Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   2   3   4   5   6   7   8   9   ...   26

23
bütün imkanlarından tam faydalanaraq qatara minən və 
qatardan düşən insanların işini maksimal dərəcədə ən-
gəlləyir. Onun üzündə bir qayda olaraq özündənrazılığı 
ifadə edən təbəssüm, bəzən də qeyzli, həm də saymaz-
yana ifadə olur.
Metro  “adam”ı  qatara  minərkən  qapılar  açılar-açıl-
maz içəri dürtülməyə çalışır. Bu zaman onun qatardan 
düşmək  niyyətli  adamları  qabaqlamaq  istəməsi  aydın 
hiss olunur.
Metro “adam”ı eskalatorda da özünəməxsus davranış 
sərgiləyir. Burada da onun əsas məqsədi digər sərnişin-
lərin hərəkətinə mane olmaqdır.
Yuxarıdakı  hərəkətləri  həvəslə  icra  edən  metro 
“adam”ı populyasiyasının yaş strukturu barədə birməna-
lı söz demək çətindir. Şəxsən mən müşahidələr zamanı 
ən müxtəlif yaşlı metro “adam”larına rast gəlmişəm. 
Belə. Siz də diqqətli olun, müşahidə edin. Kim bilir, 
bəlkə siz də buna bənzər kəşf edib adınızı elm tarixinə 
əbədilik yaza bildiniz? 
www.avciya.az
31 yanvar 2013-cü il 


24
POTENSİAL POLİQLOTLAR ÖLKƏSİ 
1999-cu ildə dəyərli yazar Azər Həsrətin sayəsində 
və  elə  onunla  birlikdə  İspaniyaya  getmişdik.  Repdən 
və  həm  də  meyxanadan  çox  uzaq  olan  Xose  adlı,  Or-
teqa-i-Qasset soyadlı ispan filosofun adını daşıyan fon-
dun tədbirində iştirak edirdik. İspaniyaya ilk və çox gü-
man ki, həm də son səfərimdən yadımda qalan məqam-
lardan biri haqqında danışacağam. 
Deməli, biz ispan yeməkxanasına varid oluruq və hə-
min yeməkxananın ispan əsili olduğu şübhə doğurma-
yan işçisinə müraciət edirik. Və həmin şəxs Azər müəl-
limin elə o zamanlar da çox yaxşı olduğu aydın sezilən 
ingiliscəsini  başa  düşmək  istəmir.  Əslində  çox  güman 
ki, başa düşür. Amma özünü elə göstərir ki, guya başa 
düşmür. Heç demə, orta statistik ispan öz ölkəsində ixti-
yari əcnəbi ilə başqa dildə danışmağı bir növ Servante-
sin dilinə sayğısızlıq kimi dəyərləndirirmiş. İspanlar hər 
vəchlə öz dillərində danışmağa çan atırlarmış. 
Bu çoxdan unudulmuş kiçik səfərin bir epizodudur. 
Amma  mərc  gəlməyə  hazıram  ki,  Biləcəri  sərhəddini 
heç  olmasa  bir  dəfə  keçmiş  hər  kəsin  arxivində  buna 
bənzər epizodlar olmamış deyil. Demək olar ki, hər yer-
də hamı ilk növbədə və əsasən öz dilində danışır. 
Biz  fərqliyik.  Zənnimcə  biz  az  qala  həmişə  və  az 
qala hamılıqla bu məmləkətin qonaqlarını öz dillərində 
dindirmişik. Ən azı sidq ürəklə çalışmışıq ki, bunu edə 
bilək. Səy göstərmişik. Səyimiz hədər getməyib. Maşal-
lah, xeyli rus, ingilis, hətta alman, fransız, lap elə ispan 
dilli adamlarımız var. Və bu çox sevindirici haldır. Təəs-


25
süf doğuran ana dilini mükəmməl bilmənin məziyyətlər 
sırasından çıxması, bəlkə də çıxarılmasıdır. 
İxtiyari CV (bu tərcümeyi-halın təzə adıdır, insafən 
elə də pis səslənmir) əslində ilk növbədə sahibinin xari-
ci dillər sahəsində biliklərini vurğulayan sənədə çevrilib 
desək, yanılmarıq. Və bu ölkədə nə qədər valideyn öz 
övladına permanent iş axtarışı prosesində “ingilis dili-
ni  “semişka”  (yəni  qovrulmuş  günəbaxan  tumu)  kimi 
çırtlayır, rus dili, türk dili də heç də, onlar öz yerində ” 
məzmunlu reklam mətnindən istifadə edir? Bu sualı heç 
Statistika Komitəmiz də cavablandıra bilməz. İnanın.
www.avciya.az
1 fevral 2013-cü il 


26
KİM KİMDİR? 
Kimin  kim  olduğunu  bilməkdən  çətin  nə  var?  Min 
illərdir ki, ən ağıllı adamlar bu sual üzərində baş sındı-
rırlar. Amma hələ də ortada bir şey yoxdur və bu fani 
dünyada kimin kim olduğunu heç kim, ya da demək olar 
ki, heç kim bilmir. Və əlbəttə mən də bilmirəm. Bir çox 
müasirlərimdən  fərqli  olaraq  özümü  dərin  zəka  sahibi 
hesab etmədiyimdən mən belə çətin sualları cavablan-
dırmağa çalışmıram da. 
İndi məni düşündürən sual əslində elə də mürəkkəb 
sual deyil. Məni “sənət dünyası”na məşhur “Playboy” 
jurnalı  üçün  maraqlı  şəkillər  çəkdirməklə  gələn  Kim 
Qardaşyanın  kim  olması  maraqlandırır.  Doğrudan  da, 
Kim kimdir?
Kim Qardaşyan əslində yarıçılpaq şəkilləri və birmə-
nalı qarşılanmayan video görüntüləri sayəsində məşhur-
laşmış hollivudludur. Bu şəkillərlə və video görüntülərlə 
bağlı vəziyyət o yerdədir ki, hətta erməni ictimaiyyəti 
belə  bu  şəxsin  hərəkətlərini  təqdir  etmir.  Aznavurun 
başına and içən ermənilərin bir çoxu ondan daha məş-
hur olan Qardaşyanı bir növ “ermənilərin papağını yerə 
soxduğuna görə” qəbul etmək istəmir. Və Kim bundan 
əsla qayğılanmayıb özünün sosial şəbəkələrdən birində-
ki mirobloqunda yazır: “Gəlin hamımız birləşək və er-
mənilərin  genosidi  nəticəsində  öldürülmüş  1,5  milyon 
adamı xatırlayaq.”
Və yaxud, öz şəklini “Kosmopolitan” jurnalının türk 
versiyasının  qondarma  erməni  genosidi  qeyd  olunan 
ayda çıxan sayında, (əlbəttə ki, üz qabığında) görəndə, 


27
əməlli-başlı əsəbiləşir və s.
Bax belə. İndi gəl Kimin kim olması ilə bağlı sualı 
birmənalı cavablandır görüm, necə cavablandırırsan? 
İstəyirəm bir məqama da toxunum.
Xocalı  soyqırımının  növbəti  ildönümü  yaxınlaşır. 
Fevralın 26-da məşum soyqırım aktının 21-ci ildönümü 
qeyd olunacaq.Vəhçicəsinə qətlə yetirilmiş 613 soydaşı-
mızın ölümündən 21 il keçir az qala. 63 uşaq, 106 qadın, 
70 qoca öldürülüb 1992-ci ilin 26 fevralında.
Xocalı  Qətliamının  tanınması  məqsədilə  Ağ  Evin 
rəsmi veb səhifəsində bir petisiya yerləşdirilib. Bu Xo-
calı petisiyasıdır. www.diaspora.az saytına girib bu pe-
tisiyaya səs vermək olar. Fevralın 25-nə qədər 100 000 
adamın  səs  verməsi  lazımdır.  Bu  yazını  yazanda  yenə 
də həmin sayta girib baxdım. Təqribən 90 000 səsimiz 
çatışmır...
www.avciya.az
5 fevral 2013-cü il 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə