Yazı və foto işləri: Cəmilə Bəndəliyeva Müxbir: Rza Məmmədov Korrektor: Zöhrə Rəhimova



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix29.08.2018
ölçüsü4,96 Mb.
#65193
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12

10 

Xəbər


Ölkənin 

aparıcı 


KİV 

nümayəndələri üçün mütəmadi 

olaraq  media  turlar  təşkil  edən 

“Azərsun  Holdinq”  bu  dəfə 

jurnalistləri Yağ Fabrikinə dəvət 

edib.  Media  nümayəndələrinə 

“Azərsun Sənaye Parkı”, burada 

yerləşən Yağ Fabrikinin fəaliyyəti 

barədə ətraflı məlumat verilib. 

Bakı Qida və Yağ Fabrikinin 

müdiri  Şahəddin  İbrahimov  il-

lik  istehsal  həcmi  270  min  ton 

olan  müəssisə  barədə  media 

nümayəndələrinə  qısa  məlumat 

verib  və  onları  bitki  yağları-

nın  istehsal  edildiyi  sahəyə  dəvət  edib.  Qonaqlar 

ən  müasir avadanlıqlarla təchiz edilmiş istehsalat 

sahəsində  qarğıdalı  və  zeytun  yağlarının  isteh-

sal  prosesini  izləyiblər.  Müəssisədə  istehsal  olu-

nan “Zeytun bağları” markasının Abşeron rayonu 

ərazisindən toplanan yerli zeytundan hazırlandığı 

media nümayəndələrinin diqqətinə çatdırılıb. 

Duru yağların istehsalı sahəsinin müdiri Hüseyn 

Qocamanov jurnalistlərin bitki yağları ilə bağlı su-

allarını cavablandırıb. Daxil olan şikayətlərlə bağlı 

suala cavab verərkən H.Qocamanov bildirib ki, ən 

çox  qarşılaşdığımız  şikayətlər,  bəzi  mağazalarda 

məhsulların  saxlanma  şəraitinin  tələblərə  cavab 

vermədiyi ilə əlaqədardır. O, bu məsələyə evlərdə 

istehlakçılar tərəfindən də ciddi riayət olunmadı-

ğını söyləyib və duru bitki yağlarının tələb olunan 

şəraitdə saxlanılmadığı halda keyfiyyətini itirdiyini  

qeyd edib. 

Daha  sonra  media  mənsubları  kərə  və  spred 

yağlarının  istehsal  sahəsi  ilə  tanış  olublar.  On-

ların  kərə  yağlarının  istehsalı  ilə  bağlı  suallarını 

cavablandıran  mütəxəssislər,  bu  məhsulun  Yeni 

Zelandiyadan idxal edildiyini bildiriblər. “Azərsun 

Holdinq”in kərə yağı bazarında payının cəmi 5-7 

faiz  təşkil  etdiyini  qeyd  edən  mütəxəssislər,  bö-

yük həcmdə idxal edilən kərə yağının Sumqayıtda 

çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq 

satışa çıxarıldığı barədə məlumat veriblər. 

  “Azərsun  Holdinq”in  İctimaiyyətlə  Əlaqələr 

və  Biznesin  İnkişafına  Dəstək  Departamentinin 

müdiri  Afiq  Səfərov  jurnalistlərin  kərə  yağının 

xammal  tələbatını  daxili  istehsal  hesabına  təmin 

etmək  barədə  sualına  cavab  verərək  bunun  çox 

baha  başa  gəldiyini  söyləyib.  O,  Yeni  Zelandi-

yanın  iqlim  şəraitinin  daha  münbit  olduğunu 

və  süd  məhsullarının  yağlılıq  dərəcəsinin  əksər 

dünya  ölkələrindən  qat-qat  çox  olduğunu  bil-

dirib.  “Bunun  nəticəsi  olaraq  həmin  ölkədə  kərə 

yağının  əldə  olunması  digər  ölkələrdən  dəfələrlə 

ucuz başa gəlir”, - deyə A.Səfərov qeyd edib. KİV 

nümayəndələrinin nəzərinə çatdırılıb ki, Yeni Ze-

landiyadan  idxal  edilən  və  keyfiyyəti  beynəlxalq 

sertifikatlarla təsdiq edilmiş kərə yağları “Azərsun 

Holdinq”  tərəfindən  tərkibinə  heç  bir  dəyişiklik 

edilmədən,  müxtəlif  çəkilərdə  qablaşdırılaraq 

“Best Cow”, “Wellington”  markaları ilə istehlakçı-

lara təklif edilir.

 İstehsal sahəsi ilə tanışlıqdan sonra qonaqla-

ra  rafinasiya  sahəsi  nümayiş  etdirilib.  Müəssisəyə 



Jurnalistlər Yağ fabrikində


11

 

daxil  olan  xammalın  müasir 



avadanlıqlarla  təchiz  edilmiş 

bu  sahədə  zəruri  yoxlamalar-

dan keçərək yad maddələrdən 

təmizləndiyi  qeyd edilib. 

Müəssisənin  laboratoriyası 

ilə tanışlıq zamanı jurnalistlər 

“Azərsun  Holdinq”in  digər 

müəssisələrində  olduğu  kimi, 

Yağ Fabrikində də  keyfiyyətə 

nəzarətin ən yüksək səviyyədə 

təmin edildiyinin şahidi olub-

lar. Onlara, gün ərzində isteh-

salın  bütün  mərhələlərində 

məhsullar  üzərində  1000-

1500  testin  edildiyi  barədə 

məlumat  verilib.  Laboratoriyanın  dəfələrlə 

beynəlxalq  müsabiqələrdə  mükafata  layiq  görül-

düyü və qalib olduğu diqqətə çatdırılıb. 

Daha sonra jurnalistləri maraqlandıran suallara 

“Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirmə 

Direktorluğunun  Yağ  məhsulları  üzrə  baş 

mütəxəssisi Tural Babayev cavab verib. T.Babayev 

insan orqanizmi üçün həm bitki, həm də kərə ya-

ğının vacib olduğunu, bunlardan birindən imtina 

və  ya  çox  istifadənin  sağlamlığa  mənfi  təsirini 

qeyd  edib.  Palma  yağı  barədə  sualı  cavablandı-

ran mütəxəssis bu mövzuda çoxlu sayda miflərin 

formalaşdığını  vurğulayıb.  Dünyanın  ən  məşhur 

markalarının  belə,  bu  məhsuldan  istifadə  etdiyi-

ni və dünyanın əksər ölkələrində palma yağından 

istifadəyə heç bir məhdudiyyətin tətbiq edilmədiyini 

bildirib. Mütəxəssis, palma yağının təbii halda bərk 

formada olmasının ona əlavə üstünlüklər qazan-

dırdığını qeyd edib. “Digər bitki yağları duru for-

mada olduğu üçün onların bərkləşdirilməsi, bəzən 

kimyəvi müdaxilə nəticəsində mümkün olur ki, bu 

da yağın tərkibində insan sağlamlığı üçün olduqca 

zərərli trans yağların əmələ gəlməsinə səbəb olur.  

“Azərsun Holdinq” tərəfindən istehsal olunan heç 

bir  yağın  tərkibində  isə  trans  yağlar  yoxdur  və 

keyfiyyətə nəzarət ən yüksək səviyyədə təmin edi-

lir”, -  deyə T.Babayev bildirib. 

Qeyd  edək  ki,  “Azərsun  Sənaye  Parkı”nda 

2014-cü  ildə  istismara  verilmiş  Yağ  Fabrikində 

məhsullar  insan  əli  dəymədən  tam  avtomatlaş-

dırılmış  avadanlıqlarla  istehsal  edilir.  Müəssisənin 

istehsal həcmi ölkədaxili tələbatdan təxminən iki 

dəfə çoxdur.

Almaniyanın  SES  (Senior  Ex-

perten Service) təşkilatından dəvət 

olunmuş ekspert Ekkehard Schul-

ze  10-20  oktyabr  tarixlərində 

Bakı  Qida  və  Yağ  Fabrikinin  qo-

nağı olub. Spred yağları üzrə eks-

pert  müəssisədə  istehsal  olunan 

məhsullar, istehsalat sahələri, tex-

noloji xətlər və proseslərlə yaxın-

dan tanış olub, texnoloji prosesləri 

və avadanlıqları incələyərək araş-

dırıb. 


Qonaq  həmçinin  mayonez  is-

tehsal sahəsində mayonez istehsal 

prosesləri ilə də tanış olub.  

Uzun  illər  marqarin-melanj  istehsalı  texno-

logiyaları  üzrə  ekspert  kimi  fəaliyyət  göstərmiş 

Ekkehard  Schulze  fabrikin  rəhbərliyi  ilə  hesabat 

görüşündə araşdırmanın müsbət nəticəsini, möv-

cud  texnologiyaların  və  müəssisədə  istehsal  olu-

nan melanj-spred yağ məhsullarının keyfiyyətinin 

dünya standartlarına və müasir istehsal texnologi-

yaları şərtlərinə cavab verdiyini qeyd edib. 

Almaniyalı ekspert Bakı Qida və Yağ Fabrikinin 

həm gigiyenik şərtlər, həm də istehsalat texnolo-

giyaları baxımından indiyə qədər görmüş olduğu 

qida müəssisələri arasında ön yerlərdən birini tut-

duğunu  vurğulayıb  və  müəssisənin  kollektivinə 

özünün xoş arzularını ifadə edib. 

Almaniyalı ekspert Bakı Qida və Yağ 

Fabrikində



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə