Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   18   19   20   21   22   23   24   25   26

103
tənbeh edə bilmərik axı. Elə deyilmi? Oxumurlar, heç 
oxumasınlar. 
Əsas odur ki, biz oxuyuruq. 
Ən əsası isə belə yazılar illərdən bəri yazılır. 
Bu da belə yazıların oxucuların çox böyük bir hissəsi 
tərəfindən razılıqla qarşılanmasından xəbər verir. Həm 
də respublikamızın bölgələrində gedən quruculuq işləri-
nin durmadan, ara vermədən getməsindən.
Yeri gəlmişkən, bu proseslər Avropa iqtisadiyyatının 
lokomotivi sayılan Almaniyada ya getmir, ya da arzuo-
lunan səviyyədə deyil. Elə bunun nəticəsidir ki, alman 
nəşrlərində “Drezden uğurlarını artırır”, ya da “Münhen 
necə də gözəlləşib” kimi yazılara rast gəlmək mümkün 
deyil. 
Almaniya  mətbuatında  belə  yazılar  getmirsə,  o  biri 
Avropa ölkələrinin nəşrlərində heç getməz. 
Elə deyilmi? 
www.avciya.az
22 avqust 2013-cü il 


104
“CİHAD” KİTABI VƏ ÜZÜ TÜKLÜ GƏNC
İctimai nəqliyyatda kitab oxumağın ayrı ləzzəti var. 
Mən bu imkandan tez-tez istifadə edirəm. Metro vaqon-
larında qət etdiyim minlərlə kilometr sayəsində indiyə 
qədər onlarla kitab oxuya bilmişəm. Məlumatımı artır-
mışam. Üstəlik, məhz metroda kitab oxumağım sayəsin-
də ən azı bir maraqlı hadisənin şahidi, hətta iştirakçısı 
ola bilmişəm. 
Mən bu hadisə haqqında danışacağam.
Əslində, bu hadisə ilginc məqamları ilə diqqəti çəkən 
kiçik dialoqdan başqa bir şey deyildi. Yerli-yataqlı nəql 
etməyə çalışacağam. 
Deməli belə. Təxminən bir il bundan qabağın söhbə-
tidir. 
Metronun  “Xalqlar  dostluğu”  stansiyasında  qatara 
minib şəhərə gəlirdim. Özü də məşhur tədqiqatçı Jil Ke-
pelin “Cihad: islamçılığın ekspansiyası və qürubu ” ki-
tabını oxuya-oxuya.
Qatar gəlib “28 May” stansiyasına yetişdi və mən ki-
tabı bağlayıb yerimdən durdum. Qatarı tərk edər-etməz 
üzü tüklü, nimdaş geyimli bir cavan oğlan mənə yaxın-
laşıb oxuduğum kitabın adı ilə maraqlandı. Mən kitabın 
cildini  ona  göstərdim.  Kitabın  cildində  də  Əfqanıstan 
mücahidinin portreti var idi.
Gənc çox güman ki, kitabın cildində yazılanları başa 
düşmədiyindən nəşrin adını soruşdu. Mən də dedim ki, 
bu  fransalı  tədqiqatçının  “Cihad”  adlı  kitabıdır  və  rus 
dilindədir.
Cavan  oğlan  ikrah  hissi  ilə  məni  və  kitabı  süzərək 


105
burada  yazılanların  “haqq”  (bəli,  bəli,  məhz  “haqq”) 
olub-olmaması ilə maraqlandı. 
Mən də öz növbəmdə təəccüblə ona baxıb bu kitabın 
sadəcə olaraq tədqiqat işi olduğunu söylədim.
Söhbət  bu  yerə  çatanda  dərin  zəka  sahibi  olmadı-
ğı  açıq-aşkar  sezilən  oğlan  təmənnasız  olaraq  ehtiyacı 
olanlara ağıl öyrədən adamlara xas tərzdə dedi ki, din-
sizlərin  yazdıqları  kitabları  oxumayım.  Və  kitab  oxu-
yanda da, müsəlmanların, “öz alimlərimiz”in yazdıqla-
rını oxuyum. 
Onun “öz alimlərimiz” deyəndə məhz hansı ölkənin 
alimlərini  nəzərdə  tutduğunu  öyrənməyə  və  bu  gözəl, 
həyatımı  kökündən  dəyişdirə  biləcək  məsləhətə  görə 
dərin  təşəkkürümü,  sərhəd  tanımayan  minnətdarlığımı 
bildirməyə macal tapmadım. Nimdaş geyimli, üzü tüklü 
oğlan əlindəki təsbehi yellədə-yellədə uzaqlaşdı...
Məsuliyyətlə deyə bilərəm ki, “28 May” stansiyasın-
dakı 1-2 dəqiqəlik dialoq heç vaxt yadımdan çıxmaya-
caq. 
Kepelin kitabını isə sonrakı günlərdə oxuyub qurtar-
dım. 
Çox maraqlı idi.
www.avciya.az
23 avqust 2013-cü il 


106
BALTA
Bu yazının adı Türkiyədə lazım ola biləcəyindən yüz 
dəfələrlə  çox  hallandırılmış  “Balyoz”  (yəni  “Balta”) 
məsələlərinə heç bir dəxli yoxdur və ola da bilməz. 
Bu yazı Vikipediyada “metalik kəsici tilə malik olan, 
sapaqda bərk oturdulmuş alət” kimi təqdim edilən balta, 
daha doğrusu ölkəmizdə bu dəhşətli alətlə törədilən say-
sız-hesabsız qətl hadisələri ilə bağlıdır. 
Son bir il, il yarım ərzində baş vermiş qətl hadisələri 
haqqında verilən məlumatların bəzilərinə diqqət yetirək. 
“Bakıda  oğul  valideynlərini  balta  ilə  qətlə  yetirib, 
sonra evi yandırıb.”
“Mingəçevir sakini arvadını balta ilə qətlə yetirib”
“Qəssabı  ət  doğradığı  balta  ilə  qətlə  yetirən  şəxsin 
məhkəməsi başlayıb.”
“Ər arvadını balta ilə qətlə yetirib.” 
“Paytaxtda qadını balta ilə qətlə yetirdilər.”
“Bərdə sakini qızını balta ilə doğradı.”
“Ər arvadının başını balta ilə kəsib.”
“Qubada ata oğlunun başını balta ilə kəsdi.”
Bu dəhşətli xəbərlərin sayı həddindən artıq çoxdur. 
Ən dəhşətlisi isə, bizim hansısa oğlun öz valideynlərini, 
hansısa ərin öz arvadını, hansısa atanın öz qızını və ya 
öz oğlunu baltalayıb xüsusi qəddarlıqla qətlə yetirməsi 
ilə bağlı xəbərlərə təəccüblənməməyimizdir.
Bəli, biz artıq belə xəbərlərə təəccüblənməyi yadır-
ğamışıq.
Və nə qədər ki, biz belə dəhşətli hadisələri az qala 
adi  hal  kimi  dəyərləndiririk,  baltanın  satışına  qadağa 


107
qoymaq, ya da bu prosesi hansısa formada tənzimləmək 
lazımdır. 
Şəxsən mən hər insanın balta almaq hüququna malik 
olmasının qəti əleyhinəyəm.
Diqqət yetirək.
1791-ci ildən bəri ABŞ Konstitusiyası Amerika vətən-
daşlarının odlu silah saxlamaq və gəzdirmək hüququnu 
təmin edir.
Gallup Tədqiqat  Mərkəzi  2011-ci  ildə Amerika  qa-
dınlarının 43 faizinin evdə odlu silah saxlaması ilə bağlı 
məlumat yaymışdı. 
Amma ABŞ-da hər adam silah ala bilməz. 
Məsələn psixi problemlər olan və ya əvvəllər məh-
kum edilmiş insanlar bu imkandan məhrumdurlar.
Tapança almaq üçün ABŞ vətəndaşının ən azı 21 yaşı 
olmalıdır.
Üstəlik,  silah  almazdan  əvvəl  alıcı  hökmən  xüsusi 
blankı doldurmalıdır.
Necə  bilirsiniz,  buna  bənzər  qaydaları  balta  satılan 
mağazalarda tətbir etsək, dəhşətli qətl hadisələrinin sayı 
azalarmı?
Ən əsası, baltalar bahalaşmaz ki?
www.avciya.az
26 avqust 2013-cü il 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə