Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə100/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   92   93   94   95   96   97   98   99   100

Müəllim oxunun sonunda belə bir sual verir:
– Sizcə, mətnin sonunda Lemiyə verilən sualı Lemi uşaqlara versə idi, onlar necə cavab
verərdilər?
Ehtimal ki cavab təxminən belə ola bilər:
– Lemi, biz səndən çox şeylər öyrəndik. Biz – Yer insanları  öz səhvlərimizi düzəldəcəyik.
İnanırıq ki, bizim planetimiz milyon illər yaşayacaq, çiçəklənəcək, onun gözəl, təmiz havası ola-
caq. Lemi, çox tez bir zamanda bizim planetimiz cənnətə çevriləcək. 
Tətbiqi çalışmalar üçün iş dəftərinin 146-cı səhifəsindəki 1-ci tapşırıqdan istifadə oluna
bilər.
Sual: – Leminin planetində yaşayanlarla Yerdə yaşayan insanların davranışları arasında
hansı fərqlər var? Hansından daha çox xoşunuz gəlir?
Danışma
(debat)
I qrup: – İnsan həmişə təmkinli və soyuqqanlı olmalıdır.
II qrup: – İnsan öz hiss və duyğularını gizlətməməlidir.
Debatdan sonra sinifdəki şagirdlərdən kimin təmkinli, kimin emosional olması ilə bağlı
şagirdlərin fikirləri öyrənilir.
Dinləmə
Sual: – Deyə bilərsinizmi, Çin təqviminə görə bu il hansı heyvanın adını daşıyır?
Müəllimin nəzərinə:
2015-ci il – Qoyun 
2016-cı il – Meymun
2017-ci il –Xoruz
2018-ci il – İt
2019-cu il – Qaban
ÇİN HOROSKOPU
Çin imperatoru öz nökərini göndərdi ki, on iki ən gözəl heyvanı gətirsin. İmperator illəri
onların adı ilə adlandırmaq istəyirdi. Nökər əvvəlcə siçovulu görüb onu imperatorun yanına
dəvət etdi. Siçovul sevindi və şahla görüşə getmək üçün özünü qaydaya salmağa getdi.
Nökər fikirləşdi ki, öküz, pələng, dovşan, əjdaha, ilan, at, qoyun, meymun, xoruz və it
də imperatorun xoşuna gələr. Bundan sonra bir heyvan qalırdı. Nökər pişiyin gözəlliyi
haqqında çox eşitmişdi. Ona görə də uzun müddət onu axtardı. Lakin pişiyi heç yerdə
tapmadığına görə siçovuldan xahiş etdi ki, dəvəti pişiyə çatdırsın. Siçovul pişiyi tapdı və
xəbəri çatdırdı. Lakin pişik tənbəl idi və yatmağı sevirdi. Buna görə də o, siçovuldan xahiş
etdi ki, onu lazım olan vaxt yuxudan oyatsın. Siçovul əvvəl razılaşdı, lakin öz yuvasına
gəlib güzgüyə baxanda başa düşdü ki, pişik ondan qat-qat gözəldir və şahın yanında onu
kölgədə qoyacaq. Buna görə də o, səhər pişiyi oyatmadı. 
Ertəsi gün saat 6-da şirin-şirin yatan pişikdən başqa bütün dəvət edilmiş heyvanlar
imperatorun yanında toplaşdılar. Heyvanların hamısı şahın xoşuna gəlməyə çalışırdı. Ən
hiyləgəri siçovul oldu. O, öküzün belinə qalxaraq tütəkdə çalmağa başladı. Bu, şahın çox
xoşuna gəldi və ona birinci yeri verdi. Öküz mərhəmətinə görə ikinci yeri tutdu. Pələngə
üçüncü, gözəl kürkünə görə dovşana dördüncü, qeyri-adi görkəminə görə əjdahaya
beşinci, müdrikliyinə görə ilana altıncı, ata yeddinci, qoyuna səkkizinci, cəldliyinə görə
meymuna doq quzuncu, xoruza onuncu və itə on birinci yer verildi. Yalnız onda gördülər
ki, sonuncu heyvan – pişik yoxdur. 
Qulluqçu saraydan çıxıb ilin sonuncu simvolunu axtarmalı oldu. O, qarşısına çıxan bi-
rinci heyvanı – donuzu saraya dəvət etdi. Bu arada pişik oyandı və gördü ki, yuxuya qalıb,
siçovul isə onu oyatmayıb. Pişik var gücü ilə saraya doğru qaçdı. Bu zaman nökər donuz
ilə saraya gəldi və şah çirkin donuzu görüb ona on ikinci yeri verdi. Bu vaxt pişik gəlib
233
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


234
8
BÜRCLƏR
ÇİN HOROSKOPU
2004
Meymun
2005
Xoruz
2006
İt
2007
Qaban
2008
Siçan
Qoç
(21 mart 
– 20 aprel)
Qorxmaz,
agıllı və
inadkardır.
Cəsur, 
əda lət   li dir.
Yalanı sevmir.
Əliaçıq,
ədalətlidir.
Cəlddir.
Yalanı sevmir.
Enerjilidir.
Enerjili və
düzgündür.
Ünsiyyətcildir.
Buğa
(21 aprel
– 21 may)
Ünsiyyətcil,
məqsədə çat-
maqda
inadkardır.
Xeyirxahdır,
düzgünlüyü
sevir.
Müstəqildir.
Həssas, ağıllıdır.
Rəhbərliyi
bacarır.
Yaxşı biznes-
mendir. Gözəl
yaşamağı
sevir.
Rahatlığı,
incəliyi sevir. 
Əkizlər
(22 may 
– 21 iyun)
İntellektual
səviyyəli,
agıllıdır.
Çox aktivdir.
Xəyalpərəstdir. 
Əsəbidir.
Ünsiyyətcil və
ətrafdan dəstək
gözləyəndir.
Optimistdir.
Elmlə məşgul
olmağı sevir.
Müstəqildir.
Hər bir
vəziyyətdən
çıxış yolu tapır.
Xərçəng
(22 iyun 
– 22 iyul)
Hər vəziy -
yətdən çıxış
yolu tapır.
Tez inciyəndir.
Mühitə gec
uyğunlaşır.
Həssas, emo -
sionaldır. Kömək
etməyi sevir.
Doğmalarını
çox sevir və
qo ru yur.
Sadiqdir.
Mehribandır.
Bir az komp -
lekslidir.
Şir
(23 iyul 
– 23 avqust)
Səbirsiz,
özünə hörmət
edəndir.
Qürurludur.
Ədalətli və
xeyirxahdır.
Cəsur və döyüş -
kəndir. Kömək
etməyi sevir.
Ürəyiaçıqdır.
Komfortu sevir.
Aktiv,
hiyləgərdir.
Ciddiliyi sevir.
Qız
(24 avqust – 
23 sentyabr)
Ədalətli,
alicənabdır.
İşgüzar,
qənaətcildir.
Sülhsevər,
ehtiyatlıdır. 
Həssas,
ədalətlidir.
Diqqəti sevir.
Səliqəli və
qənaətcildir.
Fikirlərini
bölüşməyi
sevmir.
Tərəzi
(24 sentyabr
– 23 oktyabr)
Gözəl natiq,
sülhsevərdir.
Mübahisə
etməyi sevir.
Lovğadır.
Ünsiyyətcil və
mehribandır.
Çox götür-qoy
edəndir.
Ağıllı və
intellektualdır.
Təkliyi sevmir.
Əqrəb
(24 oktyabr
– 22 noyabr)
Ehtiyatlıdır,
hər şeyə ma -
raq göstə rir.
Emosionaldır.
Zəhmətkeş və
gözəl natiqdir.
Ünsiyyəti sevmir.
Xırdaçıdır.
Hövsələlidir.
Analiz edərək
səhvləri tapır.
Güclü
intuisiyası var.
Yalanı sevmir.
Oxatan
(23 noyabr
– 21 dekabr)
İti ağıllıdır,
səyahəti
sevir.
Danışmağı çox
sevir. Səyahəti
xoşlayır.
Müstəqildir.
Hərəkətdə
olmağı sevir.
İntellektualdır.
Düzgün qərar
qəbul edir.
Tərsdir.
Ünsiyyətcil və
gözəl natiqdir.
Çətinlikdən
qorxmur.
Oğlaq
(22 dekabr
– 20 yanvar)
Qeyri-adi,
mürəkkəb
xasiyyətlidir.
Soyuqqanlı və
ciddi, ədalətlidir.
İntellektualdır.
Sakitdir. Kömək
etməyi xoşlayır.
Zəhmətkeşdir.
İncəsənəti çox
sevir.
Səbirli, əda -
lətlidir. Zara -
fatı sevmir.
Dolça
(21 yanvar
– 18 fevral)
Bacarıqlı, bir
az nara hat dır.
Sirr
 sax la yan dır.
Fantaziyası
güc lüdür. Məs -
ləhət verməyi
sevir.
Zəhmətkeş,
amma
səbirsizdir.
Rahatlığı sevir.
Özünə hörmət
edir.
Ağıllı və xə yal -
pərəstdir. Güc -
lü məntiqi var.
Balıqlar
(19 fevral
– 20 mart)
Mühitə tez
uyğunlaşan,
zəhmətkeşdir.
Xəyalpərəstdir.
Vəziyyətdən çıxış
yolu tapır.
Xeyirxah,
ünsiyyətcil, 
sakitdir.
Sülhsevərdir.
Dostluqda
vəfalıdır.
Anlaşılmaz və
qapalıdır.
Ürəyiaçıqdır.
Çap üçün deyil


235
çıxdı, lakin artıq gec idi. On iki ilin simvolu artıq təsdiq olunmuşdu. Pişik imperatorun çox
xoşuna gəlmişdi. Lakin artıq heç nəyi dəyişmək olmazdı, buna görə də o zamandan pişik
ilə siçovul arasında barışmaz düşmənçilik var.  
Müəllim: – Astroloqların dediklərinə görə, insanın hansı ildə və hansı bürc altında doğulması
onun xarakterini müəyyənləşdirir. Gəlin görək bu, doğrudanmı, belədir?
Müəllim lövhədən “Çin horoskopu” plakatını asır (MMV, səh. 234). Bir neçə şagirdin cədvəldəki
xanası tapılır və orada yazılanların onun xarakterinə uyğun gəlib-gəlmədiyi müəyyən olunur.
İş dəftərinin 146-cı səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilə bilər.
Cədvəllə əlaqədar aşağıdakı tapşırıqlar verilir.
1. Çin horoskopundan istifadə edərək ailə üzvünün və sinif yoldaşının xüsusiyyətlərini yaz.
2. Cədvələ əsasən hansı bürclər arasında oxşar xüsusiyyətlər olduğunu müəyyənləşdir.
3. 1991-ci il yanvarın 5-də doğulan insan haqqında verilənlərdən biri yanlışdır:
A) Qoyun ilində doğulub.
B) Oğlaq bürcündəndir.
C) Ciddidir və məqsədinə çatmaq üçün mübarizə aparır.
4. Çin horoskopunda illər 12 ildən bir təkrarlanır. Buna  əsasən 2005-ci il sentyabrın 8-də
doğulan uşağın hansı ildən və bürcdən olduğunu və xüsusiyyətlərini yaz.
Dil qaydaları
Dərsliyin 219-cu səhifəsindəki 2-ci tapşırıq yerinə yetirlir.
İş dəftərinin 146-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə sual və
tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 102. VİDA (4 SAAT)
ailə üzvü
sinif yoldaşı
Adı
Müşahidəmə əsasən
Çin horoskopuna əsasən
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Verilmiş qrafik informasiyanı (barqrafı,
diaqramı) şifahi şəkildə şərh edir.
2.1.3. Öyrəndiyi yeni söz və terminlərin
lüğətini tərtib edir.
Rast gəldiyi yeni terminlərin kiçik izahlı
lüğətini tərtib edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun davam
etdirir.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəy -
yən edilən əməli yazılar (məktub, açıqca,
elan, ərizə, dəvətnamə, məlumat) yazır.
Oxuduğu əsərin qəhrəmanına məktub yazır.
Oxuduğu əsərin müəllifinə məktub yazır.
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


Motivasiya 
Müəllim: – Sizcə, Lemi öz planetinə qayıda biləcəkmi?
Şagirdlərin proqnozları dinlənilir.
Oxu
Dərsliyin 220-222-ci səhifələrində verilmiş “Vida” mətni mavi dairələrdə fasilə verməklə oxu-
nur. Fasilələrdə müəllim şagirdlərə suallarla müraciət edir.
I fasilə: – Rüstəm nəyə görə Lemi üçün kitab yığırdı?
II fasilə: – İlqar nəyə görə polisləri çağırmışdı?
– Sizcə, polislər Kənangilin həyətinə nə məqsədlə gəlmişdilər?
Kənanın atasına danışdıqlarını elə nəql edin ki, ata buna inansın.
III fasilə: – Sizcə, ata niyə məhz indi tərəddüd etməyə başladı? Lemini yola salan uşaqların
hislərini təsvir edin. Onlar daha çox sevinir, yoxsa kədərlənirdilər?
IV fasilə: – Kənanın atası “Biz zəifik” deyəndə nəyi nəzərdə tuturdu? Ata diqqətlə Leminin
gözlərinə baxdı. O gözlərdən nələri oxumaq olardı? 
Mətn sona qədər oxunur. 
Dərsliyin 222-ci səhifəsindəki 1-ci tapşırıq oxunur və şagirdlər əsərin davamı ilə bağlı
versiyalarını təxmin edirlər.
Yazı
Dərsliyin 222-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir. 
Tapşırıq: – “Yaşılgözlü qız” əsərində kimi mənfi obraz hesab edirsən? Onun haqqında
düşündüklərini yaz.
“Əsərin davamı ilə bağlı müəllifə məktub yazaraq arzu və məsləhətlərini bildir” tapşırığını
yerinə yetirmək üçün şagirdlər müzakirə keçirirlər. Bir neçə variant təklif oluna bilər.
1. Rüstəm aviakonstruktor sənətinə yiyələnib kosmik gəmi düzəldir və uşaqlar Leminin
planetinə uçurlar.
2. Yerdəki uşaqlar çətinliyə düşürlər və Lemi qardaşı ilə onların köməyinə gəlir.
3. Uşaqlar kosmik gəmidə Marsa səyahət edirlər. Gəmi qəzaya uğrayır. Lemi onların
köməyinə gəlir. 
Şagirdlər bu fikirləri genişləndirərək müəllifə məktubda bunu qeyd edirlər.
Dinləmə
Müəllim: – Bu gün kosmik gəmidə kosmosa uçuşlar adi hadisəyə çevrilib. Lakin 100 il bun-
dan qabaq insanlar kosmik fəzaya çıxışı ağıllarına belə gətirə bilməzdilər. Sizcə, kosmosa
uçuşlar elmin inkişafına necə təsir göstərir?
Şagirdlər bu haqda fikirlərini deyirlər.
Əlavə suallar:
– Kosmonavt kimə deyilir?
– Kosmodrom nədir?
– Skafandr nədir?
Müəllim lövhədə cədvəl nümunəsi çəkir.
Şagirdlərə tapşırılır ki, hər biri eyni cədvəli ayrıca bir vərəqdə çəksin, mətni dinlədikcə
məlumatları müvafiq xanalarda qeyd etsin. Şagirdlərin bunu edə bilməsi üçün müəllim mətni
aramla oxuyur.
Tarix (nə zaman?)
Şəxs (kim?)
Hadisə (nə etdi?)
236
Çap üçün deyil


237
KOSMONAVTİKANIN TARİXİ
1957-ci ilin payız günlərindən birində Baykonur adlanan kosmodromda çoxlu adam
yığışmışdı. Həmin gün buradan ilk dəfə Yerin süni peyki kosmosa çıxarılırdı. Bundan
təxminən 1 ay sonra Yerin ikinci süni peyki buraxıldı. Peykdə müxtəlif elmi cihazlarla
yanaşı, Layka adlı it üçün quraşdırılmış kabinə də var idi. Bu it kosmosa “ayaq basmış”
ilk canlı idi. Bu uçuşda əsas məqsəd kosmosa qalxma zamanı canlı orqanizmlərin
qarşılaşdığı çətinlikləri öyrənmək idi. 
Bundan sonra da dəfələrlə kosmosa süni peyklər qaldırıldı. Bütün bunlarla insan kos-
mosa çıxmağa hazırlaşırdı. Nəhayət, dünyada ilk dəfə 12 aprel 1961-ci il saat 09
07
dəqiqədə insan kosmosa uçdu. İlk kosmonavt Yuri Alekseyeviç Qaqarin oldu. Bir anda
bu xəbər bütün dünyaya yayıldı. “Vostok” adlandırılmış ilk kosmik gəminin kapitanı Yerin
ətrafına dolandı. Cəmi 108 dəqiqə davam etmiş bu kosmik uçuşun həyata keçirildiyi gün
Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir. 
1963-cü ildə ilk kosmonavt qadın Valentina Tereşkovanın kosmik uçuşu baş tutdu.
1965-ci ildə xüsusi skafandr geyinmiş  Aleksey Leonov ilk dəfə olaraq uçuş zamanı
gəmidən açıq kosmik fəzaya çıxdı.
1969-cu ildə “Apollon-11” gəmisi Ayın səthinə endi. Gəminin kapitanı olan Amerika
astronavtı Aya ayaq basmış ilk insan oldu. Bu zaman onun söylədiyi “İnsan üçün kiçik
addım, lakin bütün bəşəriyyət üçün nəhəng sıçrayış” cümləsi tarixə düşdü. 
Əvvəllər ilk təyyarələrdə havaya qalxan hər kəsə təyyarəçi deyildiyi kimi, indi bir dəfə
kosmosda olmuş hər kəsə kosmonavt deyirik. Lakin vaxt gələcək, kosmosda kosmik
gəmilərin sərnişinləri də olacaq. Onda biz yalnız kosmik gəmini idarə edənlərə kosmonavt
deyəcəyik.
Mətn dinlənildikdən sonra bir neçə şagird öz cədvəli əsasında mətni nəql edir.
İş dəftərinin 148-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilə bilər.
Krossvordun cavabları: 1) Leonov, 2) Tereşkova, 3) Yupiter, 4) Layka, 5) skafandr, 6) Merkuri,
7) kosmos, 8) atmosfer, 9) Saturn, 10) Mars, 11) kosmodrom, 12) Venera, 13) Qaqarin
Söz ehtiyatı
Şagirdlər bölmədə rast gəldikləri yeni sözlərin əlifba sırası ilə izahlı lüğətini tərtib edirlər.
(Tapşırıq iş dəftərinin 147-ci səhifəsindəki cədvəldə yerinə yetirilə bilər.)
İş dəftərinin 148-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlardan istifadə oluna bilər.
Qiymətləndirmə
Müşahidə, yazı işləri əsasında təlim məqsədinin nə dərəcədə
reallaşdığı qiymətləndirilir.
Dərs 103. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat) 
Bu dərsdə dərsliyin 223-cü səhifəsində verilmiş sual və tapşırıqlar yerinə yetirilir, müvafiq
bölmədə tədris olunmuş materiallar təkrarlanır. Bununla yanaşı, müəllim həm özünün ha zır la -
dığı materiallardan, həm də müxtəlif qiymətləndirmə vasitələrindən istifadə edə bilər. Tap -
şırıqların seçimi zamanı bölmədə reallaşdırılmış standartları əsas götürmək lazımdır.
Dərs 104. 8-ci BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏT LƏNDİRMƏ  (2 saat)
Dinləmə və yazı üzrə qiymətləndirmə 
(İş dəftərinin 149-cui səhifəsində də verilmişdir.)
GÜNƏŞ VƏ AY
Deyirlər, Günəş və Ay bacı-qardaş imiş. Onlar mehriban dolanır, həmişə dünyanı bir yerdə
səyahət edirlər.
Bir gün Göy ana uşaqları – Günəş və Ayı yanına çağırıb deyir:
– Övladlarım, siz hər dəfə səfərə birlikdə çıxdığınıza görə mən tək qalıram. Artıq təklik mənə
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


238
güc gəlir. Deyirəm, bu gündən biriniz burada – yanımda qalsın, o biriniz isə gedib dünyanı
fırlanıb gəlsin. Ay, sən gündüzlər yanımda qal, qoy bacın Günəş gəzsin. O, axşam qayıdar,
sonra sən səfərə çıxarsan. 
Ay razılaşmır:
– Mənə gündüzlər sərf edir, – deyir.
Göy ana oğluna ha başa salır ki, Günəş qızdır, gecə qaranlıqda yola çıxsa, qorxub-eləyər,
Ay tərsliyindən qalmır:
– Yox, mən səhərlər gedəcəyəm.
Göy ana da dözməyib bərk hirslənir, xəmirli əli ilə oğlunun üzünə şillə vurur...
Deyirlər, o vaxtdan Ayın üzünə ləkə düşüb. O da utandığından səfərə ancaq gecələr çıxır.
Günəş isə səhər açılan kimi uzun sarı saçlarını açıb onun qabağını tuturmuş ki, qardaşının
üzündəki ləkələri görməsinlər.
1. Göy ana övladlarına nə məsləhət görür?
A) Hər zaman hörmət edin ki, hörmət görəsiniz.
B) Aya bacısı Günəşə göz-qulaq olmağı tapşırır.
C) Oğlu səfərə gecələr çıxsın, qızı isə gündüzlər.
2. Ana nə üçün Günəşin gecələr səfərə çıxmasını istəmir?
A) O, qızdır və gecələr qorxar deyə
B) Onun gündüzlər vaxtı olduğuna görə
C) Gündüzlər ana qızı olmayanda darıxır deyə
3. Səncə, Ay nə üçün gündüzlər səfərə çıxmaq istəyir?
______________________________________________________
______________________________________________________
______________________________________________________
4. Ana nə üçün oğluna şillə vurur?
A) Onun sözündən çıxdığı üçün
B) Bacısını incitdiyi üçün
C) Səfərdən gec qayıtdığı üçün
5. Ayın üzündəki “ləkə” nədən yaranıb?
A) Bacısı onun üzünü cızmışdı.
B) Üzündə yaradan qalmış izdir.
C) Anasının xəmirli əlinin izidir.
6. Nə üçün Günəş çıxanda Ay gözdən itir?
______________________________________________________
______________________________________________________
______________________________________________________
Oxu və dil qaydaları
üzrə qiymətləndirmə (İş dəftərinin 150-151-ci səhifələrində də
verilmişdir.)
MARAĞA RƏSƏDXANASI
Tusi Marağada tikiləcək rəsədxananın xərci haqqında Hülakü xana xəbər verir. 
Xan
təəccüblə soruşur: “Ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul
xərcləyək?” Bu sualı eşidən alim məyus olur. O, tələb edir ki, iri bir çəlləyi şəhərin
yanındakı təpəyə qaldıraraq oradan aşağı buraxsınlar. Çəllək uğultuyla aşağı yuvar-
lananda şəhər əhalisi arasında çaxnaşma düşür.
Alim və hökmdar isə kənarda dayanıb
sakitcə bu mənzərəni seyr edirlər.
1
8
Çap üçün deyil


Dahi alim və filosof Nəsirəddin Tusinin ən böyük xidmətlərindən biri Marağa
rəsədxanasının yaradılması olmuşdur. Onun tikilməsi barədə maraqlı bir əhvalat var.
Bu yolla Tusi Hülakü xanı rəsədxananın tikilməsi üçün lazımi xərcləri ödəməyə
asanlıqla razı salır.
Səs-küy bitdikdə Xacə Nəsirəddin xana deyir: 
– Biz bu səs-küyün səbəbini bildiyimiz üçün sakit idik. 
Camaat isə bunu bilmədiyinə
görə narahat oldular.
Yerdə sakit yaşamaq istəyirsənsə, ...
1. Abzasların düzgün sırasını seç.
A) 2, 3, 1, 4
B) 4, 1, 3, 2
C) 2, 1, 4, 3
2. Hansı fikri mətnə aid etmək olmaz?
A) Nəsirəddin Tusi böyük alim və filosof idi.
B) Çəlləyin səsi Hülakü xanı qorxutmuşdu.
C) Nəsirəddin Tusi Marağa rəsədxanasının yaradıcısı olmuşdur.
3. Mətndə hansı suala cavab yoxdur?
A) Nəsirəddin  Tusi neçənci əsrdə yaşamışdır?
B) Rəsədxana hansı şəhərdə tikilməli idi?
C) Tikintinin xərcini kim ödədi?
4. “Çaxnaşma” sözünü hansı sözlə əvəz etmək olar?
A) zəlzələ
B) vəlvələ
C) qəhqəhə
5.  “Sonralar Marağa rəsədxanası məşhurluğuna görə Şərqin bütün rəsədxanalarını geridə
qoymuşdu” cümləsi hansı abzasın sonuna uyğun gəlir?
A) 2
B) 3
C) 4
6. “Yol” sözü hansı cümlədə mətndəki mənasında işlənib?
A) Kəndə çəkilən yeni yol dağın ətəyindən keçir.
B) Ana oğlunu əsgərliyə yola saldı.
C) Uşaqlar məsələnin asan həlli yolunu tapdılar.
7. Altından xətt çəkilmiş köməkçi nitq hissələrinin cümlədəki vəzifəsini müəyyənləşdir.
A) ən
B) üçün
C) ki
1. Ayrı-ayrı cümlələrin bağlanmasına xidmət edir.
A   B   C
2. Özündən sonra işlənən sözün mənasını qüvvətləndirir.
A   B   C
3. Özündən əvvəl gələn sözə yeni məna çaları verir.
A   B   C
8. Hansı rənglə verilmiş cümlədə mübtəda ilə xəbər arasında uzlaşma pozulub?
A) B) 
C) 
9. 4-cü abzasın sonunda nöqtələrin yerinə hansı cümlə uyğun gəlir?
A) Çoxlu pulun olmalıdır.
B) Göydə baş verənlərdən xəbərin olmalıdır.
C) Güclü hakimiyyətin olmalıdır.
4
3
2
239
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


Rafiq İsmayılov 
Solmaz Abdullayeva
Xanım Qasımova
AZƏRBAYCAN DİLİ
(4-cü sinif)
Müəllim üçün metodik vəsait
Bakı, “Altun kitab”, 2015
Няшриййатын цнваны:
АЗ1130, Бакы, Я.Нахчывани кцчяси – 15А.
Телефон: (+99412) 562-69-86; 562-69-88
www.altunkitab.az
Çapa imzalanıb: 13.03.2015. Kağız formatı: 57x82, 1/8.
Fiziki çap vərəqi: 30,00. Tirajı 8100 nüsxə.
“CBS Polygraphic Production” şirkətinin 
mətbəəsində çap olunmuşdur.
240
8
Çap üçün deyil

Document Outline

  • az4_giris
  • az4_1aileMMV
  • az4_2niyeMMV
  • az4_3zehmetMMV
  • az4_4yuzminMMV
  • az4_5dostluqMMV
  • az4_6tabiatMMV
  • az4_7exlaqMMV
  • az4_8kainatMMV

Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə