Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə1/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
  1   2   3   4   5   6   7   8   9   ...   100


AZƏRBAYCAN DİLİ
4
Müəllim üçün 
METODİK VƏSAİT
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
04.07.2011-ci il tarixli 1158 №-li əmri ilə 
təsdiq edilmişdir.
Rafiq İsmayılov 
Solmaz Abdullayeva
Xanım Qasımova
Bakı – 2015
Çap üçün deyil


Rafiq İsmayılov 
Solmaz Abdullayeva
Xanım Qasımova
AZƏRBAYCAN DİLİ (4-cü sinif). Müəllim üçün metodik vəsait
Bakı: “Altun kitab”, 2015. 240 səh.
Redaktor:
Nigar Həbibova
Bədii tərtibat:
Rəşad Nəbiyev
Korrektor:
Aqşin Məsimov
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər han sı bir
hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informa siya vasitələri ilə yaymaq
qanuna ziddir.
© 
Azяrbaycan Respublikası Tяhsil Nazirliyi – 2015
Çap üçün deyil


İÇİNDƏKİLƏR
GİRİŞ
1. “Azərbaycan dili” dərslik komplekti  ......................................4-5
2. Məzmun standartları  ............................................................5
2.1. Dinləmə bacarığı üzrə məzmun standartları və təlim məqsədləri....5-6
2.2. Danışma bacarığı üzrə məzmun standartları və təlim məqsədləri...6-7
2.3. Oxu bacarığı üzrə məzmun standartları və təlim məqsədləri  .........7-10
2.4. Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri  .........10-11
2.5. Dil qaydaları üzrə məzmun standartları və təlim məqsədləri  ..........11-12
3. Qiymətləndirmə.....................................................................13-15
4. Müəllim üçün əlavə resurslar ................................................ 15
DƏRSLƏRİN SAATLAR ÜZRƏ BÖLGÜSÜ
(bu hissədə hər bölmənin əvvəlində dərslik komplekti 
üzrə ümumi mündəricat əks olunur)
I bölmə. Ailə və məktəb ..........................................................................16-43
II bölmə. Niyə belə deyirik  ...................................................................... 44-70
III bölmə. Əməksevərlik .......................................................................... 71-95
IV bölmə. Yüz min niyə ........................................................................... 96-130
V bölmə. Dostluq ..................................................................................... 131-153
VI bölmə. Ana təbiət ................................................................................ 154-181
VII bölmə. Əxlaqi dəyərlər ...................................................................... 182-209
VIII bölmə. Kainatın sirləri  ...................................................................... 210-239
3
Çap üçün deyil


GİRİŞ
“AZƏRBAYCAN DİLİ” DƏRSLİK KOMPLEKTİ
Təqdim olunan dərslik komplekti mövzuların tədrisi və qiymətləndirilməsi baxımından bir-
birini tamamlayan iki kitabdan ibarətdir: 1) dərslik, 2) müəllim üçün metodik vəsait (MMV).
4-cü sinifdə Azərbaycan dilinin tədrisinin 8 mərhələdə keçilməsi nəzərdə tutulur. Dərslik
komplektində bu mərhələlər ayrı-ayrı bölmələr şəklində təqdim olunmuşdur. Hər bölmə 
10-
16
dərs, hər dərs 2-8 saat üçün nəzərdə tutulmuşdur. Beləliklə, dərslik komplekti 340 saat
üçün nəzərdə tutulmuş 104 dərsdən ibarətdir. 
Bölmələrdə təqdim olunan oxu və dinləmə mətnləri, eləcə də danışma və yazı fəaliyyətləri
müvafiq bölmənin mövzusu ilə bağlıdır. Hər bir dərs dərslikdə verilmiş müəyyən mətnlə bağlı
olduğundan dərslərin mövzusu həmin mətnin adı ilə eynidir. 
Hər bir dərs bir deyil, bir neçə məzmun xətti (dinləyib anlama və danışma, oxu, yazı, dil
qaydaları) üzrə fəaliyyəti əhatə edə bilər. Dərs vaxtının həmin fəaliyyət istiqamətləri üzrə
bölüşdürülməsi, təqdim edilən sual və çalışmaların sinifdə yerinə yetirilməsi, yoxsa evə
tapşırılması müəllimin öhdəsinə buraxılır. Dərslik komplektinin əsas vəzifəsi “Ana dili kuriku-
lumu”nda təsbit olunmuş məzmun standartlarının tədrisdə reallaşdırılması üçün yetərincə
material təqdim etməkdir. Bununla yanaşı, müəlliflərin fikrincə, ev tapşırığı kimi araşdırma
və layihələr üzrə işlərin verilməsi daha məqsədəuyğundur.  
Hər həftənin sonunda sinifdənxaric oxu dərslərinin keçirilməsi nəzərdə tutulur. Sinif dən -
xa ric oxu dərslərinin təşkili forması da müəllimlərin öz öhdəsinə buraxılır. Dərslikdə verilmiş
istənilən mətni və ya məktəb kitabxanasında şagirdlərin yaş səviyyəsinə uyğun olan hər
hansı bədii kitabı bu məqsədlə istifadə etmək olar. Bu halda həmin mətn evdə oxumaq üçün
tapşırıla bilər. Mətn üzrə iş isə sinifdə müəllimin tərtib etdiyi sual və tapşırıqlar əsasında
yerinə yetirilə bilər. 
Yazıçı və şairlərin bəzi əsərləri dərslikdə müvafiq yaş qrupu üçün uyğunlaşdırılmışdır.
Dərs zamanı şagirdlərdə müəyyən psixoloji narahatlıq, sarsıntı, lazımsız reaksiya yarada
biləcək məqamlar ixtisar edilmiş və ya dəyişdirilmişdir. Bundan başqa, əsərlərin adaptasiyası
zamanı şagirdlərin söz ehtiyatı, intellektual səviyyəsi və nəhayət, məzmun standartından
doğan təlim məqsədi nəzərə alınmışdır. 
4
Dərs ayı
Bölmələr
Dərs həftəsi
Dərs sayı
Saat sayı
I
Ailə və məktəb
4
10
40
II
Niyə belə deyirik 
4,6
14
46
III
Əməksevərlik
4,4
13
44
IV
Yüz min niyə
4,6
16
46
V
Dostluq
4,4
13
44
VI
Ana təbiət
4
14
40
VII
Əxlaqi dəyərlər
4
14
40
VIII
Kainatın sirləri
4
10
40
Cəmi
34
104
340
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə