565
RİMMA KAZAKOVA
Moskvalı şairə
Anar unikal sənətkar,unikal üstadır.
LEV ANNİNSKİ
Moskvalı tənqidçi
Anar
Azərbacan ədəbiyyatı və mədəniyyətinin akademiyasıdır «Gecə
düşüncələrində» nə qələr müxtəlif sücetlər,fikirlər var ki,hərəsi bir kitabın əsası ola
bilərdi.Anar bütün bunları səxavətlə səpələyir.Elə yazıçılar var ki,hər mövzusunun,hər
fikrinin üzərində xəsisiliklə əsir,qorxurlar ki,birdən kimsə başqası mənimsəyər. Anara bu
hiss
yaddır.Bizim
rus
ədəbiyyatında
bəlkə
Puşkin
belə
olmuşdur,çox
mövzuları,fikirləri,sucetləri ürək enişliyiyilə paylamışdır.
LÜDMİLA LAVROVA
Moskvalı yazıçı və tənqidçi
Gülmək istəyirsinizmi? Şən adamla tanış olmaq istəyirsinimi? Bakılı yazıçı Anarın
«Molla Nəsrəddin 66» hekayətlərini oxuyun.Anar - ağıllı,maraqlı müsahib,
hekayətçidir.Hiss olunur ki,o,çox bilir,çox şeyləri görüb,çox şeylər barədə düşünür.Mən
çox şadam ki, zarafatcıl və istedadlı insanla tanış oldum.
NİKİTA BOQOSLOVSKİ
Moskvalı bəstəkar
80-ci ilin ortalarında mən Leninqradda Repino yaradıcılıq evində fantastik filmlər
üzrə seminarda iştirak edirdim.Orada məşhur fantast yaşıçılar A.və B.Struqatski
qardaşlarına oxumaq üçün Anarın «Əlaqə» povestini verdim.Onlar əsəri yaxşı
qarşıladılar.A.Struqatski kitabın üzərində bu sözləri yazdı: «Çto xoroşo,Anar!»
GAHANGİR ZEYNALLI.
«Bu, yaxşıdır,Anar!»
566
«Kino» qəzetinin Anara həsr olunmuş xüsusi buraxılışı.
Mart 1997
Anarın hekayələri az müddətdə nəinki Sovet İttifaqında,hətta xaricdə də bir
çoxlarının diqqətini çəkmişdir... «Dantenin yubileyi» hekayəsinimn bədii təsiri çox
güclüdür…Həyatı həssaslıqla,məhəbbətlə müşahidə etmək,insan taleyi haqqında əsl
insanpərvər kimi ciddi və səmimi düşünmək -- bu sifətlər Anarı yaşından böyük göstərir.
Bu cəhətdən «Zəncir» hekayəsi öz ideya məzmunu və oricinal forması ilə kamil bir əsərdir.
Hekayə ictimai həyatımızda özünə yer tapan ciddi nöqsanlardan birini klassik deyilə
birləcək bədii üsulla ümumiləşdirmişdir… Anar istedadlı bir yazıçıdır,onun qüvvətli
qələmi daha qüvvətli əsərlər yazmağa qadirdir.
MƏMMƏD ARİF
Akademik
«Şəhərin yay günləri» həm düşündürən,həm də həyacanlandıran tamaşadır.Anarı
oxucularımız bir sıra gözəl nəsr əsərlərinin və ədəbi məqalələrin müəllifi kimi
tanıyırlar.İndi isə o, teatra süjeti, kompozisiyası bitgin,dili səlis, cazibədar və dramatik
konflikti həyati,həm də kəsgin olan,dolğun ictimai mündərəcəli dram əsəri təqdim
etmişdir.Bu əsər həyat hadisələrini diqqətlə müşahidə edən, onlara öz işıqlı vətəndaş
münasibəti olan,onları bədii təfəkkürün süzgəcindən keçirərək tipikləşdirməyi bacaran bir
istedadın əsəridir.
MİRZƏ İBRAHİMOV
Əzizim Anar,sən son 30-40 illik ədəbiyyatımızda öz dəst-xəttini qoyan,bu aləmdə
özünəməxsus təzə iz açan və bu izin dolaylarında xalqına namusla xidmət edən qüdrətli bir
sənətkar-san.
BƏXTİYAR VAHABZADƏ
567
«Ağ qoç,qara qoç» şedevrini yaradan Anarın bədii yaradıcılığının başladığı dövrü
xatırlayıram, «Molla Nəsrəddin 66» adıyla çap eldirdiyi felyetonlar kitabından təxmin
etmək olardı ki, Anar kimdir və kim olacaq.Ömrü boyu Cəlil Məmmədquluzadəyə
vurğunluğunu sədaqətlə saxlayan ədibin kino aləmində də Mirzə Gəlillə yanaşı,daha iki
dahimizə --Üzeyir bəyə,Hüseyn Cavidə müraciəti onun ədəbiyyatda böyük amallara
xidmət etdiyini sübut edir.Böyük amal böyük şəxsiyyətlərə məxsus xüsusiyyətdir.
Hekayələrinin, povestlərinin, romanlarının cahanşümul ideyaları arasında ən müdrik
əsərləridən birini doğma Azərbaycana həsr etməsi, geniş əhatəli ictimai fəaliyyəti,
qurultaylarda, Milli Məclisdə,ictimai-siyai tədbirlərdə nitqləri,məqalələri də Anar
şəxsiyyətinin böyüklüyünü göstərir.
İSA MUĞANNA
Zənnimcə Anarın «Uzun ömrün akkordları» filmi incəsənət tarixi salnaməsində.elə
başlanğıc kadrlarında təcəssüm edilmiş dahiyanə tapılan ideya sayəsində - səfalı təbiətin
intəhəsız
ənginlikləri,şəffaf
bulaqlar,dərin
dərələr,qədim
ağacların
yarpaq
xüşültüları,pak,bullur sehrli uzaq səsləri,- bir şah əsər kimi qalacaqdır.
GÜLRUX ƏLİBƏYLİ
Anarın, Anar yaradıcılığının həyatiliyi,realizmi,bugünlülüyü bizə əsl ədəbiyyat
haqqında danışmağa tam haqq verir. Bu gün biz ədəbiyyatdan danışanda,müasir
Azərbaycan nəsrinin son illərdə keyfiyyətcə yeni bir mərhələyə qalxdığını iqrar edəndə -
yeni fikirli,yeni məzmunlu,yüksək realist mövqeli,geniş miqyaslı sənətdən danışmalı
oluruq. Bu sənətin ön sıralarında Anar öz səsi və öz nəfəsi ilə uğurlu addımlarla gedir.
YUSİF SƏMƏDOĞLU
Qırx il əvvəl Anarla tanış olmuşam və həmin vaxtdan bəri o,diqqətimi cəlb
etməkdədir. Anarda mənim xüsusən bəyəndiklərim nələrdir? Onda hər şey incə zövqlə
cilalanmışdır,bu mənim üçün çox vacibdir. Zahirən yumşaq,loyal kimi görünsə də, bir dəfə