yaxud fəaliyyətlə bağlı hesabatlar  

tərtib edilərkən məxfilik tələb olunur – institutun əməkdaşları  hesabatın göndərilməsi ilə bağlı müştərini 

 xəbərdar edə bilməzlər. Digər kontekstdə, institut müştəri ilə bağlı informasiyanı yurisdiksiyanın bank sirri  

haqqında qanunlarına zidd olaraq hüquq-mühafizə orqanlarına, yaxud maliyyə kəşfiyyatı orqanına  

açıqladıqda, məxfiliyin pozulması halı baş verə bilər.  

 

Konfiskasiya 

 

Buraya tətbiq edilə bildiyi təqdirdə müsadirə daxildir və  səlahiyyətli orqan, yaxud məhkəmə orderi ilə  



vəsaitlər,  yaxud  digər  aktivlərdən  daimi  məhrumetmə  deməkdir.  Konfiskasiya,  yaxud  müsadirə  hüquqi, 

yaxud  inzibati  prosedur  vasitəsilə  həyata  keçirilir,  bu  zaman    təsbit  edilmiş  vəsaitlərin,  yaxud  digər 

aktivlərin  mülkiyyəti  dövlətə  keçir.  Bu  transferdən  sonra  konfiskasiya,  yaxud  müsadirə  zamanı  təsibt 

edilmiş  vəsaitlər,  yaxud  digər  aktivlərdə  marağı  olan  şəxslər,  yaxud  müəssisələr,  prinsip  etibailə, 

konsfiskasiya, yaxud müsadirə edilmiş aktivlərə olan bütün hüquqlarını itirir. Konfiskasiya, yaxud müsadirə 

orderləri bir qayda olaraq cinayət məhkumluğuna, yaxud məhkəmə qərarına bağlanır, orada konfiskasiya, 

yaxud müsadirə edilmiş əmlakın qanun pozuntusu ilə əldə edildiyi, yaxud qanunu pozmaqla istifadə üçün 

nəzərdə tutulduğu müəyyən edilir. Konfiskasiya  pulların  yuyulması  və terrorizmin maliyyələşdirilməsinə 

qarşı səmərəli tədbir görmək üçün istifadə edilən əsas strateji alətdir. Cinayət-çühakimə icraatı sisteminin 

cinayət fəaliyyətindən əldə edilən vəsaitlərin izlənməsi, dondurulması və nəhayət müsadirə edilməsi üçün 

effektiv və səmərəli şərtlərinin olması mühümdür. Bir çox hüquqi yardım müqavilələri digər yerdəki cinayət 

təqibinə əsasən bir yurisdiksiyada aktivlərin müsadirəsini nəzərdə tuta bilər.  

 

Konstruktiv (könülsüz) Trast Öhdəliyi 

 

Əlində olan əmlakın müştəriyə deyil, başqa şəxsə olduğunu “bildiyi” hesab edilən maliyyə institutuna  



himayəçilik öhdəliklərinin tətbiqi. Əgər maliyyə institutu vəsaitləri hüquqi sahibin maraqlarına zərər verə  

biləcək tərzdə idarə edərsə, yaxud köçürərsə,  trastın pozulması riski ilə üzləşə bilər. Vəsaitlərin cinayət  

qurbanından əldə edilə bilmə və nəticədə qurbanın vəsaitlərinin, yaxud əmlakının itirilməsi ehtimalı olduğu  

halda, çirkli pulların yuyulması ilə mübarizə aparan  

mütəxəssislər  xüsusilə ayıq-sayıq olmalıdırlar.  

 

 



 

73



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə