Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   18   19   20   21   22   23   24   25   26

128
8.8.8 və …
12-ci  ilin  21  fevralında  Canik  Fayziyevin  çəkdiyi 
“Səkkizincinin avqustu” filmi Rusiya ekranlarına çıxdı. 
Növbəti 23 fevral bayramı ərəfəsində belə bir film kassa 
uğuru qazana bilərdi. Ən azı rus silahının növbəti qələ-
bəsi ilə nəticələnmiş  5 günlük Rusiya-Gürcüstan müha-
ribəsindən bəhs etdiyinə görə…
Fayziyevin filmi kassa uğuru qazana bilmədi. 20 mil-
yon dollara başa gəlmiş filmin prokatı xərclənən vəsaitin 
yalnız yarısını qaytarıb.
O ki, qaldı 8-ci ilin 8-ci ayının 8-ci günündə başlan-
mış müharibədən sonrakı mərhələdə Abxaziya və Cənu-
bi Osetiyanın payına düşən uğurlara, burada da vəziyyət 
ürəkaçan deyil.
Bu iki “respublika”nı  hələlik yalnız Rusiya,  Nika-
raqua, Venesuela və Nauru Respublikası (!) tanıyıb.
Hər iki “dövlət”in “iqtisadiyyat”ı Rusiyanın sayəsin-
də  mövcuddur.  Cari  təqvim  ilinin  əvvəllərində  Dmitri 
Medvedev 2014-cü ildən etibarən 3 il ərzində Moskva-
nın Abxaziyaya və Cənubi Osetiyaya ümumilikdə 6 mil-
yard rubl ayıracağı ilə bağlı sənədə imza atıb.
Biz sözlə, bu “respublika”lar nə siyasi çəkiyə malik 
deyillər, nə də iqtisadi. Necə deyərlər, gəlir-filan yoxdur. 
Olan gəlir də təqribən belə olur. Məsələn, 2013-cü ildə 
Cənubi Osetiyanın büdcəsində  4,7 milyard rublluq gəlir 
nəzərdə tutulurmuş. Elə həmin il, Rusiya bu tanınmayan 
təsərrüfata 4,2 milyard pul xərcləməli olub…
Siyasi və iqtisadi potensialı  sıfır həndəvərində var-
gəl  edən  bu  qondarma  respublikalar  Rusiyanın  nəyinə 


129
lazımdır axı? Və yaxud, “bəs yaxşı, Məşədi İbadın nəyi 
və harası Rüstəm bəyə xoş gəlib ki, əziz qızı, madmazel 
Gülnazı ona ərə verir?”
Bu suala cavab tapmaq elə də çətin deyil.
İyun  ayının  sonlarında  Cənubi  Osetiya  “Donetsk 
Xalq Respublikası”nı tanıyıb.  Özü də bu məsələ ilə bağ-
lı qərar “respublika”nın “Təhlükəsizlik Şurası” adlandı-
rılan qurumunda müzakirələrdən sonra verilib.
Görünən budur ki, düz 6 il bundan əvvəl başlanmış 
5 günlük müharibədən sonra, cin şüşədən çıxıb. Bu cini 
yenidən tutub zərərsizləşdirmək və şüşədəki yerinə qay-
tarmaq vaxt alacaq.
Amma, müvafiq təhlükəsizlik tədbirlərimiz preventiv 
olaraq həyata keçirilməlidir.
İnanıram ki, elə keçirilir də.
www.1905.az
8 avqust 2014-cü il 


130
ANTONYAN, NAZARETYANLAR, 
OVANNİSYAN VƏ DERLUQYAN 2008-ci İLDƏ 
Bir neçə il bundan əvvəl Rusiyada Humanitar Təhsil Uni-
versiteti Federal Cəzaçəkmə Xidmətinin Hüquq və İdarəet-
mə Akademiyası ilə birlikdə kompleks tədqiqat həyata keçi-
rib. Bu tədqiqatda terror cinayətlərinin motivasiya məsələləri 
ilə bağlı yeni unikal nəzəri və empirik materialların yer aldığı 
söylənilir.
2  kitab  nəşr  edilib  bu  tədqiqatın  materialları  əsasında. 
2006-cı ildə “Etnik dini terrorizm”, 2008-ci ildə isə “Etnik 
dini terrorizmin təbiəti” kitabları. Hər iki kitab hüquq elmləri 
doktoru, professor  Antonyanın redaktəsi ilə işıq üzü görüb.
2008-ci ildə Moskvada amerikalı psixoloq Arlin Oderqo-
nun  “Müharibə”  mehmanxanası.  Silahlı  münaqişələrin 
psixoloji dinamikası” kitabı çap edilib. Kitabın elmi redakto-
ru Rusiya Elmlər Akademiyasının  Şərqşünaslıq İnstitutunun 
baş elmi işçisi,  professor  Akop Nazaretyandır. Rus dilinə 
tərcüməni isə həmçinin Nazaretyan soyadını daşıyan 2 nəfər 
həyata keçirib.
Yenə də 2008-ci ildə  “Territoriya buduşeqo”  Nəşriyyat 
evi Uilyam Mak-Nil adlı məşhur müəllifin “Qüdrət uğrun-
da. “XI- XX əsrlərdə texnologiya, silahlı qüvvə və cəmiyyət” 
adlı kitabını nəşr edib. Kİtab nəşriyyatın “Aleksandr Poqo-
relskinin universitet kitabxanası” seriyasında işıq üzü görüb. 
Rus dilinə tərcümə Tiqran Ovannisyanındır. Ön sözü Çikaqo-
dakı Nordvestern Universitetindən Georgi Derluqyan yazıb.
Vəssalam.
www.1905.az
2 dekabr 2014-cü il 


131
MİNA VƏ DİVAR 
Vaxt  vardı  Türkiyə  ilə  Suriya  sərhəddi  dünyada  ən 
yaxşı qorunan sərhədlərdən biri idi dünyada.
Çünki Ankara təhlükəsizliyini qorumaq və qaçaqçı-
lığı önləmək üçün 1952-ci ildən etibarən Suriya sərhə-
dindəki əkin-biçin torpaqlarında 3,5 milyon dönümlük 
(1 dönüm – 0.1 hektardır) ərazidə eni bəzən 1 kilometrə 
çatan minalı şərid yaratmışdı.
2003-cü ildə Türkiyə Ottava müqaviləsini imzaladı.
Və 2003-cü ildə məlum oldu ki, 51 il ərzində sərhəd 
kəndlərində yaşayan 3 min adam qolunu ya da qıçını iti-
rib bu minalı şəriddə. Və elə 2003-cü ildə, Hafiz Əsə-
din ölümündən 3 il sonra 51 yaşlı şəridin ləğvi məsələsi 
gündəmdə idi. Məlum olmuşdu ki, minaların təmizlən-
məsi bu bölgənin kənd təsərrüfatı potensialını əhəmiy-
yətli dərəcədə artıra bilər. 350 000 hektarlıq əkin sahəsi 
zarafat deyil axı.
Üstəlik, minalı şəridin öz missiyasını tam yerinə ye-
tirə bilməməsi ilə bağlı fikirlər səslənməyə başlamışdı. 
Heç  demə  iki  ölkənin  sərhədində  basdırılmış  600  000 
mina öz işində imiş, qaçaqmalçılar da öz işində. Suri-
ya ilə sərhəddə 2 (!) Kipr adası boyda əkinə yararlı tor-
paqların uzun illər istifadəsiz qalmasının vurduğu zərər 
haqqında çox danışmaq olar. Üstəlik, bu minalar təkcə 
Suriya ilə sərhəddə basdırılmayıb axı.
2013-cü ilin mayında Türkiyənin müdafiə naziri İs-
mət Yılmaz 1 150 297 kvadratmetrlik ərazinin minalar-
dan təmizlənməsi barədə açıqlama verib 10 951 minanın 
zərərsizləşdirildiyini dedi. Və qeyd etdi ki, 2004-2011-


132
ci illərdə 204 türk hərbçisi minaların partlaması üzündən 
həlak olub, 742 hərbşi isə yaralanıb.
Ottava müqaviləsinə görə Türkiyə ötən ilin 1 martına 
qədər öz ərazisində torpağa basdırılmış minaları təmiz-
ləməli idi… Bu gün Türkiyə Suriya ilə sərhəddə beton 
divar tikməkdədir. 7 tonluq beton bloklar yan-yana dü-
zülür.
Üstəlik, divarlar Avropada da hörülür.
Baş verənlər Fultonda Baltik dənizindən Adriatik də-
nizə qədər (Ştettindən Triyestə kimi) uzanan “dəmir pər-
də”dən danışan Uinston Çörçillin sağlığında yaşansay-
dı, ingilis siyasətçisi bu divarlara nə ad verərdi görəsən?
www.1905.az
4 dekabr 2015-ci il 


133
HANI BİZİM SİMONİNO SİMONİNİ? 
Umberto  Ekonu  hamı  tanıyır.  Hər  halda,  onu  tanı-
maq, oxumaq və ondan öyrənmək istəyən adamların ha-
mısı bu italyan yazıçısının yaradıcılığından xəbərdardır. 
O  ki  qaldı  onu  tanımaq  istəməyənlərə,  onlar  bəlkə  də 
heç nə itirməyiblər…
Umberto Ekonu oxumaq əslində asan deyil, onun 1-2 
il əvvəl işıq üzü görmüş “Praqa məzarlığı” adlı 6-cı ro-
manının mütaliəsi isə azərbaycanlı üçün az qala əzabve-
rici ola bilər.
Niyə?
Ona görə ki, Umberto Ekonun 6-cı romanında anti-
semitizm  məsxərəyə  qoyulur.  Və  Simonino  Simonini 
adlı bir personajın  yəhudilərə qarşı törədilmiş dəhşətli 
soyqırım aktlarına rəvac verən “sənəd”ləri hazırlaması, 
həqiqətləri saxtalaşdırması haqqında danışılır.
Üstəlik, Ekonun təxəyyülünün məhsulu olan Simoni-
ni bunu real tarixi şəxsiyyətlərlə təmasda ola-ola (əlbəttə 
ki, romanın səhifələrində) edir.
Və yəhudilərə nifrət edən Simonini  fransızların da, 
almanların  da,  italyanların  da  düşmənidir.  “Sion  müd-
riklərinin protokolları”nı uydurduğu iddia edilən Simo-
nini az qala bütün insanlara nifrət edir.
Bu kitabı oxumaq niyə bizim üçün əziyyətli olmalı-
dır?
Ona  görə  ki,  dünya  ədəbiyyatında  azərbaycanlılara 
qənim kəsilmiş iyrənc erməni millətçisi obrazı yoxdur 
və ola bilsin heç olmayacaq da. Və bu vahiməli boşluğun 


134
əslində bizim üçün nə qədər təhlükəli olduğunu “Praqa 
məzarlığı”nı oxuyanda çox aydın təsəvvür etmək olar…
Yəhudi  xalqına    qarşı  törədilmiş  dəhşətli  soyqırımı 
hamı pisləyir. Ağlı başında olan adamların hamısı holo-
kostun  bəşəriyyət  əleyhinə  misli-bərabəri  görünməmiş 
cinayət  olduğunun  fərqindədirlər.  Buna  baxmayaraq, 
ola bilsin unutmağa meylli adamları məlumatlandırmaq 
məqsədilə Simonino Simoninilər – təkcə yəhudiləri de-
yil, bütün insanları yer üzündən silmək niyyətli “qəhrə-
man”lar yaradılır…
Təcrübə məqsədilə 13 yaşlı azərbaycanlı uşağın də-
risini  diri-diri  soyub  onun  neçə  dəqiqə  yaşayacağını 
müəyyənləşdirən, üstəlik bu barədə öz kitabında (!) ya-
zan  Zori Balayan və onun kimi iyrənc erməni cəllladla-
rının obrazları da dünya  oxucusu üçün maraqlı ola bilər.
Dünyada az qala yeganə monoetnik dövlətin – tarixi 
Azərbaycan torpaqlarında yaradılmış Ermənistanın uzaq 
və yaxın tarixində o qədər belə personajlar var ki. Özü 
də Simoninidən fərqli olaraq tam real personajlar.
Bəs bu personajlar nə vaxt dünya ədəbiyyatına gələ-
cək? Bəlkə, bu personajları dəvət etmək lazımdır?
Necə bilirsiniz?
www.1905.az
7 yanvar 2016-cı il 


135
PUTİN MUXTAR 
Qahirədə yaşayan Muxtar soyadlı jurnalistin oğlu olub. Və 
ata oğluna Putin adını qoyub. Beləliklə, bu gündən etibarən 
Misirdə Putin adlı, Muxtar soyadlı bir körpə böyüyür…
Südəmər  Putinin  atasından  uşağa  niyə  Vladimir  adını 
qoymadığını soruşan tapılıb. Gənc ata sualı cavablandıraraq  
deyib ki, dünyada yüzlərlə Vladimir var, amma Putin cəmi bir 
nəfərdir. Bu cavabın orijinallığı və sərhəd tanımayan məntiqi 
yersiz sualı verən adamı təqribən “Putin atalı-analı böyüsün, 
toyuna gələk” parametrli  arzu səsləndirməyə məcbur edib.
Bu yaddaqalan hadisə haqqında xəbəri günorta vaxtı yayan 
fontanka.ru saytı hadisənin 12 saat əvvəl baş verdiyini qeyd 
edib. Demək, balaca Putin dünyaya ya Uşaqların Beynəlxalq 
Müdafiəsi Günündə gəlib, ya da bu günün astanasında.
Və Suriyanın Kobani şəhərindən olan 3 yaşlı Aylan Kür-
dinin cansız cəsədinin Bodrum çimərliyində aşkar edildiyi 3 
sentyabr 2015-ci il tarixindən 9 ay sonra….
Düzü bilmirəm, Aylanı xatırlayan varmı?
Böyük  Britaniyanın  Lesterşir  qraflığından  olan  4  yaşlı 
Madlen Makken 2007-ci ilin mayında Portuqaliyada, ailəsi 
ilə istirahət edərkən yoxa çıxdı. Madlenin axtarışları hələ də 
davam edir…
Xocalı soyqırımında 63 uşaq öldürülüb, 25 uşaq hər iki 
valideynini, 130 uşaq valideynlərindən birini itirib. 26 uşa-
ğın taleyi bu günə kimi məlum deyil.
Bəlkə doğrudan da düz eləyib Muxtar soyadlı qahirəli 
jurnalist?
Necə bilirsiniz?
www.1905.az
1 iyun 2016-cı il 


136
MARSA KİM UÇACAQ?
Tesla Motors və SpaceX adlı iki məşhur qurumun rəh-
bəri İlon Mask bildirib ki, onun kosmik kompaniyası artıq 
2025-ci  ildə  insanın  Marsa  uçmasını  təmin  edə  biləcək. 
Kosmik gəmi 2024-cü ildə yola düşəcək, 2025-ci ildə də 
çatacaq dördüncü planetə…
Əgər cənab Mask vədinə əməl edə bilsə, cəmi 9 ildən 
sonra Marsın “fateh”lərinin adları vaxtilə rəhmətlik Yuqi 
Qaqarinin adı çəkilən qədər hallandırılacaq…
İyunun 15-dən Azərbaycanda yay turizm mövsümünə 
start verilir.
“Bizim yol” qəzeti yazır ki, Xaçmaz rayonundakı Nab-
ran qəsəbəsində yerləşən “Palma” İstirahət Mərkəzinin nü-
mayəndəsi Azərbaycanda yay turizm mövsümünə start veril-
diyi gündən sonra qiymətlərin bahalaşacağını bildirib:  “Bir 
nəfər üçün yer 50 manatdır. İyunun 15-dən etibarən bu qiymət 
60 manata olacaq. Bu qiymətə yalnız səhər yeməyi daxildir. 
Gündə üç dəfə yemək bir nəfər üçün 100 manatdır. Mərkəzdə 
iki hovuz, attraksionlar və diskoteka fəaliyyət göstərir”.
Qəzetdə  ölkəmizin  başqa  gəzməli,  görməli  yerlərində 
istirahət etmə qiymətləri də var…
Batumifun.com saytı yazır ki, iyun ayında Gürcüstanın 
Batumi şəhərində bir insan 8 gün dincəlmək üçün cəmi 195 
dollar  ödəyə  bilər.  Qiymətə  aeroportdan  transfert,  oteldə 
yaşama, səhər yeməyi və Batumidə yaxtada axşam gəzin-
tisi xərcləri daxildir.
Görəsən İlon Mask kimi uçurdacaq Marsa?
Çox maraqlıdır.
www.1905.az
2 iyun 2016-cı il 


137
BANQLADEŞİN YAŞIDI
71-ci ildə anadan olmuşam.
1971-ci ildə. 
Ömrümün 46-cı ilini yaşayıram. Və yaş üstünə yaş 
gəldikcə həm də 60-cı illərin sonlarında və 70-ci illərin 
əvvəllərində bu fani dünyaya təşrif buyurmuş insanları-
mız haqqında düşünürəm. 
Mənsub olduğum nəsil haqqında.
Bu  nəslin,  həyatda  olanları  50-ni  aşırmağa  doğru 
gedən  nəslin  bəxtinin  gətirməməsi  haqqında  çox  eşit-
mişəm. Amma bilirəm ki, buna bənzər fikirlər az qala 
bütün nəsillər haqqında deyilib. Həm də ona görə ki, in-
san həyatı həmişə və əsas etibarilə itirilmiş imkanlardan 
ibarət olur...
Qorbaçovun  “perestroyka”  prosesi  başlayanda  biz 
yeniyetmə idik.
Berlin divarı uçurulanda mənim 18 yaşım vardı. (Çox 
sonralar, 2003-cü ildə birinci və yəqin ki, sonuncu dəfə 
Berlində oldum və məşhur divarın turistlərin şəkil çək-
dirmələri üçün saxlanılmış hissəsini gördüm. Həmin his-
sənin üzərində gərək ki, “Mersedes” ulduzlu “Trabant” 
şəkli vardı, bir də Leonid İliçlə Xonekkerin lazım ola 
biləcəyindən xeyli artıq həvəslə öpüşmələrinin şəkli.)
Sonra  da  20  yanvar  gəldi...Bakıda  deyildim. Təhsil 
aldığım uzaq Rusiya şəhərində Azərbaycan tələbələrinin 
yürüş-mitinqi də yadımdadır, 24 yanvarda Bakıya uçan 
boş  təyyarə  də. Və  köhnə  “Moskviç”  sürücüsünün  20 
yanvara keçən gecə baş verən dəhşətlərdən danışması, 
asfaltın üzərinə düzülmüş qərənfillər...


138
Müstəqil olduq! 
Üçrəngli  Bayrağımızın  başımız  üstə  dalğalanması 
qədər fərəhləndirici nə ola bilər? 
Müharibə  gedirdi.  Bakıdan  bir  neçə  yüz  kilometr 
qərbdə və həm də elə bil ayrı planetdə gedirdi bu mü-
harbə. 
Və insanların şəhid ölümü ilə dünyanı tərk etmələri 
başladı adiləşməyə.
Doğrudur, biz həyatdayıq. Amma şəhid məzarlarında 
uyuyan bizimkilər də çoxdur. 
Müharibə, indi ona bəzən Birinci Qarabağ müharibə-
si deyirlər, başlayanda bizimkilər 20 yaşın astanasında 
idilər. Və elə o yaşda da qalanlarımız oldu. Azərbayca-
nın çox yerində şəhidlərimizin uyuduğu xiyabanlar var. 
Başdaşlarındakı doğum tarixlərinə nəzər salsanız görə-
cəksiniz...
Mən də o yaşdayam...
Bu yaxınlarda Salman Rüşdinin “Gecəyarı doğulan-
lar” romanını oxudum və bildim ki, Banqladeş yaranan 
ildə doğulmuşam. 
Banqladeşin də çətinlikləri çoxdur. Bilməmiş olmaz-
sınız. Məsələn, Vikipediyada yazılıb ki, əhalisinin sayı-
na görə 8-ci yerdədir dünyada bu ölkə, ərazisinə görə də 
92-ci yerdə. Elə bu iki fakt öz-özlüyündə o qədər çətin-
liklərdən xəbər verir ki.
Arzular və imkanlar heç də həmişə üst-üstə düşmür. 
Rəhmətlik Qaydayın filmindəki tost yadınızdadır da? 
www.1905.az
1 avqust 2016-cı il 



140
“Banqladeşin yaşıdı”nın möcüzəsi .......................
Sonsuz maşın «şou»muz ......................................
Sürüşdürmə “epidemiya”sı başlasa ......................
Sosial liftiniz işləyir? ...........................................
“Kiçik toy”dan geçikmiş “reportaj” .....................
Toponimik təklif ...................................................
Mali malı ...............................................................
Metro “adam”ı .......................................................
Potensial poliqlotlar ölkəsi ................................... 
Kim kimdir? ......................................................... 
Rüşdikimilər .........................................................
Neoqarğışlar .......................................................... 
Doqquzmərtəbəli evin doqquzuncu mərtəbəsi .....
Gündüz müəllim üçün hədiyyə ............................
Nə Fukuyama haqlı çıxdı, nə də Hantinqton?! .........
Əvvəlcə digital-first, sonra da digital-only ............
7 ............................................................................
2500  metrlik  körpünün  imici  .............................
İtaliyada ildə bir dəfə, bizdə hər gün?! ...............
Yerin qiyməti ........................................................
Oğlanın evi varmı? .............................................. 
6 232 099 ...............................................................
Ağıllı adamlar necə pul qazanırlar ...................... 
Vaşinqton və Tomsk .............................................
Əskinas  məsələsi  ................................................. 
5
10
12
14
16
18
20
22
24
26
28
30
32
34
36
38
40
42
44
46
48
50
52
54
56
KİTABIN İÇİNDƏKİLƏR


141
58
60
62
64
66
68
70
72
74
76
78
80
82
84
86
88
90
92
94
96
98
100
102
104
106
108
110
Mübarizin  arzusu  ................................................ 
Feysbukabad  .........................................................
Kredit  tarixçəmiz  .................................................
Filip  Kirkorov  .....................................................
Perpetuum mobile ................................................ 
Hippokrat üçün tapmaca ......................................
Toy olsun, bayram olsun…...................................
Zəmanəmızın Staxanovu .......................................
Skaner  bolluğu  .....................................................
Uqo və Bəşər .........................................................
132 000 000  ..........................................................
Futbolçunun 23 yaşlı xanımının bilmədikləri ...... 
Nesbö və Myusso yoxluğu .................................. 
Gediş haqqı ...........................................................
Şeyx Nəsrullah – 2013 ........................................ 
“Opel”  sürücüsünün  qoçaqlığı  ........................... 
SMS xəbərləri ....................................................... 
“Dərsanə” nağılları ............................................... 
Manhettenə  doğru,  irəli?!  ...................................
Qarabağ arzuları ....................................................
Bizim  moydodırlar  ..............................................
154 - 66 = 88 .........................................................
Mənsur  odalar  ......................................................
“Cihad” kitabı və üzü tüklü gənc .........................
Balta ......................................................................
Status məsələsi .....................................................
Monopoliya  “oyun”u  ........................................... 


142
Bəşər və bəşəriyyət ..............................................
Oda  fiyatları  .........................................................
Salustiano Sançes-Blaskesin sirləri .....................
Peganum  harmala  və  inkişaf  .............................
İxracat  imkanlarını  artırmaq  imkanı  ..................
Nyusmeyker Balabəy ...........................................
AA .........................................................................
Erməni dilli Azərbaycan kitabı haqqında yazı ..... 
8.8.8 və … .............................................................
Antonyan,  Nazaretyanlar,  Ovannisyan  və 
Derluqyan  2008-ci  ildə  .....................................
Mina və divar  ......................................................
Hanı  bizim  Simonino  Simonini?  ........................ 
Putin Muxtar ......................................................... 
Marsa kim uçacaq? ..............................................
Banqladeşin  yaşıdı  ...............................................
112
114
116
118
120
122
124
126
128
130
131
133
135
136
137 



Fuad Babayev
BANQLADEŞİN YAŞIDI 
Məsul redaktor
Gündüz Nəsibov
Bədii redaktor 
Mətanət Babayeva 
Texniki redaktorlar
Təmkin Məmmədli
Dadaş Musayev 
Dizayn və səhifələnmə 
Elviz İsmayilov


Fuad Babayev 
1971-ci ildə Bakıda anadan olub. 
1992-ci ildə Sankt-Peterburq Dövlət Uni-
versitetinin fəlsəfə fakültəsini bitirib. 
Siyasi elmlər üzrə fəlsəfə doktorudur. 
2015-ci ildə “Əməkdar jurnalist” fəxri 
adına layiq görülüb. 
fuadbabayev@rocketmail.com
BANQLADEŞİN 
YAŞIDI

Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə