Yazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 73,29 Kb.
Pdf görüntüsü
tarix23.10.2017
ölçüsü73,29 Kb.
#6390
növüYazı


“Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında 

Əsasnamə”nin təsdiq edilməsi barədə 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

  

“Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında”  Azərbaycan 



Respublikası  Qanununun  17-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının 

Nazirlər Kabineti qərara alır: 

1.  “Azərbaycan  Respublikasının  Qarayazı  Dövlət  Təbiət  Qoruğu  haqqında 

Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

  

Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

 

Bakı şəhəri, 3 avqust 2005-ci il



 

   № 148


 

 

 



  

  

Azərbaycan Respublikası Nazirlər 



Kabinetinin

 

2005-ci il 3 avqust tarixli 148 nömrəli qərarı 



ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

  

Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında 



  

Ə S A S N A M Ə  

   

I. ÜMUMİ MÜDDƏALAR 

  

1.1.  Azərbaycan  Respublikasının  Qarayazı  Dövlət  Təbiət  Qoruğu  (bundan 

sonra-Qoruq)  səciyyəvi  və  nadir  təbiət  komplekslərini  və  obyektlərini  (palıd, 

ağyarpaq  qovaq,  akasiya,  titrək  qovaq  ağacları,  Qafqaz  nəcib  maralı,  çöl  donuzu, 

süleysin,  çöl  pişiyi,  qırqovul,  qaratoyuq  və  s.),  o  cümlədən  Kürətrafı  tuqay  meşə 

landşaftını  təbii  vəziyyətdə  qoruyub  saxlamaq,  təbiət  proseslərinin  və  hadisələrinin 

gedişini  öyrənmək  məqsədilə  yaradılmış  təbiəti  mühafizə  və  elmi  tədqiqat  idarəsi 

statusuna malik ərazidir. 

1.2. Qoruğun ərazisi Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il 2 mart tarixli 

76 nömrəli və 1979-cu il 28 noyabr tarixli 467 nömrəli qərarları ilə müəyyən olunmuş 

və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 99s nömrəli 

sərəncamı 

ilə 

Ağstafa 


rayonunun 

meşə 


fondu 

torpaqları 

hesabına 

genişləndirilmişdir. 

1.3.  Qoruq  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını  və 

qanunlarını,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələri 




Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarını,  Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  normativ  hüquqi  aktlarını  və  bu 

Əsasnaməni rəhbər tutur. 

1.4.  “Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında” 

Azərbaycan Respublikasının Qanununa əsasən Qoruğun təşkili üçün ayrılmış torpaq 

sahələri onun daimi istifadəsinə verilir. 

1.5.  Qoruğun  ərazisi  respublika  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  təbiət 

ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir. 

1.6.  Məqsədli  istifadəsinə  və  hüquqi  rejiminə  görə  Qoruğun  torpaqları  təbii 

qoruq təyinatlı torpaqlara daxildir. 

1.7.  Qoruğun  torpaqlarından,  habelə  onun  hüdudlarında  olan  sudan,  bitki  və 

heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır. 

1.8.  Qoruğun  torpaq  və  su  (akvatoriya)  sahələrini  kənar  antropogen  təsirlərdən 

qorumaq  məqsədi  ilə  həmin  ərazilərin  sanitariya-mühafizə  zonaları  müəyyən  edilir.  Bu 

zonaların  müəyyən  edilməsi  və  rejim  qaydaları  “Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və 

obyektləri  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  10-1-ci  maddəsi  ilə  müəyyən 

olunmuş formada həyata keçirilir.

[1]

 

1.9. Qoruq dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, 



ətraf  mühitin  mühafizəsi  üzrə  fondların  vəsaitləri  hesabına  və  qanunvericilikdə 

qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir. 

1.10.  Qoruğun  idarə  edilməsi  və  mühafizəsi  üçün  yaradılan  müvafiq  idarənin 

xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması 

və  onlardan  istifadə  qaydası  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 

tərəfindən müəyyən edilir. 

1.11.  Qoruğun  pasportu  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii 

Sərvətlər  Nazirliyi  tərəfindən  hazırlanır.  Pasportda  Qoruğun  əhəmiyyəti,  adı, 

yerləşdiyi  yer,  yaranma  tarixi,  torpaqdan  daimi  istifadə  hüququnu  təsdiq  edən 

sənədin qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xarakteristikası, onun 

ümumi  görünüşünün  sxemi,  qorunan  nadir  fauna  və  flora  növləri,  fəaliyyət 

prosesində  aparılan  dəyişikliklər  barədə  qeydlər  öz  əksini  tapmalıdır.  Bu  ərazinin 

pasportu  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyində 

dövlət qeydiyyatına alınmaqla Qoruqda saxlanılır.



[2]

 

1.12.  Qoruqda  təbiət  qoruq  fondunun  vəziyyətinin  qiymətləndirilməsi  və 



proqnozlaşdırılması,  bu  ərazinin  perspektiv  inkişafı  şəbəkəsinin  müəyyən  edilməsi, 

mühafizə  rejiminə  riayət  olunmasına  dövlət  nəzarətinin  gücləndirilməsi  məqsədilə 

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır. 

1.13.  Qoruq  müstəqil  balansa,  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii 

Sərvətlər  Nazirliyi  tərəfindən  verilən  dövlət  mülkiyyətində  olan  əmlaka,  üzərində 

Azərbaycan  Respublikasının  Dövlət  gerbinin  təsviri  olan,  Azərbaycan  Respublikası 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  və  Qoruğun  adı  əks  olunmuş  möhürə, 

müvafiq blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir. 



  


II. QORUĞUN YARADILMASININ MƏQSƏDLƏRİ 

  

2.1. Qoruğun yaradılmasının məqsədləri aşağıdakılardır: 

2.1.1.  genetik  fondun,  bioloji  müxtəlifliyin,  ekoloji  sistemlərin  və  təbiət 

komplekslərinin  və  obyektlərinin  təbii  vəziyyətini  qoruyub  saxlamaq  məqsədilə 

təbiət ərazilərinin mühafizəsini həyata keçirmək

2.1.2.  elmi  tədqiqatları  təşkil  etmək  və  aparmaq,  “Təbiət  Salnaməsi”ni  tərtib 

etmək; 

2.1.3. ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji 



monitorinqi həyata keçirmək; 

2.1.4.  təsərrüfat  obyektlərinin  və  digər  obyektlərin  yerləşdirilməsi  layihələrinə 

və sxemlərinə dair dövlət ekoloji ekspertizasında iştirak etmək

2.1.5.  ətraf  mühitin  mühafizəsi  sahəsində  elmi  kadrların  və  mütəxəssislərin 

hazırlanmasına kömək etmək. 

  

III. QORUĞUN XÜSUSİ MÜHAFİZƏ REJİMİNİN XÜSUSİYYƏTLƏRİ 

  

3.1.  Qoruğun  ərazisində  xüsusi  mühafizənin  vacib  tədbirlərindən  başqa, 

aşağıdakılar qadağan edilir: 

3.1.1.  bina  və  qurğuların,  ümumi  istifadə  üçün  yolların,  boru  kəmərlərinin  və 

digər kommunikasiya xətlərinin tikintisi; 

3.1.2. geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması; 

3.1.3.  kənd  təsərrüfatının,  sənayenin,  hidroenergetikanın,  su  nəqliyyatının  və 

digər  təsərrüfat  ehtiyaclarının  suya  olan  tələbatının  ödənilməsi  üçün  yerüstü  və 

yeraltı sulardan istifadə edilməsi

3.1.4.  oduncaq  tədarükü,  ikinci  dərəcəli  meşə  ehtiyatları  tədarükü,  meşədən 

əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadə; 

3.1.5. bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə 

edilməsi; 

3.1.6.  ov  və balıq  və  digər  su  bioresurslarının  ovu,  habelə  ov  və  balıqçılıq 

obyektlərinə  aid  edilməyən  heyvanların  təsərrüfat  məqsədilə  istifadə  edilməsi  və 

ovlanması;



[3]

 

3.1.7. ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi



3.1.8. kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii 

mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi; 

3.1.9. xüsusi icazə olmadan Qoruğun ərazisində olmaq; 

3.1.10.  təbiət  komplekslərini  pozan  və  təbiət  obyektləri  üçün  təhlükə  yaradan 

hər hansı digər fəaliyyət. 

3.2.  Elmi  tədqiqat  idarələrinin  əməkdaşları,  aidiyyəti  ali  məktəblərin  müəllim 

və  tələbələri  Qoruğun  iş  planı  üzrə  elmi  tədqiqat  işləri  aparmaq,  elmi  təcrübə 

keçmək  və  digər  müvafiq  işlər  görmək  üçün  əraziyə  Qoruq  direktorunun  razılığı 

əsasında buraxılırlar. 

  



IV. QORUĞUN MÜHAFİZƏSİ 

  

4.1. Qoruğun mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu 

işə  Azərbaycan  Respublikasının  ekologiya  və  təbii  sərvətlər  naziri  tərəfindən 

vəzifəyə  təyin  və vəzifədən  azad  edilən  Qoruğun  direktoru  və  mühafizə  işləri  üzrə 

direktor müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər. 

4.2. Qoruğun mühafizə xidməti aşağıdakı hüquqlara malikdir: 

4.2.1.  Qoruğun  ərazisində  və  onun  mühafizə  zonasında  xüsusi  mühafizə 

rejimini  pozanların  sənədlərini  yoxlamaq,  nəqliyyat  vasitələrini  saxlamaq, 

qanunvericiliklə müəyyən edilmiş qaydada  nəqliyyat vasitələrini,  ov alətlərini, əldə 

edilmiş  məhsulları  və  başqa  əşyaları  yoxlamaq,  hüquqpozmaya  səbəb  olmuş  alət, 

cihaz və digər əşyaları, qanunsuz əldə olunmuş məhsulları, habelə müvafiq sənədləri 

götürmək; 

4.2.2. Qoruğun ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə olunan 

təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati 

xəta  törətmiş  şəxsləri  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  saxlamaq,  onları 

hüquq mühafizə orqanlarının sərəncamına vermək; 

4.2.3.  Qoruq  ərazisindən  istifadə  qaydalarının,  həmin  ərazilərin  mühafizə 

rejiminin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta 

haqqında  protokollar  tərtib  etmək;  4.2.4.  Qoruğun  ərazisində  və  onun  mühafizə 

zonasında  mühafizəsi  və  istifadəsi  sahəsində  pozuntu  hallarını  aradan  qaldırmaq 

haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək. 

  

V. QORUĞUN MÜHAFİZƏSİNƏ, QORUNMASINA VƏ İSTİFADƏSİNƏ 

DÖVLƏT NƏZARƏTİ 

  

Qoruğun vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə 

yetirilməsinə,  qanunvericilikdə  nəzərə  tutulmuş  qaydalara  və  tələblərə  əməl 

olunmasına  dövlət  nəzarətini  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii 

Sərvətlər Nazirliyi həyata keçirir. 

  

VI. QORUĞUN ELMİ TƏDQİQAT FƏALİYYƏTİ 

  

6.1.  Qoruq  bütün  təbiət  komplekslərini  təbiətin  etalonları  kimi  saxlamaqla 

yanaşı,  habelə  bu  komplekslərdə  təbii  proseslərin  elmi  cəhətdən  öyrənilməsini 

həyata keçirir. 

6.2. Qoruğun elmi tədqiqat fəaliyyəti il boyu stasionar müşahidələrin və çoxillik 

kompleks  tədqiqatların  təşkili  yolu  ilə  həyata  keçirilir  və  ekoloji  şəraitin 

proqnozlaşdırılması,  təbiətin  mühafizəsinin  elmi  əsaslarının  hazırlanması,  canlı 

orqanizmlərin  genofondunun  qorunub  saxlanılması,  təbii  ehtiyatların  bərpası  və 

səmərəli istifadəsi məqsədilə təbiət komplekslərinin, ayrı-ayrı təbiət obyektlərinin və 

təbii proseslərin dinamikasının öyrənilməsinə yönəldilir. 




6.3.  Qoruq  elmi  tədqiqat  işlərinin  təşkili  və  aparılması  məqsədilə  elmi  işçi 

ştatları  ilə  təmin  olunur  və  bu  işə  Azərbaycan  Respublikasının  ekologiya  və  təbii 

sərvətlər  naziri  tərəfindən  vəzifəyə  təyin  və  vəzifədən  azad  edilən  Qoruğun 

direktorunun elmi işlər üzrə müavini öz səlahiyyətləri daxilində rəhbərlik edir. 

6.4.  Qoruqda  elmi  tədqiqatlar  kənar  təşkilatlar  və  ayrı-ayrı  mütəxəssislər  cəlb 

edilməklə də aparıla bilər. 

6.5.  Qoruqda  müəyyən  olunmuş  qaydada  elmi  tədqiqatlar,  mədəni-maarif, 

tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi 

məqsədilə  Şura  yaradıla  bilər.  Şuranın  tərkibi  və  Əsasnaməsi  Azərbaycan 

Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. 

6.6. Qoruğun elmi və herbari fondları yaradılır və həmişəlik saxlanılır. 

6.7. Qoruğun elmi əsərlər çap etdirmək hüququ vardır. 

6.8. Qoruqda elmi tədqiqat işində əldə edilmiş nəticələrin məqsədi: 

6.8.1.  region  üçün  xarakter  olan  nadir  və  nəsli  kəsilmək  təhlükəsi  qarşısında 

qalan bitkilərin və heyvanların təbii bərpasını təmin etmək; 

6.8.2.  heyvan  və  bitki  ehtiyatlarının  qorunub  saxlanılmasının,  çoxaldılmasının 

və səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq; 

6.8.3.  Qoruğun  tələbatına  uyğun  olaraq  biotexniki  tədbirləri  həyata  keçirmək, 

meşə ehtiyatlarının və faunanın uçotunu aparmaq; 

6.8.4.  Qoruğun  ərazisində  təbiət  komplekslərinin  təbii  halda  saxlanılmasını 

təmin 

edən 


tədbirləri, 

təbiət 


kompleksləri 

komponentlərinin 

faydalı 

məhsuldarlığının 

qiymətləndirilməsi 

və 


yüksəldilməsi 

metodlarını 

işləyib 

hazırlamaq; 

6.8.5.  iqlimləşdirmə  məqsədilə  bitki  və  heyvanların  introduksiya  edilməsi  ilə 

ayrı-ayrı  heyvan  növlərinin  sayının  elmi  cəhətdən  əsaslandırılmış  normadan  artıq 

çoxaldılmasına  yol  verməmək;  6.8.6.  zərərli  heyvan  və  alaq  otlarına  qarşı  mübarizə 

metodlarını, ilk növbədə bioloji metodları işləyib hazırlamaq; 

6.8.7.  su  rejimində,  torpağın  və  bitki  örtüyünün  xassələrində,  heyvanların 

sayında 


və 

bitkilərin 

(fitosenozların) 

məhsuldarlığında 

dəyişikliklərin 

proqnozlaşdırılması və həmin dəyişikliklərin səbəbini öyrənmək; 

6.8.8.  təbiətdə  cərəyan  edən  proseslər  haqqında  sistemləşdirilmiş  faktiki 

materiallar toplamaq və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək; 

6.8.9.  Qoruğun  hüdudlarından  kənarda,  təsərrüfat  məqsədləri  üçün  istifadə 

edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları işləyib hazırlamaq. 

6.9.  Elmi  tədqiqatların  aparılması  metodları  qoruq  rejiminin  tələblərinə  zidd 

olmamalıdır.  Aparılan  işlərin  nəticəsi  olaraq  hazırlanmış  elmi  təkliflər  tətbiq  oluna 

bilər. 

6.10.  Qoruğun  elmi  tədqiqat  işlərini,  görəcəyi  elmi,  elmi-texniki  və  sair 



tədbirləri  hər  təqvim  ili  üçün  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii 

Sərvətlər  Nazirliyinin  təsdiq  etdiyi  və  maliyyələşdirdiyi  planlar  üzrə  onun  elm 

şöbəsinin  işçiləri,  Qoruqla  bu  sahədə  əməkdaşlığı  Azərbaycan  Respublikasının 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi müqavilələr əsasında müvafiq 

profilli elmi tədqiqat idarələri və ali məktəblər ilə həyata keçirirlər. 



  

VII. QORUĞUN FƏALİYYƏTİNİN TƏŞKİLİ 

  

7.1.  Qoruğun  strukturu,  ştat  cədvəli  və  xərclər  smetası  Azərbaycan 

Respublikasının  ekologiya  və  təbii  sərvətlər  naziri  tərəfindən  təsdiq  edilir.  7.2. 

Qoruğa direktor rəhbərlik edir. 

7.3. Direktor Qoruğun fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır. 

7.4. Direktor aşağıdakı səlahiyyətlərə malikdir: 

7.4.1.  Qoruğun  işinə  ümumi  rəhbərliyi  həyata  keçirir  və  onun  fəaliyyətində 

qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir; 

7.4.2.  təbiəti  mühafizə,  elmi  tədqiqat  və  biotexniki  planların  layihələrinin 

hazırlanmasını  təşkil  edir,  onların  müvafiq  qaydada  təsdiq  edildikdən  sonra  yerinə 

yetirilməsini təmin edir; 

7.4.3. Qoruqda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların gedişi haqqında 

müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir; 

7.4.4.  Qoruğun  ixtisaslı  kadrlarla  komplektləşdirilməsini  təşkil  edir,  onların 

ixtisaslarının artırılması istiqamətində tədbirlər görür

7.4.5.  Qoruğun  mühafizə  rejimi,  elmi  tədqiqatların  və  onların  tətbiqinin 

nəticələri  haqqında  hesabatları,  habelə  maliyyə-təsərrüfat  fəaliyyəti  barədə 

mühasibat, maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti 

üzrə təqdim edir; 

7.4.6. Qoruğun maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir; 

7.4.7.  Qoruğun  fəaliyyətinə  aid  olan  məsələlərlə  əlaqədar  məhkəmələrdə  çıxış 

edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir

7.4.8. Qoruğun Şurasının fəaliyyətinə rəhbərlik edir; 

7.4.9.  Qoruğun  nomenklaturuna  daxil  olan  işçiləri  vəzifəyə  təyin  edir  və 

vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada 

həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; 

7.4.10.  Qoruğun  elmi  tədqiqat  işlərinin  tematik  planı  əsasında  elmi  işçilərin  iş 

planlarını təsdiq edir; 

7.4.11.  qeyri-hökumət  və  dövlət  təşkilatlarında  Qoruğu  vəkalətnaməsiz  təmsil 

edir; 


7.4.12. Qoruğun fəaliyyəti ilə əlaqədar əmr, sərəncam və göstərişlər verir. 

7.5.  Qoruğun  bütün  işçiləri  qoruq  rejiminin  pozulması  hallarının  qarşısının 

alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər. 

7.6. Qoruğun təbiət ərazilərindən və obyektlərindən istifadə etməsi qanunla 

nəzərdə tutulmuş hallarda ödənişli ola bilər. 

7.7. Əhali və ictimai birliklər Qoruğun mühafizəsinə dair təkliflərini verə bilər. 

Bu təkliflərə Qoruq tərəfindən baxılır. 

7.8.  Qoruğun  ərazisi  və  obyektləri  hər  hansı  fiziki  və  hüquqi  şəxslərin 

hüquqlarına  və  maraqlarına  xələl  gətirmədən  Azərbaycan  dövlətinə  məxsusdur  və 

özgəninkiləşdirilə  bilməz.  7.9.  Qoruğun  hüquqi  və  fiziki  şəxslərin  idarəçiliyinə, 

istifadəsinə və icarəsinə verilməsi qadağandır. 



7.10.  Qoruq  rejiminin  pozulmasında  təqsirkar  olan  şəxslər  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

7.11.  Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında 

qanunvericiliyin  pozulması  nəticəsində  Qoruğa  vurulmuş  zərər  Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsində  və  təbiətin  mühafizəsi  ilə  bağlı  digər 

qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir. 

7.12.  Qoruqda  mühafizə  rejimini  həyata  keçirən  işçilərə  xidməti  vəzifələrini 

yerinə  yetirərkən  xüsusi  geyim  forması  daşımaq,  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir. 

  

  



  

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       


20  noyabr  2006-cı  il  tarixli 242 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994)

 

2.

       

17  oktyabr  2014-cü  il  tarixli 334 nömrəli



 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  25  oktyabr  2014-cü  il,  №  232Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1304)

 

3.

       

25  iyun  2015-ci  il  tarixli 242 nömrəli



 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 809)

 

 

 



QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



 

 

 



 

[1]

 

17  oktyabr  2014-cü  il  tarixli 334 nömrəli



 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  25  oktyabr  2014-cü  il,  №  232Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  10,  maddə  1304) ilə  “Azərbaycan  Respublikasının  Qarayazı 

Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 1.8-ci bəndi yeni redaksiyada verilmişdir. 

  

Əvvəlki redaksiyada deyilirdi: 



1.8.  Qoruğa  bitişik  olan  torpaq  və  su  sahələrində  mühafizə  zonaları  müəyyən  edilə  bilər.  Bu 

zonaların  torpaqlarında  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  təbiət  komplekslərinə  və 

obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağandır. 

  

[2]

 

20 noyabr 2006-cı il tarixli 242 nömrəli



 Azərbaycan  Respublikası Nazirlər Kabinetinin Qərarı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  11,  maddə  994)  ilə 

“Azərbaycan  Respublikasının  Qarayazı  Dövlət  Təbiət  Qoruğu  haqqında  Əsasnamə”nin  1.11-ci 

bəndində “hüququna dair Dövlət aktının” sözləri “hüququnu təsdiq edən sənədin” sözləri ilə əvəz 

edilmişdir. 

  

[3]

 

25  iyun  2015-ci  il  tarixli 242 nömrəli



 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2015-ci  il,  №  06,  maddə  809) ilə 

“Azərbaycan  Respublikasının  Qarayazı  Dövlət  Təbiət  Qoruğu  haqqında  Əsasnamə”nin  3.1.6-cı 



yarımbəndində  “balıq  ovu”  sözləri  “balıq  və  digər  su  bioresurslarının  ovu”  sözləri  ilə  əvəz 

edilmişdir. 



 

Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə