Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə9/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

24
2. “O, şagirdlərinə insanları müalicə etməyi öyrədirdi” cümləsinin mübtədasını elə dəyiş ki,
xəbər (öyrədirdi) -lər şəkilçisi qəbul etsin.
3. “Xəstələr onun yanına şəfa tapmağa gəlirdilər” cümləsinin mübtədasını elə dəyiş ki,
xəbər (gəlirdilər) -lər şəkilçisiz işlənsin.
Dil qaydaları
üzrə qiymətləndirmə
1. Sözün səs tərkibi nəyə əsasən müəyyənləşir?
A) yazılışa
B) tələffüzə
C) hecalara
2. “Müəllim” sözündə tələffüz zamanı düşən səsi  seç.
A) ü
B) ə
C) l 
3. Hansı sözün tələffüzü səhv verilib? 
A) [şərayit]
B) [stadiyon]
C) [təbiyi]
4. Qoşasaitli sözlərdən birinin tələffüzü doğru deyil: 
A) [sa:t]
B) [sual]
C) [səa:dət]
5. “Ailə” sözünün tələffü zündə üçüncü səs hansıdır?
A) i
B) l
C) ə
Dərs 3. “BEŞ” QİYMƏTİ (2 saat) 
Motivasiya
(söz assosiasiyası) 
Müəllim: –  “Beş” rəqəmi sizə hansı sözləri xatırladır? (qiymət, əla, ən yüksək, əlaçı,
dəyərləndirmə və s.). 
Tapmaca:
Hamı məni istəyir,
Bilin, yaman bahayam.
Əlaçılar bəsləyir,
Qiymətlərin şahıyam. (beş)
Sual: – Məktəbli üçün “5” qiyməti nə deməkdir? 
Danışma
Müzakirə:  “Bu gün aldığınız “5” qiymətinin sabah həyatınızda nə kimi rolu ola bilər?”
mövzusunda müzakirə. 
Oxu
Dərsliyin 16-cı səhifəsindəki şeir oxunur. Müəllim şagirdlərin ifadəli, intonasiya ilə oxu -
malarına diqqət yetirir. Şeir oxunduqdan sonra iş dəftərinin 11-ci səhifəsindəki 1-3-cü tapşırıqlar
yerinə yetirilə bilər.
Yazı
“Yaxşı oxumağımla kimi sevindirirəm?” mövzusunda inşa yazmaq.
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq  mətnləri müəyyən olun muş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Şeiri qəhrəmanın emosional vəziyyətinə
uyğun intonasiya ilə oxuyur.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə əlaqələn -
di rərək inşa yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Ahəng qanununa tabeliyinə görə sözləri
fərqləndirir.
1
Çap üçün deyil


Dil qaydaları
Müəllim əlindəki topu uşaqlardan birinə atır və soruşur:
– Qalın saitlər hansılardır?
Topu alan şagird suala cavab verir və onu başqa yoldaşına atır. Müəllim növbəti sualı
səsləndirir:
– İncə saitlər hansılardır?
Oyun beləcə davam edir. Müəllim “Gəlin daha cəld işləyək!” deməklə şagirdləri tez düşünüb
cavab verməyə dəvət edir:
– “Müəllim” sözü hansı saitlərdən ibarətdir – qalın, yoxsa incə?
– “Uşaq” sözü hansı saitlərdən ibarətdir?
Sonra lövhədə cədvəl çəkilir və sinifdəki şagirdlərin adlarına görə cədvəl dolduru lur.
Növbəti addımda dərsliyin 16-cı səhifəsində verilmiş ahəng qanunu haqqında nəzəri material
mənimsədilir.
Müəllim şagirdlərlə birlikdə tərtib olunmuş cədvələ qayıdaraq sinfə suallar verir:
– Sinifdə neçə qızın adı ahəng qanununa tabedir?
– Sinifdə neçə oğlanın adı ahəng qanununa tabedir?
– Hansı adlar daha çoxdur – ahəng qanununa tabe olanlar, yoxsa olmayanlar?
Qruplarla iş.  Şagirdlər dörd qrupa bölünürlər.
I qrup: dərslik, səh.16, 2-ci tapşırıq.
II qrup: iş dəftəri, səh.11, 4-cü tapşırıq verilə bilər.
III qrup: verilmiş söz sırasındakı qanunauyğunluğu müəyyənləşdirin və hər bir sıraya daha
dörd söz əlavə edin:
Albalı, qırmızı, qarpız, sulu, ...
Şəkər, şirin, dəniz, gömgöy, ...
Qızılgül, tikanlı, şagird, əlaçı, ...
IV qrup: bu şeir parçasında ahəng qanununa tabe olan sözləri aşağıdakı cədvəl üzrə
qruplaşdırıb yazın:
Nə şirin, dadlı gülüşlərlə gülür,
Gözlərindən yenə şəfqət tökülür.
Çevirib laylaya “can” kəlməsini,
Anadır, oxşayır öz körpəsini. 
İş dəftərinin 11-ci səhifəsindəki dil qaydaları üzrə tapşırıqlardan istifadə oluna bilər. 
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Yalnız incə saitlər olan
Yalnız qalın saitlər olan
Həm incə, həm qalın 
saitlər olan
oğlan adları
qız adları
oğlan adları
qız adları
oğlan adları
qız adları
Yalnız müxtəlif
incə saitlərdən
ibarət olan sözlər
Yalnız müxtəlif
qalın saitlərdən
ibarət olan sözlər
Yalnız eyni incə
saitlərdən ibarət
olan sözlər
Yalnız eyni qalın
saitlərdən ibarət
olan sözlər
25
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


Dərs 4. KİTAB DAHA MARAQLIDIR (4 saat) 
Motivasiya 
Müəllim (Venn diaqramı): – İnformasiya əldə edilməsi baxımından kompüterin və kitabın
oxşar və fərqli cəhətlərini müəyyən edin.
Suallar: – Kompüterdə hansı oyunları oynamısınız? Oyunlar sizə nə verir? Bəs hansı bədii
kitabları oxumusunuz? Oxuduğunuz kitablarla bağlı təəssüratlarınızı danışın. 
Oxu
Mətn abzaslarla oxunur. Hər abzasdan sonra həm mənimsəmə, həm də proqnozlaşdırma
məqsədilə suallar verilir. 
Oxudan sonra müəllim uşaqlara aşağıdakı sualları verir:
– Sizcə, “Hörümçək adam” oyunu ilə “Hörümçək adam” kitabı arasında hansı fərqli cəhətlər
var? Üstünlüyü hansına verirsiniz?
1-ci tapşırıq. Aludəçilik – bir şeyə qapılmaq, məftun olmaq.
Yeniyetmə – çox gənc, gənclik yaşına çatmış oğlan və ya qız.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri,
oxuduqları hadisələr haqqında kiçik
təqdimatlar edir. 
Oxuduğu kitab haqqında təəssüratlarını
bölüşür.
Verilmiş qrafik informasiyanı (barqrafı,
diaqramı) şifahi şəkildə şərh edir.
1.2.4. Verilmiş sadə mətni bədii ifadə
vasitələri ilə zənginləşdirməklə obrazlı və
emosional nəql edir.
Dinlədiyi və oxuduğu mətnləri ümumiləş di -
rərək kiçik mətn təqdim edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri təqdim
edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
Öyrəndiyi yeni terminlərin hansı sahəyə aid
olduğunu müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki hadisələrin səbəb-nəticə əlaqə sini
müəyyən edir.
Oxuduğu mətndəki məlumatları mənim səyir
və nəticə çıxarır.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərin ideyasını müəyyənləşdirir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Mətndəki müəyyən epizodları
genişləndirməklə nəql edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Verilmiş sözlərin fonetik təhlili ilə bağlı
fikirlər söyləyir.
kompüter
kitab
26
1
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə