Yazı və foto işləri: Cəmilə Bəndəliyeva Müxbir: Rza Məmmədov Korrektor: Zöhrə Rəhimova



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix29.08.2018
ölçüsü4,96 Mb.
#65193
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12

5

 

Baş redaktordan...



Hər gün kəskinləşən rəqabət şəraitində şirkətimizin 

əməkdaşlarının bilik və bacarıqlarının artırılması, peşə 

hazırlığının təkmilləşdirilməsi istiqamətində yeniliklərə 

daim ehtiyac olduğunu nəzərə alan “Azərsun Holdinq” bu 

yöndə mütəmadi olaraq müvafiq addımlar atır.  “Azərsun 

Holdinq” üçün onun ən dəyərli meyarı onun çalışanlarıdır. 

Bu gerçək üzərində mərkəzləşmiş idarəetmə strategiyası 

azərsunluların davamlı inkişafını prioritet vəzifə hesab edir. 

Ötən ay hamını əhatə edən və hər kəs tərəfindən böyük 

maraqla qarşılanan “Great Place to Work”  layihəsinə 

başlanıldı, bu layihə ilə əlaqədar keçirilən toplantıda şirkət 

rəhbərliyi çox mühüm mesajlara imza atdı. Bu layihənin 

reallaşdırılması bir daha göstərdi ki, “Azərsun Holdinq” 

rəhbərliyi hər bir əməkdaşının fikirlərinə böyük əhəmiyyət 

verir və bütün əməkdaşların prioritetlərini, ehtiyaclarını, 

fikirlərini dinləməkdə maraqlıdır. “Azərsun Holdinq”in 

qurucusu hörmətli Abdolbari Goozalın fəlsəfəsinə sadiq 

qalaraq insanı daim ön planda tutan şirkətimiz “Great 

Place to Work” layihəsinin nəticələrini də həvəs və 

həyəcanla gözləyir. Bu dəyərləndirmədə iştirak edən bütün 

şirkət əməkdaşları isə layihənin əhəmiyyətini anlayaraq 

qəbul edir və hər kəs layihənin müsbət nəticələrinin 

çox yaxın zamanda yaşanacağına öz inam və etimadını 

göstərir. Həmçinin şirkət əməkdaşlarının davamlı inkişafı 

və mövcud potensiallarının önə çıxarılması istiqamətində 

“İnkişaf Mərkəzi Proqramı”nın həyata keçirilməsi də 

böyük maraqla qarşılanan layihələrdən oldu. Böhran 

şəraitini nisbətən arxada qoymuş ölkəmiz və şirkətimiz 

yeni dönəmə hazırlığın astanasındadır.  Bu yeni dönəmdə 

yeni sistemlərin tətbiqi, yeni idarəetmə mexanizmlərinin 

formalaşdırılıb inkişaf etdirilməsi artıq günümüzün 

reallığına çevrilib.  Eyni zamanda qeyd etməliyik ki, bütün 

Azərbaycanın ürək nəbzini tənzimləyən “Qarabağ” Futbol 

Klubunun qazandığı nailiyyət və uğurlar xalqımızda 

özünə inamı daha da möhkəmləndirib və digər sahələrdə 

də insanların qələbəyə olan inamını möhkəmləndirir. Bu 

müsbət enerji bütün sahələri əhatə edir. Son zamanlar 

müxtəlif uğurlar qazanmış, idman, elm, mədəniyyət 

sahəsində çalışan insanların söylədiyi fikirlərdə “Qarabağ 

Futbol Klubu qazandı və o, inamı görəndən sonra biz də 

“niyə olmasın?” yanaşması ilə işlərə başladıq və nailiyyət 

qazandıq” düşüncəsini paylaşmaları, təbii ki, bizi sevindirir. 

Əziz azərsunlular, hər birimiz öz üzərimizdə işləyərək 

özümüzü inkişaf etdirməklə bu yeniliklərin təqibçisinə 

çevrilməyə çalışmalıyıq. Çünki hər gün dəyişən dünyada 

tətbiq olunan yeni texnologiyalar, satış taktikaları, istehsal 

mədəniyyəti bizi də özümüzü yeniləməyə vadar edir. Bu və 

digər maraqlı xəbərləri bu sayımızda diqqətinizə təqdim 

edir, maraqla oxuyacağınıza ümid edirik. 

Afiq Səfərov

İctimaiyyətlə Əlaqələr və  

Biznesin İnkişafına Dəstək  

Departamentinin müdiri



Qapaq


Yenilikləri fəaliyyət dairəsinin ayrılmaz hissəsi 

hesab  edən  “Azərsun  Holdinq”  növbəti  bir  ilkə 

imza atıb. Belə ki, şirkət rəhbərliyinin təlimatı ilə 

Azərbaycanda ilk dəfə olaraq “Great Place To Work” 

şirkəti  tərəfindən  “Etibarlılıq  səviyyəsi 

yüksək  olan  şirkətlərin  mədəniyyətini 

inkişaf etdirərək mükəmməl iş yerlərinin 

müəyyənləşdirilməsi  və  yaradılması” 

mövzusunda    keçirilən  layihənin  başla-

nılması ilə bağlı toplantı keçirilib. 

Qeyd edək ki, “Great Place To Work” 

dünyada  5  qitədə,  50  ölkədə  fəaliyyət 

göstərir  və  həyata  keçirdiyi  layihənin 

məqsədi  şirkətlərin  güclü  cəhətlərini  və 

fürsətləri,  mövcud  şirkətdaxili  durum 

və  arzulanan  durum  arasındakı  fərqi 

müəyyən etmək, qeyd edilən məsələlərdə 

şirkətin  inkişafını  təmin  etmək  üçün 

zəruri dəyişiklikləri həyata keçirməkdir. 

“Azərsun  Holdinq”in  mədəniyyət 

mərkəzində  təşkil  edilən  tədbirdə  layihə 

ilə  bağlı  şirkətin  rəhbəri  Eyüp  Top-

rak  və  peşəkar  məsləhətçi  Türker  Baş  

təqdimatla  çıxış  edərək  şirkətlər  qru-

punun  rəhbər  şəxslərinə  layihə  barədə 

məlumat veriblər. Təqdimatda əməkdaş-

müdir  münasibətləri  və  iş  prosesində 

əməkdaşlar  arasında  qarşılıqlı  etibarın 

çox mühüm rol oynadığı qeyd edilib. 

Tədbirdə  “Azərsun  Holdinq”in    baş 

direktoru  Savaş  Uzan  da  çıxış  edib.  Baş 

direktor  şirkətdə  daha  öncə  də  belə  bir 

sorğunun keçirildiyini bildirib və hər kəsi 

şirkət  daxilindəki  etibarlılıq  səviyyəsini 

ölçmək üçün təşkil edilən sorğularda və 

Şirkətlər qrupu "Mükəmməl iş yeri" 

layihəsinin tətbiqinə başladı



7

 

digər  layihələrdə  yaxından  iştirak  etməyə 



çağırıb. O, yalnız belə olan halda sorğuların 

şirkətə xeyir verəcəyini və praktiki tədbirlərin 

görülməsinin mümkün olacağını qeyd edib. 

“Azərsun  Holdinq”in  İdarə  Heyətinin 

üzvü  Əhməd  Gözəl  çıxışında  “Great  Place 

To  Work”  şirkəti  tərəfindən  reallaşdırılan 

bu  layihənin  şirkətlər  qrupu  üçün  mühüm 

əhəmiyyətə  malik  olduğunu  və  sorğuların 

nəticələrinə uyğun olaraq zəruri addımların 

atılacağını  söyləyib.  Ə.Gözəl  toplantı  iştirak-

çılarını  sorğuda  iştirak  etməyə  dəvət  edərək 

bununla  bağlı  onlara  müvafiq  tövsiyə  və 

təlimatlar verib. 

Qeyd  edək  ki,  reallaşdırılan  layihənin 

məqsədi  şirkətimizdə  etibarlılıq  səviyyəsini 

ölçərək,  şirkət  əməkdaşları  arasında  etibarlı 

iş yeri mədəniyyətini formalaşdırmaq və qar-

şılıqlı  inama  əsaslanan  mükəmməl  iş  yerləri 

yaratmaqdır.  Bu  məqsədlə  layihəmizin  ana 

sloqanına  uyğun  olaraq  “Əl-ələ  verək,  birgə 

güclənək” düşüncəsi ilə yola çıxırıq.

07-11  oktyabr  tarixlərində 

Almaniyanın  Köln  şəhərində 

keçirilən 

“Anuga 

2017” 


beynəlxalq  qida  sərgisi  qida 

sənayesinin  ən  böyük  və 

əhəmiyyətli sərgilərindən biri he-

sab  edilir.  100-dən  çox  ölkədən 

minlərlə şirkətin qatıldığı “Anu-

ga  2017”  sərgisində    “Azərsun 

Holdinq” də iştirak edib.

Sərgidə  şirkətlər  qrupu-

muz  çay  və  konserv  məhsulları 

ilə  təmsil  olunub.  Stendimizdə 

“Azerçay”  markasının  geniş 

çeşiddə  çay  məhsulları,  “Savil-

le”  markasının  nar  şirələri  və 

narşərablar,  “Bizim  Tarla”  mar-

kasının kompot, mürəbbə, ajvar, 

közlənmiş  salatlar  və  müxtəlif 

tərəvəz konservləri uğurla nümayiş etdirilib. Tədbir 

zamanı  nar  şirəsi,  kompot,  mürəbbə,  tərəvəz 

və  s.  digər  konserv  məhsullarımızın  müxtəlif 

çeşidlərinin dadım mərasimi də keçirilib. Həmçinin 

ətirli və dadlı “Azerçay” məhsullarının nümunələri 

paylanıb. Tədbir iştirakçıları və ziyarətçilər holdinq 

məhsullarının təbiiliyini, dadını və geniş çeşidliyini 

çox bəyənib və yüksək dəyərləndiriblər.  

“Anuga  2017”  beynəlxalq  qida  sərgisində 

şirkətlər  qrupunu  “Azərsun  Holdinq”in  Eksport, 

Satış və Əməliyyat Departamentinin müdiri Çingiz 

Əhmədov,  Eksport, Standartlaşdırma və Keyfiyyətə 

Nəzarət  şöbəsinin  müdiri  Mehmet  Mirac  Yasar, 

Eksport  Marketing  şöbə  müdiri  Eldar  Cabbarov, 

Almaniya üzrə satış təmsilçimiz Emil Salayev, Al-

maniya üzrə distributorumuz Nəbi Sarıtaş və dist-

ributorluğun əməkdaşları təmsil edib.

Sərgidə  Almaniyanın  müxtəlif  regionlarından 

olan distributor şirkətləri, həmçinin Kanada, ABŞ, 

Koreya, Çin, Malayziya və s. digər ölkələrdən olan 

şirkətlərlə  işgüzar  görüşlər  keçirilib,  əməkdaşlıqla 

bağlı ilkin razılıqlar əldə edilib. 



"Azərsun Holdinq" “Anuga 2017” 

beynəlxalq qida sərgisində


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə