Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə5/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   2   3   4   5   6   7   8   9   ...   100

təqdirdə analoq-testlər və əvvəlki mərhələlərdə keçilmiş qaydalarla bağlı suallar tərtib edib test
blokunu zənginləşdirə bilərlər.
Kiçik summativ qiymətləndirmə materialları
1. Dinləmə və yazı üzrə qiymətləndirmə (dinləmə üçün nəzərdə tutulmuş mətn MMV-də,
mətnlə bağlı sual və çalışmalar həm MMV-də, həm də iş dəftərində verilir)
1. Oxu və dil qaydaları üzrə qiymətləndirmə (həm MMV-də, həm də iş dəftərində verilir)
Qeyd etmək lazımdır ki, MMV-də kiçik summativ qiymətləndirmə üçün 2 saat vaxt ayrılır.
Bununla belə, müəllim jurnalda hər bir şagirdə Azərbaycan dili fənni üzrə vahid qiymət
yazmalıdır. Yaxşı olardı ki, müəllim hər bir məzmun xətti (nitq bacarığı) üzrə şagirdin qiymətini
(nailiyyətini) özü üçün qeyd etsin, fənn üzrə orta qiyməti jurnalda yazsın; məsələn: 
l
Dinləmə – 3  
l
Yazı – 4
l
Oxu – 4
l
Dil qaydaları – 5
l
Beləliklə, Azərbaycan dilindən yekun qiymət – 4 
Bir sıra məktəblərdə kiçik summativ qiymətləndirmə üçün materiallar rəhbərliyin təyin et-
diyi xüsusi komissiya tərəfindən hazırlanır. Belə olan halda dərslik komplektində verilmiş
materialları kiçik summativ qiymətləndirməyə hazırlıq üçün istifadə etmək olar.
Sinfin səviyyəsindən asılı olaraq dərslik komplektində verilmiş materiallar üzrə kiçik sum-
mativ qiymətləndirmə 2 saat deyil, daha az vaxt apara bilər. Bu halda müəllim qalan vaxtı
qiymətləndirmə materiallarının müzakirəsinə həsr edə bilər.
Azərbaycan dili fənnində tədris və qiymətləndirmə materialı mətn və onunla bağlı
tapşırıqlar üzərində qurulur. Mətn özündə bütün nitq vahidlərini (səs, hərf, söz, söz
birləşməsi, cümlə) birləşdirdiyindən istənilən standartı reallaşdırmağa imkan verir. Dil
qaydaları ilə bağlı summativ qiymətləndirmə testləri isə həm kiçik mətnlər, həm də söz və
cümlə əsasında ola bilər.
Hər bir nitq bacarığının qiymətləndirilməsi üçün meyarlar müvafiq məzmun standartla -
rından və onunla bağlı olan təlim məqsədlərindən doğur. Qeyd etmək lazımdır ki,
qiymətləndirmə yaddaşa əsaslanmamalıdır. İlboyu oxunmuş və ya dinlənilmiş mətnlərdəki
informasiya summativ qiymətləndirmə obyekti olmamalıdır. Oxu və dinləmə üzrə kiçik və
böyük summativ qiymətləndirmələr yeni mətn əsasında qoyulmuş sual və tapşırıqlar üzrə
aparılmalıdır. Lakin bu sual və çalışmalar müvafiq tədris mərhələsində məzmun stan -
dartlarının nə dərəcədə reallaşdığını qiymətləndirməyə xidmət etməlidir. Qiymətləndirmə
obyekti kimi mətni qavrama bacarığı götürülməlidir.
Yazı üzrə kiçik summativ qiymətləndirmə üçün yoxlama imla formasını da seçmək olar.
Lakin ifadə yazı qiymətləndirmə forması kimi daha məqsədəuyğundur, çünki bu üsul yazı
bacarıqlarının daha geniş spektrini (hüsnxət, orfoqrafiya, fikrini ifadə etmək və s.) və eyni
zamanda dinləmə bacarığını əhatə edir. Bununla yanaşı, şagirdlərin yazılı özünüifadə
bacarıqlarını yoxlamaq üçün inşa və esse yazılarından da istifadə etmək olar.
Danışma üzrə qiymətləndirmə tədris prosesində müşahidə yolu ilə aparılır. Bu zaman
danışma bacarığı üzrə summativ qiymətləndirmə formativ qiymətləndirmələrin nəticəsi
əsasında aparılır. Formativ qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmadığından
14
Çap üçün deyil


müəllimlər şagird nailiyyətlərinin gündəlik monitorinqi üçün müxtəlif qiymətləndirmə
cədvəllərindən istifadə etməlidirlər. Bu cür cədvəllərin nümunələri ilə müəllimlər aşağı siniflər
üçün metodik vəsaitlərdən tanışdırlar. Hər bir müəllim təlim məqsədlərindən, kurikulumda
verilmiş  qiymətləndirmənin standartlarından və mövcud prosedur qaydalarından çıxış
edərək öz qiymətləndirmə cədvəllərini yarada bilər.
ƏLAVƏ RESURSLAR
1. AXUNDOV A.A., ƏMİROVA G.A. Məktəblinin orfoqrafiya lüğəti
Bakı, “Təhsil” nəşriyyatı, 2004.
2. Atalar sözü və məsəllər. Bakı, “Altun kitab”, 2015.
3. Ayna uşaq ensiklopediyası. 18 kitab. Bakı. “Ayna” mətbu evi, 2004.
4. Azərbaycan dilinin antonimlər lüğəti. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2007.
5. Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2006.
6. Azərbaycan dilinin omonimlər lüğəti. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2007.
7. Azərbaycan dilinin sinonimlər lüğəti. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2007.
8. ƏHMƏDOV A., BALAKİŞİYEV Ş., NAMAZOV İ. İfadə məcmuəsi. Bakı, 2008.
9. İnteraktiv təlim (müəllimlər üçün tədris vəsaiti), “Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzi”, Bakı, 2010.
10. KƏRİMOV Y.Ş. İbtidai siniflərdə yazılı inşalar. Bakı, “Nasir” nəşriyyatı, 2005.
11. KƏRİMOV Y.Ş. Məktəblinin orfoqrafiya-orfoepiya lüğəti (I–IV siniflər üçün).            
Bakı, 2006.
12. KƏRİMOV Y.Ş. İmla mətnləri məcmuəsi (I–IV siniflər üçün). Bakı, 2007.
13. KƏRİMOV Y.Ş., KƏRİMOVA E.Y. İfadə üçün mətnlər məcmuəsi (I–IV siniflər üçün).
Bakı, 2007.
14. QULİYEVA  A., SOLTANOV M. İfadə mətnləri. Metodik vəsait. Bakı, 2009.
15. VEYSOVA Z.A. Fəal interaktiv təlim. Müəllimlər üçün vəsait.
Bakı, 2007.
15
Çap üçün deyil


1
1-ci bölmə
AİLƏ VƏ MƏKTƏB
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş
dəftəri
səh.
MMV
səh.
1 Futbol topu
1.1.1, 1.1.2, 1.2.1,
2.1.1, 2.1.2, 2.2.1,
2.2.4, 2.2.5, 3.1.5,
4.1.1
6
10-13
6-8
17
2
Baba və nəvə
1.2.1, 2.1.2, 2.2.1, 
2.2.4, 2.2.5, 3.1.3, 
4.1.1
4
14-15
9-10
21
3
“Beş” qiyməti
2.2.1, 3.1.4, 4.1.1
2
16
11
24
4
Kitab daha maraqlıdır
1.2.1, 1.2.4, 2.1.2,
2.2.1, 2.2.4, 2.2.5,
3.1.4, 4.1.1
4
17-19
12-14
26
5
Ruminin məsləhəti
1.1.1, 1.2.2, 2.2.4,
3.1.3, 4.1.1 
4
20-21
29
6
Birinci addım
1.2.2, 1.2.3, 1.2.4,
2.1.2, 2.2.1, 2.2.4,
3.1.4, 4.1.1. 
6
22-27
15-17
33
7
Ən qiymətli
1.1.2, 1.2.1, 1.2.2,
2.1.2, 2.2.1, 2.2.4,
3.1.4, 4.1.1 
4
28-30
18
37
8
Tom özünü fəda edir
1.2.1, 1.2.4, 2.1.2,
2.2.2, 2.2.3, 2.2.4,
2.2.5, 3.1.4, 4.1.1,
4.1.5
6
31-35
19-20
40
9
Ümumiləşdirci təkrar
2
36
42
10
Kiçik summativ
qiymətləndirmə
2
21-23
42
Yekun
40
saat
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə