Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

68
HIPPOKRAT ÜÇÜN TAPMACA
“Trend”in  məlumatına  görə  İrandakı  “Araz”  Azad 
İqtisadi  Zonasının  Mədəniyyət,  sosial  və  turizm  üzrə 
rəis  müavini Adil  Nəcəfzadə Azərbaycandan  bu  zona-
ya səfər etmiş jurnalistlərə deyib ki, Culfa şəhərində iki 
xəstəxana tikiləcək. Və bu xəstəxanalar Azərbaycandan 
müalicə olunmaq üçün Təbrizə gələn adamların xərclə-
rinin  azaldılması,  yolun  daha  da  qısaldılması  məqsədi 
ilə tikilir. 
Bax belə. 
Səhiyyə  Nazirliyimizin  Mətbuat  Xidməti  də  xəbər 
verib ki, nazirlik “əhaliyə göstərilən tibbi xidmətin key-
fiyyətinin yaxşılaşdırılması və əhali ilə birbaşa əlaqənin 
daha  da  sadələşdirilməsi  məqsədi  ilə  yeni,  qısa  əlaqə 
nömrəsi istifadəyə vermişdir.” Və “Səhiyyə Nazirliyinin 
istifadəyə verdiyi birbaşa “9103” əlaqə nömrəsi əhaliyə 
Səhiyyə Nazirliyinin bütün şöbələri ilə əlaqə yaratmaq 
imkanı verəcək.”
Necə  bilirsiniz,  həmin  nömrəyə  zəng  vurub  Səhiy-
yə Nazirliyimizi İranın Culfada tikəcəyi xəstəxanalarla 
bağlı məlumatlandırmağa dəyərmi? 
Görəsən,  zəng  eləyib    bu  xəbəri  çatdırsam  xəttin  o 
başındakı insanın reaksiyası necə olar? 
Mənə elə gəlir ki, həmin şəxs bu məsələnin Azərbay-
canın Səhiyyə Nazirliyinə dəxli olmadığını deyə bilər. 
Doğrudan  da,  İran  xəstəxanaları  öz  ərazisində  tikəcək 
də. Bunun bizim səhiyyə nazirliyinə nə dəxli var? Amma 
həmin xəstəxanalar Azərbaycandan gedən adamlar üçün 
tikiləcək axı... 


69
Yeri  gəlmişkən,  bizimkilərə  nə  düşüb  ki,  xaric-
də  müalicə  olunmağa  gedirlər?  Axı  səhiyyə  nazirinin 
müavini Elsevər Ağayev lap bu yaxınlarda “New Baku 
Post”a  eksklüziv  açıqlama  verərək  demişdi  ki,  “bu 
gün Azərbaycanda  həyata  keçirilə  bilməyən  əməliyyat 
demək olar ki, qalmayıb. Bu yaxınlarda sümük iliyinin 
transplantasiyası da həyata keçiriləcək. Əvvəllər də ol-
muşdu,  amma  indi  daha  təkmil  şəkildə  olacaq.  Orqan 
nəqli həyata keçirilir. Böyrək, qaraciyər köçürülür. Ürək 
əməliyyatları uğurla reallaşır.” Elsevər müəllim həmçi-
nin  qeyd  etmişdi  ki,”maddi-texniki  baza  artdıqca,  hə-
kimlərin kadr hazırlığı yüksəldikcə” insanlarımızın tibbi 
xidmətlə bağlı xaricə üz tutması halları azalıb. 
Vətəndaşlarımızın  müalicə  üçün  xaricə  getmələrinə 
əsas olmamalıdır. 
Və  əgər  bu  belədirsə  İranda  bizimkilər  üçün  niyə 
xəstəxana, daha doğrusu xəstəxanalar inşa ediləcək? 
Tapmaca səciyyəli bu sualı cavablandırmaq üçün ən 
azı  Hippokrat  olmaq  lazımdır.  Platonun  və Aristotelin 
müasiri, “tibbin atası”, qədim yunan həkimi Hippokrat.
www.avciya.az
18 mart 2013-cü il 


70
TOY OLSUN, BAYRAM OLSUN…
7  günlük  Novruz  tətili  başa  çatdı.  168  saatlıq  isti-
rahətdən özünəməxsus şəkildə faydalanmış xalqımız işə 
başlayır. Əminlik hissi ilə deyirəm ki, zəhmətkeşlərimi-
zin iş yerlərinə qayıtması artıq bu gün çeşidli tixaclarla 
paytaxtımızın təkrarsız mənzərəsinə rəng qatacaq. Təki 
işə başlamağımız yol qətliamlarında da fasilə yaratsın...
Novruz tətilinin ilk 6 günü ərzində, yəni 20-25 mart-
da  Azərbaycan  ərazisində  baş  verən  yol  qəzalarında 
36 nəfərin dünyasını dəyişdiyini bilməmiş olmazsınız. 
Lent.az-ın Baş Dövlət Yol Polisi İdarəsindən aldığı mə-
lumata görə, təkcə “martın 25-də respublika yollarında 
baş  vermiş  yol-nəqliyyat  hadisələrində  7  nəfər  ölüb, 
daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
... Bundan öncəki 5 bayram günü ərzində, yəni, mar-
tın  20-dən  25-dək  respublikanın  avtomobil  yollarında 
79  yol  qəzası  qeydə  alınıb  ki,  nəticədə  29  nəfər  ölüb, 
114 nəfər xəsarət alıb.”
Dünyasını dəyişən soydaşlarımıza Allah rəhmət elə-
sin. Bu məsələni qaydasına qoymalı olan insanlarımıza 
da bir balaca rəhm əta olunsaydı yerinə düşərdi...
Və əgər bu rəhm bayram və istirahət günləri müəyyən 
olunanda müşahidə olunan səxavətlə ayrılsa, yol-nəqliy-
yat hadisələri vaxtilə dəbdə olan tərzdə desək, “bir sinif 
kimi” aradan qalxar.
Diqqət  yetirin,  “Exo”da  ötən  ilin  sonlarında  çxmış 
məqalədə yazılır ki, 2013-cü ildə 14 bayram və 1 matəm 
günü  qeyd  olunacaq.  Bayram  istirahət  günlərinin  sayı 
21, adi istirahət günlərinin sayı isə 101-dir. Və bir matəm 


71
günü.  Ümumilikdə,  bu  123  istirahət  günü  deməkdir. 
Yəni 365 günlük təqvim ilinin az qala üçdə biri.
Düşünürəm ki, “Exo” qəzetinin məqaləsində yer al-
mış  bu  rəqəmlər  hələ  də  qazandığımız  uğurların  miq-
yasını  dərk  etməkdə  çətinlik  çəkən  bəzi  insanlarımızı 
nailiyyətlərimizlə hesablaşmağa vadar edəcək. 
Bu da yetməsə, qoy bu göstəriciləri dünya ölkələrinin 
müvafiq göstəriciləri ilə müqayisə etsinlər. 
YUNESKO  bildirir  ki,  orta  statistik  ölkə  hər  il 
cəmi 12,2 gün bayram edir. Və sənayecə inkişaf etmiş 
ölkələrdə bu göstərici 12,4 gündür. İnkişaf etməkdə olan 
ölkələrdə də 12,1. 
Bayram günlərinin sayına görə biz yalnız ildə 24 gün 
bayram edən Şri-Lankadan geri qalırıq... 
www.avciya.az
27 mart 2013-cü il 


72
ZƏMANƏMİZİN STAXANOVU
Aleksey Qriqoryeviç Staxanov şaxtaçı idi və 1935-ci 
ildə 2 nəfərlə birlikdə bir növbə ərzində normadan 14 
dəfə artıq kömür çıxarmışdı. Yəni 7 ton əvəzinə 102 ton. 
Və bununla da məşhur Staxanov hərəkatı əmələ gəlmiş-
di. Öz sıralarında saysız-hesabsız zərbəçi zəhmətkeşləri 
– staxanovçuları birləşdirən hərəkat.
İndi  2013-cü  ildir.  Ömrünün  son  aylarını  narkoloji 
dispanserdə keçirmiş və uzaq 1977-ci ildə deyəsən elə 
oradaca ölmüş Staxanov çoxdan unudulub. Hərəkat da 
həmçinin. Amma, Staxanovun ənənələri yaşayır. Özü də 
Azərbaycanda. Bəli, bəli, Azərbaycanda. Nə qədər təəc-
cüblü olsa da, bu belədir. Və bu ənənələri yaşadan insan 
respublikamızın  saysız-hesabsız  kəndlərindən  birinin 
sakinidir.
İlin-günün bu vaxtında gözdən-könüldən uzaq ucqar 
bir kənddə insanlar nə ilə məşğuldur? 
İlk növbədə təsərrüfatla.
“Santa-Barbara” serialını xatırladan uzun-uzadı söh-
bətlərdə müstəqilliyimizin nailiyyətləri ilə bədnam so-
vet dövrünün eybəcərlikləri arasındakı təzadları müza-
kirə etməklə. 
Bakıda və ucu-bucağı bilinməyən “Rusiyyət”də ya-
şayan,  sovet  dövrünü  xatırlamayan  oğul-uşaqla  əlaqə 
saxlamaqla.
Və əlbəttə ki, bir-birini əvəz edən xeyir-şər məclislə-
rində iştirak etməklə.
Bax, mərhum Staxanovun ölmək bilməyən ənənələri-
ni yaşadan insan məhz sözü gedən məclislərdə meydana 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə