Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə4/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   2   3   4   5   6   7   8   9   ...   100

l
Oxuduğu mətnin ideyasını mövzu kimi seçərək inşa yazır.
l
Verilmiş situasiyaya uyğun kiçikhəcmli esse yazır.
l
Oxuduğu əsərdəki müəyyən epizodla bağlı kiçikhəcmli esse yazır.
l
Oxuduğu mətni təxəyyülünə uyğun davam etdirib yazır.
l
Oxuduğu və dinlədiyi mətnləri ümumiləş di rə rək vətənpərvərlik mövzusunda inşa yazır.
l
Əxlaqi dəyərlərlə bağlı mühakimə xarakterli esse yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, açıqca, elan,
ərizə, dəvətnamə, məlumat) yazır.
Təlim məqsədləri:
l
Oxuduğu əsərin qəhrəmanına məktub yazır.
l
Bayramla bağlı təbrik məktubu yazır.
l
Verilmiş situasiyaya uyğun ərizə yazır.
l
Tədbirlə bağlı dəvətnamə yazır.
l
Verilmiş situasiyaya uyğun məlumat xarakterli izahat yazır.
l
Baş vermiş hadisə ilə bağlı yaxınına məktub yazır.
l
Oxuduğu əsərin ideyasına əsaslanaraq sinif yoldaşına məktub yazır.
l
Oxuduğu əsərin müəllifinə məktub yazır.
l
Oxuduğu mətndəki obrazların dilindən məktub yazır.
l
Tədbirlə bağlı elan yazır.
4.1.  Şagird  zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Təlim məqsədləri:
l
Sözlərin səs və hərf tərkibini fərqləndirir.
l
Verilmiş sözlərin fonetik təhlili ilə bağlı fikirlər söyləyir.
l
Sözün tələffüzünə əsaslanaraq onun səs tərkibi haqqında fikir yürüdür.
l
Ahəng qanununa tabeliyinə görə sözləri fərqləndirir.
l
Fonetik təhlil zamanı bəzi şəkilçilərin deyilişi ilə yazılışını fərqləndirir.
l
Deyilişi və yazılışı fərqlənən sözləri fonetik baxımdan təhlil edir.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair qaydalardan məqamına uyğun  istifadə  edir.
Təlim məqsədləri:
l
Şəxs adları və coğrafi adların böyük hərflə yazılışına dair qaydaları tətbiq edir.
l
“Siz” sözünün böyük hərflə yazılışına dair qaydanı yazılı nitqində tətbiq edir.
l
Heyvan adı bildirən xüsusi isimləri böyük hərflə yazır.
l
Səma cisimləri bildirən sözlərin böyük hərflə yazılışına dair qaydanı yazılı nitqində
tətbiq edir.
l
Mətndə yerindən asılı olmayaraq böyük hərflə yazılan sözləri müəyyən edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və tələffüz qaydalarını müəyyənləşdirmək üçün lüğət,
sorğu kitabları və kataloqlardan istifadə edir.
11
Çap üçün deyil


Təlim məqsədləri:
l
Dinlədiyi mətndəki yeni sözlərin yazılış və tələffüz qaydalarını müəyyənləşdirmək
üçün müvafiq lüğətlərdən istifadə edir.
l
Oxuduğu və dinlədiyi mətndəki yeni sözlərin yazılış və tələffüz qaydalarını müəy yən -
ləşdirmək üçün müvafiq lüğətlərdən istifadə edir.
l
Rəqəmlə ifadə olunan sıra saylarının düzgün yazılışını müəyyənləşdirir.
4.1.4. Cümlələrin formalaşdırılmasında cəm şəkilçilərindən düzgün istifadə edir. 
Təlim məqsədləri:
l
Mübtəda ilə xəbərin kəmiyyətə görə uzlaşmasını düzgün müəyyən edir.
l
Toplu isimlər (xalq, əhali) işlənən cümlələrdə mübtəda ilə xəbəri düzgün uzlaşdırır.
l
Saydan sonra gələn isimlərdə cəm şəkilçisinin işlənməsi ilə bağlı qaydalara nitqində
riayət edir.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların əsas nitq hissələrindən fərqini izah edir. 
Təlim məqsədləri:
l
Sözün leksik və qrammatik mənalarını fərqləndirir.
l
Cümlədə köməkçi nitq hissələrini digər nitq hissələrindən fərqləndirir.
l
Cümlədə köməkçi nitq hissəsinin yerini müəyyən edir.
l
Bəzi köməkçi nitq hissələ rinin cümlədəki rolunu müəyyənləşdirir.
l
Bәzi omonim sözlərin (bax, kimi və s.) cümlədəki yerinə görə köməkçi, yoxsa əsas
nitq hissəsi olduğunu müəyyən edir.
l
Əsas nitq hissələrinin xüsusiyyətini müəyyənləşdirir.
4.1.6. Cümlənin düzgün qurulmasında baş və ikincidərəcəli üzvlərin yerini dəqiq müəyyən edir.
Təlim məqsədləri:
l
Şeirlə ifadə olunmuş cümlələri nəsrə çevirərkən sözlərin ardıcıllığını düzgün müəyyən
edir.
l
Cümlə qurarkən cümlə üzvlərinin ardıcıllığına riayət edir.
l
Söz sırası pozulmuş nəzm nümunəsində mübtəda və xəbərin yerini müəyyən edir.
l
Sözlərin cümlədəki rolunu, sualını və ifadə vasitəsini müəyyənləşdirir.
l
Cümlə üzvlərinin yerini müəyyən edir.
l
Cümlə üzvlərinin ifadə vasitələrini müəyyənləşdirir.
4.1.7. Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir.
Təlim məqsədləri:
l
Mətndəki cümlələrin məqsəd və intonasiyaya görə növlərini müəyyən edir.
l
Cümlələri növünə görə müvafiq durğu işarəsi ilə tamamlayır.
l
Mətndəki cümlələri növlərinə görə fərqləndirir.
l
Cümlələrin quruluşuna görə növlərini müəyyən edir.
l
Sual cümlələrində sual bildirən sözləri (əvəzlikləri və bəzi köməkçi nitq hissələrini)
müəyyənləşdirir.
l
Cümlələri məqsəd və intonasiyaya görə növlərə ayırır.
12
Çap üçün deyil


QİYMƏTLƏNDİRMƏ
Dərslik komplektində təqdim olunan tədris materialları çoxpilləli mərhələlərə bölünmüşdür.
Belə ki, 8 bölmədən hər biri dörd həftə üçün nəzərdə tutulmuşdur.
Məlumdur ki, formativ qiymətləndirmə dərsin hər mərhələsində aparılır. İş dəftərində
verilən sual və tapşırıqlara əsasən müəllim qiymətləndirmə meyarları hazırlayıb hər dərsin
sonunda aparılan qiymətləndirmədə istifadə edə bilər. Bununla yanaşı, müəllim üçün metodik
vəsaitdə və iş dəftərində hər bölmədə 3 dəfə məzmun xətləri üzrə qiymətləndirmə tapşırıqları
verilmişdir. Bu materiallar aralıq (summativ qiymətlən dirmələrarası) qiymətləndirmə üçün də
istifadə oluna bilər. Həmin dərslər iş dəftərində verilmiş oxu materialının adı ilə adlandırılsa
da, burada müxtəlif məzmun xətləri üzrə materiallar da təqdim olunur. Formativ və summativ
qiymət lən dirmənin elementlərini özündə birləşdirən bu dərslər həm şagird nailiyyətlərinin
monitorinqini aparmağa, həm də müəyyən mərhələ üzrə məzmun standartlarının nə
dərəcədə reallaş dığını yox la mağa imkan verir. Bu qiymətləndirmələri müəllim öz seçiminə
uyğun olaraq həftəsonu, yaxud lazım bildiyi vaxt apara bilər.
Qeyd etmək lazımdır ki, həftənin sonunda keçirilən yoxlama və təkrar dərsləri həm
qiymətləndirmə, həm də öyrədici xarakter daşıyır. Belə ki, qiymətləndirmə materialları ilə
işlədikdən sonra şagirdlərin səhvləri və uğurları müəllimin iştirakı ilə kollektiv müzakirə
obyekti olmalı, hamının nəzərinə çatdırılmalıdır. 
Qiymət ləndirmə müntəzəm aparıldıqda şagirdlər üçün imtahan prosesi adiləşir, hər bir
imtahan üçün xas olan psixoloji sarsıntı, imtahan fobiyası (qorxusu) aradan qalxır. Müxtəlif
qiymətləndirmə cədvəllərində əks olunan formativ qiymətləndirmələrin nəticələri summativ
qiymətləndirmədə nəzərə alınsa, şagirdin səhhəti, psixoloji vəziyyəti və şagird nailiyyətlərinin
qiymətləndirilməsindəki digər amillərlə bağlı təsadüfilik minimuma enər.
1. Oxu üzrə qiymətləndirmə (MMV və iş dəftərində verilir)
Burada kiçik mətn və onunla bağlı test sualları verilir. Test suallarının məzmunu müvafiq
qiymətləndirmə standartı ilə bağlı olur.
2. Yazı üzrə qiymətləndirmə (MMV-də verilir)
2.1. İmla mətni 
(müxtəlif sual və tapşırıqlarla müşayiət oluna bilər)
2.2. İfadə və ya üzündən köçürmə üçün nəzərdə tutulmuş mətn
2.3. İnşa və ya esse mövzusu
İnşa və esse bir-birinə yaxın yazı fəaliyyətləridir. Belə ki, hər ikisində yazılı özünüifadə bacarığı
qiymətləndirilir. Bununla belə, qeyd etmək lazımdır ki, inşa ilə müqayisədə esse mövzusu daha
konkret olur və burada çox zaman motivasiya xarakterli situasiya ilə verilir; məsələn:
l
İnşa mövzusu: “Dostluq”
l
Esse mövzusu: “Dostum mənə əzizdir, ancaq həqiqət ondan da əzizdir”. Situasiya: “Təsəvvür
et ki, dostun tanımadığın bir adamla mübahisə edir və səni köməyə çağırır. Söhbətə qulaq asdıqda
sənə məlum olur ki, dostun haqsızdır. Bu vəziyyətdə nə edərsən?”
Qeyd etmək lazımdır ki, şagirdin özünüifadə bacarığını yoxlamaq üçün esse daha münasib metod-
dur.
3. Dil qaydaları üzrə qiymətləndirmə (MMV-də verilir)
5 test sualından ibarət olur. Dil qaydaları ilə bağlı bir və ya iki qiymətləndirmə standartını əhatə
edir. Suallar, əsasən, müvafiq mərhələdə keçilmiş dil qaydaları ilə bağlı olur. Müəllimlər lazım bildikləri
13
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə