Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   18   19   20   21   22   23   24   25   26

113
adamları kimyəvi silahla qırası olsan, məlum olacaq ki, 
filan  qədər  konvensiya,  saziş  pozulub.  Bu  isə  cəzasız 
qalmamalıdır.
Bu dünyanın biz özəlliyi də var. Bu dünyada deyəsən 
heç kim müsəlmanların bir-birlərini qırmalarında təəc-
cüblü heç nə görmək istəmir. ..
Və bu dünyada You Tube adlı videoxostinq xidmətlə-
ri göstərən bir servis var.
İnsanlar bu servisdə böyük həvəslə həm Cənubi Ko-
reyadan olan şən, tosqun rəqqas-müğənninin çəkildiyi, 
Seulun Kannamqu rayonundan bəhs edən klipə baxırlar, 
həm  də  eynən  “Qurdlar  vadisi”ndə  olduğu  kimi  qəfil-
dən qələmi qırılan Müəmmər Qəzzafinin işgəncəli edam 
səhnəsinə.
Sonra  da  hamı  Bəşər  Əsədin  adını  hallandırmağa 
başlayır. 
Bəlkə bəşəriyyətdən danışmalıyıq daha çox.
Necə bilirsiniz?
www.avciya.az 
30 avqust 2013-cü il 


114
ODA FİYATLARI
Ötən  şənbə  günü,  axşam  saatlarında  Azərbaycanın 
zəngin tarixi keçmişə malik şəhərlərindən birinə varid 
oldum. Və  üz  tutdum  bu  şəhərin  mərkəzində  yerləşən 
çoxmərtəbəli  mehmanxanaya.  İncəvara,  əvvəlcədən 
nömrə  sifariş  etmişdim.  Nömrəyə  qalxmağımla  Mor-
feyin səltənətinə yollanmağım bir oldu desəm, mübali-
ğəyə yol vermiş olmaram...
Səhər tezdən, mehmanxananı tərk etmək məqsədiy-
lə qeydiyyat masasına yaxınlaşanda gözüm divara vu-
rulmuş lövhəyə sataşdı. Lövhədə böyük hərflərlə “oda 
fiyatları”  sözləri  yazılmışdı.  Əlbəttə,  başa  düşdüm  ki, 
söhbət  otaqların  qiymətlərindən  gedir.  Özümü  saxlaya 
bilməyib  yəqin  ki,  bütün  müsafirlər  üçün  əhəmiyyətli 
sayıla biləcək informasiya lövhəsində başlığın niyə türk 
dilində yazıldığını soruşdum. Qeydiyyat masa arxasında 
əyləşmiş xanımın cavabı çox təəccüblü oldu...
Xanım dedi ki, hoteli türklər idarə edir və məhz ona 
görə də lövhədə “oda fiyatları” sözləri yazılıb. Onun bu 
orijinal fikri  səsləndirərkən  mənim şübhə  doğurmayan 
korazehinliyimə  təəssüfləndiyi  açıq-aşkar  sezilirdi.  O 
da  hiss  olunurdu  ki,  Azərbaycan  ərazisində  fəaliyyət 
göstərən mehmanxananın divarında Azərbaycan dilində 
olmayan yazının yazılmasında təəccüblü heç nə görmür 
bu şəxs...
Bir neçə gün bundan əvvəl Azərbaycanı çox sevən bir 
Türkiyə ziyalısı ilə məktublaşmalı oldum. Onun mənə 
yazdığı  məktubların  birindəki  sözlər  diqqətimi  çəkdi. 
Həmin şəxs “yapilacak toplantinin konusu ve gündemi 


115
hakkinda  Azerbaycan  Türkcesiyle  de  olsa  lütfen  kisa 
bilgi” verməmi xahiş edirdi. 
Mən ürəkdən sevdiyim Türkiyədə hansısa toplantıya 
dəvət  alacağım  təqdirdə  təşkilatçı  tərəfin  nümayəndə-
sinə buna bənzər məktub yaza bilərəmmi? Yəni “təşkil 
ediləcək toplantının mövzusu və proqramı haqqında heç 
olmasa Türkiyə türkcəsində qısa məlumat” istəyəsi ol-
sam, bu məktubu oxuyan insanda sual yaratmazmı? Axı 
o onsuz da (yəni zatən) həmin məktubu türkcə yazacaq? 
Bu qədər. 
1932-ci ildən bəri fəaliyyət göstərən Türk Dil Quru-
mu ötən illər ərzində xeyli iş görüb. Qurumun saytındakı 
“Tarihçe” bölümü aşağıdakı cümlə ilə başa çatır:
“Türk Dil Kurumu 800’e ulaşan yayını, 40 Bilim Ku-
rulu üyesi, 17 uzmanı, 56 çalışanı ve zengin bir araştır-
ma kütüphanesiyle Türkiye’nin saygın bilim kuruluşla-
rından biri olarak çalışmalarını sürdürmektedir.”
Tərcümə etməyəcəyəm. Hər şeyi özünüz də başa dü-
şürsünüz. Tamamilə.
www.avciya.az
10 sentyabr 2013-cü il 


116
SALUSTİANO SANÇES-BLASKESİN 
SİRLƏRİ
Amerika  Birləşmiş  Ştatlarındakı  Nyu-York  ştatının 
112  yaşlı  sakini  Salustiano  Sançes-Blaskes  dünyasını 
dəyişib. Bu adam cari ilin iyunundan bəri dünyanın ən 
qocaman kişisi imiş. İyun ayında 117 yaşlı yaponiyalı 
Dziroemon  Kimura  öləndən  sonra  birincilik  keçibmiş 
bu amerikalıya. 
İndi ən yaşlı kişi 111 yaşlı italyan Arturo Likatadır. 
Bu adam 1902-ci ilin may ayının 2-də anadan olub. 
O ki, qaldı planetin ən yaşlı sakininin kim olmasına, 
bu şəxs təbii ki, qadındır. Yaponiyanın Osaka şəhərində 
yaşayan Misao Okavanın 115 yaşı var.
Bax belə. 
Hər bir ixtiyar yaşlı insanın uzunömürlülüyünün ori-
jinal sirri var. Hər halda yaşı yüzü keçmiş bütün insanlar 
çox yaşamalarının səbəbləri ilə bağlı sualları tez-tez ca-
vablandırmalı  olurlar.  Salustiano  kişidən  də  soruşanda 
ki, onun lazım ola biləcəyindən xeyli çox yaşamasının 
sirri nədədir, rəhmətlik deyibmiş ki, hər gün bir banan 
yeyir, üstəlik həkimlərin təyin etdikləri bütün dərmanla-
rı da qəbul edir.
Vəssalam. 
Mən Salustiano kişinin bu qədər uzun müddət ərzin-
də  sağ  qalmasının  belə  sadə  formada  izah  olunmasını 
qəbul etməsəm də, inanmaq istəyirəm ki, banan belə po-
tensiala malikdir.
Həm də belə nəhəng potensial təkcə bananda deyil. 
Məsələn, Azərbaycanda banan bitmir, amma respublika-


117
mızı uzunömürlülər diyarı sayanlar hələ də var. Və hamı 
bilir ki, 1805-ci ildə, Lerik rayonunun Barzavu kəndində 
anadan olmuş Şirəli Müslümov 1973-cü ilə qədər, yəni 
düz 168 il yaşaya bilib. Doğrudur, elə o vaxtlar da Şirəli 
babanın şübhə doğurmayan uğurunu gözü götürməyən-
lər vardı. Və iddia edirdilər ki, guya yoldaş Müslümov 
əslində 168 il yaşamayıb, az yaşayıb. 
Amma bütün hallarda bu şəxsin təəccüb, maraq, həm 
də həsəd yarada biləcək qədər uzun müddət ərzində hə-
yatda  olması  şübhə  doğurmur.  Üstəlik,  ağsaqqal  bunu 
çox güman ki, banan adlı nəcib bir meyvənin mövcudlu-
ğundan xəbəri olmadan edib. 
Demək, 100 faiz uzunömürlülüyün Salustiano kişinin 
bilmədiyi, ya da bilərək bizdən gizlətdiyi sirlər də var. 
İndi qalır sirləri açıb çox yaşamaq. 
Sirlər açılana qədər gündə bir banan yemək lazımdır. 
Yəqin ki, acqarına. 
www.avciya.az
17 sentyabr 2013-cü il 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə