Yayğin damardaxiLİ laxtalanma sindromu tərifi



Yüklə 217,03 Kb.
səhifə1/22
tarix31.12.2021
ölçüsü217,03 Kb.
#81824
  1   2   3   4   5   6   7   8   9   ...   22
damardaxililaxtalanmasindromu

YAYĞIN DAMARDAXİLİ LAXTALANMA SİNDROMU

Tərifi

Tərifi

  • Yayğın damardaxili laxtalanma sindromu (YDDL) çoxlu miqdarda prokoaqulyantların birdən-birə və ya daimi şəkildə qana keçməsi ilə əlaqədar damar daxilində baş verən yayılmış və davam edən laxtalanma prosesidir. Trombozlara, mikroangiopatiyaya və orqan disfunksiyalarına gətirib çıxarır, kompensator imkanlar tükəndikdə və fibrinoliz artdıqda isə qanaxmalara səbəb ola bilir.
  • Bu sindrom birincili xəstəlik deyil, adətən xəstəliklərin ağırlaşmasıdır. Ədəbiyyatlarda tükənmə, xərclənmə koaqulopatiyası da adlanır.
  • Təsnifatı Mexanizminə görə
  • • İltihab mənşəli prokoaqulyantlar – sitokin və DAMP-lar
  • • tromboplastin təbiətli maddələr (amniotik maye, şiş proteinləri, massiv transfuziyalar və s.)
  • Gedişinə görə
  • • Kəskin (dekompensator)
  • • Xroniki (kompensator)
  • Səbəbləri
  • • Hər hansı patogen mikroorqanizmlərin – bakteriyaların, virusların, parazitlərin, rikketsiyaların törətdiyi ağır infeksion xəstəliklər
  • • Toxumaların geniş miqyasda zədələnmələri (ağır travmalar, yanıqlar, ağır cərrahi müdaxilə, ekstrakorporal qan dövranı)
  • • Üzv və toxumaların destruksiyası (ağır pankreatit)
  • • Şiş xəstəlikləri (prostatın, yumurtalıqların şişi, mədə, süd vəzi xərçəngi, kəskin və xronik leykozlar)
  • Ginekoloji xəstəliklər (qanaxmalarla müşayiət olunan retroplasentar hematoma, amniotik maye emboliyası, plasentanın qopması, dölün ana bətnində tələf olması, abortdan sonra inkişaf edən qram-mənfi sepsis)
  • • Qan damarlarının anomaliyası (nəhəng hemangiomalar, aortanın anevrizması, vaskulitlər)
  • • Ağır qaraciyər yetməzliyi
  • • Dərman preparatlarının qəbulundan, hemotransfuziyadan sonra inkişaf edən kəskin damardaxili hemoliz
  • • Arı, ilan sancması nəticəsində yaranan ağır toksiki və immun reaksiyaları, asidoz, distress sindromu

Yüklə 217,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə