Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

73
çıxır.
Bəli,  əziz  dostlar,  zəmanəmizin  Staxanovu  ucqar 
kəndin xeyir-şər məclislərinin moderatorluğunu inhisa-
ra ala bilib. O həm hüzr mərasimlərini molla qismində 
yola  verməyi,  həm  də  toyları  aparmağı  bacarır.  İşi  də 
çoxdur. Təcrübə göstərir ki, yaşlı nəslin nümayəndələri 
dünyalarını dəyişməyə, cavanlar da toy çaldırmağa me-
yilli olurlar...
Fitri istedad bax belə olur. Həm molla, həm də xanən-
də olmaq hər adamın işi deyil.
Yeri gəlməsə də, istəyirəm biləsiniz ki, Staxanovun 
əsl adı Andrey olub. Onun normadan artıq kömür çıxar-
ması  haqqında  “Pravda”  qəzetinin  məqaləsində  şaxta-
dan gəlmiş teleqrama istinad edilibmiş. Teleqramda isə 
şaxtaçının adı və soyadı “A.Staxanov” olaraq göstərili-
bmiş.  Jurnalistlər  qərara  alıblar  ki,  yoldaş  Staxanovun 
adı olsa-olsa Aleksey ola bilər. Məqalədə elə bu formada 
da yazıblar. Staxanovun əsl adının Andrey olduğu bilin-
dikdə,  yoldaş  Stalin  deyib:  ““Pravda”  qəzeti  səhv  edə 
bilməz. “ Beləliklə də, Staxanovun adı olub Aleksey. O 
da gedib tələm-tələsik təzə pasport almalı olub.
“Vsyo”!
www.avciya.az
28 mart 2013-cü il 


74
SKANER BOLLUĞU
Sovet  İttifaqı  paytaxtının  göz  yaşlarına  inanma-
masına  və  bunun  kimi  başqa  maraqlı,  həm  də  təsirli 
məsələlərə həsr olunmuş gözəl bir filmdə kişi qəhrəman 
qadın  qəhrəmana  deyir  ki,  onun,  yəni  qadın  qəhrəma-
nın baxışları ərdə olmayan zənən xeylağının baxışlarına 
bənzəyir. Qadın qəhrəman da soruşur ki, bəyəm ərdə ol-
mayan qadınlar xüsusi formada baxırlar? Kişi qəhrəman 
bildirir  ki,  bəs  necə,  ərdə  olmayan  qadınlar  insanlara 
qiymət vermək məqsədi ilə baxırlar. Özü də tək onlar 
belə baxmır insanlara. Milisionerlər və rəhbər işçilər də 
belə baxırlar. 
Mərc gəlməyə hazıram ki, bizim ölkəmizdə insanlara 
qiymət vermək məqsədi ilə baxanlar az deyil. Hər halda 
mənə belə gəlir. 
Deyək ki, günlərin bir günü cibinizdə siçanların qay-
tağı  oynamağına  əhəmiyyət  vermədən  şəhərimizin ya-
raşıqlı küçələrindəki qəşəng mağazalardan birinə daxil 
olursunuz. Məqsədiniz qiyməti yaxın 3 il ərzində alaca-
ğınız bütün maaşların cəminə bərabər olan ayaqqabı al-
maq deyil. Sadəcə olaraq uğur qazana bilmiş insanların 
geyindikləri  pal-paltarı  yaxından  görmək  istəyirsiniz. 
Necə bilirsiniz, aylıq məvacibi sizin donluğunuzdan az 
fərqlənən satıcının sizə münasibəti necə olacaq? 
Və  yaxud  başqa  bir  halı  gözünüzün  önünə  gətirin. 
Taksi  saxlayırsınız  və  sürücüdən  sizi  hansısa  ünva-
na  neçəyə  apara  biləcəyini  soruşursunuz.  Həmin  anda 
sürücünün  məsafə  barədə  deyil,  sizin  hansı  məbləği 
problemsiz ödəyə biləcəyiniz barədə düşünmədiyinə zə-


75
manət vermək olarmı? 
Buna bənzər misalların sayını artırmaq hüququndan 
imtina edərək bildirirəm ki, bu hallar bütün dünyada da 
yayılıb. 
Məsələn,  Dubayın  Polis  klubunda  mütəmadi  olaraq 
maşın nömrələrinin hərracı keçirilir. Bu yaxınlarda 78-ci 
hərrac keçirilib. Və bu hərracda 25 milyon dirhəm əldə 
edilib və 3 dirhəm də təxminən 1 manat eləyir. L 16 nöm-
rə nişanı 1,19 milyon dirhəmə satılıb. Bu olub hərracın 
rekordu. Ucuz nömrələr də olub hərracda. Nəcib L 1111 
nömrəsinə 890 000 dirhəm veriblər. 
İndi bildiniz ki, tək biz deyilik maşın, ya da telefon 
nömrəsinə görə adamlara qiymət verən? 
Vaxt  vardı  adamı  geyiminə  görə  qarşılayıb,  ağlına 
görə yola salırdılar. İndi geyim adam elə yola salınanda 
da işə yarayır. Deyəsən.
www.avciya.az
29 mart 2013-cü il


76
UQO VƏ BƏŞƏR
Venesuelada  balaca  bir  cizgi  filmi  çəkilib.  Filmdə 
Uqo Çavesin cənnətə düşmə səhnəsi göstərilir. 
Bəli,  göstərilir  ki,  Çaves  cənnətə  düşür  və  onu  öz 
nənəsi ilə birlikdə Kuba inqilabçısı Ernesto Çe Gevara, 
Çilinin keçmiş prezidenti Salvador Alyende, Argentina-
nın keçmiş birinci xanımı Yeva Peron, Nikaraqua inqila-
bının lideri Auqusto Sandino və əlbəttə ki, Venesuelanın 
milli qəhrəmanı general Simon Bolivar qarşılayırlar...
Çox maraqlı filmdir. Baxmağa dəyər. Cəmi bir dəqiqə 
vaxtınız gedəcək. Əvəzində isə biləcəksiniz ki, cənnət-
də, hər halda bu cizgi filminin müəllifləri belə düşünür-
lər, əsasən solçular yerləşdiriliblər.
Diqqət yetirin, Çe Gevara – 1959-cu il Kuba inqila-
bının komandantesi olub. Fidel Kastro və Kamilo Syen-
fueqos kimi. 
Salvador Alyende Çili Sosialist Partiyasının yaradıcı-
sı idi. 1970-ci ildə prezident seçkilərində qalib gəlmişdi. 
Yeva Peron Argentina prezidenti Xuan Peronun həyat 
yoldaşı və çoxları üçün sosial ədalət simvolu idi.
Auqusto  Sandino  1927-1934-cü  illərdə  Nikaraqua 
milli azadlıq hərəkatının (əslində müharibəsinin) lideri 
olub.
Simon Bolivarın adı Cənubi Amerikadakı ispan kolo-
niyalarının azadlığı uğrunda mübariz kimi tarixdə qalıb.
Uqo  Çavesin  nənəsi  nə  işlə  məşğul  olub  deyə  bil-
mərəm. Amma, Uqo Çavesin nənəsi olmaq da cənnətə 
düşmək üçün yetərli sayıla bilər. Hər halda Venesuelada 
belə düşünən multiplikatorlar var...


77
Bəs Suriyada necə, cizgi filmləri çəkilirmi? Və əgər 
Bəşər Əsədin son vaxtlar tez-tez yayılan ölüm xəbərlə-
rindən hansısa düz çıxsa, onun haqqında da cizgi filmi 
çəkilə bilərmi? Elə Venesuela ssenarisi üzrə. Yəni, Bəşər 
Əsəd cənnətə düşür və orada deyək ki, Səddam Hüseyn 
və Müəmmər Qəzzafi tərəfindən qarşılanır. 
Bəşər  Əsəd  BƏƏS-in,  ərəb  sosialist  partiyasının 
təmsilçisidir. Və onun vaxtilə elə həmin partiyanın İraq 
qanadının lideri olmuş Səddam Hüseyn tərəfindən qar-
şılana biləcəyini istisna etməməliyik. Mərhum Qəzzafi-
nin də inqilab lideri olduğunu nəzərə alsaq, o da görüşə 
qatıla bilər. Həm də bu adamlar sağlıqlarında da Bəşər 
Əsədi tanıyıblar axı. 
Amma Bəşər Əsəd sağdır və üstəlik onun nə vaxtsa 
cənnətə düşmək şansları elə də yüksək olmamalıdır. Hü-
seyn və Qəzzafi soyadlı məşhur şəxslərin də həmçinin. 
www.avciya.az
1 aprel 2013-cü il


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə