Yazı və foto işləri: Cəmilə Bəndəliyeva Müxbir: Rza Məmmədov Korrektor: Zöhrə Rəhimova



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix29.08.2018
ölçüsü4,96 Mb.
#65193
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12

17

 

malar üzrə şöbə müdiri Cavanşır Ağarzayev və İşə 



Qəbul üzrə mütəxəssis Ülvi Gülüşov təmsil edib. 

Tədbirdə  Sumqayıt  Dövlət  Universitetinin   

Karyera  Mərkəzinin  müdiri  Zahid  Bünyadov  çıxış 

edərək  gənclərin  əmək  bazarına  inteqrasiyasında 

mühüm rolu olan  şirkətlər qrupunun universitetlə 

əməkdaşlığından  bəhs  edib.  Sonra  isə  “Azərsun 

Holdinq”in fəaliyyətini əks etdirən videorolik nü-

mayiş etdirilib, şirkətimizin insan resursları siyasəti, 

staj  və  karyera  imkanları,  işə  qəbul  prosesi 

haqqında ətraflı məlumat verilib. 

Yarmarka  çərçivəsində  əməkdaşlarımız 

texniki  ixtisaslar  üzrə  təhsil  alan  tələbələr 

üçün  “Kimdir  mühəndis?”  mövzusun-

da  təqdimatla  çıxış  edib,  peşə  seçimində 

diqqət  yetirilməli  olan  məqamlara  aydınlıq 

gətiriblər. 

Tədbirin  sonunda    universitetin  rek-

toru  Elxan  Hüseynovla  görüş  keçirilib. 

E.Hüseynov  “Azərsun  Holdinq”in  Sumqayıt 

Dövlət Universitetinin tələbə və məzunlarına 

gələcək  karyeralarını  qurmaları  yönündə 

göstərdiyi  dəstəyinə  görə  öz  təşəkkürlərini 

bildirib,  şirkətlər  qrupu  ilə  əməkdaşlıq 

etməkdən məmnun olduqlarını ifadə edib.

Qeyd  edək  ki,  karyera  yarmarkalarında  iştirak 

edən  “Azərsun  Holdinq”in  məqsədi  əmək  baza-

rında  yüksək  ixtisaslı  kadrların  yetişməsi  və  gənc 

nəslin  karyera  imkanlarının  genişlənməsinə  töhfə 

vermək,  şirkətimizin  nəinki  respublikada,  hətta 

ölkə xaricində də müsbət imicinin formalaşmasına 

zəmanət verməkdir.

Təbii resurslardan qənaətlə və səmərəli istifadə 

üçün  tullantıların  idarə  olunması  sahəsində  əha-

linin  məlumatlandırılmasının  əhəmiyyətini  nə-

zə rə  alan  IDEA  İctimai  Birliyi,  hələ  2014-cü  ilin 

fev ral ayından etibarən kağız tullantıların qəbulu 

və  təkrar  emalı  ilə  bağlı  “Hər  kağızı  bir  yarpağa 

dəyişək”  layihəsini  həyata  keçirib.  Layihə  çər çi-

vəsində 600 tondan çox kağız tullantısı toplana-

raq təkrar emala göndərilib. 

“Hər  kağızı  bir  yarpağa  dəyişək”  layihəsinə 

qoşulan  Azərbaycan  Respublikası  Təhsil  Nazir-

liyi  və  “Azərsun  Holdinq”  birgə  ali  və  orta  təhsil 

müəssisələrində  mütəmadi  olaraq  maarifləndirici 

tədbirlər həyata keçirməkdədir. Növbəti belə təd-

birlərdən biri də Bakı Türk Anadolu Liseyində baş 

tutub.

Tədbirdə  iştirak  edən  müəllim  və  şagirdlərə 



“Azərsun  Holdinq”ə  məxsus  AKKİK-in  fəaliyyət 

istiqamətləri barədə geniş məlumat verilib və qeyd 

edilib ki, bu cür maarifləndirici tədbirlər şagirdlərdə 

ekoloji  məsuliyyət  hissinin  tərbiyə  edilməsində, 

kağız  israfının  azaldılmasında,  ətraf  mühitin  və 

təbii sərvətlərimizin qorunmasında əhəmiyyətli rol 

oynayacaq. 

Tədbirin  sonunda  isə  şagirdlərin  marağı-

nı  nəzərə  alaraq  onların  Kağızın  Təkrar  Ema-

lı  Fabrikinə    ekskursiyanın  təşkilinə  dair  müvafiq 

qərar edilib. 

“Hər kağızı bir yarpağa dəyişək” 

layihəsi çərçivəsində tədbir keçirildi



18 

Xəbər


Hər  il  olduğu  kimi,  bu  il  də  Bakı 

Qida  və  Yağ  Fabrikində  fövqəladə 

hallar  zamanı  işçilərin  zamanında  iş 

yerlərindən təxliyə olunması, hər han-

sı  yanğın  və  ya  xəsarət  zamanı  dav-

ranış  və  təcrübələrinin  yoxlanılması 

məqsədi  ilə  18.10.2017-ci  il  tarixdə 

işçilərə  xəbərdarlıq  edilmədən  şərti 

yanğın hadisəsi həyata keçirilib.

  Müəssisənin  direktoru  Şahəddin 

İbrahimovun təlimatı əsasında həyata 

keçirilən şərti yanğın hadisəsi zamanı 

sahələrdə çalışan bütün işçilər təxliyə 

olunub,  “xəsarət”  alanlar    yanğın 

söndürmə  komandasının  əməkdaşları 

tərəfindən  hadisə  yerindən  xilas 

edilərək  onlara  ilkin  tibbi  yardım 

göstərilib.  Vəziyyəti  “ağır”  olanla-

ra    süni  nəfəs  verilib,  ərazi  üzrə  tibb 

məntəqəsinə çatdırılıb. 

Həmçinin  şərti  yanğın  baş  vermiş 

çənin  söndürülməsi  üçün  iki  ədəd 

yanğın  söndürmə  maşını  cəlb  edilib 

və  ekipaj    yanğına  anında  müdaxilə 

edərək yanğını tam söndürüb. 

Sonda  müəssisənin  direktoru 

Şahəddin  İbrahimov  və  SƏTƏM  üzrə 

mütəxəssis Lətif Tağıyev yanğın top-

lanma  mərkəzində  toplanmış  işçilərə 

fövqəladə  hallarda  davranış  qaydaları,  yanğı-

nın  qarşısının  alınması  və  s.  barədə  tövsiyələrini 

veriblər. 

Maarifləndirici  xarakter  daşıyan  şərti  yanğın 

hadisəsi uğurla başa çatıb. 

“Azərsun  Holdinq”  rəhbərliyinin  təlimatı 

əsasında  müəssisələrimizdə  “Proses  təhlili 

və  təkmilləşdirilməsi”  layihəsinə  start  verilib. 

Layihənin ilk olaraq Bakı Qida və Yağ Fabrikində 

reallaşdırılmasını  nəzərə  alaraq  oktyabrın  16-da 

müəssisədə  iclas  keçirilib.  Layihə  rəhbəri    Ce-

mal  Melanoğlu  və  fabrikin  direkto-

ru  Şahəddin  İbrahimovun  başçılığı 

ilə  keçirilən  iclasda  layihə  komanda 

üzvləri və müəssisənin sahə rəhbərləri 

iştirak ediblər. 

İclasda  layihənin  məqsədi,  ge-

dişatı  və  planları  müzakirə  edilib, 

Bakı  Qida  və  Yağ  Fabrikində  başla-

yan  bu  layihənin  Azərbaycanda  və 

holdinqimizdə  öncədən  mövcud  ol-

mayan  yeni  “BPMN-2.0”  standartları 

ilə tətbiq olunması planlaşdırılıb. 

Qeyd  edək  ki,  əvvəlki  layihələrdə 

layihə  materiallarının  “Visio”  proq-



Bakı Qida və Yağ Fabrikində şərti 

yanğın hadisəsi

Proses təhlili və təkmilləşdirilməsi 

layihəsi


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə