Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

78
132 000 000 
Martın 23-də Boris Berezovski dünyasını dəyişdi. Bo-
ris Abramoviçin ölümünün mümkün səbəbləri haqqında 
çox  danışılıb  və  yazılıb.  Danışılan  və  yazılanlar  ara-
sında  mərhumun  bir  müddət  bundan  əvvəl,  keçən  ilin 
avqustunda məhkəmədə Roman Abramoviçə uduzması 
ilə bağlı məqamlar da var. Heç demə, bu məğlubiyyət 
Berezovskini əməlli-başlı ruhdan salıbmış və s. və i.a. 
(Həmin məhkəmədə söhbət səhv etmirəmsə 3 milyard 
funt sterlinqdən gedirdi.)
Berezovski  dünyasını  dəyişəndən  2  gün  sonra  onu 
Londan  məhkəməsində  udmuş  Abramoviç  Amerikaya 
gedib. Və başqa bir Rusiya oliqarxı Mixail Proxorova 
məxsus  olan  PBK  TV-nin  xəbər  buraxılışında  Rusi-
ya milyarderinin ABŞ-da Federal Təhqiqat Bürosunun 
əməkdaşları tərəfindən saxlanılması barədə məlumat ya-
yılıb. Məlumatda deyilib ki, guya Abramoviçi İngiltərə 
xüsusi xidmət orqanlarının müraciəti əsasında tutub, Be-
rezovskinin ölümü ilə bağlı dindiriblər.
Bu xəbər martın 25-də, Moskva vaxtı ilə saat 17.01-
də gedib efirə.
Bircə  saat  sonra  Abramoviçin  rəsmi  nümayəndəsi 
Con  Mann Abramoviçin Amerikaya  öz  işləri  ilə  bağlı 
getdiyini və heç kim tərəfindən saxlanılmadığını deyib. 
Bloomberg  agentliyinə  müsahibəsində  yayılmış  xə-
bəri “tam cəfəngiyyat” adlandırıb, üstəlik deyib ki, bu 
məsələyə hökmən reaksiya verəcəklər, sadəcə olaraq əv-
vəlcə məsləhətləşmək istəyirlər.
Bu təkzibə baxmayaraq sərmayəsində Roman Arkad-


79
yeviçin payı olan kompaniyaların səhmləri 3-6 % düşüb. 
Nəticədə Abramoviçə 132 milyon dollar ziyan dəyib. 
Bax belə. 
132  milyonluq  ziyan  Abramoviçə  dəyib  və  bunun 
mənə heç bir dəxli yoxdur. Amma bir qədər pərişan ol-
muşam. Belə baxıram ki, bizim varlı insanların nə qədər 
pulunun olmasını bilməməyimiz yaxşıdır. Doğrudur, on-
ların sərmayələrinin həcmini biləndə sevinmək imkanı-
mız yoxdur. Əvəzində, onlar pul itirəndə də xəbərimiz 
olmur və zərrə qədər də həyəcanlanmırıq.
O  ki,  qaldı Abramoviçin  itirdiyi  132  milyon  dolla-
ra, bu az pul deyil. Rabitə və informasiya nazirimiz Əli 
Abbasov  “Rossiyskaya  qazeta”ya  verdiyi  müsahibədə 
deyib ki, bu il Azərbaycanda genişzolaqlı internetin in-
kişafı layihəsinin maliyyələşdirilməsinə elə bu həcmdə 
vəsait ayrılacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti isə fev-
ral ayında dövlət büdcəsinə 132 milyon ödəyib. Doğru-
dur, manatla. 
Xeyli puldur.
Abramoviçə “təkrar keçmiş olsun” deyirəm.
www.avciya.az
2 aprel 2013-cü il


80
FUTBOLÇUNUN 23 YAŞLI XANIMININ 
BİLMƏDİKLƏRİ 
Dağıstanın “Anji” futbol klubunun yarımmüdafiəçisi 
Yuri Jirkovun həyat yoldaşı, eyni zamanda “Rusiya mis-
sisi  –  2012”  (ingilisdilli  ölkələrdə  ərdə  olan  qadınlara 
adətən missis deyə müraciət edirlər) İnna Boris Sobolev 
adlı telejurnalistə müsahibə verib və özünü biyabır edib. 
Jurnalistin  suallarını  cavablandırarkən  məlum  olub  ki, 
İnna Jirkovanın astronomiyadan, ədəbiyyatdan və mu-
siqidən,  özü  də  ən  ibtidai  səviyyədə  belə  başı  çıxmır. 
Təsəvvür edirsinizmi?
Məsələn, İnna bilməyib ki, Günəş Yerin ətrafına fır-
lanır, ya Yer Günəşin. Başqa sözlə desək, xanımın geo-
sentrik və ya heliosentrik sistemlərdən hansının doğru 
olması ilə bağlı təsəvvürü olmayıb. Bu da o deməkdir 
ki, gözəl qadın Kopernik, Qaliley, Kepler və çox güman 
ki, həm də Nyuton haqqında heç nə, ya da demək olar ki, 
heç nə bilmirmiş.
4 yaşlı oğlu və 2 yaşlı qızı olan İnna xanım uşaqlar 
üçün  gözəl  əsərlər  yazmış  Samuil  Marşak  və  Aqniya 
Barto adlı məşhur ədibləri tanımadığını bildirib. 
Oqinski polonezinin polyak bəstəkarı Mixail Oqins-
ki,  Qriboyedov  valsının  vaxtilə  ermənilər  haqqında 
yaddaqalan fikirlər səsləndirmiş Aleksandr Qriboyedov 
tərəfindən yazıldığını bilməməsi isə 2012-ci lin “Rusiya 
missisi”ni lap çətin duruma salıb. 
Belə-belə işlər. Bütün bunlar Rusiyada baş verib. 
Bizdə əlbəttə hər şey fərqlidir. 
APA-nın xəbərinə görə, fevral ayında Tələbə Qəbulu 


81
üzrə Dövlət Komissiyasının sədri  Məleykə Abbaszadə 
Bakı Ali Neft Məktəbində çıxışı zamanı deyib ki, Bey-
nəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PİSA) 
əsasən, Azərbaycan 15 yaşlı uşaqların biliyinin səviyyə-
sinə görə 57 ölkə arasında 56-cı yerdədir.
Onu da deyim ki, İnna Jirkovanın Rusiyanın missisi 
seçildiyi 2012-ci il ərzində Təhsil Nazirliyi Aparatının 
Təhsil sənədlərinin tanınması işi üzrə sektor tərəfindən 
təhsil müəssisələrinə 88289 tam orta təhsil haqqında at-
testat, 107143 ədəd ümumi orta təhsil haqqında şəhadət-
namə, 15402 ədəd orta ixtisas təhsili haqqında diplomu, 
17747 ədəd bakalavr diplomu, 2119 ədəd magistr diplo-
mu, 1518 ədəd mütəxəssis (5 illik) diplomu verilib. Bu 
xəbəri də APA yayıb. 
Yəni əslində narahat olmağa dəyməz. 
Bircə ilə 232 218 attestat, şəhadətnamə və diplom az 
deyil. 
www.avciya.az
17 aprel 2013-cü il


82
NESBÖ VƏ MYUSSO YOXLUĞU 
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan həya-
ta keçirilən ixracın böyük hissəsi xam neft, neft məhsul-
ları və təbii qazın payına düşüb.
Dövlət  Gömrük  Komitəsindən  «APA-Economics»ə 
verilən məlumata görə, 2013-cü ilin ilk iki ayı ərzində 
ölkədən ixracın həcminin 84,58%-ni xam neft, 4,52%-ni 
neft məhsulları, 188 868,16 min dolarını və ya 4,51%-ni 
isə təbii qaz təşkil edib.
İxracda payına görə sonrakı yerləri bitki və heyvan 
mənşəli yağlar (ümumi ixracda 1,13%), şəkər (0,82%), 
qara metallar və ondan hazırlanan məmulatlar (0,45%),  
meyvə-tərəvəz (0,35%), alüminium və ondan hazırlanan 
məmulatlar (ya 0,32%) tutur.
Vəziyyət belədir. 
Dünyada isə bestseller, yəni yaxşı satılan kitab ixrac 
edən ölkələr də var. Hərçənd ki, bestseller ixracı göm-
rükçülərin hesabatına düşmür, hər halda düşməməlidir. 
Amma  hamı  bu  məsələdən  xəbərdar  olur.  Deyək  ki, 
Norveçin, ya da Fransanın bestseller ixracı barədə çox-
ları məlumatlıdır. Ən azı, təkrar edirəm, ən azı ona görə 
ki, Norveçin Nesbösü, Fransanın da Myussosu var. 
Norveçli Yu Nesbö 1960-cı ildə anadan olub. 37 ya-
şında çap edilmiş ilk romanı sensasiya doğurub. “Gön-
lücə” («Flaggermusmannen») adlı bu romanı tənqidçilər 
“ani bestsellər” kimi səciyyələndiriblər. Məhz “Gönlü-
cə”yə görə Nesbö Skandinaviyanın çox nüfuzlu “Şüşə 
açar” mükafatına layiq görülüb... 
Fransız  Giyom  Myusso  1974-cü  ildə  anadan  olub. 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə