Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə2/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   2   3   4   5   6   7   8   9   ...   100

Dərslikdə bir sıra mətnlərin müəllifi göstərilmir. Bunlar, əsasən, şifahi xalq ədəbiyyatı
nümunələridir. 
Dərslik komplektində təqdim olunmuş tədris materialları komponentlər üzrə aşağıdakı
kimi bölüşdürülmüşdür:
MƏZMUN STANDARTLARI
Müəllim üçün metodik vəsaitdə verilmiş sual və tapşırıqların əksəriyyəti, eləcə də
qiymətləndirmə materialları tətbiqetmə fəaliyyətinin daha səmərəli qurulmasına xidmət edən
iş dəftərində də öz əksini tapmışdır. Məlumdur ki, dərsliklər bir neçə il üçün nəzərdə
tutulduğundan burada yazılı qeydlər etmək olmaz. Buna görə də şagirdlərin işləməsi üçün
daha rahat dizaynda tərtib olunmuş iş dəftərində oxu və dinləmə mətnləri üzrə çalışmalar,
yazı üzrə alt-standartların reallaşdırılması üçün tapşırıqlar, eləcə də formativ və kiçik sum-
mativ qiymətləndirmə materialları təqdim edilmişdir. Müəllim dərs prosesində buradakı
tapşırıqlardan da istifadə edə bilər.
Bu vəsaitdə dərslik müəlliflərinin qarşısında duran əsas vəzifələrdən biri kurikulumda
təsbit olunmuş məzmun standartlarının tədris prosesində reallaşdırılması yollarını
açıqlamaqdır. Hər dərs bir neçə alt-standartın reallaşdırılmasına xidmət edir. Dərslərdə qoyu-
lan təlim məq sədləri – gözlənilən şagird nailiyyətləri məzmun standartlarına doğru aparan
addım lardır.
Aşağıdakı təsnifatda hər bir məzmun standartının tədris prosesində hansı yollarla (təlim
məqsədləri ilə) açıqlandığı (reallaşdırıldığı) göstərilir.
1. DİNLƏYİB ANLAMA VƏ DANIŞMA
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi eyni məsələlər barədə müxtəlif fikirləri ümumiləşdirməklə yekun rəy bildirir.
Təlim məqsədləri:
l
Dinlədiyi mətnlərdəki eyni faktlar üzrə müxtəlif fikirləri ümumiləşdirir.
5
Dərslik
Müəllim üçün metodik vəsait
1. Oxu üçün nəzərdə tutulmuş
mətnlər.
2. Dil qaydaları üzrə sadə nəzəri
materiallar.
3. Sual və tap şı rıqlar.
1. Dərslikdə verilmiş materialların dərslər üzrə
bölgü sü və hər bir dərs üçün nəzərdə tutulmuş
təlim məqsədləri.
2. Dinləmə mətnləri.
3. Materialların müasir təlim texnologiyalarına
uyğun tədrisi üzrə metodik tövsiyələr. 
4. Dərsin səmərəli təşkili üçün əlavə sual və
tapşırıqlar.
5.  Dərslik və iş dəftərində verilmiş bəzi
tapşırıqların cavabları.
6. Formativ və kiçik sum mativ qiymətləndirmə
materialları.
Çap üçün deyil


l
Dinlədiyi əsərdəki obraz və hadisələr haqqında müxtəlif fikirləri ümumiləşdirərək yekun
nəticəyə gəlir.
l
Dinlədiyi elmi məlumatları ümumiləşdirərək qrafik informasiya şəklində təqdim edir.
l
Dinlədiyi mətnlər arasında ideya yaxınlığını müəyyən edir.
l
Dinlədiyi mətnlərdəki məlumatları müqayisə edir və ümumiləşdirərək təqdim edir.
l
Debat zamanı qarşı tərəfin fikirlərini ümumiləşdirərək əks arqumentlər gətirir.
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf etdirir. 
Təlim məqsədləri:
l
Dinlədiyi elmi-kütləvi mətni topladığı məlumatlarla zənginləşdirir.
l
Dinlədiyi mətni öz fikirlərini əlavə etməklə genişləndirir.
l
Dinlədiyi mətni məntiqi sonluqla bitirir.
l
Dinlədiyi mətndəki fikirləri genişləndirərək şərh edir.
l
Dinlədiyi mətnə öz versiya və düşüncələrini əlavə etməklə araşdırma xarakterli
təqdimat edir.
l
Dinlədiyi mətndə natamam qalmış məlumatı öz versiyası ilə tamamlayır.
l
Dinlədiyi şeirdəki obrazlı ifadələri şərh edir.
Şagird:
1.2. Şagird şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu hadisələr haqqında kiçik təqdimatlar edir. 
Təlim məqsədləri:
l
Verilmiş mövzu ətrafında araşdırmalarını məruzə şəklində təqdim edir.
l
Oxuduğu və dinlədiyi mətnlərdəki məlumatları müqayisə edir, ümumiləşdirərək
məruzə ilə çıxış edir.
l
Verilmiş qrafik informasiyanı (barqrafı, diaqramı) şifahi şəkildə şərh edir.
l
Oxuduğu kitab haqqında təəssüratlarını bölüşür.
l
Oxuduğu mətnin ideyasından bəhrələnərək eyni mövzuda mətn qurub təqdim edir.
l
Müəyyən elmi məlumatları mənimsəməklə qoyulmuş suallara aydınlıq gətirir.
l
Problemli situasiyadan çıxış yolu ilə bağlı tədbirlər planını təqdim edir.
l
Kompozisiyalı şəkil əsasında mətn qurub danışır.
l
Oxuduğu mətndəki qəhrəmanları xarakterizə edir.
l
Verilmiş kəlamı başlıq kimi seçərək mətn qurur.
l
Eşitdiyi və oxuduğu hadisələrin səbəb lə rini araşdırmaq məqsədi ilə kiçik təqdi matlar edir.
l
Oxuduqlarını həyat haqqında düşüncələri ilə əlaqələndirərək təqdimat edir.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu hadisələr haqqında mühakimə xarakterli fikirlər irəli
sürür.
Təlim məqsədləri:
l
Oxuduğu və ya dinlədiyi əsərlə bağlı fikirlərini müdafiə etmək üçün arqumentlər gətirir.
l
Nəsihətamiz fikri (atalar sözünü, kəlamı) eşitdiyi və ya müşahidə etdiyi hadisələrlə
əlaqələndirərək əsaslandırır.
l
Debat zamanı oxuduqlarından və eşidib-gördüklərindən misallar gətirməklə fikirlərini
əsaslandırır.
6
Çap üçün deyil


l
Eşitdiyi və oxuduğu inanclar haqqında mühakimə xarakterli fikirlər irəli sürür.
l
Oxuduğu və dinlədiyi məlumatları həyatda gördükləri və eşitdikləri ilə əlaqələndirərək
mühakimə xarakterli fikirlər irəli sürür.
l
Oxuduğu və ya dinlədiyi mətnin ideyası ilə bağlı mühakimə xarakterli fikirlər irəli sürür.
l
Başqalarının hərəkətlərini təhlil etməklə onlara öz münasibətini bildirir.
1.2.3. Dialoji mətnlər qurur və təqdim edir. 
Təlim məqsədləri:
l
Verilmiş mövzuya uyğun dialoji mətn qurub təqdim edir.
l
Nəsr əsərini dram əsərinə çevirərək səhnələşdirilmiş şəkildə təqdim edir.
l
Oxuduğu və dinlədiyi mətni ümumiləşdirərək ssenari yazır və səhnələşdirir.
l
Oxuduğu dialoji mətni genişləndirərək ssenari qurub təqdim edir.
l
Oxuduğu və dinlədiyi mətni ümumiləşdirərək mətn qurur və təqdim edir.
1.2.4. Verilmiş sadə mətni bədii ifadə vasitələri ilə zənginləşdirməklə obrazlı və emosional
nəql edir.
Təlim məqsədləri:
l
Atalar sözləri və məsəlləri yerində işlətməklə bədii mətn qurub nəql edir.
l
Mətndəki bədii ifadə vasitələrini müəyyən ləşdirir və izah edir.
l
Verilmiş atalar sözünü öz düşüncələri ilə zənginləşdirərək mətn qurub danışır.
l
Dinlədiyi və oxuduğu mətnləri ümumiləş di rərək kiçik mətn təqdim edir.
l
Oxuduğu mətnin davamını təxəyyülünə uyğun nəzmlə və ya səhnələşdirilmiş şəkildə
təqdim edir.
l
Verilmiş elmi mövzu ilə bağlı bədii mətn quraraq şifahi şəkildə təqdim edir.
l
Mətndəki bədii ifadə vasitələrini müəyyən ləşdirir və izah edir.
1.2.5.  Nitqini canlı və obrazlı etmək məqsədi ilə məzmuna müvafiq jest və mimikalardan
istifadə edir. 
Təlim məqsədləri:
l
Mətndəki obrazların nitqini səsləndirərkən onların xarakterinə uyğun jest və mimikalar-
dan istifadə edir.
l
Debat və müzakirələr zamanı nitqini təsirli etmək üçün jest və mimikalardan istifadə
etməklə nəql edir.
l
Verilmiş mövzuya uyğun mətn qurub jest və mimikalardan istifadə etməklə nəql edir.
2. OXU
2.1. Şagird qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələri, habelə onlara bənzər əşya və hadisələri
adlandırır, təyinatına görə müqayisə edir.
Təlim məqsədləri:
l
Rast gəldiyi yeni sözlərlə həyatda gör dü yü əşya və hadisələr arasındakı uyğunluğu
müəyyən edir.
7
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə