Yazıçı Fərman Kərimzadənin 80 illik yubileyi münasibətilə Fərman Kərimzadə-80 /metodiki vəsait/ Şİrvan-2017



Yüklə 18.81 Kb.
tarix08.11.2018
ölçüsü18.81 Kb.
növüYazı


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİLİMİŞ KİTABXANA SİSTEMİ


c:\users\user\desktop\ferman_kerimzade_090317.jpg

Yazıçı Fərman Kərimzadənin

80 illik yubileyi münasibətilə


Fərman Kərimzadə-80

/metodiki vəsait/

ŞİRVAN-2017
Fərman Kərimzadə-80

Fərman İsmayıl oğlu Kərimov (Fərman Kərimzadə ) 1937-ci il mart ayının 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur.

1944- 1951- ci illərdə ibtidai təhsilini kənddə almış, 1949- cu ildə doğma kəndindən zorla çıxarılaraq, Azərbaycanın Beyləqan (keçmiş Jdanov) rayonuna deportasiya olunmuşdur. 1954 – ci ildən orta məktəbin yuxarı siniflərini Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir.955-1960-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır.

1962- 1965- ci illərdə İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi kimi fəaliyyət göstərmiş, 1962-1965- ci illərdə “Yüksəliş”rayon qəzeti redaksiya-sında ədəbi işçi, şöbə müdiri , məsul katib işləmişdir.

1965-1967ci illərdə Moskvada ümumittifaq Kinomatoqrafiya inistitunun ssenari fakultəsinin ikinci kursunu bitirmişdir.

1966-1970-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsin- də tərcüməsi, böyük redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət”qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi, 1970- 1977-ci illərdə C.Cabbarlı adına “Azərbaycan filim” kinostudiyasında kollegiya üzvü,1977- 1980-ci illərdə”Ədəbiyyat və incəsənət”qəzetinin xüsusi müxbiri olmuşdur.

1980- 1981-ci illərdə Şivəlan Yaradıcılıq Evinin direktoru işləmişdir.

1958-ci ildə qələmə aldığı”41 nömrəli ayaqqabı” hekayəsi ilk təcrübə olsa da, müharibənin fəlakət dolu nəticələrini təsirli bir dil ilə oxucuya çatdıra bilmişdir.

Son eksponat”,”Toy toğlusu”hekayələri də müharibə mövzusunda olub onun ağrı- acılarından bəhs edir.



60-cı illərdə etibarən kitabları nəşr olunmağa başlamışdir. Yaradıcılığında əsas yeri tarixi mövzular tutur. Bəlkə də Fərman Kərimzadənin yaşadığı dəhşətli, ağrı- lı- acılı həyat onu bir yazıçı kimi klassikləşdirdi, bir şəxsiyyət qocaltdı. “Qarlı aşı- rımı “çap etdirəndə 30 yaşı vardı, bu əsərin əsasında “Axırıncı aşırım” bədii filmi ekranlara çıxanda – 33. Fərman Kərimzadə tariximizin qaranlıq səhifələrini vərəq – ləyir, milli dəyərlərimizi ədəbiyyata gətirir, millətə öz böyüklüyünü, əzəmətini tarixi hadisələr fonunda əyani şəkildə göstərərək onu bu təcrübədən nəticə çıxarmağa, özünü,dostumu və düşmənini tanımağa çağırırdı. Hər biri ədəbiyyatımızda hadisə olan bir birindən dəyərli tarixi zamanları- “Xüdafərin körpüsü”(1981) ,”Çaldıran döyüşü”(1984- 1985) ,”Qarlı aşırım” 2-ci variantı (1986-1937), “Təbuz namusu,” “Vedinin yanı dağlar,”Qara qartalın ölümü (1988) qələmə almışdır.

Fərman Kərimzadə 1989 – il mart ayının 17-də, 52 yaşında vəfat etmişdir. Yazıçı Fərman Kərimzadə yaradıcılığının kitabxanalarda təbliği

Fərman Kərimzadənin mart ayının 3-də 80 illik yubiliyi qeyd olunacaqdır.Yazıçı həm şəxsiyyəti, həm də yaradıcılığı etibarilə dağların qoynundan qaynayıb çıxan bulaq suyu kimi saf , təmiz və duru idi.Fərman Kərimzadə ədəbiyyat və xalq adamı idi. Ədəbiyyata da birbaşa xalqın içindən çıxıb gəlmişdi. Onun əsərlərində tariximizin ən yaralı və mübahisəli dövrlərinə baş vurulur,milli düşüncənin foralaşmasına, milli azadlıq ruhunun oyanmasına xidmət edən ideyalar qaldırılırdı.

Fərman Kərimzadə təkcə gözəl nasir deyildi, həm də çox gözəl şair idi və bu şeirləri çox böyük əminliklə Azərbaycan poeziya inciləri sırasına daxil etmək olar.

Elə təkcə

Vedinin yanı dağlar,

Ürəyi, canı dağlar.

Burda bir el var idi,

Siz deyin, hanı, dağlar ?!-

bayatısını bu gün bütün Azərbaycan əzbər bilir.

Yazıçının yubileyi ilə əlaqədar olaraq kitabxanalarda müxtəlif tədbirlər keçirmək olar. Bildiyimiz kimi F.Kərimzadə “Çaldiran döyüşü”,”Xudafərin körpüsü”,”Təbriz namusu”, “Qarlı aşırım”,”Qara qartalın ölümü”və s. məşhur əsərlərin müəllifidir. Bütün kitabxanalarda bu əsərlərinin müzakirəsinin keçirmək olar. Eyni zamanda yubileylə əlaqədar, “Fərman Kərimzadə-80”başlıqlı sərgilər hazırlanmalıdır. Çünki sərgilər bilavasitə keçirilən tədbirləri tamamlayır. Eyni zamanda oxucu konfransları, sual-cavab gecələri ,ədəbi-bədii gecə və s. keçirmək olar.Tədbirlərin həyata keçirilməsi üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə etmək olar:

1.Seçilmiş əsərləri:5 cilddə / F.Kərimzadə - Bakı: Ağrıdağ, 2002. – c. 1:Xudafərin körpüsü : roman. -390s.; c. 2: Caldıran döyüsü: roman.- 326.; c.4: Təbriz namusu: roman. – 329 s.

2. Xudafərin körpüsü: roman / F.Kərimzadə.- [ bakı ]:[ Qanun].[2012] – 479 s .

3.İsmayıl. Fərman Kərimzadənin Vətən sevgisi... Tariximizi bu əsərlərində əks etdirən yazıçı, azərbaycançılığın ədəbi sütunlarını yaradıb / İsmayıl // Şərq. – 2014 -22 iyul.-s //.

4. Mədətoğlu. Ə.Axırıncıdan əvvəlki aşırım: Ruhun şad olsun. Fərman Kərimzadə! Ə. Mədətoğlu // Ədalət. – 2014. – 25 dekabr. – s.6.

Tərtib etdi : metodist Heydərova T.
: front -> files -> libraries -> 2474 -> documents
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi M. F. Axundzadənin anadan olmasi münasibətilə Mirzə Fətəli Axundzadə-205
documents -> Münasibətilə “ İstiqlarlın əbədiyyət rəmzi- azərbaycan bayrağı” /metodiki vəsait
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi Xocalı soyqırımının 25-ci ildönümü Xocalı soyqırımı /metodiki vəsait
documents -> Məmməd Rahimin 110 illik yubileyi münasibətilə Vətənpərvər şair
documents -> Tövsiyə biblioqrafiyası 2015 Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi
documents -> Metodiki vəsait/ Şİrvan-2018 Xocalı qisasa səsləyir bizi
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi Alik Rzayev
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi Cəmşid Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan ədəbiyyatında detektiv janrın banisi
documents -> Azərbaycan Respublikası Şirvan şəhər Mədəniyyət və Turizm Nazirliyi mks-nin metodika və biblioqrafiya şöbəsi
documents -> Təkrarsız mahnıların əbədiyaşar müəllifi /metodiki vəsait


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə