Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 0,78 Mb.

səhifə9/26
tarix11.07.2018
ölçüsü0,78 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

43
düz  bir  il  bundan  qabaq  yenə  də  körpümüz  haqqında 
yazmışdılar ki, guya, təkrar edirəm, guya onun üzərin-
də çalalar əmələ gəlib. Məqalə belə adlanırdı: “Xalqlar 
dostluğu körpüsü çökür?” Şərhə ehtiyac varmı? Ağ yala-
nı insanlarımıza sırıyanların əsl məqsədi nədir görəsən? 
Hələ  mən  müsbət  dəyişiklikləri  görmək  istəməyən 
bəzilərinin  nədənsə  “qul  bazarı”  adlandırdıqları  yer 
haqqında  danışarkən  hökmən  körpümüzün  adını  çək-
mələrini demirəm. 
Bütün  bunlar  sadəcə  olaraq  dözülməzdir.Yerli  sa-
kinlərin sevə-sevə “Çin səddi” adlandırdıqları körpüyə, 
daha doğrusu onun imicinə vurulan zərbələr bizim tərə-
fimizdən dəstəklənə bilməz. 
Məsələn, mən yol ötürücümüzün adının belə hallan-
masını  qətiyyətlə  pisləyirəm.  Birmənalı  şəkildə  bildi-
rirəm  ki,  analoqsuz  körpüyə  yaxın  ərazilərdə  yaşayan 
insanlarımız ağı-qaradan seçə bilirlər. Və onların mənim 
səsimə səs verib körpümüzün müsbət imicinin formalaş-
dırılması uğrunda əməli addımlar atacaqlarına əminəm.
www.avciya.az
14 fevral 2013-cü il 


44
İTALİYADA İLDƏ BİR DƏFƏ, BİZDƏ 
HƏR GÜN?!
İtaliyada Yeni lin gəlişi orijinal üsulla qeyd olunur. 
Mən özüm əlbəttə ki, Yeni ili heç vaxt Apennin yarıma-
dasında qarşılamamışam. Və İtaliya Yeni ilini öz gözlə-
rimlə görməmişəm. Amma eşitmişəm və oxumuşam ki, 
Yeni il ərəfəsində italyanlar evlərində olan köhnə əşya-
ları küçəyə atırlar. Bəli, bəli, sözün əsl mənasında. Orta 
statistik italyan mənzilindəki köhnə, onu və ailə üzvlə-
rini bezdirmiş mebel əşyasını və yaxud məişət texnika-
sını tullayır küçəyə. Niyə? Heç demə italyanlar inanırlar 
ki, Yeni il ərəfəsində küçəyə nə qədər çox köhnə əşya 
tullasan, bir o qədər yeni əşya ala biləcəksən. Nə qədər 
paradoksal olsa da, italyanlar buna inanırlar. 
Məhz  buna  görə  də  hər  Yeni  ilin  ilk  günü  İtaliya 
şəhərlərinin küçələri cürbəcür köhnə kreslolarla, maqni-
tofonlarla, daha nələrlə dolu olur. 
Bütün bunlar İtaliyada baş verir.
Bizdə  hər  şey  çox  fərqlidir.  O  cümlədən  Yeni  ilin 
qarşılanması da. Və məsuliyyətlə deyə bilərəm ki, biz 
köhnə əşyaları küçələrə atmırıq. Özü də ona görə yox 
ki, biz italyanlardan pis yaşayırıq və köhnə əşyalarımı-
zı göz bəbəyimiz kimi qoruyuruq. Xeyr. Biz yaxşı ya-
şayırıq, sadəcə olaraq adət-ənənələrimiz imkan vermir 
ki, ötən əsrin 60-cı illərində alınmış divanımızı, ya da 
sovet  istehsalı  olan  rəngli  televizoru  küçəyə  ataq.  Biz 
bəzi  hallarda  məişət  tullantılarını  qəzetə  büküb,  ya  da 
polietilen torbalara doldurub yuxarı mərtəbələrdən aşağı 
tullayırıq. Vəssalam.


45
Diqqət yetirin, italyanlar küçələri yalnız yeni il gecə-
si zibilləyirlər, amma Bakının bir sıra yaşayış massivlə-
rində yaşayan bəzi insanlar bu işi bütün il boyu edirlər. 
Etiraf etməliyik ki, bizim yanaşma daha mütərəqqi və si-
vildir. Həm də ona görə ki, küçələri yığışdıran insanların 
hüquqları tapdanmır. Bir var yeni ilin ilk günündə əldən 
düşənə kimi işləyəsən, bir də var təmizləməli olduğun 
tullantı qalaqları səliqə, həm də qayğı ilə ilin günləri ara-
sında bölüşdürülsün... 
Öz  aramızdır,  istifadə  olunmuş  uşaq  bezini,  kartof, 
soğan qabıqlarını, daha nələri eyvandan aşağı tullamaq-
dan gözəl nə ola bilər? Özü də bütün il boyu.
Razısınızmı?
www.avciya.az
15 fevral 2013-cü il 


46
YERİN QİYMƏTİ
Bu yazı adi adamlar üçün nəzərdə tutulub. 
Və mütəmadi olaraq adi adamlar tərəfindən kiçik və 
böyük toy məclislərinə çağrılan adi adamlar haqqında-
dır. Daha doğrusu, adi adamın dəvətnamə aldıqdan son-
ra atdığı addımlar haqqında. 
Beləliklə, növbəti toy məclisinə dəvətnamə alan adi 
adam adətən şadyanalıq məclisinin baş tutacağı məkan-
da  yerin  qiyməti  ilə  maraqlanır.  Öyrənmək  istəyir  ki, 
toya  çağıran  bir  adamlıq  yer  üçün  restorana  nə  qədər 
pul verəcək. Bu çox mühüm informasiya əldə edildik-
dən sonra toya çağrılan öz maddi durumunu ailə üzvləri 
ilə müzakirə edir. Müzakirələrdə yaxın, bəzən də uzaq 
keçmişə nəzər salınır. Və bu retrospektiv baxış çərçivə-
sində ailə arxivində səliqə ilə saxlanan “toy dəftəri”nə 
müraciət olunur. Bu zaman ikinci rəqəm aşkarlanır və 
həmçinin müzakirə edilir.
Məsələ burasındadır ki, toya çağrılan nə vaxtsa hök-
mən toya çağıran qismində də çıxış edib. Və ikinci rəqəm 
indi toya çağıran şəxsin vaxtilə toya çağrılan qismində 
saldığı (bəli, bəli, məhz saldığı) pulun məbləğıdir.
Şübhə  doğurmayan  iqtisadi  uğurlarımız  inflyasiya-
nı-filanı çoxdan tarixin arxivinə göndərib, odur ki, ailə 
arxivindəki  dəftərin  hər  hansı  rəqəmi  aktuallığını  itirə 
bilməz. Və bu rəqəm adi adamın çağrıldığı toyun düzən-
lənəcəyi məkandakı müasir qiymət qədər mühümdür.
Hökmən misal çəkməliyəm ki, tam aydın olsun.
Deyək ki, A. müəllimi B. müəllim (bizdə hamı müəl-
limdir,  bunu  bilirsiniz)  2013-cü  ildə  toya  çağırıb.  Və 


47
ilkin  araşdırma  nəticəsində  restorandakı  bir  yerin  toy 
sahibinə 35 manata başa gələcəyi aşkarlanıb. Ailə arxi-
vində  saxlanan  dəftərdə  isə  B.  müəllimin A.  müəllim 
tərəfindən 10 il əvvəl düzənlənmiş toya 10 “şirvan” (in-
diki pulla 20 manat) saldığı aşkarlanıb. 
Adının çəkilməsini istəməyən mötəbər mənbələr id-
dia  edir  ki, A.  müəllimin  dəvətnamə  aldıqdan  sonrakı 
mərhələdə  davranışını  tənzimləyən  daha  bir  rəqəm  də 
var. Bu rəqəm A. müəllimin yaxın gələcəkdə düzənləyə-
cəyi növbəti şadyanalıq məclisinin baş turacağı məkan-
da yerin qiymətini əks etdirir. Axı B. müəllim ora çağrı-
lacaq hökmən. 
Əsas  odur  ki,  sonda  əsas  qazanc  restoran  sahibi  C. 
müəllimə qalacaq. Bu təbiidir.
Əşşi, təki həmişə toy olsun!
www.avciya.az
18 fevral 2013-cü il 




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə