Yazı və foto işləri: Cəmilə Bəndəliyeva Müxbir: Rza Məmmədov Korrektor: Zöhrə Rəhimova



Yüklə 380,46 Kb.

səhifə5/12
tarix29.08.2018
ölçüsü380,46 Kb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12

12 

Xəbər


Azərbaycan  teatr  sənətində  öz  imzası  olan  

Şuşa Dövlət Musiqili Dram Teatrının mövsüm açı-

lışına “Azərsun Holdinq” növbəti dəfə  ev sahibliyi 

edib.  Holdinqin  mədəniyyət  mərkəzində  keçirilən 

tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin rəsmiləri, 

teatrsevərlər iştirak ediblər. 

Teatrın  direktor  müavini  Enurə  Abdullaye-

va  tədbiri  açıq  elan  edərək  qonaqları  salamlayıb 

və  144-cü  teatr  mövsümü  münasibətilə  hər  kəsi 

təbrik edib. 

Şuşa Rayon İcra Hakimiyyətinin başçısının mü-

avini Vüsalə Fətəliyeva çıxış edərək Şuşa Dövlət Mu-

siqili Dram Teatrının tarixindən və fəaliyyətindən 

bəhs  edib.  Şuşanın  Ermənistan  tərəfindən  iş-

ğalından  sonra  Bakıda  məskunlaşmağa  məcbur 

olan  teatrın  bugünkü  nailiyyətlərini  yüksək 

qiymətləndirdiyini vurğulayıb. Eləcə də  Şuşa Ra-

yon İcra Hakimiyyəti  adından “Azərsun Holdinq”in 

rəhbərliyinə rayonun mədəni həyatında fəal iştira-

kına görə dərin təşəkkürlərini bildirib. 

“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və 

Biznesin İnkişafına Dəstək Departamentinin müdi-

ri Afiq Səfərov çıxışında məcburi köçkünlük həyatı 

yaşayan  teatr  kollektivinin  mübarizliyindən  və 

əzmkarlığından danışıb, teatr mövsümünün açılı-

şı münasibətilə onları təbrik edib.  Şuşa şəhərinin 

Azərbaycanın tarixi yaşayış məntəqəsi olmaqla ya-

naşı, həm də mədəni qüdrətini yaşadan torpaq ol-

duğunu qeyd edən A.Səfərov bildirib ki, möhtərəm 

Prezidentimiz  İlham  Əliyev  tərəfindən  aparılan 

məqsədyönlü  siyasət  sayəsində  işğal  altında  olan 

ərazilərimizin geri qaytarılacağı gün artıq çox ya-

xındır. 

Şuşa  Dövlət  Musiqili  Dram  Teatrının  rəhbəri, 

Azərbaycanın  əməkdar  artisti  Yadigar  Mura-

dov  çıxış  edərək  illərdir  teatra  göstərdiyi  mad-

di  və  mənəvi  dəstəyə  görə  “Azərsun  Holdinq”in 

Müşahidə  Şurasının  sədri  Abdolbari  Goozal  bəyə 

təşəkkürlərini ifadə edib və bildirib ki,  bu nəinki 

teatra,  bütövlükdə  Azərbaycan  mədəniyyətinə 

göstərilən misilsiz töhfədir. 

Tədbir  Şuşa  Dövlət  Musiqili  Dram  Teatrının 

aktyorlarının  ifasında  Cəfər  Cabbarlının  “Solğun 

çiçəklər” əsərinin nümayişi ilə başa çatıb. 



Şuşa Dövlət Musiqili Dram Teatrının 

144-cü teatr mövsümünün açılışı oldu


13

 

12  min  hektardan  çox  şəkər  çuğunduru  əkin 



sahələrini  sığortalayan  Azərbaycan  Sənaye  Sığor-

ta,  yay  aylarında  yağan  dolu  və  dəyişkən  hava 

şəraitini,  həmçinin  hazırda  sahələrdə  məhsul 

yığımını  nəzərə  alaraq  zərər  dəymiş  sahələrin 

vəziyyətini  dəyərləndirmək  üçün  əkin  sahələrinə 

baxış keçirib. 

Bununla bağlı şirkət nümayəndələri və müstəqil 

sığorta eksperti Samux, Qazax və Göygöl rayonla-

rına ezam olunublar. 

Ekspertlər  bitkilərin  inkişafının  hazırda  hansı 

fazada olduğunu bilmək məqsədilə sığortaçı ola-

raq şəkər çuğundurunun yığım prosesində iştirak 

ediblər. 

“Azərbaycan  Sənaye  Sığorta”  ASC  2017-cı 

ilin 10  ayı ərzində 2 973 561 manat məbləğində 

sığorta  ödənişi  həyata  keçirib.  Bu  məbləğin  512 

258 manatı icbari sığorta növləri üzrə, 2 461 303 

manatı isə könüllü sığorta növlərinin payına dü-

şür. Göstərilən müddət ərzində şirkətin ən böyük 

sığorta  ödənişləri  -    kənd  təsərrüfatı  bitkilərinin 

sığortası növü üzrə 1 318 065 manat və könüllü 

tibbi sığorta üzrə 1 085 417 manat olub. 

Qeyd  edək  ki,  kənd  təsərrüfatı  bitkilərinin  sı-

ğortası növü üzrə olan məbləğ sığorta bazarında 

ən böyük sığorta ödənişidir. 

Azərbaycan Sənaye Sığorta şirkəti 

şəkər çuğunduru əkin sahələrinə baxış keçirdi

Azərbaycan Sənaye Sığortadan 

2,9 milyon manatlıq ödəniş



14 

Xəbər


“Azərsun  Holdinq”in  Mər-

kəz  Mikrobioloji  Laborato-

riyası  10  ildən  artıqdır  ki, 

qida  məhsullarının  analizləri 

sahəsində  fəaliyyət  göstərir 

və  il  ərzində  təxminən  15  min 

analiz  etməklə  şirkətdaxili  25 

müəssisəyə  mikrobioloji  ana-

liz  xidməti  göstərir.  Laborato-

riya  qida  məhsullarında  və  su 

nümunələrində  dövlət  stan-

dartlarının  tələb  etdiyi  ümumi 

mikroorqanizm  sayı,  bağırsaq 

çöpü  qrupu  bakteriyaları,  kif 

və  maya  göbələklərinin  miq-

darı,  “stapyhlococcus  aureus”, 

“bacillus cereus” analizləri üzrə 

ixtisaslaşıb. 

Mərkəz  Mikrobioloji  Labo-

ratoriyası  2015-ci  ildə  Alma-

niyanın  DAkkS  Akkreditasiya 

təşkilatı  tərəfindən  attestasiya 

edilib.  Həm çinin  ISO  17025 

Mərkəz Mikrobioloji Laboratoriya beynəlxalq 

sınaqlarda uğurlu nəticə əldə etdi

Ötən  ay  Azərbaycan  Milli  Kulinariya 

Mərkəzi  tərəfindən  Beynəlxalq  Kulinari-

ya Günü münasibəti ilə tədbir təşkil edilib. 

Ənənəvi olaraq hər il qeyd edilən Beynəlxalq 

Kulinariya  Günü,  bu  il  ilk  dəfə  olaraq 

Azərbaycanın qədim xörəklərindən olan fi-

sincana həsr olunub.  

Tədbirdə ölkəmizin mədəniyyəti, mətbəxi 

və tarixinin bütün dünyada təbliğ edilməsi 

istiqamətində  mütəmadi  olaraq  müxtəlif 

layihələr  reallaşdıran,  həmçinin  Azərbaycan 

Milli Kulinariya Assosiasiyasına verdiyi daimi 

dəstəyə  görə  “Azərsun  Holdinq”in  “Super 

Sun” markası diplomla təltif edilib. 

Assosiasiyanın  prezidenti  Tahir  Əmi-

ras lanov  çıxış  edərək  “Azərsun  Holdinq”ə 

təşəkkürlərini  ifadə  edib  və  şirkətin  mil-

li  kulinarlara  hər  zaman  dəstək  olduğu-

nu  vurğulayıb.  “Şirkətlər  qrupuna  məxsus 

müəssisələrdə istehsal edilən bu yağlar ko-

mandamızın beynəlxalq festivallarda və ya-

rışlarda uğurlu nəticələr əldə etməsinə və ən 

yüksək  pillələrdə  qərarlaşmasına  mühüm  töhfələr 

verir”, - deyə T.Əmiraslanov bildirib. 

Tədbirdə  “Super  Sun”  və  “Möcüzə”  marka-

ları  tərəfindən  kulinarlara  müxtəlif  hədiyyələr  də 

təqdim edilib. 

Qeyd  edək  ki,  “Azərsun  Holdinq”  ölkənin 

yağa  olan  tələbatını  ödəməklə  bərabər,  həm  də 

Azərbaycanın  ixrac  potensialının  yüksəlməsində 

mühüm rol oynayır.



“Super Sun” növbəti dəfə diplomla  

təltif edildi



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə