Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

63
Amma, bir o qədər də yox.
Elə  bu  günlərdə  kredit-reytinq  agentliyi  Moody’s 
Britaniyanı “AAA” reytinqindən məhrum edib. “AAA” 
reytinqi  də  belə  bir  şeydir  ki,  hansı  dövlətdə  o  varsa 
hamı bu dövlətin aldığı pulu hökmən qaytaracağına ina-
nır. Hə, indi İngiltərənin reytinqi olub «АА1». 
Eyni iş 2011-ci ildə Amerikanın başına gəlib, 2012-ci 
ilin noyabrında Fransanın. “AAA” bir Almaniyada qa-
lıb, bir də Kanadada. 
Bildinizmi,  bizimkilərin  “kredit  reytinqi”nin  aşağı 
olmağından nəyə görə əndişələnməyə dəyməz? Elnən, 
hətta bütün dünya ilə gələn bəla toy-bayram olar.
Bankların  da  çətiri  yağış  yağanda  geri  istəmələrini 
artıq bilirsiniz.
Əşşi, bir də, islanmışın yağışdan nə qorxusu? 
www.avciya.az
28 fevral 2013-cü il 


64
FİLİP KİRKOROV
Bu əhvalatı mənə bir dostum danışıb. Özü də bir neçə 
il bundan qabaq. Olduqca ibrətamiz əhvalatdır. Odur ki, 
istəyirəm sizə də danışım bu əhvalatı və siz də biləsiniz 
ki, təkcə ölkəmizdə deyil, respublikamızın hüdudların-
dan uzaqlarda da qeyri-standart düşüncəli istənilən say-
da soydaşımız var.
Qeyri-standart düşüncəli soydaşlarımızdan biri Qər-
bi Avropanın Bakıdan fərqli olaraq elə oralarda kifayət 
qədər analoqu olan bir şəhərində yaşayırmış Bu şəhər-
də metro varmış. Və metro stansiyalarının girişində də 
turniket-filan  yoxmuş. Yəni  insanlar  metronun  girəcə-
yindəki kassadan bilet alıb içəri daxil olurlarmış. Bəsit 
təfəkkürlü aborigenlərin, bu ərazilərin aftoxton sakinlə-
rinin ağlına da gəlmirmiş ki, bilet almadan metroya min-
mək olar. 
Mətləbə  keçməzdən  əvvəl  istəyirəm  qeyd  edim  ki, 
mən bu insanları qınamıram. Bir balaca hallarına acıyı-
ram, vəssalam. 
Hə, bizim dəyərli soydaşımız bunu gördükdən dərhal 
sonra həmin şəhərdə metroya pul verməyin mənasızlığı-
nı dərk edibmiş və bilet-filan almırmış. Özü də həvəslə 
metro qatarlarında böyük məsafələr qət edirmiş və hesab 
edirəm ki, yaranmış münbit şəraitdən istifadə etməyən, 
bilet alan şüursuz insanları da istehza, kinayə və təbəs-
sümlə süzürmüş. 
Təbii ki, zaman-zaman metronun vaqonlarını dolaşan 
konduktorlar ondan bilet tələb edəndə bu insan cərimə 
olunurmuş. Və dərhal da deyirmiş ki, üstündə bir qəpi-


65
yi də, üzr istəyirəm, bir avro-senti də yoxdur. Belə olan 
halda konduktorlar ondan harada yaşadığını öyrənmək 
istəyirlərmiş. Məqsədləri də bu olurmuş ki, cərimə qəb-
zini  bu  şəxsin  yaşadığı  ünvana  göndərsinlər.  Bu  sualı 
soydaşımız həvəslə cavablandırıb elə oradaca uydurdu-
ğu ünvanları konduktorlara deyirmiş. Konduktorlar bu 
insanın adı və soyadını soruşanda da, özünü Filip Kirko-
rov kimi təqdim edirmiş. Vəssalam. 
Hə,  yadımdan  çıxdı  deyim  ki,  o  ölkə  sivilizasiya-
lı ölkə olduğundan orada hətta belə əcaib insanlara da 
xüsusi tolerantlıqla yanaşırlarmış. Deyilənə görə indi də 
belədir. 
Bu  qədər.  Mərc  gəlməyə  hazıram  ki,  buna  bənzər 
uğurlara  imza  atan  soydaşlarımızın təcrübəsindən  fay-
dalanmaq və müvafiq materialları toplayıb sistemləşdir-
dikdən  sonra  tərəqqipərvər  bəşəriyyətin  nümayəndələ-
rinə təqdim etmək olar.
Tərəqqini sevməyənlərəsə gəlin heç nə deməyək.
Qoyun bilet almaqda davam etsinlər.
www.avciya.az
13 mart 2013-cü il 


66
PERPETUUM MOBİLE 
2012-ci ildə Rusiyada işləyən Azərbaycan qastarbay-
terləri Odlar Yurduna 1,19 milyard dollar göndəriblər.
2012-ci il 2 ay 14 gün bundan qabaq başa çatmış ildir.
Rusiya Federasiyası bizim şimal qonşumuzdur.
Azərbaycan Vətənimizdir.
Qastarbayter alman sözüdür. Qonaq-işçi deməkdir. 
Odlar Yurdu Azərbaycandır.
1.19 milyard dollar çox böyük puldur. Məsələn, bu 
vəsaitin Rusiyada çalışan qastarbayterlərimiz tərəfindən 
ölkəmizə göndərildiyi 2012-ci il üçün Azərbaycan Res-
publikasının  dövlət  büdcəsinin  gəlirləri  16  438  000,0 
min manat, xərcləri 17 072 000,0 min manat məbləğin-
də təsdiq edilmişdi. (Ölkənin dövlət büdcəsi haqqında 
qanun hər ilin dekabrında növbəti il üçün təsdiq edilir və 
il başlanar-başlanmaz, yanvarın 1-dən qüvvəyə minir.)
Bax  belə.  Mən  bu  məlumatı  “Kommersantъ Vlast” 
jurnalından  əldə  etmişəm.  Elə  həmin  məqalədə  yazıl-
mışdı ki, Dünya Bankı 2012-ci ildə işçi miqrantların öz 
evlərinə düz 530 milyard dollarlıq pul baratları göndər-
dikləri qənaətindədir. Və bu vəsaitin böyük bir hissəsi 
ABŞ-dan  göndərilib.  120,2  milyard  dollar.  Heç  demə, 
təkcə meksikalılar bircə ilə 23,2 milyard dolları Vətənə 
göndəriblər. Siyahıda sonrakı yerləri çinlilər (13.5 mil-
yard),  hindistanlılar  (10,8  milyard)  və  Filippin  təmsil-
çiləri (10 milyard) tutur.
Bütün bunları oxuyandan sonra başa düşdüm ki, da-
imi  mühərrik  əslində  kəşf  edilib.  Hərçənd  ki,  Kelvin 
də,  Klauzius  da  daimi  mühərrik  yaratmanın  mümkün-


67
süzlüyünü iddia edirdilər. Yanılırlarmış. Daimi mühər-
rik – yəni perpetuum mobile mövcuddur və əməlli-başlı 
işləyir. 
Qastarbayterlərin  xaricdən  vətənlərinə  göndərdiklə-
ri pullarla perpetuum mobile arasında rabitəni təbii ki, 
özünüz  tapacaqsınız.  Vətəni  BİRDƏFƏLİK  tərk  edib 
ömrünü-gününü  xaricdə  keçirən  insanın  işləri  ilə  BİR 
DƏFƏ hərəkətə gətirildikdən sonra xaricdən enerji al-
madan fasiləsiz işləyən xəyali mühərrik arasında oxşar-
lıqlar az deyil.
Vəssalam. Oxuduğum məqalədə o da yazılmışdı ki, 
əgər işçi miqrantları bir yerə yığmaq mümkün olsaydı, 
214 milyon nəfər sakini olan bir ölkə əmələ gələrdi. Və 
bu ölkə əhalisinin sayına görə yalnız Çindən, Hindistan-
dan, ABŞ-dan və İndoneziyadan geri qalardı. 
Məqalədə ukraynalıların, taciklərin və qırğızların bi-
zimkilərə nisbətən daha çox pul göndərmələri də yazıl-
mışdı. Buna əsla yol vermək olmaz. Biz həmişə birinci 
olmağa alışmışıq axı. 
www.avciya.az
14 mart 2013-cü il 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə