Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

98
BİZİM MOYDODIRLAR
Korney İvanoviç Çukovski sağ olsaydı və güzarı Bakı 
şəhərinə düşsəydi hökmən paytaxtımızın “moyka”larını 
və bu gərəkli müəssisələrdə işləyən insanlarımızın bə-
zilərini vəsf edərdi. Məşhur “Moydodır” ın müəllifi pay-
taxtımızdakı  maşınların  təmizlik  apofeozunu  görməyə 
bilməzdi. Və hökmən, təkrar edirəm, hökmən nəsə ya-
zardı.
Təəssüf ki, Çukovski düz 44 il bundan əvvəl dünya-
sını dəyişib...
Və təəssüf ki, orta statistik Bakı piyadasının gündəlik 
hərəkət marşrutu ən azı 1-2 “moyka”nın yanından keçir. 
Bu isə həmin piyadaya yaxşı heç nə, ya da demək olar 
ki, heç nə vəd etmir.
Əksər hallarda “moyka”nın qənşərindən keçən piya-
da  orijinal  geyimli  yuyucunun  qan-tər  içində  çalışma-
sını seyr etmək imkanı qazana bilər. Elə həmin piyada 
bəxti  gətirəcəyi  təqdirdə  üst-başını  islada  bilər.  Əksər 
hallarda, piyadalara ayaqqabılarını palçığa bulaşdırmaq 
(əlbəttə ki, əvəzsiz olaraq) imkanı yaradılır. Üstəlik, bü-
tün bunları su nasosunun spesifik səsini dinləyə-dinləyə, 
həzz ala-ala etmək mümkündür. Hələ mən az sonra pay-
taxtımızın küçələrində böyük sürətlə şütüyəcəyi istisna 
edilməyən avtomobilin təmizlənməsi prosesindən alınan 
estetik zövqü demirəm...
Ən əsası, bütün bunlar tamamilə pulsuzdur...
Amma “moyka” açmaq və işlətmək kifayət qədər və-
sait tələb edir. Üstəlik, avtoyuma məntəqəsinin açılması 
üçün Nəqliyyat Nazirliyindən rəyin alınması vacibdir. Bu 


99
barədə adı çəkilən nazirliyin hüquq şöbəsindən milli.az 
saytına verilən açıqlamada oxumaq olar.
Əmin  ola  bilərsiniz  ki,  “moyka”larımızın  100  fai-
zi  Nəqliyyat  Nazirliyindən  rəy  aldıqdan  sonra  fəaliy-
yətə başlayır. Və cari ilin aprelində, Bakıda keçirilmiş 
Xəzər beynəlxalq Su Texnologiyaları sərgisində “Azər-
su”  ASC-nin  rəhbəri  Qorxmaz  Hüseynov  bildirmişdi 
ki,  ölkədə  avtomobil  yuma  məntəqələrinin  90  faizinin 
tikintisində normativlərə riayət olunmur...
Görəsən niyə belədir? 
Avtoyuma  biznesinin  öz  qanunlarının  olduğu,  bu 
sahənin  ifrat  cəlbediciliyi  şübhə  doğurmamalıdır.  Hər 
halda, mən bu sahənin – milli “moyka”larımızın uğurlu 
gələcəyinə inanmaya bilmirəm. 
Və sonda. 
“Olaylar” hələ ötən ilin yayında “ Suraxanıda qadın-
ların işlədiyi avtoyuma” adlı məlumat yaymışdı. Məlu-
matda  bu  məntəqənin  paytaxtda  ilk  olduğu,  avtoyuma 
məntəqəsində  2  yuyucu  qızın  fəaliyyət  göstərdiyi,  ob-
yekt sahibinin “gələcəkdə tələbatdan asılı olaraq qız iş-
çilərin sayını 4-ə çatdırmağı” düşündüyü bildirilirdi.
www.avciya.az
16 avqust 2013-cü il 


100
154 - 66 = 88
Ozon.ru adlı onlayn meqamarket var. 
Bu meqamarketdə çox şey satılır.
Bu meqamarketdə əlbəttə ki, kitablar da satılır. 
Bu meqamarketdən kitab almaq üçün sadəcə olaraq, 
müvafiq bölümə daxil olub seçim etmək, sifariş vermək 
və əlbəttə ki, ödənişi etdikdən sonra gözləmək lazımdır. 
Bir neçə gündən sonra aldığınız kitabı ünvanınıza çatdı-
racaqlar.
Mən  “Kitablar”  bölümünə  daxil  olub,  axtarış  pən-
cərəsində  rus  dilində  ölkəmizin  adını  yazdım.  Məlum 
oldu ki, burada Azərbaycanla bağlı 66 adda kitab təklif 
edilir.
Sonra,  axtarış  pəncərəsində  və  yenə  də  rus  dilində 
ərazilərimizin 20 faizini işğal etmiş dövlətin adını yaz-
maq qərarına gəldim. Və məlum oldu ki, Ermənistanla 
bağlı təklif edilən kitabların sayı 154-dür. Yəni, Azər-
baycanla bağlı təklif edilən kitabların sayından 2 dəfə 
çoxdur.
Sizi də bu sayta daxil olub, bəzi məqamlara diqqət 
yetirməyə çağırıram.
Məsələn,  buradakı  axtarış  pəncərəsində  rus  dilində 
“Azərbaycan  tarixi”  sözlərini  yazsanız,  cəmi  29  kitab 
tapılacaq. 
Elə həmin yerdə və əlbəttə ki, rus dilində “erməni ta-
rixi” yazdıqdan sonra 70 kitab haqqında məlumatı görə 
biləcəksiniz.
Özüm də bilmirəm, davam etdirməyə dəyərmi?
Elektron  ticarətin  getdikcə  inkişaf  edib  daha  geniş 


101
yayıldığı zaman kəsiyində ozon.ru-da bizim haqqımızda 
olan kitabların kəmiyyət etibarilə işğalçı ölkədən bəhs 
edən kitablardan bu qədər geri qalmasını göstərici kimi 
qəbul etmək olarmı? 
Bütün hallarda, düşünməyə dəyər.
Həm də ona görə ki, Azərbaycanın iqtisadi imkanları 
Ermənistanın imkanlarından müqayisəolunmaz dərəcə-
də böyükdür...
Və hələ 2009-cu ilin məlumatlarına görə azərbaycan-
lılar Moskva əhalisinin 14 faizini təşkil edirdi... Ermə-
nilərsə 5 faizini.
Məntiqlə ozon.ru-da Azərbaycanla bağlı kitablar Er-
mənistanla bağlı kitablardan əhəmiyyətli dərəcədə çox 
olmalıdır. 
Və deyəsən elə həmin məntiqlə dünya da torpaqları-
mızın işğalına göz yummamalıdır...
Bu yazını nahar ərəfəsində tamamlayası oldum. Ola 
bilsin elə ona görə də, axtarış pəncərəsində “Azərbaycan 
mətbəxi” sözlərini yazdım. 18 kitab çıxdı. Elə oradaca, 
“erməni  mətbəxi”  sözlərini  yazanda  məlum  oldu  ki, 
ozon.ru cəmi 16 kitab təklif edir bu mövzuda. 
Bir az ürəyim yerinə gəldi. 
Mətbəx məsələsində də üstələnsəydik, iştahım küsə-
cəkdi.
www.avciya.az
19 avqust 2013-cü il 


102
MƏNSUR ODALAR
Çox  mötəbər, A2  formatlı  bir  qəzetin  bugünkü  sa-
yında,  “Bölgələrdə”  rubrikası  altında  dərc  edilmiş  4 
məqaləni  həvəslə  oxudum. Və  hesab  edirəm  ki, Azər-
baycan Respublikası vətəndaşı adı ilə öyünən hər kəs bu 
məqalələri oxumalı və əlbəttə ki, sevinməlidir.
Məqalələr Ağsuya, Ağdaşa, Şahbuza və Zərdaba həsr 
olunub.
Ağsuya həsr edilmiş məqalə “Ağsu necə də gözəllə-
şib!..” adı altında dərc edilib. Və düz 4 şəkli var.
“Ağdaş uğurlarını artırır” məqaləsində şəkil yoxdur.
Şahbuzdan  bəhs  edən  “Bütün  sahələrdə  irəliləyiş 
var” məqaləsində 1, “Dövlət qayğısı Zərdabın simasını 
dəyişir” yazısında isə 2 foto var.
Ümumiyyətlə, böyük zövqlə tərtib edilmiş səhifədə 
şəkil sarıdan yalnız Ağdaş rayonuna qarşı haqsızlıq edi-
lib. Mən əlbəttə ki, dəyərli həmkarlarımın acığına gələ 
biləcək hər hansı söz, ifadə, bitmiş fikri ifadə edən söz 
və ya söz birləşməsi yazmağa qadir deyiləm. Amma, bü-
tün hallarda gərək Ağdaşda çəkilmiş hər hansı foto bu-
rada yer alaydı. Bu həm ədalətli olardı, həm də rayonun 
artan uğurlarını əyani şəkildə göstərə bilərdi.
Bütün oxuculara, daha doğrusu ölkəmizin artan uğur-
larına  sevinə  bilən  insanlara  bu  yazılar  ruh  yüksəkliyi 
bəxş edir. Sevinə bilməyən insanlarsa, onsuz da belə po-
zitiv ruhlu yazıları oxumurlar, oxuya bilmirlər, ya da, elə 
ən pisi də budur, oxumaq istəmirlər. Biz həmin adam-
ları tutub, ayaqlarını fələqqəyə salıb eynilə “Dəli Kür” 
filmində  mollaxana  şagirdinin  cəzalandırıldığı  kimi 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə