Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə18/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

_______________Milli Kitabxana________________
Bu dünya fanidir kimə qalıbdı?
Dil bilməzin dərdi məni alıbdı.
Bağban da olmasam, bağa salıbdı
Qızılgül olmasa, xar bizə göndər.
Aşıq Alı, çəkmə işvəli nazı,
Götür əllərinə sədəfli sazı.
Neynirəm var-dövlət, varımdı azı
Əsəl də tapmasan dar bizə göndər.
NEÇƏ DİLİ VAR
Mərifətdən kamil olan, ay aşıq,
Şəriəti nəylə edərsən aşkar?
Bey altınnan o nöqtəni bəyan et, -
O nöqtədən eylə məni xəbərdar.
Yeddi daşın səkkiz cənnət yaşı var,
Yerdədi-göydədi hardadı əgər.
Ərşdə iki quş var - orda dən dənlər,
Gahdan pünhan olur, gah da aşikar.
Deməynən ki, bu sözlərim yalandı,
Aydı, gündü zümrüd ona ulaşdı.
Zatı zülcalaldı, sözü kəlamdı,
Peyğəmbərdən qalıb bizə mötəbər.
Mərifətdən, təriqətdən gəlmişəm,
Təriqətə yol-ərkanı bilmişəm.
Alı deyər özüm mətəl qalmışam,
Bu çərxi-davvarın neçə dili var.


_______________Milli Kitabxana________________
OLMAZ
Qəm yemə, qəm yemə divanə könül,
Həmişə ruzigar belə dar olmaz.
Özünü bilməzlə durub-oturma,
Beləsində namus, qeyrət, ar olmaz.
İnsan gərək namusunu atmaya,
Halal mayasına haram qatmaya,
Bir oğul ki, ata sözün tutmaya,
Bəd övladdı, çöhrəsində nur olmaz.
Yamanı götürüb, yaxşını atma,
İlqarı unudub, imanı satma,
Oruc tut, namaz qıl, duasız yatma,
Alı, dünya malı sənə var olmaz.
GÖRMƏDİM
Viranə bağlara mən oldum bağban,
Almasın, heyvasın, narın görmədim.
Çox ağac becərdim şoran çöllərdə,
Bəslədim budağın, barın görmədim.
Dünya bivəfadı etibar olmaz,
Sayğısız iyiddə giridar olmaz,
Hər sevən kimsədə düz ilqar olmaz,
Çoxu çox danışdı, karın görmədim.
Alıyam, mətləbim veribdi xudam,
Məğribdən məşriqə yayılıb sədam.
Hərcayı gözələ can verdim tamam,
Namusun, qeyrətin, arın görmədim.


_______________Milli Kitabxana________________
DİYARIMDA
Könül tələb edir, ürək atlanır,
Gəşt eylə, dünyanı gəz diyarımda.
Zəhmət çəkən bu dərdlərə qatlanır,
Coşur ürəyimdə söz diyarımda.
Qürbət diyardayam, görünməz yurdum,
Həkimlər, loğmanlar bilmədi dərdim,
Alagol yaylağı, vəfalı yurdum,
Alardım əlimə söz diyarımda.
Alıyam, söz deyib, yaza bilmərəm,
Şad olub, qürbətdə gəzə bilmərəm,
Hərcayı sözlərə dözə bilmərəm,
Alışsam, yanmaram öz diyarımda.
NƏDƏN OLDU
Yeri, göyü insi-cinsi yaradan,
Haqq əmir eylədi yer nədən oldu?
Pərdəyi-hicabdan bir dəsti gəldi,
Onun dəstəsində sir nədən oldu.
Haqq əmir eylədi, gövhar tərlədi,
Bircə qətrə suyu umman eylədi.
Kimnən səda gəldi, kimnən söylədi,
Yandırıb şahpərin nar nədən oldu?
Aşıq Alı yuva istər pirindən,
Haq mərhəmətindən, qüdrət şirindən.
Bir dürr xəlq eylədi öz qüdrətindən,
O dürrün içində sir nədən oldu?


_______________Milli Kitabxana________________
GÖZÜMÜZ
Özgələrdən bizə xətər yetişməz,
Eyləməsək özümüzə özümüz.
Alışmışam öz oduma yanıram,
Qoy söykənsin közümüzə közümüz.
Bəhsə düşüb əbəs yerə döyüşdük,
Qəlb sındırıb, qamət əyib öyüşdük.
Heç bilmədik nə iş tutduq, əyişdik,
Düz gəlmədi sözümüzə sözümüz.
Qovğa günü mərd meydanda ər dini,
Alıyam, axtarram elin mərdini;
Leylü-nəhar çəksin diyar dərdini,
Dürüst baxsın gözümüzə gözümüz.
YAXŞIDI
Ay ağalar, gəlin sizə söyləyim,
Nə cür olsa yenə vətən yaxşıdı.
Qohum, qardaş, dost-müsahib görəndə,
Şəfa tapar yaralarım, yaxşıdı.
Bivəfaynan sən dost olma, kənar gəz,
Şam-çıraq olmasa, əldə fənər gəz.
Başa düşər öz hesabın qanar, gəz,-
Min qarğadan bircə qırğı yaxşıdı.
Bıçarə Alıyı gətirdin dilə,
Bülbül də müştaqdı budaqda gülə,
Sar quşları şikar etsə yüz ilə,
Qoca olsa yenə tərlan yaxşıdı.


_______________Milli Kitabxana________________
ZAMANIDI
Ay ağalar, gəlin sizə söyləyim
Vəfasız ömrümün kor zamanıdı.
Bu fani dünyada kama yetmədim,
Dostunan düşməni seç zamanıdı.
Arif odu, dediyimi tez qana,
Hər sözü izliyə keçib gün sana
Ömrüm azalıbdı, çatıbdı sona,
Ağlayın üstümdə köç zamanıdı.
Alıyam, baxtımnan çox intizaram,
Başım çalxalıdı çox intizaram.
Gəzdiyim yerlərdən çox intizaram,
Fələk kəməndindən düş zamanıdı.
HAYIFSAN
Özün üçün sən aşiqsən, ay Əsmər,
Başın çatma qalmağala, hayıfsan.
Şairlik deyəndə özünü öymə,
Belə adı üzə salma, hayıfsan.
Qullar boyda sən özünə hörmət et,
Gələnin, gedənin əhvalına yet,
Aşıqlıq edənin pişvazına get,
Məni salma qilü-qala, hayıfsan.
Etibar eyləmə fani dünyaya,
Elmin yoxdu özün atma dəryaya,
Məcnun kimi düşmə çölə, səhraya,
Sən düşübsən bəd xəyala, hayıfsan.


_______________Milli Kitabxana________________
GÖZƏLLƏR
Səhər çağı çıxdın mənim qarşıma,
Göründü gözümə dəstə gözəllər.
Aylar-illər həsrətini çəkdiyim, -
Olmuşam dərdinnən xəstə gözəllər.
Əflatun loğmana getdi dərmana,
Yanıram oduna mərdi-mərdana,
Dolanım başına, olum pərvana,
Qoymayın könlümü yasda gözəllər.
Alıyam, dünyada xam xəyal oldum,
Baxdım gözəllərə kəm xəyal oldum.
Düşəndə yadıma kəm xəyal oldum,
Al sinən üstündə bəstə gözəllər.
VAR
Baxdı-yığval bu diyara gətirdi,
Taleyin olmasa nə mənası var.
Əcəl gəldi kəsdi sənin üstünü,
Döyünsən, çırpınsan nə mənası var.
Qəssal yuyar, qəddim bükər bir ağa,
Bu günümdə yetiş dada bir ağa,
Mən qulunam, nökərinnəm bil, ağa,
Nökərin ağadan təmənnası var.
Alıyam çağırram sirri xudam,
Bu dünya fanidi, köçəcək hamı,
Tamam müəmmadı haqqın "Qur'an"ı,
Oxuyub bilənə çox mənası var.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə