Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə1/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   35


_______________Milli Kitabxana________________
AŞIQ ALI
ƏSƏRLƏRİ
"AVRASİYA PRESS"
BAKI-2006


_______________Milli Kitabxana________________
Bu kitab "Aşıq Alı. Şerlər" (Bakı, Azərnəşr, 1975) və "Aşıq Alı. Şerlər" (Bakı,
Yazıçı, 1982) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır.
Tərtib edəni və
ön sözün müəllifi:
Hüseyn İsmayılov
894.3611-dc22
AZE
Aşıq Alı. Əsərləri. Bakı, "Avrasiya press", 2006, 192 səh.
Kitaba  böyük  el  sənətkarı aşıq  Alının  ictimai-əxlaqi,  mənəvi-psixoloji
mündəricəli əsərləri - gəraylıları, qoşmaları,  divaniləri,  təcnisləri,  habelə ona  həsr
olunmuş üç rəvayət-dastan daxil edilmişdir.
ISBN10
9952-421-82-4
ISBN13 978-9952-421-82-8
© AVRASİYA PRESS, 2006


_______________Milli Kitabxana________________


_______________Milli Kitabxana________________
ÖN SÖZ
Azərbaycan  mədəniyyətində zəngin  ideya-estetik  keyfiyyəti  ilə seçilən  aşıq
sənəti keçdiyi tarixi inkişaf yolunda kifayət qədər böyük sənətkarlar yetişdirmişdir.
Belə korifey  sənətkarların  yetişdiyi  aşıq  mühitləri  içərisində digər  mühitlər  üçün
genetik  baza  statusunda  olan  Göyçənin  xüsusi  yeri  vardır.  Kökləri  və qaynaqları
dünyagörüş kimi əski türk inamlarına (əcdad kultuna, tanrıçılığa və islamın içində
yaranan  türk  sufi  təriqətlərinə),  musiqi  sənəti  kimi  xalq-professional  musiqisinə,
ədəbiyyat  kimi el  şairliyinə bağlanan  aşıq  sənəti  onun  Göyçədə öz  ilkinliyini  və
təbiiliyini  daha  çox  qorumaqla  yanaşı,  həm  də bütövlükdə Azərbaycan  folklor
arealında xüsusi seçilən zirvə məqamına yüksəlib. Təbii ki, bunu hər şeydən öncə
təbiətin  saflığı  və cəmiyyətin  səmimiliyi,  inamın  və dinin  kamilliyi, ədəbiyyat  və
musiqi ənənəsinin zənginliyi şərtləndirib.
Göyçə mahalı əsrlər  boyu  Azərbaycan  xalqının  saz  və söz  məbədgahlarından
biri  olmuş,  onun  yetişdirdiyi  istedadlı  sənətkarlar  poeziyamızın iftixarına
çevrilmişlər.  Göyçə saz  və söz  sənətinin  hansı əsrdə yaranması  haqqında  qəti  və
dəqiq  mülahizə söyləmək  çətin  olsa  da,  bu sənətin  son  5-6 əsr ərzində daşıyıcısı
olan  görkəmli  şəxsiyyətlərin  adlarını  sıralamaq  mümkündür.  Oxşar  sənət  hadisəsi
kimi  ozan  sənətinin  Göyçədə çox  qədim  zamandan  mövcud  olduğunu  sübut  edən
faktlar  və dəlillər  də məhdud  kəmiyyətdə deyildir;  bir  tərəfdən  Göyçədə Ozanlar
kəndinin  mövcudluğunu,  digər  tərəfdən  isə Ozan  Cəlil,  Ozan  Heydər,  Ozan
İbrahim  kimi  orta  çağ  Oğuz  sənətçilərinin  yaddaşlarda  saxlanması  faktı  Göyçədə
sənət ənənəsinin  məzmunca  dəyişsə də,  formaca  fasiləsizliyindən  xəbər  verir.
Göyçədə müasir  tipli  aşıq  sənəti  Tanrı sevgisi  ilə,  mənəvi  kamilləşmə və ruhi
saflaşma yolu ilə övliya, pir məqamına yüksəlmiş təriqət başçısı, mürşidlər mürşidi
Seyid Hüseyn (Miskin Abdal) babadan və onun müqəddəs ocağından qaynaqlanır.
"Göyçə aşıqlarının  səsi  uzun zamanlar  Bəsrə,  Bağdad,  Hələb,  Tehran,  Buxara
üfüqlərində
gəzib-dolaşmış,  hər  yerdə
sonsuz  hörmət  və
məhəbbətlə
qarşılanmışdır. Göyçə aşıq əməyi  Azərbaycan aşıq  sənətini və ümumən aşıq ozan
sənətini bütöv bir ardıcıllıqla  təkmilləşdirmiş, onu  yeni-yeni saz-söz tapıntıları ilə
zənginləşdirmişdir".
1
Göyçədə çoxsaylı ustad aşıqlar səviyyəsində qəlibləşmiş, kanonik standartların
ciddi şəkildə gözləndiyi saz və söz ənənəsi mövcud olmuşdur. Bu ənənə XIX əsrdə
Ağ Aşıq (Allahverdi), Aşıq Alı və Aşıq Ələsgər kimi
M.Təhməzov (Elli). Ustad. "Sovet Ermənistanı" qəz., 17 noyabr 1981,№l38.


_______________Milli Kitabxana________________
vergili  şəxsiyyətlərin,  qutsal  simaların  sənət  təcrübəsində və ədəbi  irsində daha  da
möhkəmlənib.
XIX əsr bütövlükdə Azərbaycan tarixində mürəkkəb bir dövrdür. Yaranışından azad
yaşayan türk insanı bu əsrdə işğala məruz qalıb; türk eli dağıdılıb, türk xalqı yağı əlində
qul  edilib,  türk  mədəniyyət  və mənəviyyatı  ağır  məhrumiyyətlərə düçar  edilib  və
nəticələri  bu  gün  də müşahidə edilən  mədəni-mənəvi,  dini-ruhani  deqradasiyaya
uğradılıb.
Müstəmləkə rejiminin  doğurduğu  ağır  sosial  şərait  cəmiyyətin  mənəviyyatında
sarsıdıcı  izlər  buraxıb.  Bu  çətin  şərait  qədim  Ağ  Hunların  varisi  Göyçə Oğuzlarının,
Qərbi azərbaycanlıların da həyatında öz təsirlərini göstərib.
Qərbi  Azərbaycanın,  o  sıradan  Göyçə mahalının  "haylaşdırılması"  prosesi  də bu
dövrdən  başlanır  və rus  imperiyasının  türkə qarşı  nifrət  siyasətinin,  qeyri-mədəni,
qeyri-intellektual  rəqabət  müstəvisində aparılan  antitürk  kampaniyasının  nəticəsi  kimi
reallaşır.  Azərbaycanda  qeyri-milli  idarəçilik  cəmiyyətin  bütün  səviyyələrində öz
eybəcər  nəticələrini  büruzə verir.  Azərbaycanın  Şərqdən  ayrılması  da,  İslamın
"mürtəceləşməsi" də, Avropaya meyllənmə də bu dövrə təsadüf edir.
Eyni  zamanda  Azərbaycan  milli  şüurunun  oyanması  və milli  azadlıq  hərəkatının
ilkin rüşeymlərinin yaranması da XIX əsr Azərbaycan reallığının faktıdır. İmperiyanın
şiddətləndirdiyi  sosial-mədəni  və dini-ruhani  fikir  və duyğuların  realizasiyasını  da
sürətləndirmiş  olur.  Çünki  sosial  və mənəvi  sıxıntıların  doğurduğu  ağrı hökmən  sənət
və ədəbi  fəaliyət  sistemində öz  geniş  ifadəsini  tapmalı  idi. Əsasən  mənəvi-ruhani
emosiyaların hiperbolik ifadəsi daha çox sosial rifahda və sosial düşkünlükdə reallaşır.
Azadlıq  ideyası  və azadlıq  mücadiləsi  bir  tərəfdən  yad  rejimə silahlı  müqavimət
göstərən  Nəbi,  Kərəm,  Dəli  Alı və bu  kimi  türk  igidlərinin  mübarizəsində geniş  vüsət
almış  qaçaqçılıq  hərəkatında,  digər  tərəfdən  isə türk  ruhunun  azadlığını  qoruyan,  onu
məhvdən  xilas  edən  Ağ  Aşığın,  Aşıq  Alının,  Aşıq Ələsgərin  saz  və sözdə reallaşan
dini-ruhani  və estetik  informasiyasında  yaşam  hüququnu  təmin  edirdi.  XIX əsr  Göyçə
aşıq  mühitinin  görkəmli  nümayəndəsi  Aşıq  Alının  yaşadığı  tarixi  reallığın  ümumi
mənzərəsi belə idi.
Aşıq  Alı  XIX əsrin  başlanğıcında,  təxminən,  1801-ci  ildə Göyçə mahalının
Qızılvəng  kəndində,  sadə və yoxsul  bir  ailədə doğulmuşdur. Atası  Mirzə kişi  oğlunun
dərrakəli  və həssas  bir  uşaq  olduğunu  çox  tez  hiss  etmiş  və onu  oxutmağı  qərara
almışdı. Alı mollaxanada təhsil aldığı müddətdə bir an belə sazı, aşıqların cövlan etdiyi
məclisləri  unuda  bilməmiş,  gizli  oxuduğu  aşıq  mahnıları,  gözəl  və məlahətli səsi
haqqında  el-oba,  qohum-əqrəba  xəbər  tutmuş  və onların  təşviqi  ilə Mirzə kişi  oğlunu
Ağ  Aşığa  şəyird  vermişdir.  Hələ ilk  günlərindən  şəyirdinin  fitri  istedada  malik
olduğunu  hiss  edən  Ağ  Aşıq  ona  böyük  həssaslıqla  yanaşmış,  az  bir  müddətdə Alıya
bütün saz havalarını öyrədərək ona sənət yollarında müstəqil addımlar atmağı məsləhət


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə