Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə8/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

21
Müəllimin nəzərinə: Bu sxemdə nitq vahidləri kiçikdən böyüyə qədər ardıcıllıqla sadalanır.
Müəllimin yönəldici sualları ilə şagirdlər hər bir nitq vahidi, onun funksiyası haqqında
məlumat verirlər. Bu prosesdə müəllim dil qaydaları ilə bağlı əvvəlki sinifdə öyrədilənləri
uşaqlara xatırladır.
12-ci tapşırıqdakı suallar cavablandırılır (
1 – sonra, 2 – valideyn, 3 – futbol, 4 – uşaqlar, oyna-
maq
). Dər sliyin 13-cü səhifəsində verilmiş qayda mənimsədilir. Şagirdlər yazılışı və tələffüzü fərqli
olan bir neçə söz deyirlər. Bu sözlərin hansında səs artımı və ya səs düşümü baş verdiyi qeyd
olu nur (mə sələn: mütaliə, camaat, radio və s.). Daha sonra elə sözlər deyilir ki, həmin sözlə rin
yazılı şındakı hər hansı bir hərf tələffüzdə fərqli səslənsin (dəftər, palıd, qayıq və s.).
Dərsliyin 13-cü səhifəsindəki 13-14-cü tapşırıqlar yerinə yetirilir. 
Tətbiqi çalışmalar üçün iş dəftərinin 8-ci səhifəsindəki tapşırıqlar yerinə yetirilə bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 2. BABA VƏ NƏVƏ (4 saat)
Motivasiya
(“Əqli hücum”)
– “Hər saqqalı olana ağsaqqal deməzlər” atalar sözünü izah edin.
Şagirdlər fikirlərini söyləyirlər. Fikirlər lövhədə yazılır. Sonda müəllim fikirləri yekunlaşdırır
və  “ağsaqqal” adını qazanmaq üçün hansı əməllər sahibi olmaq gərəkdir?” sualı ilə
şaxələndirmə aparır.
Uşaqlar ağsaqqala xas keyfiyyətləri bir-bir sadalayır, müəllim həmin sözləri şaxələrdə qeyd edir.
Oxu
(rollu oyun)  
Mətnin oxunması üçün 3 şagird seçilir. Onlardan biri müəllifin, o birisi babanın, digəri isə
nəvənin nitqini səsləndirir. Oyun zamanı müəllim uşaqların rollarını necə səsləndirməsinə,
jestlərdən, mimikadan necə istifadə etməsinə diqqət yetirir.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Oxuduğu və dinlədiyi mətnlərdəki
məlumatları müqayisə edir,
ümumiləşdirərək məruzə ilə çıxış edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
2.2.1. Müvafiq  mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Mətndəki obrazların nitqini onların xarak -
terinə və emosional vəziyyətinə uyğun
səsləndirir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərin mövzusunu və ideyasını
müəyyənləşdirir.
2.2.5. Mətnin məzmununu genişlən dirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun davam
etdirir.
3.1.3. Verilmiş mətnin  (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Dinlədiyi şeiri nəsrə çevirərək məzmununu
yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Sözlərin səs və hərf tərkibini fərqləndirir.
ağsaqqal
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


22
Dərsliyin 15-ci səhifəsindəki 1-ci və 2-ci tapşırıqlar yerinə yetirilir. Eləcə də iş dəftərinin 9-cu
səhifəsindəki 3-cü tapşırıqdan istifadə oluna bilər. Bu tapşırıqlar əsərin məzmununun mə -
nimsənilməsi və ideyanın dərk edilməsi ilə bağlıdır. Əsərin ideyası babanın son nitqində
açıqlanır: “Xətir-hörməti insana qocalıq gətirmir. Onu illər uzunu xeyirxah əməllərinlə özün
qazanmalısan”. 
Söz ehtiyatı
Dərsliyin 15-ci səhifəsindəki 3-4-cü tapşırıqlar şagirdlərin aşağıdakı bacarıqlarının inkişafına
xidmət edir:
– sözün işləndiyi kontekstə əsasən məna çalarlarını fərqləndirmək;
– nitqdə sözləri yerli-yerində işlətmək;
– mətndəki sözü yaxınmənalı sözlə əvəz etmək.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 9-cu səhifəsindəki 1, 2, 4-cü tapşırıqlardan istifadə
oluna bilər.
Dinləmə
QOCALAR VƏ UŞAQLAR
Sual: – Dinlədiyiniz mətnin mövzusu ilə dərslikdəki mətnin mövzusu arasında hansı oxşar
və fərqli cəhətlər var?
Yazı
Şagirdlər dinlədikləri mətni nəsrə çevirərək yazırlar. 
Dil qaydaları
5-ci tapşırıq qruplarla yerinə yetirilir. Hər qrup cədvəlin bir sütununa uyğun sözləri yaz-
maqla bərabər, daha 3 söz də özləri əlavə edir. Tapşırığın icrasından sonra qruplar bir-birinə
suallarla müraciət edir:
Elə sözlər deyin ki, həmin sözlərin tərkibində həm dodaqlanan, həm də dodaqlanmayan
saitlər olsun.
– Elə sözlər deyin ki, həmin sözlərin tərkibində yalnız qalın dodaqlanan saitlər olsun.
– Elə sözlər deyin ki, həmin sözlərin tərkibində yalnız incə dodaqlanan saitlər olsun.
– Elə sözlər deyin ki, həmin sözlərin tərkibində yalnız qalın dodaqlanmayan saitlər olsun.
– Elə sözlər deyin ki, həmin sözlərin tərkibində yalnız incə dodaqlanmayan saitlər olsun.
Qocalar axşam-səhər
Oturub kölgəlikdə
Bir-birinə deyirlər:
“Uşaqlar ki bu qədər
Qaçırlar, oynayırlar,
Görəsən, heç yorulub
Bezirmi bundan onlar?!”
Qocaların yanından
Qaçıb qan-tər içində
Keçən zaman bir oğlan
Düşünür: “Bu qocalar
Burda belə boş-bikar
Hey oturub-durmaqdan
Yorulmurmu heç onlar?!
İşsiz dayansam əgər
Beş dəqiqə burda mən
Tamam düşərəm əldən”.
Aqniya Barto
1
Çap üçün deyil


QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu 
üzrə qiymətləndirmə (İş dəftərinin 10-cu səhifəsində də verilmişdir.)
TOPUN QİYMƏTİ
Şagird mağazaya girib satıcıdan soruşur:
O top neçəyədir 
Satıcı deyir:
– Üç manata 
Uşağın gözləri kəlləsinə çıxır:
– Oy daa 
Sonra da o biri topun qiymətini soruşur. Satıcı astaca cavab verir:
– İki dənə “oy daa”.
Tapşırıqlar:
1. Mavi boşluqların yerinə müvafiq durğu işarələrini qoy.
2. İkinci top neçəyədir?
A) 4 manata       B) 6 manata      
C) 8 manata
3. “Top” hansı cümlədə mətndəki mənasında işlənib?
A) Hücumçu var gücü ilə topa zərbə endirdi.
B) Sərhəd kəndlərinə toplardan atəş açırdılar.
C) Mağazaya beş top parça gətirildi.
4. “Göz” sözü hansı cümlədə həqiqi mənada işlənib?
A) O, bir göz qırpımında özünü bizə çatdırdı. 
B) Çox keçmişəm bu dağlardan, durnagözlü bulaqlardan. 
C) Onlar indi birgözlü köhnə evdə yaşayırlar.
5. “Gözləri kəlləsinə çıxır” ifadəsi ilə yaxınmənalı ifadələr tap və cümlədə işlət.
_________________________________________________________________
_________________________________________________________________
Yazı
üzrə qiymətləndirmə (imla)
BÖYÜK HƏKİM İBN SİNA
(94 söz)
İbn Sina böyük alim idi. O hələ on yaşında ikən həndəsə, təbabət, astronomiya
elmlərini dərindən öyrənməyə başlamışdı. Öz sualları ilə bəzən müəllimlərini çətin
vəziyyətə salırdı. 
O illərdə vəba və çiçək xəstəlikləri hər yanı bürümüşdü. Minlərlə adam bu
xəstəliklərdən məhv olurdu. İbn Sina belə qərara gəldi ki, həkim olsun. Səbirlə, təmkinlə
tibb elmini öyrəndi. 
Tez bir zamanda bu gənc həkim məşhurlaşdı. Hər tərəfdən xəstələr onun yanına şəfa
tapmağa gəlirdilər. İbn Sina öz köməyini heç kəsdən əsirgəmirdi. Çoxları onun şagirdi
olmaq istəyirdi. O, şagirdlərinə insanları müalicə etməyi öyrədirdi. Həmçinin onlarda in-
sana mərhəmət hissi də tərbiyə edirdi. 
Tapşırıqlar:
1. “Məşhurlaşdı” sözünün səs tərkibi haqqında nə deyə bilərsiniz? (“Auksion” və ya “Əqli
hücum” metodunu tətbiq etmək olar)
23
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə