Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə7/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   2   3   4   5   6   7   8   9   10   ...   100

19
Daha sonra səsvermənin nəticələri əsasında şagirdlər rəngli markerlərlə böyük kağız
üzərində diaqram tərtib edirlər. Müəllim oğlanlara aid diaqramı özü tərtib edib qızlara aid olanı
şagirdlərə tapşıra bilər.
Nümunə (diaqram)
Müəllim şagirdlərə bu statistik araşdırmanın nəticələrini şərh etməyi tapşırır. Birinci könüllü
danışdıqdan sonra digərləri onun şərhinə əlavələr edirlər; məsələn: “Diaqramdan görünür ki,
sinfimizin uşaqları üçün ən maraqsız yer yeməkxanadır. Yəqin, bunun səbəbi ondadır ki, ...
Oğlanların ən çox sevdiyi yer idman zalı, qızlarınkı isə kitabxanadır. Çox güman ki, bu, ...
bağlıdır ” və s. Müəllim yönəldici suallarla uşaqları daha çox danışmağa, hər bir rəqəm haqqında
fikir söyləməyə dəvət edir.
İş dəftərinin 6-cı səhifəsindəki 4-cü tapşırığın 1-ci hissəsi yerinə yetirilə bilər.
Oxu
İkinci hissəni oxumazdan əvvəl müəllim lövhədə belə bir cədvəl çəkir.
Müəllim şagirdlərə tapşırır ki, cəmiyyətdə davranış qaydalarını və müxtəlif insan
keyfiyyətlərini sadalasınlar və onları cədvəlin müvafiq sütunlarında yazsınlar; məsələn:
böyüklərə hörmət, lovğalıq, dərslərini yaxşı oxumaq və s. Müəllim çalışır ki, aşağıdakı
keyfiyyətlər də cədvəldə öz əksini tapsın:
– kollektiv qarşısındakı öhdəliyə məsuliyyətlə yanaşmaq;
– köməksiz, çarəsiz qalmış insana qayğı göstərmək.
Bu qaydalar səsvermə yolu ilə “Vacibdir” və ya “Arzuolunandır” sütunlarında yazıla bilər.
Müəllimin nəzərinə: Bu cədvəl dərsin sonunadək lövhədən silinmir.
Mətnin 2-ci hissəsi oxunur. Dərsliyin 12-ci səhifəsində verilmiş tapşırıqlar yerinə yetirilir.
Eləcə də iş dəftərinin 6-cı səhifəsindəki 3, 4-cü (2-ci hissə) tapşırıqlardan istifadə oluna bilər. 
Söz ehtiyatı
Şagirdlər əvvəlcə buterbrod, rejim, piştaxta sözlərinin işləndiyi cümlələri oxuyur, sonra isə
kontekstə əsaslanaraq təxmin etdikləri izahları deyirlər. Bu tapşırığı yerinə yetirmək üçün iş
dəftərinin 7-ci səhifəsindəki 5-ci tapşırıqdan istifadə edə bilərlər. Bu zaman müəllim sinfə
gətirdiyi buterbrodu və həkim reseptini nümayiş etdirir. Həkim reseptinin məzmunu (dərmanın
adı və qəbul olunma qaydaları) izah olunur. Bu izahlar müzakirə olunduqdan sonra lüğətə
müraciət edilir. Daha sonra dərsliyin 13-cü səhifəsindəki 10-11-ci  tapşırıqlar yerinə yetirilir.
6
5
4
3
2
1
0
Oğlanlar (11 nəfər)
sinif yemək 
 -    kitab  -   idman 
otağı  xana        xana    zalı
6
5
4
3
2
1
0
Qızlar (14 nəfər)
sinif yemək 
 -    kitab  -   idman 
otağı  xana        xana    zalı
Ətrafdakılarla münasibətdə insan üçün
vacibdir
arzuolunandır
qəbuledilməzdir
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


20
Danışma
(debat)
Müəllim şagirdlərin diqqətini dərsin əvvəlində lövhədə tərtib olunmuş cədvələ yönəldir və
suallarla müraciət edir: 
1-ci sual: – Adil hansı qaydaya əməl etdi?
Cavab: – Köməksiz, çarəsiz qalmış insana qayğı göstərmək.
2-ci sual: – Adil hansı qaydaya əməl etmədi?
Cavab: – Kollektiv qarşısındakı öhdəliyə məsuliyyətlə yanaşmaq.
Müəllim debat sualını səsləndirir: 
– Adilin futbol topu üçün yığılmış pulu başqa məqsədlə xərcləməyə haqqı var idimi?
Şagirdlər iki qrupa ayrılırlar. Qruplardan biri “Haqqı var idi”, digəri “Haqqı  yox idi” tezisini
faktlar gətirməklə əsaslandırır. Müəllim də şagirdlərin çıxışlarına, gətirdikləri arqumentlərə
görə qeydlər aparır. 
Debatda təxminən aşağıdakı arqumentlər səslənə bilər:
I qrupun arqumentləri:
– Xəstə ana üçün dərman almağa yığılan pulu xərcləmək mütləq idi.
– Balaca oğlanı sakitləşdirmək üçün dərman almaq lazım idi.
Ola bilər, oğlanın anası pulqabıdakı son manatını dərman almaq üçün verib, buna görə
də yığılan pulu dərman almaq üçün sərf etmək olardı.
– Futbol topunu hər vaxt almaq olardı, lakin anaya dərman almaq mütləq lazım idi.
II qrupun arqumentləri:
– Yığılan pulda hər uşağın payı olduğundan Adilin onu xərcləməyə haqqı yox idi.
– Uşaqlar həvəslə futbol oynamağı gözləyirdilər, Adilin belə hərəkət etməsi haqsızlıq idi.
– Adil oğlangilə gedib vəziyyəti anasına başa sala, dərman üçün yenidən pul ala bilərdi.
Yazı 
Müəllimin tapşırığı ilə şagirdlərdən hər biri öz adını göstərməmək şərti ilə sinif yoldaşlarından
birinə kiçik (iki-üç cümlədən ibarət) məktub yazır. Məktubda həmin şagirdin nə vaxtsa etdiyi
hərəkətə və ya onun xarakterindəki hər hansı cəhətə münasibət bildirilməlidir. Yazılar kiçik
vərəqdə yazılmalı, sonra qatlanmalı və üstündə məktubun ünvanlandığı şagirdin adı
yazılmalıdır. Daha sonra sinifdə iki “poçtalyon” seçilir və onlar məktubları ünvanlara çatdırırlar. 
Sonrakı addımlar:
1. Vaxt verilir ki, şagirdlər aldıqları məktubları oxusunlar.
2. Ən çox məktub almış şagird müəyyən olunur.
3. Həmin şagird (əgər istəsə) öz seçimi ilə bir neçə məktubu oxuyur, ona münasibət bildirir
və məktubu yazanı ehtimal edir.
4. Vaxt qalarsa, başqa bir neçə şagirdə də söz vermək olar.
5. Müəllimin sinfə sualı: – Sizcə, nəyə görə ... (filankəs) hamıdan çox məktub aldı?
Gözlənilən cavab: “O bu yaxınlarda qeyri-adi hərəkət etdi” və ya “Onun ... (xüsusiyyətlər
sadalanır) kimi bir çoxlarından fərqli xüsusiyyətləri var”.
Şagirdlər öz seçimi ilə “Futbol topu” hekayəsinin sonluğunu və ya baş qəhrəmana məktub
yazırlar (iş dəftərinin 7-ci səhifəsindəki 6-cı tapşırıqdan istifadə oluna bilər). Bir neçə şagirdin
yazısı oxunur və müzakirə olunur. 
Müəllim şagirdlərə tapşırır ki, yazdıqları mətndə yazılışı və deyilişi fərqli olan sözlərin altından
xətt çəksinlər.
Dil qaydaları
Müəllim uşaqların diqqətini aşağıdakı sxemə yönəldir:
səs (hərf) – heca – söz – söz birləşməsi – cümlə – mətn
“Əqli hücum”. Sual: – Bu sxemlə bağlı nə deyə bilərsiniz?
Uşaqlar fikirlərini söyləyirlər. 
1
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə