Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

93
nür”müş. Hərçənd ki, “təqaüd fondu”nun həcmi barədə 
bir kəlmə də yazılmayıb vərəqədə. Əvəzində, “XI sinif 
şagirdlərinə  seçdikləri  ixtisas  qrupuna  daxil  olan  beş 
fənn üzrə hər dərs günü 5 saat” üçün aylıq ödənişin 165 
manat olduğu göstərilir.
“Texnikuma (kollec) hazırlıq 3 fənn üzrə aylıq 100 
AZN”dir, “magistraturaya hazırlıq 3 fənn üzrə aylıq 100 
AZN” .
Vərəqədə başqa rəqəmlər də var.
Elə buradaca” Ukrayna və Türkiyə Dövlət Universi-
tetlərinə attestatla imtahansız tələbə qəbulu “ təşkil edi-
lirmiş.
Bir sözlə, pis deyil.
Orta  məktəbin  sonuncu  sinfində  oxuyan  yeniyet-
mələrimiz ayda cəmi-cümlətanı 165 manat ödəməklə ali 
məktəbə hazırlaşa bilərlər. 
Üstəlik, kəsirləri olmasa təqaüd də almaq imkanına 
malikdirlər.
Hələ  orasını  demirəm  ki,  uşağın  adı  “baraban”dan 
1-ci çıxsa pul-zad ödəmək lazım deyil.
Və bütün bu hazırlıqlar heç bir nəticə verməsə, Uk-
rayna və Türkiyə Dövlət Universitetlərinin canı sağ ol-
sun. 
Dərsanə “attestatla imtahansız tələbə qəbulu” da təş-
kil edir axı. 
Çim yağdır. 
www.avciya.az
29 iyun 2013-cü il 


94
MANHETTENƏ DOĞRU, İRƏLİ?!
Gecə saat 2-dir.
Həyətdəki “Təzə ət” köşkünün yaxınlığındakı dirəyə 
pərçim edilmiş dana çox güman ki, sübh tezdən edam 
ediləcəyini bildiyindən xarakterik səslər çıxarır. Bu səs-
lər məhəllənin unikal akustik imkanları sayəsində “Yura 
dövrü parkı”ndakı dinozavrların çıxardığı səsləri xatır-
ladır.  Əlbəttə  ki,  səsi  çıxardanın  dana  olduğunu  hamı 
yaxşı bildiyindən heç kim əndişələnmir...
Elə həyətdə qızğın müzakirələr aparan gənclər də Sti-
ven Spilberqə xeyli pul gətirmiş filmı xatırlayacaq qə-
dər sadəlövh və həm də məlumatlı deyillər. Onların başı 
söhbətə  qarışıb.  Xoşbəxtlikdən,  bu  şəxslərin  küçənin 
ortasındakı,  hamının  sevə-sevə  “besedka”  adlandırdığı 
köşkdə, özü də gecə saat 2-də nəyi (nələri?) müzakirə 
etdikləri aydın eşidilmir. Amma, açıq-aşkar hiss olunur 
ki, gənclərin əhval-ruhiyyəsi yaxşıdır. Üstəlik, mütəma-
di olaraq onların mobil telefonlarına zənglərin də gəldiyi 
eşidilir. Bu isə öz növbəsində başqa bir məhəllədə də ən 
azı bu kampaniyaya bənzər daha bir qrupun mövcudlu-
ğunu təsdiqləyir. Və daxil olan zənglər də əslində kam-
paniyalar arasında olan canlı bağlantıdan başqa bir şey 
deyil...
Bu arada 1982-2012-ci illərdə lazım ola biləcəyindən 
xeyli  çox  sayda  istehsal  olunmuş  “VAZ-2107”-lərdən 
ən azı biri məhəlləyə daxil olur. Təbii ki, maşının bü-
tün şüşələri aşağı endirilib və avtomobilin salonundan 
3 belə nəqliyyat vasitəsinə bəs edəcək gücdə mahnı səsi 
eşidilir. Amma,  “nol-yeddi”  məhəllədə  çox  yubanmır. 


95
Böyük ehtimalla, yetkinlik yaşına çatdığı müəyyən şüb-
hələr doğuran sürücü bu gecə hələ onlarla belə məhəllər-
dən keçmək niyyətindədir...
Bu orta statistik Bakı məhəlləsinin gecə səslərindən 
bəziləridir. Və elə bu səslər şəhərimizin heç zaman yat-
mayan şəhərə çevrildiyini sübut edir. 
Amerika  Birləşmiş  Ştatlarındakı  Nyu-York  kimi. 
Nyu-York da heç zaman yatmır. Hər halda, Manhetten-
də bu belədir. 
Və Nyu-Yorkda 20 000 mindən çox restoran, dünya 
miqyaslı 150 muzey, 50 000-dən artıq mağaza var. 
Nyu-Yorkdakı Mərkəzi park Monako knyazlığından 
böyükdür. 
Hə, bu şəhərdəki yeraltı saxlanclarda dünyadakı bü-
tün qızıl külçələrinin təqribən dörddə biri saxlanılır. 
Yeri  gəlmişkən,  Nyu-Yorkda  gecə  olanda  Bakıda 
gündüz olur. Əvəzində, nyu-yorklular işləyəndə, biz ya-
tırıq. Heç zaman yatmayan şəhərdə umumiyyətlə yuxu-
lamaq mümkündürsə. 
www.acviya.az
1 iyul 2013-cü il 


96
QARABAĞ ARZULARI
İşğal altında olan torpaqlarımızın geri qaytarılmasını 
hamı  kimi  sənətçilərimiz  də  istəyirlər.  Məsələn, Azər-
baycan  Dövlət  Televiziya  və  Radiosunun  S.Rüstəmov 
adına  Xalq  Çalğı  Alətləri  Orkestrinin  ali  kateqoriya-
lı  tar  ifaçısı Vüsal  İsgəndərzadə  bu  günlərdə  “Palitra” 
qəzetinə müsahibə verib və deyib ki, ən böyük arzusu 
“Ü.Hacıbəylinin “Koroğlu” uvertürasını Qarabağın göz 
bəbəyi olan Şuşada ifa etməkdir”.
“X-trio” qrupunun üzvü, 1987-ci ildə Qubadlı rayo-
nunda anadan olmuş Rəşad da bir neçə ay əvvəl “Güney 
Press”ə müsahibəsində ən böyük arzusunun “doğma Qa-
rabağımızda «Qarabağ Şikəstəsi»ni oxumaq” olduğunu 
gizlətməmişdi. 
Qarabağ  azad  edildikdən  sonra  orada  mah-
nı  oxumaqdan  da  vacib  sayıla  biləcək  işlər  gör-
mək  istəyən  sənətçimiz  də  var.  Axşam.az-ın  məlu-
matına  görə  əməkdar  artist  Ədalət  Şükürov  “Star 
life”  verilişinə  açıqlamasında  aşağıdakıları  deyib:  
“Tək arzum gələn il bu bayram günü Qarabağda ucu-bu-
cağı olmayan bir iftar süfrəsi açmaqdır. Həmin masa bö-
yüklüyünə görə səs-küy doğursun və dünyanın ən uzun 
stolu adını qazansın. Bunun həyata keçəcəyinə çox ina-
nıram”.
Hərçənd ki, torpaqlarımız azad edildikdən sonra, belə 
demək mümkünsə, bilavasitə öz işləri ilə ilə məşğul ol-
maq niyyətli sənətçilərimiz daha çoxdur. Onların içində 
məşhur  tarzən,  xalq  artisti  Möhlət  Müslümov  kimi  ən 
böyük arzusunun “Qarabağın məşhur Cıdır düzündə sa-


97
atlarla tar çalmaq” olduğunu deyən sənətçimiz də var, 
Füzuli  Dövlət  Dram  Teatrının  qocaman  aktyoru  Vaqif 
Rəhimov kimi Füzulidəki teatrda öz rollarını ifa etmək 
istəyən aktyorumuz da.
Allah arzularına çatdırsın!
Özünü “ilk peşəkar region saytı” kimi təqdim edən 
zerdab.com  resursunda  da  “Zərdab  rayonunda  klassik 
musiqiyə böyük maraq var” adlı maraqlı material dərc 
edilib. Bu material Musiqili Komediya Teatrının solisti, 
vokalçı Ramil Qasımovla müsahibədir. Jurnalist Ümidə 
Həsənli onun sənətdə ən böyük arzusunun nədən ibarət 
olması ilə maraqlananda solist deyib: 
“Sənətdə ən böyük arzum budur ki, Qarabağda – Cı-
dır düzündə Koroğlunu oynayım. Mən and içmişəm ki, 
Qarabağda atın belində canlı olaraq, mikrofonsuz, orda 
ət bişə-bişə, qoyun təmizlənə-təmizlənə mən də Koroğ-
lunu ifa edim.” 
Ramil müəllim sonra da deyib ki, hamının ona xalqın 
qəhrəmanı kimi baxmasını istəyir.
www.avciya.az
14 avqust 2013-cü il 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə