Yazı həyatınız boyu müxtəlif situasiyalarda sizdən tələb olunan bacarıqdır


Akademik Yazı Növlərinin Quruluşu



Yüklə 20,87 Kb.
səhifə6/7
tarix28.03.2022
ölçüsü20,87 Kb.
#84785
növüYazı
1   2   3   4   5   6   7
Mövzu - 18

1.Akademik Yazı Növlərinin Quruluşu:

Ön hissə

Titul vərəqi

• Mündəricat

- yazının strukturunu əks etdirir

- məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir

- yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir

• Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq)

• . Abstrakt

• Xülasə

a) elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;

b) onları qısa və yığcam şəkildə ifadə edir:

- tədqiqatın məqsədi və vəzifələri

- problemi

- tədqiqat metodu

- yeniliklər

Yazının əsas hissəsi
• Giriş

- Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;

- Problemi və ya vəziyyəti təhlil edir;

- Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;

- Tədqiqat sualı qeyd olunur;

- Tədqiqat metodu göstərilir;

- Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;

- Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.


• Fəsillər - arqumentlər və əsaslandırmalar:

- Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir.

- Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir.

- Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir.

- Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s.

- Bir hissədən digərinə keçid olmalıdır.

- Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1 -2 cümlə ilə nəticə göstərilməlidir.
Yekun Hissə
• Nəticə və tövsiyyələr

- Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.

- Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir.


Yüklə 20,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə