Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   18   19   20   21   22   23   24   25   26

118
PEGANUM HARMALA VƏ İNKİŞAF
İnkişaf etməkdən yaxşı heç nə ola bilməz. 
Az adam tapıla bilər ki, bununla razılaşmasın. 
Sosial şəbəkədə dostluq etdiyim dəyərli insanlardan 
biri  lap  yaxınlarda  “Facebook”  əhli  ilə  belə  bir  status 
paylaşıb: 
“Hər gün eyni şey. Səhər iş, axşam ev. İnsanın bir hə-
dəfi və planı olmasa tez bir zamanda yorular və işləmək-
dən bezər. Reallıq da bunu göstərir. Çalışın hər gününüz 
keçən günə nisbətən daha da inkişafa aparsın sizi.”
Bu  statusun  layiq  görüldüyü  “like”ların  sayı  sübut 
edir  ki,  inkişaf,  həm  də  ola  bilsin  tayı-bərabəri  (“ana-
loq”u) olmayan inkişaf sevdası hamımızda var.
Və  əgər  bu  sevda  varsa,  inkişafa  nail  olmaq  müm-
kündür... 
Azərbaycanın  yarımsəhra  rayonlarında  üzərlik  də 
bitir.  Wikipedia-da  (WekeLeaks-də  yox  ha)  bu  bitki 
haqqında  gözəl  bir  yazı  var.  Və  bu  yazıda  deyilir  ki, 
“XVII  əsrdə  yaşayan  Hacı  Sülеyman  İrəvaniyə  görə, 
üzərliyi 4 il saxlamaq olar, ondan sonra o, öz müalicəvi 
xüsusiyyətini itirir.” Üstəlik, “üzərliyin otu və toxumları 
ödqovucu, sidikqovucu təsirə malikdir və cinsi potеnsi-
yanı artırır. O, həmçinin bəlğəmgətirici еffеktə malikdir 
və soyuqdеymələrdə faydalıdır. Ondan başqa üzərlik hə-
limi yaddaşı möhkəmləndirir, nеvralgiyada və baş ağrı-
larında xеyirldir.”
Əlbəttə, üzərlik daxilə qəbul edilməlidir ki, problem-
lər tam, ya da heç olmasa qismən həllini tapsın. Yeri gəl-
mişkən, sözügedən məqalədə qeyd olunur ki, “həkimlə 


119
məsləhətləşmədən onu daxilə qəbul еtmək olmaz – do-
zası artıq olarsa zəhərlənmək təhlükəsi gözlənilir.”
Müasir  Azərbaycanda  üzərlikdən  istifadənin  daha 
mütərəqqi, gəlirli forması da tapılıb. 
İnkişaf etmək (qabağa düşmək?) niyyətli şəxslər fi-
kirləşib tapıblar ki, toy məclislərində xüsusi təlim keç-
miş adamlar içərisində tüstüləyən üzərlik yerləşdirilmiş 
qabları qonaqların başları üzərində hərləyib, onları fay-
dalı tüstüyə qonaq etməklə pul qazana bilərlər. 
Qonaqlar  heç  olmasa  bu  nemətdən  yaxa  qurtarmaq 
naminə üzərlikçini mükafatlandıracaqlar. Həmin şəxs də 
nə edəcək? Əlbəttə ki, inkişaf edəcək! 
Çalışın sizi üzərlik tüstüsü ilə feyziyab edənləri əli-
boş qaytarmayasınız. Qoy inkişaf etsinlər. 
O  ki,  qaldı  yazının  başlığındakı  söz  birləşməsinə, 
üzərliyin latınca adıdır. Belə elmi ifadələri yadda saxla-
mağa dəyməz, inkişafımız ləngiyə bilər.
www.avciya.az
29 oktyabr 2013-cü il 


120
İXRACAT İMKANLARINI 
ARTIRMAQ İMKANI
Sabirabadın  Muğangəncəli  kənd  sakini,  1977-ci  il 
təvəllüdlü Abıyev Elnur həmkəndlisi, 1982-ci il təvəl-
lüdlü  Tariyel İmanovun evinə gələrək ondan 100 qram 
narkotik vasitə olan qurudulmuş marixuananı 600 ma-
nata alıb.
Sonra isə Tariyel İmanov polisə zəng edib və deyib 
ki, evindən narkotik oğurlanıb. (APA TV)
Ağcabədi şəhərindəki “Cavid” şadlıq sarayında şad-
yanalıqla izlənilən (ifadə mərasim iştirakçılarından bi-
rinə  məxsusdur)  toy  mərasimi  başa  çatdıqdan  sonra 
gəlin şadlıq evindən bəy evinə gətirilib. Elə bu zaman 
gəlinin anası və digər qohumları otağa hücum edib. Gə-
lin bəy otağından çıxmaq istəməsə də, valideynlərinin 
təzyiqi ilə otağı tərk edib. 
Növbəti gün gəlin bildirib ki, ərə getdiyi oğlanı yox, 
dayısı oğlunu sevirmiş. (publika.az)
Bakıda onlarla ağ rəngli “Gelandewagen”in qatıldığı 
toy “kortej”inin guya sabiq müdafiə naziri Səfər Əbiye-
vin oğluna məxsus olması ilə bağlı mətbuatda gedən xə-
bərlərdən narazı qalan məclis sahibi, bəyin atası, salyan-
lı iş adamı mediaya açıqlama verib və deyib ki, oğlunun 
cəmi 7 minlik “Mersedes”i var. Toy karvanındakı bütün 
avtomobillər də bəyin dostlarına məxsusdur.
İş adamı üstəlik bu barədə yazanları Allaha tapşırıb 
və deyib: “Mən o xəbərləri oxuyandan sonra sındım, çox 
pis təsir etdi mənə”. (Qafqazinfo.az) 
Paytaxtda şəhər Dövlət Yol Polisi İdarəsinin əmək-


121
daşları  reyd  keçirib  qadağan  olunmuş  yerlərdə  avto-
mobil  saxlayan  sürücüləri  cərimələyirlərmiş.  Dayan-
ma-durmanı  qadağan  edən  nişanın  altında  dayanmış 
maşına da cərimə yazıblar. 
Hadisəni şərh edən polis deyib ki, maşının qapısı açıq 
imiş. Sürücü isə yol polislərindən gizlin maşina minib 
qaçmağa cəhd edib. Polisin ucnoqta.az saytına verdiyi 
açıqlama: “Mən onun maşınının qarşısına keçib dedim 
ki, cərimə protokolunu götürsün. Sürücü maşina oturub 
lezva  götürdü  və  yerə  düşüb  özünə  xəsarət  yetirməyə 
başladı. Qarnını açıb kəsməyə başladı. Bizim əməkdaş-
lar ona mane olub lezvanı əlindən almağa çalışdıqda hə-
min şəxs səs-küy salmağa başladı. Sonra anasını çağırdı, 
qadın da gəlib bizi təhqir etdi”.
Təəccüblü  hadisələr  haqqında  məlumatların  planet 
üzrə əsas ixracatçısına çevrilmək üçün tarixi fürsət dü-
şüb əlimizə. 
Bu fürsətdən yararlanmaq lazımdır məncə. 
Nə deyirsiniz? 
www.avciya.az
7 noyabr 2013-cü il 


122
NYUSMEYKER BALABƏY
Böyük  şair  Corc  Noel  Qordon  Bayron  (1788–
1824)  “Çayld  Haroldun  səyahətləri”  poeması  işıq  üzü 
görər-görməz, böyük futbolçu Lionel Messi isə 2006/07 
mövsümünün  oyunlarından  birində,  “Real”ın  qapısın-
dan dalbadal 3 top keçirəndən, futbol dili ilə desək, xet-
trik edəndən dərhal sonra məşhurlaşıblar. 
Azərbaycanda məşhurlaşmaq üçün nə dahiyanə po-
ema yazmaq lazımdır, nə də bir oyunda 3 qol vurmaq. 
Azərbaycanda  məşhurlaşmaq  üçün  Balabəy  olmaq 
kifayətdir.
Balabəyi az qala hamı tanıyır. Və bu şəxs Bayron, ya 
da Messi kimi milyonların sevimlisinə çevrilə bilməsə 
də,  məşhurlaşa  bilib.  Əminlik  hissi  ilə  deyirəm  ki,  bu 
adamı təkcə doğulub boya-başa çatdığı rayonda deyil, 
bütün bölgələrdə tanıyırlar. 
Özü də təkcə respublikamızın bölgələrində yox. 
Bu şəxsin başına gələnlər haqda məlumatların post-
sovet məkanına səpələnmiş və Azərbaycanda baş verən 
əhəmiyyətli,  necə  deyərlər,  taleyüklü  məsələlərlə  per-
manent  olaraq  maraqlanan  həmyerlilərimizə  operativ 
şəkildə çatmadığını düşünmək ən azı sadəlövhlük olardı. 
Təsəvvür edin, yuxarıda adı çəkilən şəxs, yəni Bala-
bəy son bir neçə gün ərzində düz 3 dəfə diqqəti çəlb edə 
bilib. 
Əvvəlcə məmləkətimizin dilbər güşələrindən birində 
yerləşən şadlıq sarayında baş tutmuş toy məclisində bəy 
qismində iştirak etdikdən dərhal sonra gəlinin qaçması 
ilə.


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə