Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə3/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   2   3   4   5   6   7   8   9   ...   100

2.1.2. Öyrəndiyi yeni söz və terminləri təqdim edir.
Təlim məqsədləri:
l
Mətndə rast gəldiyi yeni söz və terminləri kontekstə əsasən izah edir.
l
Öyrəndiyi yeni terminlərin hansı sahəyə aid olduğunu müəyyən edir.
l
Öyrəndiyi yeni söz və terminlərin mənasını təxmin edir, lüğət vasitəsilə dəqiqləşdirir.
l
Mətndə rast gəldiyi yeni söz və ifadələri kon tekstə əsasən izah edir.
2.1.3. Öyrəndiyi yeni söz və terminlərin lüğətini tərtib edir.
l
Rast gəldiyi yeni terminlərin kiçik izahlı lüğətini tərtib edir.
l
Öyrəndiyi yeni söz və terminlərin əlifba sırasına uyğun lüğətini hazırlayır.
l
Müəyyən sahəyə aid söz və terminlərin izahlı lüğətini tərtib edir.
l
Öyrəndiyi yeni adlarla bağlı kiçik ensiklopedik lüğət hazırlayır.
2.1.4. Çoxmənalı sözləri omonimlərdən fərqləndirir və nitqində istifadə edir. 
Təlim məqsədləri:
l
Çoxmənalı sözlərin omonimlərdən fərqini izah edir.
l
Omonim sözləri müxtəlif mənalarda işlətməklə cümlələr qurur.
l
Kontekstdən çıxış edərək omonimin mənasını izah edir.
l
Kontekstə görə omonim və çoxmənalı sözlərin mənalarını fərqləndirir və yaxınmənalı
sözlərlə əvəz edir.
2.2.  Şagird oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli 
o xu  yur.
Təlim məqsədləri:
l
Mətndəki obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə görə
səsləndirir.
l
Şeiri ifadəli və emosional şəkildə oxuyur.
l
Şeiri qəhrəmanın vəziyyətinə uyğun intonasiya ilə oxuyur.
l
Mətndə rast gəldiyi dərinmənalı fikirləri mənimsədiyini nümayiş etdirir.
l
Mətndəki hadisələrin səbəb-nəticə əlaqəsini müəyyən edir.
l
Oxuduğu mətndəki məlumatları mənimsəyir və nəticə çıxarır.
l
Oxuduğu bədii mətnin hekayə xəritəsini qurur.
l
Mətnlə bağlı sualları cavablandırır.
l
Mətndəki hadisələrin ardıcıllığını müəyyən edir.
l
Mətndəki ayrı-ayrı epizodları əsas fikirlə əlaqələndirir.
l
Mətni şüurlu oxuyaraq məzmunu ilə bağlı fikirlərini söyləyir.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir.
Təlim məqsədləri:
l
Oxuduğu bədii mətn parçasını təfsilatı ilə nəql edir.
l
Oxuduğu elmi-kütləvi mətndəki mübahisəli fikrə münasibət bildirir və analoji problemlə
bağlı kiçik təqdimat edir.
l
Oxuduğu elmi-kütləvi mətndəki məlumatları qrafik informasiya şəklində təqdim edir.
8
Çap üçün deyil


l
Oxuduğu elmi-kütləvi mətndən çıxan nəticəni praktikada tətbiq edir.
l
Oxuduğu elmi mətndən əldə etdiyi məlumatlara şəxsi araşdırmalarını da əlavə etmək -
lə məruzə hazırlayıb təqdim edir.
l
Elmi-kütləvi mətndəki ən mühüm məlumatları seçərək yazılı şəkildə təqdim edir.
l
Eyni mövzu üzrə bədii və elmi-kütləvi mətnlərdə olan məlumatlar arasındakı
uyğunsuzluğu müəyyən edir və yekun rəyə gələrək mövzu üzrə təqdimat hazırlayır.
l
Oxuduğu mətndəki məlumatların təsnifatını aparır (sistemləşdirir).
l
Mətndə təsvir olunmuş hadisələrin elmi izahını verir.
l
Oxuduğu mətndəki hadisələri elmi cəhət dən əsaslandırılmış şəkildə təqdim edir.
l
Oxuduğu bədii mətndəki elmi məlumatları seçib təqdim edir.
2.2.3. Verilmiş mətni genişləndirmək və davam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
Təlim məqsədləri:
l
Mətnin planına yeni başlıqlar əlavə edir.
l
Əsərin bir hissəsini oxuduqdan sonra davamı ilə bağlı yaradıcı plan tutur.
l
Mətnə yeni epizod və obrazlar əlavə etməklə yaradıcı plan tutur.
l
Mətnin məzmununa yeni süjet xətti əlavə etməklə yaradıcı plan tutur.
l
Təxəyyülünə uyğun davam etdirdiyi mətnin planını tutur.
l
Mətndən çıxarılmış hissəni əlavə edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir.
Təlim məqsədləri:
l
Oxuduğu əsərin baş qəhrəmanına münasibət bildirir.
l
Oxuduğu əsərdəki obrazlar barədə fikir yürüdür.
l
Oxuduğu mətndəki obrazların hərəkətinə münasibət bildirir.
l
Oxuduğu mətnin ideyasını həyatla əlaqələndirir.
l
Oxuduğu mətndəki obrazların müsbət və mənfi keyfiyyətlərini sadalayır.
l
Mətnin ideyasını atalar sözü ilə ifadə edir.
l
Mətnlər arasında ideya yaxınlığını müəyyən edir.
l
Mətndəki obrazları müqayisəli təhlil edir.
l
Əsərdəki qəhrəmanların hərəkətlərinə əsasən onları xarakterizə edir.
l
Əsərdəki obrazları səciyyələndirmək üçün müvafiq keyfiyyət bildirən sözlər seçir.
l
Oxuduğu əsərin mövzusunu və ideyasını müəyyənləşdirir.
l
Mətndəki əsas fikri müəyyən edir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş formada yaradıcı nəql edir.
Təlim məqsədləri:
l
Oxuduğu mətni təxəyyülünə uyğun davam etdirir.
l
Oxuduğu əsərin məzmununa yeni süjet xətti və obrazlar əlavə etməklə mətni
genişləndirir və nəql edir.
l
Mətndəki müəyyən epizodları genişləndirməklə və ya dəyişdirməklə nəql edir.
l
Giriş hissəsi verilmiş mətni genişləndirərək öz təxəyyülünə uyğun nəql edir.
l
Əsəri başqa obrazın dilindən yaradıcı şəkildə nəql edir.
l
Oxuduğu əsərin süjet xəttini təxəyyülünə uyğun dəyişməklə yaradıcı şəkildə nəql edir.
9
Çap üçün deyil


l
Obrazlara başqa prizmadan yanaşaraq əsəri yaradıcı şəkildə nəql edir.
l
Süjet xəttini təxəyyülünə uyğun dəyişərək əsəri yaradıcı şəkildə nəql edir.
l
Süjet xəttinə əlavələr etməklə mətni yaradıcı şəkildə nəql edir.
l
Oxuduğu əsərdəki cansız əşya və ya heyvan obrazlarını insan obrazları ilə əvəz
edərək mətni genişləndirilmiş formada yaradıcı şəkildə nəql edir.
l
Oxuduğu əsərin məntiqi sonluğunu düşünüb təqdim edir.
3. YAZI
3.1. Şagird yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Hüsnxət normalarına riayət etməklə sürətlə yazır.
Təlim məqsədləri:
l
Mətni müəyyən edilmiş vaxt ərzində hüsnxət və orfoqrafiya normalarına uyğun yazır.
3.1.2. İxtisar və əlavələr etməklə mətni üzündən köçürür.
Təlim məqsədləri:
l
Mətnin məzmununa xələl gətirmədən müəyyən cümlələri ixtisar etməklə mətni
köçürür.
l
Mətnə əlavələr etməklə üzündən köçürür.
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr) müfəssəl məzmununu yazır.
Təlim məqsədləri:
l
Dinlədiyi şeiri nəsrə çevirərək məzmununu yazır.
l
Dinlədiyi mətnin məzmununu öz sözləri ilə yazır.
l
Oxuduğu və dinlədiyi eyni mövzuda mətn ləri ümumiləşdirib məzmununu yazır.
l
Dinlədiyi və oxuduğu əsərlərdəki epizodları vahid süjet xətti altında birləşdirərək mətn
qurub yazır.
l
Oxuduğu mətnin bir hissəsinin müfəssəl məzmununu yazır.
l
Dinlədiyi dialoji mətni təhkiyə* formasında yazır.
l
Verilmiş mövzu üzrə dialoji mətn qurur.
l
Verilmiş plan əsasında oxuduğu mətnin məzmununu yazır.
l
Oxuduğu mətni təxəyyülünə uyğun dəyişərək məzmununu yazır.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-inşa yazır. 
Təlim məqsədləri:
l
Verilmiş mövzunu şəxsi həyatı ilə əlaqələndirərək inşa yazır.
l
İnşa yazarkən öz fikirlərini əsaslandırmaq üçün atalar sözləri və kəlamlardan yerli-
yerində istifadə edir.
l
Oxuduqlarını və eşitdiklərini ümumiləş dirməklə təhlil xarakterli inşa yazır.
l
Oxuduğu əsər haqqında rəy yazır.
l
Əsərin baş qəhrəmanına münasibətini ifadə edən inşa yazır.
*Hadisələrin dialoqdan (vasitəsiz nitqdən) istifadə etmədən nəql edilməsi
təhkiyə adlanır. Dialoji mətnin təhkiyə formasına çevrilməsi həm danışma, həm
də yazı bacarığını inkişaf etdirən geniş yayılmış fəaliyyət növlərindən biridir.
10
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə