Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   2   3   4   5   6   7   8   9   10   ...   26

33
mərtəbənin sakinlərini də qınamağa meylli olurlar.
Davam edək. Binaların dam örtükləri zaman-zaman 
sıradan çıxır. Və bu dam örtüklərinin bərpası da doqqu-
zuncu mərtəbədə yaşayanların üzərinə düşür. Bu əlbəttə 
ki, elə belə də olmalıdır. 
Bina  sakinlərində  zaman-zaman  dama  çıxmaq  (ola 
bilsin, həm də damda yerləşdirilmiş iri tutumlu su çənlə-
rinə baxmaq məqsədilə) həvəsi baş qaldırır. Dama çıxış 
imkanı verən kiçik qapının açarı da təbii ki, doqquzuncu 
mərtəbədə yaşayanlarda olmalıdır. Və onlar günün ixti-
yari vaxtında bu açarı qonşulara təqdim etməyi bacar-
malıdırlar.
Sonra.  Su  gəlməyəndə  ən  çox  əziyyəti  kim  çəkir? 
Əlbəttə ki, doqquzuncu mərtəbədə yaşayanlar. Üstəlik, 
xeyli dərəcədə öz günahları ucbatından lift də işləmir-
sə...
Belə. Deyilənə görə yaşı qışı otuzu keçmiş Bakı bi-
nalarının  başqa  mərtəbələrində  yaşayan  insanlar  da 
zaman-zaman  problemlərlə  qarşılaşırlar.  Mənim  buna 
inanmağım gəlmir, amma elə deyirlər.
www.avciya.az
7 fevral 2013-cü il


34
GÜNDÜZ MÜƏLLİM ÜÇÜN HƏDİYYƏ
Bu gün Gündüz müəllimin ad günüdür. Onun 46 yaşı 
tamam olur. Və bu yazı ona hədiyyə kimi düşünülmə-
yib. Əvvəla, ona görə ki, yazıdan hədiyyə olmaz. Hər 
halda mənim kimi yazarın yazısından. İkincisi də budur 
ki, Gündüz müəllimə hədiyyə artıq təqdim edilib. Və bu 
çox bahalı, həm də yaddaqalan bir hədiyyədir. Özünüz 
fikirləşin, göyün yeddinci qatına çıxarılmış süni peyk-
dən gözəl hədiyyə ola bilərmi? 
Bilirəm.  Güləcəksiniz  və  deyəcəksiniz  ki,  Fransız 
Qvianasındakı Kuru kosmodromundan orbitə buraxılan 
peyki 46 yaşlı adi Azərbaycan vətəndaşına hədiyyə kimi 
dəyərləndirmək olmaz. Həm də bildirəcəksiniz ki, bu-
nun mətləbə heç bir dəxli yoxdur və ola da bilməz.
Bəs Gündüz müəllim özü bu hadisəni hədiyyə kimi 
dəyərləndirirsə, onda necə? 
Gündüz müəllim ölkənin uğurunu öz uğuru saymağa 
meylli olan insandır bəlkə? Və bu insanların sayı elə də 
çox deyil. 
Özü də unutmayaq ki, ümumi uğurlarımıza uşaq kimi 
sevinməyi bacaran insanlarımızın əksər hallarda dollar 
sayı, mühərrikin at gücü, yaddaqalan, bir az da vahimə-
li telefon nömrəsi, əla səslənən ünvandakı super təmirli 
mənzilin  kvadrat  metrləri,  ekzotik  istirahət  güşələrin-
də  əyləncələrin  müddəti  və  buna  bənzər  parametrlərlə 
ölçülə bilən şəxsi uğurları olmur. Bir az kədərli, xeyli 
dərəcədə  ədalətsiz  olsa  da,  həkim  qeyri-peşəkarlığının 
meydan  suladığı,  dərman  qiymətlərinin  ceyran  belin-
dən  düşmədiyi  məmləkətdə  belə  insanların  səhhəti  də 


35
axsayır. Bronxial astmadan əziyyət çəkən, illərdən bəri 
gündəlik istifadə etdiyi dərmanı son vaxtlar Bakı aptek-
lərində tapa bilməyən (“Berotek” aerozolu yoxa çıxıb, 
aptekçilər də, xəstələr də bilir) Gündüz müəllim kimi.
Amma  Gündüz  müəllim  sevinməyi  yadırğamayıb. 
Balasının məktəbdən gətirdiyi əla qiymətlər də, havala-
rın xoş keçməsi də, Messinin növbəti qolu da sevindirir 
onu. Və  o  bütün  bu  sevinclərin  qədrini  bilir.  Odur  ki, 
Azərbaycanın  ilk  peykinin  orbitə  çıxarılmasının  onun 
üçün əsl hədiyyə olmasına şübhə etməyin. Əmin olun 
ki,  o  bunu  elə  hədiyyə  kimi  də  qəbul  edib. Vətəndaşı 
olduğu ölkənin bütün uğurları kimi. 
Gəlin bu hədiyyəni Gündüz müəllimə çox görməyək. 
O buna layiqdir. Mən əminəm. 
www.avciya.az
8 fevral 2013-cü il 


36
FUKUYAMA HAQLI ÇIXDI
NƏ DƏ HANTİNQTON?!
Az  qala  24  il  bundan  əvvəl,  1989-cu  ilin  yayında 
ABŞ-ın nüfuzlu National Interest jurnalında Fukuyama 
soyadlı müəllifin “Tarixin sonu?” adlı məqaləsi işıq üzü 
gördü və dərhal böyük rezonansa səbəb oldu. Az sonra 
müəllifin çox böyük qonorar müqabilində məqalənin da-
vamı sayıla biləcək kitab üzərində işləməyə razılıq ver-
diyi haqda xəbər yayıldı. Cəmi 3 il sonra, 1992-ci ildə 
“Tarixin  sonu  və  sonuncu  insan”  kitabı  çıxdı.  Bu  gün 
bütün dünyada tanınan məşhur Amerika siyasi iqtisadçı-
sı, futuroloqu və filosofu Frensis Fukuyama həmin ildə 
ömrünün beşinci onilliynə qədəm qoyub.
Təxminən  20  il  bundan  əvvəl,  1993-cü  ilin  yayın-
da  ABŞ-ın “Foreign Policy” jurnalında məşhur Semuel 
Hantinqtonun “Sivilizasiyaların toqquşması?” məqaləsi 
dərc edildi. Oxucular müəllifin eyni adlı kitabı ilə 1996-
cı ildə tanış olmaq imkanı qazandılar. O zaman Hantinq-
tonun 69 yaşı vardı.
İndi Fukuyamanın 60 yaşı var. Hantinqton 4 il bun-
dan əvvəl 81 yaşında vəfat edib.
İstərsə  tarixin  sonunun  gəlib  çatması,  istərsə  də  si-
vilizasiyaların münaqişələrə məhkum edilmələri haqda 
nəzəriyyələr son 20 il ərzində lazım ola biləcəyindən də 
çox  müzakirə  olunub.  Və  deyəsən  nəzəriyyələrin  heç 
biri özünü doğrultmayıb. 
SSRİ-nin dağılması ilə tarixin sonu yetişmədi. Kom-
munizmin  məğlubiyyəti  liberal-demokratik  dəyərlərin 
qəti qələbəsi sayıla bilməz. Elə deyilmi? 


37
Sivilizasiyaların  toqquşması  ilə  bağlı  mülahizələr 
indi də məntiqəuyğun səslənir. Amma tutaq ki, qanın su 
yerinə axdığı Suriyada toqquşan tərəflər müxtəlif sivili-
zasiyaları təmsil etmirlər axı? Olmaya orada da, başqa 
yerlərdə olduğu kimi “seyid Əhmədin əli”ndən istifadə 
edilir? 
Bu sualları cavablandırmaq da, hazırda baş verənləri 
Fukuyamanın, ya da Hantinqtonun nəzəriyyələrinə uy-
ğunlaşdırmaq da çətindir. Heç bununla məşğul olmağa 
da dəyməz. Görünür, bu gün baş verənləri – güclənən 
Çini, Amerikanın liderliyi ilə barışmaq istəməyən Rusi-
yanı, Latın Amerikasında çeşidli müqavimət hərəkatla-
rını, Əfqanıstan və İraqda şübhə doğurmayan uğursuz-
luqları,  qlobal  maliyyə  böhranını,  dolların  beynəlxalq 
ehtiyat  valyuta  kimi  zəifləməsini  və  daha  nələri  izah 
edən nəzəriyyələr hələ bundan sonra hazırlanacaq. 
Politoloqları tələsdirməyə dəyməz. 
Axı  onlar  adətən  politoloq  olmayanlar  qədər  məlu-
matlı olurlar. 
www.avciya.az
11 fevral 2013-cü il 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə