Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

88
“OPEL” SÜRÜCÜSÜNÜN QOÇAQLIĞI 
Nəqliyyat  Nazirliyimizin  Bakı  şəhərində  tak-
si  fəaliyyəti  üçün  istifadə  olunmasına  icazə  verdiyi,  
Avropa İqtisadi Komissiyasının təsnifatına daxil edilmiş 
sərnişin minik avtomobili olan və yuxarıda adı çəkilən 
qurum tərəfindən J seqmentinə daxil edilmiş «Opel Ast-
ra» ilə paytaxtımızın sakinlərinə, şəhərimizin qonaqlıa-
rına  xidmət  göstərən  F.  (hər  ehtimala  qarşı  adının  baş 
hərfi dəyişdirilmişdir) kiçik bir qoçaqlığa imza atıb. 
F. nə edib? 
F. deyir ki, günlərin bir günü öz avtomobilində otu-
rub həmişəki kimi sərnişin gözləyirmiş. Bu zaman qon-
şuluqda kirayədə qalan pakistanlı bir şəxs ona yaxınla-
şaraq F.-in avtomobilinin qiyməti ilə maraqlanıb. F. öz 
avtomobilinin elə də baha olmaması, qonşu Gürcüstanda 
belə bir maşının daha ucuz əldə edilmə imkanları haqda 
yığcam məlumat verib. Bu zaman pakistanlı əmək miq-
rantı Londonda yaşayan qardaşının ona 5 000 (beş min) 
ABŞ dolları göndərəcəyini və bu pula elə F.-in sərənca-
mında olan maşın kimi bir avtomobil alıb taksi fəaliyyə-
ti ilə məşğul olmaq istədiyini söyləyib. 
F. yəqin ki, bir çox taksi sürücüləri tərəfindən dəyər-
ləndirləcək qoçaqlığa məhz bu bəyanatı eşidəndən sonra 
imza atıb. 
F. artıq çoxları tərəfindən unudulmuş Kaşpirovskinin 
belə həsəd apara biləcəyi inamla əcnəbiyə bu işin heç bir 
perspektiv vəd etmədiyini izah edib. Bakıda taksi fəaliy-
yəti ilə məşğul olanların sayı ilə taksiyə minmək iqtida-
rında olanların sayı arasında təəccüblü qeyri-mütənasib-


89
liyi önə çəkən F. rəqabətin güclülüyünü xüsusi vurğula-
yıb. Özünün də çətinliklə dolandığını dönə-dönə qeyd 
edən F. əcnəbini bu zərərli fikirdən daşındıra bildiyinə 
əmindir.
Bax belə. 
Əmək bazarını qorumaq lazımdır. Əminəm ki, bütün 
sivilizasiyalı ölkələr bəzən etiraf etməsələr də bu sahədə 
əməli işlər görürlər. Biz də görməliyik. Özü də bunu mü-
vafiq dövlət qurumlarının üzərinə yıxmaq lazım deyil. 
O ki, qaldı taksi fəaliyyəti üçün istifadə edilməsinə 
icazə  verilən  minik  avtomobillərinə,  bu  maşınlar  hələ 
ötən ilin əvvəllərindən siniflərinə görə 3 kateqoriyaya - 
J, D və E seqmentlərinə ayrılıb. «Opel Astra» J, «Opel 
Insignia» D, «Opel Omega» isə E seqmentinə aiddir.
Bu informasiyanı əcnəbilərə veməyin.
Xahiş edirəm.
www.avciya.az
10 iyun 2013-cü il 


90
SMS XƏBƏRLƏRİ 
Tez-tez  fərdi  telefonuma  məmləkətimizin  müxtə-
lif  kommersiya  subyektlərindən  SMS-lər  gəlir.  Bu 
SMS-lərdəki informasiyalar olduqca dəyərli və düşün-
dürücüdür. Dediklərimi sübut etmək üçün misallar çəkə-
cəyəm.
Məsələn, dünən SMS vasitəsilə aldığım “xususi tek-
lif”ə  nəzər  salaq.  Bu  təklifdə  “4  qazannan  ibaret  olan 
dest  cemi  250  AZN!”  müjdəsi  verilir.  Etiraf  edin  ki, 
insan  bu  “teklif”i  alar-almaz  orta  statistik Azərbaycan 
mətbəxində olan orta statistik qazanın təqribən neçəyə 
ola biləcəyi haqda düşünməyə bilməz. Hətta şəxsi isti-
fadənizdə olan qazanlar bu qiymətdən xeyli ucuzdursa 
belə, yenə də şıdırğı satış gedən məkankara baş çəkməyə 
dəyər. Axı SMS-in müəllifləri qeyd edirlər ki, öz butik-
lərində “size gormeye shadiq”?!
Öz aramızdır, pis təklif deyil.
Və yaxud, 2-3 gün əvvəl yenə də SMS vasitəsilə 2 
müxtəlif  butikin  məni  “50  %-e  qeder  endirimle  yaz-
yay kolleksiyasina devet” etməsindən duyğulandığımı, 
əməlli-başlı təsirləndiyimi xüsusi qeyd etməyə ehtiyac 
varmı? 
Ya da, 2 mayda, axşam saatlarında aldığım başqa bir 
SMS-də bir şəbəkənin mağazalarında 3 maydan etibarən 
6 gün ərzində qüvvədə olan “butun musterilere hediyye! 
Daha cox alana daha cox hediyye!” vədi insanın ürəyini 
ehtizaza gətirməyə bilərmi?
Hələ mən salonların birinin yenə də SMS vasitəsilə 
etdiyi  “mebel  ve  ya  cilciraq  almağa  telesin!”  çağırışı-


91
nı demirəm. Bu çağırışa necə səs verməyəsən? Üstəlik, 
gözəl olduğu söylənilən bir İtaliya şəhərinə “ 5 gunluk 
seyahet ve diger deyerli hediyyeler qazandiran lotereya-
nin bitmesine 7 gun” qalırsa? 
Əlbəttə,  ilin-günün  bu  vaxtında  mebel,  ya  da  çilçı-
raq  almağa  hökmən  toqqanın  altını  bərkidəndən  sonra 
getmək olar. Və əgər başqa bir SMS adını çəkməyəcə-
yim kartın sahiblərinə 1 həftə ərzində, böyük bir ticarət 
mərkəzində  “ideal  menu”  təklif  edirsə,  nə  etməliyik? 
Diqqət yetirin, “1-ci yemek + 2-ci yemek + salat + se-
rinlesdirici icki + cay = 13,50 evezine 6,50 AZN”!
Necədir? 
Məncə pis deyil. 
Bu gün SMS vasitəsilə ucuz qazanlardan tutmuş, təzə 
dəbli  paltarların  50  %  endirimlə  satılmasına  kimi,  hər 
şeydən  xəbər  tutmaq  olur.  Qalır  bircə  təklif  edilənləri 
əldə etmək üçün pul tapmaq. 
www.avciya.az
12 iyun 2013-cü il 


92
“DƏRSANƏ” NAĞILLARI 
Dünən işdən qayıdanda mənzilimizin qapısının dəstə-
yindən kiçik bir reklam vərəqəsinin asıldığını gördüm. 
Vərəqədə yazılanların içində maraqlı məqamlarla bağlı 
sizləri də məlumatlandırmaq istəyirəm. 
Bu  gərək  ki,  yenicə  fəaliyyətə  başlayan  bir  “dər-
sanə”nin reklam vərəqəsi idi. Və bu vərəqədə dərsanə-
nin  “abituriyent  hazırlığı  kursu”  haqqında  məlumatlar 
və “dərsanə”də təhsil almanın qaydaları verilib.
Məlumatlar belədir:
“avtobusla çatdırılma”; 
“kəsri olmayanlar təqaüd alır”;
“dərs vəsaitlərinin elektron variant ilə tam təmin edil-
məsi”;
“təhsilin səviyyəsi ilə tanış olmaq məqsədilə ödəniş-
siz dərslər”;
“dərsanədə  mobil  telefondan  istifadə  qadağandır” 
və nəhayət , “qeydiyyatdan keçin 100%, 50 % və 25% 
güzəştlə təhsil almaq şansı verən kupon əldə edin”.
Sonuncu  məlumat  mənə  maraqlı  gəldi.  Heç  demə, 
“qeydiyyatdan keçib kupon əldə etmiş şagirdlər arasın-
da  dərs  ilinin  başlanğıcında  nəzərdə  tutulmuş  güzəşti 
əldə etmək üçün LOTOREYA oyunu keçirilir. Baraban-
dan adı 1-ci çıxan 100 %, 2-ci çıxan 50 %, 3-cü çıxan 25 
% güzəştlə”. 
Bax belə.
Vərəqədə  “kəsiri  olmayanlar”ın  təqaüd  almaları 
barədə də məlumata aydınlıq gətirilir. Heç demə, “ay-
lıq təqaüd fondu hər ay kəsiri olmayanlar arasında bölü-


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə