Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 0,78 Mb.

səhifə8/26
tarix11.07.2018
ölçüsü0,78 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

38
ƏVVƏLCƏ DİGİTAL-FİRST, SONRA DA 
DİGİTAL-ONLY
Neftçilər prospektindəki böyük kitab mağazası yadı-
nızdadır? Gərək ki, adı “Dalğa” idi. Qız qalasının lap ya-
nında idi və kitab mağazasından daha çox muzeyə bən-
zəyirdi...  Metronun  “Neftçilər”  stansiyası  yaxınlığında 
da kitab mağazası vardı. Çox böyük idi. Və həmişə də 
içərisində çoxlu müştəri olurdu.
Bu mağazalar çoxdan, lap çoxdan bağlanıb. Ən pisi 
odur ki, bu mağazalar həm də unudulub. Hər halda mənə 
elə gəlir. 
Əlbəttə, Neftçilər prospektindəki və metronun “Neft-
çilər” stansiyasının yaxınlığındakı kitab mağazaları iş-
ləyən vaxtlarda Bakıda başqa kitab mağazaları da vardı. 
Bu gün əksəriyyətin xatırlamadığı kitab mağazaları. Və 
həmin  kitab  mağazalarının  yerində  aşıq-aşkar  sezilən 
uğurla başqa mallar satan başqa mağazalar var...
Xeyli müddətdir ki, köhnə kitab mağazalarının kimin 
qəzəbinə, ən əsası isə nəyə görə gəldiyini araşdırmağa 
çalışırdım. Bir müddət əvvəl məsələyə tam aydınlıq gə-
tirə bilmişəm. 
Xatirinizdədirsə, ötən il məşhur “Britannika” ensik-
lopediyasının  kağız  versiyasından  tam  imtina  etməsi 
haqqında  xəbər  yayılmışdı.  Məşhur  ensiklopediyanın 
32 cildlik versiyası daha nəşr olunmur. Və beləliklə ilk 
nəşri 1768-ci ildə Edinburqda işıq üzü görmüş ensiklo-
pediya yalnız rəqəmsal formatda hazırlanır.
Heç demə ənənəvi qaydada nəşr olunan “Britannika” 
cildlərinin  satışı  durmadan  aşağı  düşürmüş.  Məsələn, 


39
1990-cı ildə çoxcildliyin 117 000 dəsti satılıbmış. 1994-
cü ildə isə cəmi 55 000 dəsti. Sonralar, bu göstərici lap 
aşağı düşübmüş. Və nəhayətdə bir çox məsələlərdə kon-
servatizmi  göz  bəbəyi  kimi  qoruyan  britaniyalılar  en-
siklopediyanın kitab çəklində hazırlanan versiyasından 
imtina edib xərci borcunu ödəməyən layihəni dayandı-
rıblar. 
Daha bir məqam. Bu addım təkcə “Britannika” tərə-
findən atılmayıb. Dünya auditoriyası çox böyük sürətlə 
rəqəmsal kontentə meyl edir. Və ona görə də nəşriyyat 
aləmi ilkin mərhələdə digital-first, sonra isə digital-only 
strategiyasına  üstünlük  verməyə  məcburdur.  Yəni  əv-
vəlcə əsas diqqət rəqəmsal məhsulların hazırlanmasına 
yönəldilir,  sonra  isə  məhsul  yalnız  rəqəmsal  formada 
hazırlanır...Vəssalam.
İndi bildiniz ki, bizim köhnə kitab mağazaları niyə 
bağlanıb?
Əlbəttə, bizim analoqu olmayan uzaqgörənliyimizin 
sayəsində. 
Daha köhnə kitab mağazalarımız üçün darıxmıram. 
İndi digital-only, ya da heç olmasa digital-first zamanı-
dır axı. 
www.avciya.az
12 fevral 2013-cü il 


40
7
Elə  rəqəmlər  var  ki,  adamı  bütün  ömrü  boyu  təqib 
edir. Belə rəqəmlərdən biri də 7 rəqəmidir. Və 7 rəqəmi 
deyəsən elə həmişə belə rəqəm olub. Əks tədqirdə dün-
yada 7 möcüzə olardımı? Nizami “7 gözəl”i yazardımı? 
Ya da... Yox, yaxşısı budur ki, siyahını uzadıb sizi yor-
mayım. Onsuz da hamınız bilirsiniz ki, 7 rəqəminə hər 
yerdə rast gəlmək mümkündür və 7 günlük həftə ərzində 
ən azı 7 dəfə bu rəqəmə rast gələ bilərik. Elə rast gəlirik 
də.
Söz ki, həftədən düşdü, istəyirəm ürəyimi qürur və 
sevinc hissi ilə ağzına kimi dolduran bir xəbəri yada sa-
lım.
Deməli belə. Bu il, yəni 2013-cü ildə, Azərbaycanda 
Novruz bayramı 7 gün davam edəcək. Nazirlər Kabine-
tindən deyiblər ki, mart ayının 20-dən 24-nə kimi rəsmi 
bayramdır. Amma 23-24-ü qeyri-iş günlərinə düşdüyün-
dən müvafiq olaraq 25-26 mart iş günləri sayılmayacaq.
Yəni Azərbaycan vətəndaşları 7 gün bayram edəcək-
lər. 
Bu da ona görə mümkün olub ki, Azərbaycan Res-
publikasının 30 dekabr 2005-ci il tarixli “Əmək Məcəl-
ləsinə  dəyişikliklər  və  əlavələr  haqqında”  adlı  qanunu 
var. Və bu qanuna əsasən bayram günləri həftə sonlarına 
təsadüf etdikdə həmin günlər müvafiq olaraq iş günlə-
rinə keçirilir. 
Bu bəlkə də yersiz təfərrüatdır. Əsas odur ki, bütün 
vətəndaşlarımız düz 7 gün sərasər bayram edə biləcəklər.  
Gördünüz? 7 rəqəmini deyirəm. Əlbəttə ki, gördünüz və 


41
yəqin ki, artıq 7 günlük bayram günlərini rəngarəng ke-
çirmək üçün planlar cızırsınız. 
Başqa bir xəbər. Burada da 7 rəqəmivar.  
Xəbər  belədir  ki,  Dövlət  Sosial  Müdafiə  Fondunda 
“ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olu-
nan geniş kollegiya iclası” keçirilib və həmin toplantı-
da adı çəkilən qurumun rəhbəri Səlim Müslümov çıxış 
edərək bildirib ki, “əmək pensiyalarının orta aylıq məb-
ləği” 2012-ci il ərzində “7 manat artaraq 152  manata, 
yaşa görə pensiyalar üzrə isə 168 manata çatıb.” 
Burada da 7 rəqəmini gördünüz də? 
Bircə iş qalır. Pensiyası 7 manat artmış insanlarımı-
za 7 günlük bayram günlərini xoş keçirməyi arzulamaq. 
Vəssalam.
Bayramınız mübarək!
www.avciya.az
13 fevral 2013-cü il 


42
2500 METRLIK KÖRPÜNÜN İMİCİ
Körpülərin də imici olur. Buna şübhəniz olmasın. Və 
əgər körpülərin imici varsa, onu hökmən formalaşdıran-
lar da var. Körpü özü dilsiz-ağızsız mühəndis qurğusu 
olduğundan, əlbəttə ki, bu prosesdə bilavasitə iştirak et-
mək imkanlarından məhrumdur...
İmici  məqsədli  şəkildə  formalaşdırılan  körpülər-
dən biri də metronun “Xalqlar dostluğu” stansiyasının 
yaxınlığında yerləşir. Bu MDB məkanının ən uzun yol 
ötürücüsüdür və iki körpüdən, üç avtomobil keçidindən 
ibarətdir. Uzunluğu 2116 metrdir. Giriş və çıxışları da 
saysaq uzunluq gəlib çatır 2500 metrə. Uzunluqdan da-
nışdıqsa  gərək  endən  də  söz  açaq. Yol  qovşağının  eni 
23,4 metrdir. Burada 2 enmə və 2 qalxma zolağı var. Və 
bütün  bunlar  azmış  kimi  körpünün  iki  yerində  piyada 
keçidi tikilib. Bax belə.
Mən bu körpünün yanında yaşayıram. Onun haqqın-
da  deyilənləri  və  yazılanları  ürəyimə  yaxın  qəbul 
eləməyim başadüşüləndir. Mətbuatda gedən yazılardan 
bir-ikisini diqqətinizə çatdırıb həyəcanımı sizlərlə bö-
lüşmək istəyirəm. 
Diqqət  yetirin,  yol  ötürücüsü  2009-cu  ilin  sentyabr 
ayının  24-də  açılıb. Amma  körpünün  imicinin  forma-
laşdırılması işinə daha əvvəl başlanıb. Təsəvvür edirsi-
nizmi? Açılışa 22 gün qalmış qəzetlərin biri MDB-nin 
ən uzun körpüsünün aşılışının yubanması ilə bağlı yazı 
dərc edib. Bu sərhəd tanımayan qərəzin təzahürü deyil-
mi? 
Və yaxud, 2012-ci ilin fevralında, söz vaxtına çəkər, 




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə