Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə4/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   189

idi. «Ağ liman», «Dantenin yubileyi», «Əlaqə», «Beşmərtəbəli evin altıncı mərtəbəsi», 

«Otel otağ»ı da Azərbaycan ədəbiyyatının yayılma coğrafiyası baxımından belə uğurlu 

taleyi yaşadı. Əgər bu əsərlər haqqında yazılan dəyərləndirmələrə diqqət yetirsək, tam 

əsasla deyə bilərik ki, Anarın yaradıcılığı beynəlxalq tənqidin süzgəcindən uğurla keçdi 

və  sovet  dövrünün  tələblərinə  görə  hər  hansı  bədii  əsərin  qəhrəmanları  olmağa  layiq 

olmayan,  öz  gündəlik  həyatlarını  yaşayan,  güzəranlarını  keçirən  Nemət,  Feyzulla 

Kəbirlinski,  Təhminə,  Zaur  və  digər  sadə  azərbaycanlıların  təhkiyyəsində  dünya 

vətəndaşlığı  qazandılar.  Dünyanın  müxtəlif  dillərinə  tərcümə  olunan  bu  əsərlər  bir 

böyük həqiqəti ortaya qoydu ki, BİZ VARIQ! 

Anar  heç  şübhəsiz  ki,  böyük  ziyalıdır.  Millətimizin  tarixində  və  taleyində, 

mənəvi-mədəni  həyatında  müstəsna  rolu  olan  bir  fikir  adamı  kimi  o,  Axundovdan 

başlanan milli dirilik missiyasının daşıyıcısıdır. Mirzə Cəlilin «Anlamaq dərdi», Üzeyir 

bəyin millətləşmə davası, Cavid əfəndinin acı taleyi Anarın içindən keçdi və milləti diri 

saxlayan bu böyük kişilərin şirinli-acılı həyat hekayətlərini öyrəndikcə, o özü də milli 

diriliyin  bir  nümunəsinə  çevrildi.  Anar  haqqında  gözəl  rejissorumuz  Ramiz 

Həsənoğlunun  bu  yaxınlarda  çəkdiyi  son  dərəcə  səmimi  təsir  bağışlayan  gözəl  filmə 

baxdıqca  bir  daha  buna  əmin  olursan.  Tam  əminliklə  demək  olar  ki,  son  yarım  əsrdə 

millətimizin diriliyi Qara Qarayevin və Fikrət Əmirovun notlarından, Tahir Salahovun 

və  Səttar  Bəhlulzadənin  fırçasından,  Rüstəm  İbrahimbəyovun  və  Anarın  qələmindən 

keçir. 


«Azadlıq» qəzetində dərc edilib  

3 sentyabr 2009 

 

 

 




ƏHMƏD İSGƏNDƏROV 

Rusiya Elmlər akademiyasının akademiki,  

«Voprosı istorii» jurnalının baş redaktoru  

Moskvada Anarın 70 illiyinə həsr olunmuş  

yubiley tədbirində çıxışından. 

 

Əziz Anar! Deyə bilmərəm ki,Azərbaycan ədəbiyyatının dərin bilicisiyəm. Amma 

yubileyinizlə bağlı oxuduqlarım məni sövq edir ki, Sizin haqqınızda bir yazı yazım. Özü 

də məhz bizim jurnal üçün və beləliklə rus oxucusunu, tarixlə maraqlanan hər kəsi Sizin 

tarixi  hadisələrə  baxışlarınızla  tanış  edim.  Bu  fikir  məni  məşğul  edir.  Bu  barədə  çox 

düşünürəm və bunu hökman edəcəm. Mən çox istərdim ki, Anarı tarixçilər də tanısın, 

çünki  yazıçıların  heç  də  hamısı  mütəfəkkir  deyil.  Vacibdir  ki,  yazıçı  özünün 

ədəbiyyatda  mövqeyi  haqqında  düşünməkdənsə  iştirakçısı  olduğu  tarixi  proseslər 

haqqında  fikirləşsin.  Anar  məhz  bu  cür  hərəkət  edir.  Oxuduqlarım  kifayət  edir  ki,  bu 

adamın  ürəyinin  necə  ağrıdığını  hiss  edim,  bu  dünyada  ədalətsizlikləri  necə  ürəyinə 

saldığını, həyatda rastlaşdığı səfehliklər və murdarlıqlardan necə əzab çəkdiyini bilim. 

Bu  da  hər  yazıçının  işi  deyil.  Anarın  «Azərbaycançılıq  haqqında  düşüncələri»  çox 

xoşuma  gəldi.  Bu  düşüncələrində  Anar  Azərbaycanın  humanizmin  hansı  dəyərlərinə 

malik olduğunu dərk etmək istəyir, dünya dəyərləri içində özününküləri necə tapmağın 

və  qoruyub  saxlamağın  fikrini  çəkir.  Yazıçı  başqalarından  ona  görə  üstündür  ki,  o 

nəhəng  daxili  gücə  malikdir.  Bu  güc  ona  imkan  verir  ki,  belə  gücü  olmayan  adi 

adamların  duyduqlarını,  amma  deyə  bilmədiklərini  ya  demək  istədiklərini deyə  bilsin. 

Mən sizi bu günlə ürəkdən təbrik edirəm və demək istəyirəm ki, sizi çox sevirəm. Sizi 

də, sizin yaradıcılığınızı da. Ymid edirəm ki, bunu daha geniş şəkildə ifadə edə biləcəm. 

 

 



 

 


NAMİQ KAMAL ZEYBƏK 

Türkiyənin sabiq Mədəniyyəit naziri,  

sabiq Millət vəkili,  

Ankarada Anarın yubiley tədbirində çıxışından. 

 

Anara baxanda mən hər zaman onun üzündə bir hüzn görürəm. Çox illər əvvəl ilk 



tanışlığımızda onun içinin hüznlə dolu olduğunu sezdim, sonra kitablarını oxuduqda da 

bu  hüznü  gördüm.  Amma  bu  hüznün  içindən  dərin  ehtiras  və  etiraz  çıxır  və  sonucda 

böyük  zövq  verir.  Dünyanın  qəribə  işləri  var.  Birisinin  kitabları  çıxır,  hətta  Nobel  də 

qazanır,  amma  bəhs  olunan  şəxsin  kitablarını  aldım,  oxumağa  başladım,  iki-üç  səhifə 

oxuyub  ardını  oxuya  bilmədim.  Amma  Anarın  əsərləri  insanı  elə  cəlb  edir  ki, 

başladınmı,  bitirmədən  yerə  qoya  bilmirsən.  Anar  sadəcə  Azərbaycanın  deyil,  bütün 

türk dünyasının böyük yazarıdır. Anar bir şeirində yazır: 

Mən əsrimin əsəriyəm, 

Mən əsrimin əsiriyəm. 

Şairlər hər sözü doğru söyləməzlər. Söz ox kimi kamandan çıxdımı onun hədəfi 

artıq biz, oxucularıq və onu istədiyimiz anlamda anlaya bilərik. Anar heç haman əsrin 

əsiri  olmamışdır.  Sovet  dönəmində  yazdığı  bütün  əsərlərini  bu  gün  olduğu  kimi  basa 

bilir,  çünki  onlarda  nə  sovet  propoqandası,  nə  sovet  havası  var.  Bu  isə  yalnız  böyük 

sənətçilərə  xas  olan  özəllikdir.  Belə  yazarlardan  biri  də  70  yaşını  bayram  etdiyimiz 

Anardır. 

 

 




  

 

 



 

 

 



 

 

 



M Ö V Q E 

 

(məqalələr, müsahibələr, müraciətlər) 

 

 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə