Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   2   3   4   5   6   7   8   9   ...   26

28
RÜŞDİKİMİLƏR
İndiyə qədər xeyli kitab oxumuşam. Təəssüflə, həm 
də  ürək  ağrısı  ilə  etiraf  edirəm  ki,  oxuduğum  kitabla-
rın bir çox məqamları yadımda deyil. Məsələn, dördün-
cü, ya da beşinci sinifdə oxuyanda “Necə oldu ki, Pyer 
Duş məşhurlaşdı” adlı hekayələr kitabını oxuduğum ya-
dımdadı. Həmin kitabda müxtəlif xarici yazıçıların he-
kayələri toplanmışdı. Və bu hekayələrdən biri də Pyer 
Duş  adlı  rəssamın  məşhurlaşmaq  üçün  istifadə  etdiyi 
fənddən bəhs edirdi. İndi bu sətirləri yazanda həmin ki-
tabın cildi gözlərim önündə canlanır. Amma adı və soya-
dı yaddaşımda ilişib qalmış hekayə qəhrəmanının məhz 
necə məşhurlaşdığını xatırlamıram. Yaş üstünə yaş gəl-
dikcə belə hallar olur və yəqin ki, elə olmalıdır da. 
Amma ədəbiyyat dünyası ilə bağlı unuda bilmədiyim 
məsələlər də var. Məsələn, “Necə oldu ki, Salman Rüşdi 
məşhurlaşdı” adlı “hekayə” yazmaq istəyən tapılsa, mən 
həmin şəxsi məlumatlandırmağa hazıram. Üstəlik, bunu 
məndən qat-qat hazırlıqlı olan saysız-hesabsız ədəbiyyat 
biliciləri də edə bilərlər. 
Xatırladım  ki,  Hindistan  mənşəli  Britaniya  yazıçısı 
Salman  Rüşdi  1988-ci  ildə,  “Şeytan  ayələri”  ilə  məş-
hurlaşıb. Daha doğrusu, bu kitabı yazdığına görə İranda 
onunla bağlı çıxarılan fətvadan sonra... Əslində, bu yazar 
dünya müsəlmanlarının qəzəbinə səbəb olan kitabı işıq 
üzü görənə qədər də kifayət qədər məşhur idi. Amma, 
“O olmasın, bu olsun”un personajlarından birinin təbi-
rincə desək, “bir o qədər də yox”. Rüşdinin qalaq-qalaq 
mükafatlar, diplomlar almağa başladığı mərhələ 1988-ci 


29
ildən başlayır. 1981-ci ildə Buker ala bilmiş Rüşdi məhz 
“Şeytan  ayələri”ndən  sonra  hamının  tanıdığı  yazıçıya 
çevrildi. 
Mərc gəlməyə hazıram ki, Rüşdinin “uğur”unu tək-
rarlamağa  qadir  və  hazır  istənilən  sayda  babat  yazıçı 
tapmaq  olar.  Özü  də  bu  təkcə  Rüşdinin  “uğur”u  deyil 
axı.  Opxan  Pamuka  Nobel  sevincini  yaşadan  amillər 
sırasında onun yumşaq desək mübahisəli açıqlamaları-
nın rolunu danmaq çətindir. Diqqət yetirin, 2005-ci ildə 
fevralında  Pamuk  İsveçrənin  «Das  Magazin»  nəşrinə 
məşhur müsahibəsini verir. Cəmi il yarımdan sonra, o 
ən nüfuzlu ədəbiyyat mükafatını alır. 
Bu qədər. Təsdiqlənməmiş məlumatlara görə rüşdiki-
milər ailəsinə daxil olmaq üçün qapılar açıqdır. Vicdanın 
nəfəsliyini bağlaya bilmiş yazarların üzünə. 
www.avciya.az
5 fevral 2013-cü il 


30
NEOQARĞIŞLAR 
Dünya fırlanır. Və dəyişir. Durmadan fırlanan və təq-
ribən həmin sürətlə də dəyişən dünyada həmişə yenilik-
lərə ehtiyac duyulur. Heç olmasa sözdə. Odur ki, mənim 
dövriyyəyə yeni qarğışlar, bəli, bəli, qarğışlar buraxmaq 
istəyimi  sadəcə  olaraq  zəmanə  ilə  ayaqlaşmaq  cəhdi 
kimi dəyərləndirmənizi xahiş edirəm.
Əvvəlcə köhnə qarğışlarımıza nəzər salaq. Məsələn, 
Hacı  Qara  öz  biznes  partnyorlarının  arxasınca  söy-
lənərək deyirdi: “Evin dağılsın çit satan! Qapın çırpılsın 
şilə verən!” - və nəhayət. - “ Çadra verən, səni görüm 
heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın 
qazancın yemiyəsən!” Kifayət qədər təsirli, reallaşacağı 
təqdirdə çox pis fəsadlar verə biləcək fikirlərdir. Və bu 
sözlər böyük Axundovun 1852-ci ildə qələmə aldığı ko-
mediyanın personajının dilindən səslənir. Təbii ki, Hacı 
Qaranın qarğışları yumşaq desək köhnəlib və bu günü-
müzlə tam səsləşmir. 
Və  yaxud  Leonid  Qaydayın  1968-ci  ildə  çəkdiyi 
“Brilyant  əl”  filminə  nəzər  salaq.  Anatoli  Papanovun 
qəhrəmanının “səni görüm təkcə məvaciblə dolanasan” 
qarğışı  onda  sovet  azərbaycanlıları  üçün  təsirli  olub. 
Amma bu gün həmin qarğışın da aktuallıq dərəcəsi aza-
lıb və xalqımızın böyük hissəsi bunu təsdiqləyə bilər. 
Əgər qarğışlar köhnəlibsə, onları yenilərilə əvəz et-
mək  lazımdır.  Özü  də  velosiped  icad  etmədən.  Köhnə 
qarğışlara bir balaca əl gəzdirib yenidən xeyli müddət 
istifadə etmək olar.
Məsələn,  Hacı  Qaranın  çit  satanın  evinin  dağılma-


31
sı ilə bağlı səsləndirdiyi qarğışa zəruri əlavə edib onu 
maksimal dərəcədə müasirləşdirə bilərik. Deyək ki, bu 
formada: “Evini dağıdalar və sənə verilən kompensasiya 
ilə özünə təzə ev ala bilməyəsən!”
Etiraf edin ki, bu daha qüvvətli, bir növ adamın yeddi 
qatından keçən bir qarğışdır. Doğrudur, bir qədər uzun-
dur. Amma bu da problem deyil. Məsələn, belə də demək 
olar: “Evini dağıdalar və sən evsiz qalasan!” Onsuz da 
hamıya məlumdur ki, ilin-günün bu vaxtında evlər niyə 
dağılır və evi dağılan hansı səbəbdən təzə ev ala bilmir. 
Beləliklə,  xalqımızın  əsrlərlə  formalaşdırdığı  qar-
ğışlar xəzinəsi xeyli dərəcədə köhnəlsə də, bərpa edilib 
yenidən qədirbilən insanlarımızın ixtiyarına verilə bilər. 
Qoy ürəkləri istəyən qədər istifadə etsinlər.
www.avciya.az
6 fevral 2013-cü il 


32
DOQQUZMƏRTƏBƏLİ EVİN 
DOQQUZUNCU MƏRTƏBƏSİ
Doqquzmərtəbəli  evin  doqquzuncu  mərtəbəsində 
yaşamaq  xoşbəxtliyi  hamıya  nəsib  ola  bilməz.  Ən  adi 
hesablama əməliyyatı göstərir ki, “sovetin yaxşı vaxtı” 
Kiyevdə  və  ya  Leninqradda  layihələndirilmiş  doqquz-
mərtəbəli Bakı göydələnində məskunlaşmış hər 9 ailə-
dən yalnız biri sonuncu qatda yaşayır. Bu aydındır.
O  da  aydındır  ki,  doqquzuncu  mərtəbədə  yaşamaq 
gündən-günə gözəlləşməkdə olan paytaxtımızı təqribən 
30 metrlik hündürlükdən seyr etmək imkanı yaradır. Və 
tam təsdiqini tapmamış məlumatlara görə Bakı doqquz-
mərtəbələrinin son qatlarında yaşayan çoxsaylı insanla-
rın içində bu imkandan həvəslə bəhrələnənlər az deyil. 
Amma son qatda yaşamaq insanın başını gicəlləndirə 
biləcək imkanlar yaratmaqla yanaşı, elə həmin insanın 
üzərinə vəzifələr də qoyur. Uğurun hökmən görünməyən 
tərəfi olur axı.
Beləliklə, dəbdə olan tərzdə desək, keçid alıram və-
zifələrə.
Əsas  vəzifə  liftin  işlək  durumda  saxlanmasına  nə-
zarət etmək, zərurət ortaya çıxdıqda isə lifti işə salmaq 
və  ya  liftdə  ilişib  qalmış  soydaşın  azadlığa  çıxarılma-
sını təmin etməkdir. Yazılmamış qanunlara görə, sovet 
məhsulu olan Bakı göydələnlərində, son qatlarda yaşa-
yan adamlar paralel olaraq “lift mühafizləri” statusuna 
malik olmalıdırlar. Və üçüncü qatdan üzü yuxarı yaşa-
yan bütün adamlar bir qayda olaraq liftin işində ortaya 
çıxan bütün qüsurlarda “Azərlift”lə yan-yanaşı sonuncu 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə