Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   18   19   20   21   22   23   24   25   26

123
Hadisədən 3-4 gün sonra verdiyi açıqlama ilə. APA 
TV-yə  verilmiş  açıqlamadan  aşağıdakı  cümlələr  xüsu-
silə yaddaqalan, həm də ibrətamizdir: “ Özümə qız da 
tapmışam.  Məhərrəmlikdən  sonra  evlənəcəyik.  Bilir-
siniz  keçmişi  keçmişdə  buraxdım. Yeni  həyata  davam 
edirəm.”
Və nəhayət, sözü gedən toydan bir həftə sonra yeni 
addımla. Noyabrın 11-də qafqazinfo.az Balabəyin “heç 
nəyə baxmayaraq” yenidən evlənmək üçün qız qaçırma-
sı ilə bağlı məlumat yayıb. 
Elə həmin xəbərdə Balabəyin ailə üzvlərinin “polis 
şöbəsinə müraciət edərək bu biabırçılığa son qoyulma-
sı üçün araşdırma aparılmasını və onlara dəyən maddi 
ziyanın ödənilməsini tələb edəcəkləri” bildirildi. Bala-
bəyin  yaxınları  toy  məclisinin  keçirilməsi,  qızıl-zinət 
və geyim əşyalarının alınması üçün xərclədikləri 8 min 
manat  pulun  verilməsini,  sonra  isə  qızın  ailəsinin  bəy 
evindən cehizlərin aparılmasını istədiklərini deyiblər. 
Buna deyərlər nyusmeykerlik. 
Özü də ən yüksək dünya standartlarına müvafiq tərz-
də.
www.avciya.az
12 noyabr 2013-cü il 


124
AA
Bir neçə il bundan qabaq məlum oldu ki, bu dünyada 
atipik, yəni tipik olmayan pnevmoniya da varmış. Üstə-
lik, bu tipik olmayan pnevmoniya adi, tipik pnevmoni-
yaya baxanda daha əziyyətli xəstəlik imiş...
Mənə  elə  gəlir  ki,  hər  bir  tipik  sayıla  biləcək  azər-
baycanlı atipik olmağa, yəni atipik azərbaycanlıya (AA) 
çevrilməyə cəhd etsə, bu həmin şəxsin iqtisadi səciyyəli 
problemlərini xeyli azalda bilər. Bu isə, Tarif Şurasının 
vaxtında verilmiş, əslində isə ola bilsin bir qədər gecik-
miş, humanist və düşünülmüş, müdrik, tarixi, əlamətdar, 
yaddaqalan qərarından sonra yerinə düşməyə bilməz. 
Beləliklə, tipik sayıla biləcək azərbaycanlı atipik ol-
maq istəyirsə hökmən müəyyən addımlar atmalıdır. Və 
bu  addımlardan  ən  mühümü  əlbəttə  ki,  həmin  şəxsin 
nəqliyyat vasitəsi ilə bağlı olmalıdır.
Şirinliyi ilə seçilməyən təcrübə göstərir ki, tipik sa-
yılmağa haqqı çatan azərbaycanlı hökmən şəxsi nəqliy-
yat vasitəsi almağa çalışır, buna nail olmayanda ruhdan 
düşür, kədərlənir, hətta az qalır pnevmoniyaya düçar ol-
sun. Maşın alıb Mustafa Sandalın illər öncə həvəslə oxu-
duğu mahnının (yəni şarkının) qəhrəmanına çevriləndə 
isə, elə-belə araba (yəni avtomobil) sahibi olmaq istə-
mir. İstəyir ki, maşını yepyekə olsun. Piyadaların Döyüş 
Maşınından yalnız müqayisəyəgəlməz komfortu ilə se-
çilsin. Və sadalananların məntiqi nəticəsi olaraq, həmin 
maşının benzini su kimi içməsi, hətta udması ilə barışır. 
Atipik azərbaycanlı olmaq istəyən şəxs kiçiklitrajlı, 
hərbi texnika ilə bəhsə girmək iqtidarında olmayan av-


125
tomobil almalıdır. Əlbəttə, yuxarıda yetərincə vəsf edil-
miş qərardan sonra maşın almaq hələ də aktual sayıla 
bilərsə...
Bir güllə bahar olmur. Və ən yığcam avtomobil belə 
həyati vacib qənaət məsələsində bütün problemləri çözə 
bilməz. Odur ki, atipik azərbaycanlı olmaq qərarından 
dönmək istəməyən şəxs hökmən öz ad gününü, toyunun 
növbəti  ildönümünü,  övladlarının  xeyir  işini  və  eyni 
dərəcədə əhəmiyyətli sayılacaq digər şadyanalıq məra-
simlərini mötədil qaydada (oxu: az xərclə) keçirməlidir.
Atipik azərbaycanlı mənzilinin təmir məsələsində də 
tipik  azərbaycanlının  istifadə  etdiyi  müasir  inşaat  ma-
teriallarından, ən əsası isə son texnologiyalardan uzaq 
qaçmalıdır.
Bu siyahını atipik azərbaycanlı, yəni AA olmağa qə-
rar vermiş adamlar özləri uzada bilərlər. 
www.avciya.az 
5 dekabr 2013-cü il 


126
ERMƏNİ DİLLİ AZƏRBAYCAN KİTABI 
HAQQINDA YAZI 
Şamaxının millət vəkili, Avronest Parlament Assamb-
leyasında  Azərbaycan  nümayəndə  heyətinin  rəhbəri 
Elxan Süleymanovun 2012-ci ildə “Milli Məclis” jurnalı-
na verdiyi müsahibədən aşağıdakı iqtibasa diqqət yetirək. 
“Avronest PA-nın Bakı sessiyası ərəfəsində Heydər Əli-
yev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) 
nəfis tərtibatda “Tarixi Azərbaycan dövlətləri” kitabını 
nəşr etdi. Kitab Azərbaycan və ingilis dilləri ilə yanaşı, er-
məni, gürcü, moldav və Ukrayna dillərində də nəşr edildi. 
Kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş 
dövlətlər  haqqında  qısa  məlumatlarla  yanaşı,  onların 
əhatə etdiyi əraziləri əks etdirən xəritələr də verilib.
Təvazökarlıqdan  kənar  səslənə  bilər,  amma  demə-
liyəm ki, bu nəşrin ideya müəllifi mənəm. Kitab əslində 
mötəbər qurumda təmsil olunan Şərq tərəfdaşlığı ölkələ-
rinin qanunvericilərinə tariximiz haqda məlumat vermək 
məqsədilə nəşr edilib. Bu isə heç kimi, o cümlədən Er-
mənistan nümayəndələrini narahat etməməli idi. Amma 
artıq aprelin 2-dən müxtəlif erməni saytlarında bu kitaba 
onun yaradıcı heyətinə qarşı hücumlar başladı. Mən bu 
saytlarda Ümummilli liderimizin zəngin irsini öyrənmək 
və təbliğ etmək kimi son dərəcə gərəkli missiyanı həyata 
keçirən Mərkəzin və “Tarixi Azərbaycan dövlətləri” ki-
tabının yaradıcı heyətinin ünvanına yazılan cəfəng fikir-
lər barədə danışmaq istəməzdim. Amma fakt faktlığında 
qalır. Ermənistan qanunvericiləri aprelin 2-də Bakıya gə-
lirlər və onlara bu nəşr təqdim edilir. Elə 2 apreldə də çe-


127
şidli erməni saytlarında Nikolay Melkumov adlı müəllifin 
şərhləri yerləşdirilməyə başlayır. Şərhə ehtiyac varmı?”
Melkumovkimilərin  erməni  əsatirlərini  çirkə  çıxaran 
həqiqətlərə dözümsüz yanaşması və bunların xüsusi ope-
rativlik nümayiş etdirmə imkanlarının genişliyi şübhə do-
ğurmur. Üstəlik, elə bu “mütəxəssis”lər ardıcıl fəaliyyət 
göstərirlər. Məsələn, elə həmin “Tarixi Azərbaycan döv-
lətləri” kitabı haqqında, kitab işıq üzü gördükdən il yarım 
sonra (!), 2013-cü ilin oktyabrında Ermənistanın “Yerkir” 
nəşri “Diaqnoz” adlı bir yazı dərc edir. Bu yazıda da Av-
ronest Parlament Assambleyasının 2012-ci ilin aprelində 
keçirilmiş İkinci Növbəti Sessiyası zamanı Melkumovun 
sərsəmləmələri təkrarlanır…
Bax belə. Ermənilik erməni dilində Azərbaycan kita-
bını həzm edə biləcək gücə malik deyil. Nə etməli oldu-
ğumuz bəllidir, deyilmi?
Və  sonda.  Erməni  “tarixçi”lərinin  yuxusunu  ərşə 
çəkən  “Tarixi  Azərbaycan  dövlətləri”  kitabı  ötən  il 
Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 
90 illik yubileyinə həsr etdiyi Birinci Ümumrespublika 
“Kitab  sənəti”  müsabiqəsinin  xüsusi  diplomuna  layiq 
görülüb.
www.1905.az
23 may 2014-cü il 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə